Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə183/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   179   180   181   182   183   184   185   186   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

451



kəndinə  gətirərək  buradakı  dini  yaşam  tərzinə  qarşı  mübarizəsini  əks 

etdirmişdir, köhnə ilə yenilik, “mədrəsə-məktəb” qarşı-qarşıya qoyulmuşdur. 

Əli Şahinin dilində söylənilən bu fikirlər düşdüyü mühitin acınacaqlı vəziy-

yətini aşkara çıxardır: “Mədrəsələrin yaşıl gecəsi yalnız öz işlərini qaranlığa 

boğmaqla qalmamış, məmləkətin hər yanına yayılmış, hər bucağını ələ keçir-

mişdir.  Bunun  başqa  cür  olmasına  imkan  da  yoxdur.  Ağıllara,  vicdanlara 

indiyə  qədər  ancaq  bu  mədrəsədə  yetişənlər  rəhbərlik  edirdi.  Bu  adamlar 

məmləkətə  qaranlıqdan  başqa  nə  götürə  bilərdilər  ki?”  (4,  43)  Hər  kəs 

İstanbulda bir vəzifə istəyərkən Əli Şahin maarif şöbəsinə gedərək öz istəyi 

ilə  Anadolunun  kəndlərindən  birində  işləmək  istədiyini  bildirir.  Anadoluya 

gəldiyində  cahillik  və  səfalətin  əsir  aldığı  kəndlilərlə  qarşılaşır.  Uzun  illər 

mədrəsə təhsili görən, bu mühitdə yetişən, sonra mədrəsə sarıqlılarının əsl iç-

üzünü görən Şahin üçün məmləkəti yalnız “yeni məktəb”, yeni təhsil, yeni 

biliklər xilas edə bilər. “Çalı quşu” nun baş qəhrəmanı Fəridə kimi Şahin də 

Türkiyənin  təhsil  mübarizəsində  hər  cür  sıxıntılara  qatlanıb  sinə  gərən 

idealist  biridir.  Amma  Əli  Şahin  kişi  olmanın  üstünlüyü  baxımından  daha 

qüvvətli və daha mübarizdir.  

 Rəşad Nurinin romanlarında yardımsevərlik, fədakarlıq, çalışqanlılıq, 

sevgi  və  mərhəmət,  əzm  və  qərarlılıq  “fərdlərdə  gerçəkləşməsi  istənilən 

davranışlar”  olaraq  qarşımıza  çıxır.  Yazıçı  sevgi  və  acıma  duyğusunun 

vacibliyini göstərmək üçün adətən qəhrəmanlarını ailə sevgisindən məhrum 

buraxır,  qəhrəmanların bir qismi kiçik  yaşda ata  və ya anasız buraxılır,  bu 

səbəbdən  onların  çoxu  sevmə  və  sevilmə  ehyiyacı  ilə  doludur.  “Acımaq” 

romanının  qəhrəmanı  Zəhra  kiçik  yaşlarda  ailəsində  yaşadığı  sıxıntılar  və 

gördüyü pis rəftarlardan dolayı içində mərhəmət duyğusu olmayan bir müəl-

limdir. Yaşadığı qəsəbədə sayılıb seçilən, sevilən biridir. İşində məsuliyyətli, 

yeni  təhsilin  bütün  şərtlərini  yerinə  yetirən,  dəqiq,  tələbələrlə  bir-bir  ma-

raqlanan müəllim tipidir. Ancaq şagirdlərin etdiyi səhfləri bağışlamaz, qatı, 

sərt rəftar göstərər və daxilində mərhəmət, rəhm duyğusu hiss etməz. İnsanı 

insan edən ən böyük məfhum mərhəmət hissinin varlığıdır. Rəşat Nuri acıma 

duyğusunun  önəmli  olmasını  “Acımaq,  mən  insan  ruhlarındakı  dərinliyin 

ancaq onunla ölçülə biləcəyinə qaneyəm”(5,9) sözləri ilə ortaya qoyur. Özü 

uzun  illər  müəllimlik  edən  Rəşad  Nuri,  təhsildə  sevgi  və  mərhəmət 

duyğularının  vacibliyinin  fərqində  olduğu  üçün  bunu  Zəhra  kimi  hərtərəfli 

mükəmməl,  amma  içində  sevgi  əksikliyi  yaşayan  bir  qəhrəman  üzərində 

oxucuya çatdırır. 

 “Qan davası” romanının baş qəhrəmanı Ömərdə nə Fəridənin idealiz-

mi, nə Əli Şahinin qatı və uzlaşmaz inqilabçılığı, nə də Zəhranın şəxsi ailə 

faciəsindən  doğan  mərhəmətsizliyi  vardır.  Qurtuluş  Müharibəsi  illərində 

küçə  uşağı  olaraq  böyüyən  işğallar  üzündən  diyar-diyar  gəzənvə  ən  sonda 

Uşaq  Əsirgəmə  Qurumunda  böyüyən,  oxuyub  müəllim  olan,  müəllimlik 



Filologiya məsələləri, №4, 2017 

 

452



edərkən  cəbhəyə  alınan  və  həyatının  böyük  hissəsini  cəbhələrdə  keçirən 

Ömər bir şeyi çox gözəl bilir: Bir şeyə nail olmaq istəyirsənsə başlanğıcda 

zor  tətbiq  etmədən,  çox dərinə  getmədən şərtləri  qəbul etmək...Sonra  iradə 

ilə,  cəsarətlə,  inamla  hədəfə  doğru  addımlamaq.  Ömər  ruhları  və  beyinləri 

dəyişdirmədən  yenilik  edilməyəcəyini,  inqilabın  bir  gündə  baş  tuta  bilmə-

yəcəyini,  dövlətin  zoru,  yaxud  şəhərli  məntiqi  ilə  əsrlər  boyu  sürən  kənd 

məsələlərinin  həll  edilməyəcəyini  yaxşı  bilirdi.  Müəllif  qəhrəmanını  çox 

güclü xarakterə malik biri kimi oxucuya təqdim edir: “Mən heç bir zaman 

heç  bir  kimsəsi  olmamış  və  qüvvəti  belə  öz  yalnızlığımda  tapmış  bir 

insanam.”(6,19) Bu müəllim kiçik yaşlarından ən çətin şərtlər içində ələnə-

ələnə  qüvvət  iradəsinə  sahib  olmuşdur.  Onun  savaş  və  ölüm  qarşısında 

qorxmayan, hətta çətinə düşdükcə bərkiyən bu iradə ilə qələbə çalmayacağı 

heç bir şey yoxdur. Müəllif xüsusi olaraq nəyi nəzərə çatdırmaq istəyir? Hər 

baxımdan  geri  qalmış  bölgələrdə  müəllimlik  edənlər  üçün  müvəffəqiyyətin 

bu  təməl  ünsürürnə  mütləq  sahib  olmaq  lazımdır:  iradə  və  ona  dayanan 

mübarizə  əzmi.  Ən  böyük  idealları,  ən  gerçəkçi,  ən  çətin  həqiqətlərlə 

boğuşmasını  bilən  insanlar  yaradır.  Müəllim  Öməri  ideal  adam  edən  cəhət 

bir az da ondakı gerçəkçilikdir.  

 R.N.Güntəkin yaradıcılığının şah əsəri, lirik-psixoloji əsasda yazılmış 

“Dodaqdan qəlbə romanıdır. Müəllif əsas qəhrəmanları vasitəsilə - Lamiə və 

Kənanın  timsalında,  bir-birlərinə  olan  münasibətlərində  sevgi  və  məhəbbət 

yolunun  məşəqqətlərini,  saf  sevginin  əyilməzliyini,  təmiz  sevginin  əyləncə 

ilə  tam  yadlığını,  şəhvətdən  uzaq  olduğunu,  bir  anlıq  hisslərlə  düz 

gəlmədiyini,  nəhayət  saf  sevginin  məğrurluğunu,  paklığını,  onu  özündə 

gəzdirməyi  və  qorumağı  bacaran  qəhrəmanı  Lamiənin  isə  mənəvi-əxlaqi 

saflığına sadiqliyini, çətin və qarışıq həyat yolunda, ömür karvanında daha 

düzgün qərar vermək iradəsini, bütövlüyünü, sarsıntılar və od-alovlar içindən 

çıxaraq  həyatın,  saf  sevgi  ilə  yaşamağın  gözəlliyini,  ailə  dəyərlərinə 

hörmətlə  yanaşmağın  vacibliyini  və  mütləqliyini,  öz  ailəsini,  sevgisini  sə-

mimi  hisslərlə  dəyərləndirməyi,  qorumağı,  lazım  gəldikdə  bütün  bunların 

naminə  nəisə  qurban  verməyi  bacarmağı  aşılayır,  təbliğ  edir,  milyonların 

diqqətinə  çatdırır.  Qarşılıq  gözləmədən  bəslənən  gerçək  sevginin  təsvir 

edildiyi  bu  romanda  əsas  mövzunu  tədqiqatçı  Taylan  Altuğ  “itirilmiş  saf 

sevginin  dərin  ölçülərini  ehtiva  edən,  təvazökar,  incə  cizgilərlə  hörülmüş 

duyğusal  dəyər  dünyasına  yenidən  dönmə  arxasındakı  ümidsiz  səy”  kimi 

nəzərə  çatdırır  (7,19-20).  Əsərin  baş  qəhrəmanı  bəstəkar  Hüseyn  Kənan 

həssas  təbiətli,  istedadli  biridir,  uşaq  yaşlarından  atasız  böyümüşdür. 

Xarakter  etibariə  qapalı,  öz  aləmi,  öz  xəyalları,  düşüncələri  içərisində 

yaşayan  biri  olmuşdur.  Yeniyetmə  yaşlarında  bir  qıza  aşiq  olur,  utancaq  biri 

olduğu üçün sevgisini gizlədir və qəlbində dəfn edir, o gündən etibarən sevgiyə 

olan inamını itirir və “ sevgi bir əyləncədir ki, onun dodaqlardan qəlbə enməməsi 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə