Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə186/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   182   183   184   185   186   187   188   189   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

458



mövqe  tutmağa  sövq  edir.  Hekayələrdə  yazıçı  uşaq  marağını  nəzərə  almış, 

əsərin  süjet  xəttinin,  təsvir  edilən  hadisələrin  maraqlı,  cəlbedici  olmasına 

xüsusi  diqqət  yetirmişdir.  İnsan  xarakterləri,  obrazların  daxili  aləmi,  bədii 

portreti,  duyğu  və  düşüncələri  elə  sənətkarlıqla  əks  etdirilmişdir  ki,  oxucu 

hadisələrin  həqiqətən  də  baş  verdiyinə  inanır,  həyəcanlanır,  qəhrəmanların 

taleyinə biganə qala bilmir.”(3, s.214-215) 

N.Vəlixanov  bu  məsələyə  münasibət  bildirərək  yazır  ki,  “Qorxulu 

nağıllar”ın  realizmi  və  müasir  əhəmiyyəti  ilə  əlaqədar  olaraq  bir  mühüm 

məsələni də aydınlaşdırmaq vacibdir. Nə üçün ədib bu hekayələri “Qorxulu 

nağıllar” adlandırmışdır? Burada qorxulu epizodlar, qorxu hissi nə kimi qayə 

daşıyır?  Bu  əsərlərin  ədəbi-ictimai  problematikasını,  ədibin  həyat  hadisə-

lərinə  yanaşma  üsulunu,  eləcə  də  hekayələrin  ideya-estetik  istiqamətini 

ardıcıl müşahidə etdikdə məlum olur ki, qorxu hissi burada yşaqlara həyatı 

az-çox  həərtərəfli  öyrətmək  səyi  ilə  bağlıdır.i  nsan  sövq-təbiilərindən  olan 

qorxu hissi burada iztirabları törədən real səbəblərin dərkinə, fərdiyyətçilik, 

acgözlük, qəddarlıq, xudbinlik və sair rəzil sifətləri tanıtdırıb onların insana, 

ictimai  tərəqqiyə  vurduğu  zərəri  görməyə,  şərə  nifrət  doğurmağa,  uşaqları 

doğru yola çağırmağa xidmət edir... Süleyman Sani qorxulu epizodlar təsvir 

edərkən uşaqlara doğruucul, xeyirxah, bilikli, mərd, cəsarətlim olmaq kimi 

nəcib  insani  sifətlər  aşılamaq  qayğısına  qalır.  “Qorxulu  nağıllar”da  Hacı 

Səmədin  söylədiyi  nağıllar  ədibin  təbliğ  etmək  istədiyi  əxlaqi-tərbiyəvi 

ideyaların bədii təcəssümüdür. Hacı Səmədin dili ilə təsvir edilən rəngarəng, 

maraqlı  epizodlarda  oxucu  həyatın  enişli-yoxuşlu,  müxtəlif  xarakterli(mər-

həmətli, mərhəmətsiz, ədalətli, ədalətsiz və s.) adamlara rast gəlir. (7,s.8-9 )  

«Əhməd  və  Məleykə»,  «Abbas  və  Zeynəb»  adlı  kiçik  həcmli 

hekayələrdə uşaqların düşdüyü çətin durumdan söz açılır. Əkinçiliklə ailəsini 

güc-bəla dolandıran Nurəddinin quraqlıq ucbatından kənddə aclıq başladığı 

bir  vaxtda  “atı  ilə  şəhərə  kirayəçiliyə”  gedərkən  atlı-arabalı  dərəyə  uçub 

ölməsi  xəbəri  arvadı  Xədicəni,  övladları  Əhməd  və  Məleykəni  faciəli 

vəziyyətə  salır.  Əsərdə  bu  səhnə  təsirli  bir  dillə  təsvir  edilir:  “Uşaqlar... 

acdır. Çörək üçün hansı qonşuya getdisə əliboş qayıtdı, çünki hamı bunların 

günündə  idi.  Acından  zavallı  uşaqlar  taqət  və  gücdən  düşmüşdülər.  Yazıq 

Xədicə hər yerdən ümidi kəsilmiş, dizlərini qucaqlayıb bir küncdə mumiya 

kimi  oturmuşdu.  Gizlin  ağlamaqdan  gözlərinin  yaşı  da  qurumuşdu.” 

Göründüyü  kimi,  hamı  fəlakətli  durumdadır,  Əhmədgilin  yaşadığı  kəndin 

əhalisi aclıq çəkir. Xədicə ananın «çörək üçün hansı qonşuya getdisə, əliboş 

qayıtmasının, hamının bunların günündə olmasının təsvirindən aydın olur ki, 

yazıçı  bir  ailənin  faciəsini  o  dövrdə  Azərbaycan  kəndlisinin  məhrumiy-

yətlərlə dolu vəziyyəti ilə vəhdətdə qələmə alır. 

Qarlı,  çovğunlu  gecədə  acından  ağlayıb  yata  bilməyən  uşaqlara 

təskinlik vermək üçün əlacsız qalan ananın yalana əl ataraq mələk bacamız-



Filologiya məsələləri, №4, 2017 

 

459



dan çörək atacaq deməsi də əsərdəki nağıl elementlərindən biri kimi diqqəti 

cəlb edir. Nağıllardakı kimi möcüzə baş verir. Səyyah Cəmaləddinin xeyir-

xahlığı  ailəni  aclığın  girdabından,  faciəli  sonluqdan  xilas  edir.  Bir  ailənin 

ümid  çırağına  çevrilən  səyyah  Cəmaləddinin  yazdığı  məktub  oxucunu 

həyatda  humanizmin,  xeyirxahlığın  itmədiyinə  inam  oyadır:  “"Qızım 

Məleykə, mən bir qoca səyyaham. Yolda evinizin yanında faytonumun çarxı 

oxdan çıxdı, onu salıncan mən istədim ki, sizdə bir az qızınıb, rahat olam. 

Qapıya gəldikdə anan dediyi sözləri eşitdim. Geri qayıdıb bu şeyləri və pulu 

sənin üçün hazır etdim və təzədən gəlib bacanızdan atdım. Yaşa, qızım, yaşa, 

mən qoca babanı da yaddan çıxartma. Xüdahafiz. Səyyah Cəmaləddin". Bu 

sözlərlə yazıçı təmənnasız yardımı, insanpərvərliyi, xeyirxahlığı, mərhəməti 

milli-mənəvi dəyər kimi təqdim edərək oxucunu təsvir edilən hadisədən ibrət 

almağa səsləyir. 

«Əhməd  və  Məleykə»  hekayəsi  yoxsulluq  girdabında  çapalayan 

ailənin  xilasını  əks  etdirən  nikbin  sonluqla  bitsə  də,  aydın  məsələdir  ki, 

xeyirxah səyyah Cəmaləddin yalnız bir yoxsul, kimsəsiz ailəyə kömək edə 

bilər. Məhz bu həqiqəti diqqətə çatdıran ədib bir parça çörəyə möhtac olan 

başqa  yoxsul  ailələrin  də  aclıq  keçirdiyindən,  fəlakətə  düçar  olduğundan 

ürək ağrısı ilə söz açır. 

«Abbas  və  Zeynəb»  hekayəsində  təsvir  olunan  əhvalat  da  maarifçi-

realist sənətkarın cəmiyyətdə hökm sürən yazılmış və yazılmamış qanunlarla 

bağlı düşüncələrini, zərərli adət-ənənələrlə bağlı oxucuya çatdırmaq istədiyi 

qənaətləri əks etdirir. Qan düşmənçiliyi, nəsillər arasında sonu görünməyən 

ədavət,  kin-küdurətin  törətdiyi  dəhşətlər  iki  günahsız  uşağın  Abbas  və 

Zeynəbin  faciəli  taleyi  timsalında  əks  etdirilir.Hekayədəki  faciəli  hadisələr 

təbiətin  gözəl  çağında  –  bahar  fəslində  baş  verir:  “Getdikcə  dan  yerinin 

qızartısı  artırdı.  Dərələrdən  və  çaylardan  duman  qalxırdı.  Günəş  dağın 

dalından  ahəstə-ahəstə  çıxırdı.  Hələ  özü  görünmüşdü.  Amma  şəfəqi, 

qarşıdakı  uca  dağın  başına  düşmüşdü.  Sonra  yavaş-yavaş  qalxıb  dağın 

dalından  göründü  və  ruh  verən  qızıl  zərrələrini  aləmə  dağıdıb  cümlə 

yatmışları oyatdı. 

Çəmənlərdə, seyrəngahlarda, çiçəklər qönçələrində gizlənmiş pərva-

nələri və anlarıoyatdı. Quşların cəh-cəhi havaya ucaldı. Bunların xoş avazları 

cütcünü şura gətirdi. 

O da ahəstə-ahəstə cütünü sürüb öz nəğməsini oxudu. Dağ döşündə 

sürüsünüotaran çoban da bayatı nəğməsini tütəyində ucaltdı.”  

Hekayədə təsvir edilən sonrakı qanlı hadisər təbiətin gözəlliyi fonunda 

daha faciəli mahiyyət kəsb edir. Atadan yetim qalmış Abbas və Zeynəbin quru 

daxmadan başqa heç nəyi yoxdur:” Ancaq anaları Fatma cəhrəçilik edib bir növ 

gündəlik çörəyini qazanırdı. Uşaqlar kiçik olduqlarından analarına bir o qədər 

köməkləri  çatmırdı.  Abbasın  on  yaşı,  Zeynəbin  yeddi  yaşı  vardı.  Abbas 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə