Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə189/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   185   186   187   188   189   190   191   192   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

465



 İLHAM DADAŞOV 

Sumqayıt Dövlət Universiteti,müəllim 

Ilham dadaşov 69 @ qmail 

 

TƏSVİRİ İNCƏSƏNƏT MƏŞĞƏLƏLƏRİNİN ÖZÜNƏMƏXSUS 



XÜSUSİYYƏTLƏRİ 

 

Açar sözlər: Naturadan işləmə prinsipləri,praktiki məşğələlər,ənənəvi 



qaydalar. 

Keywords: nature and working principles, practical exercises, the traditional 

rules. 

Ключевые слова: природа и принципы работы, практические занятия



традиционные правила. 

 

Təsviri  incəsənət  fənni  üzrə  məşğələlərinin  əsas  məqsədi  estetik 



dünyagörüşünə,  zəngin  mənəviyyata,  bədii  zövqə  və  yaradıcı  təxəyyülə 

malik  olan,  milli  və  ümumbəşəri  dəyərlərə  hörmətlə  yanaşan  şəxsiyyətin 

formalaşdırılmasına yönəldiyindən onun təlimi prosesində şagirdin meyil və 

maraqları,  arzu  və  istəkləri  əsas  götürülür,  onların  fəallığına  üstünlük 

verilir.Bu  zaman  müəllim  istiqamətləndirici,əlaqələndirici  rolu  ilə  şagirdin 

estetik  dünyagörüşünə,zəngin  mənəviyyata,bədii  zövqə,  yaradıcı  təxəyyülə 

yiyələnmə  prosesinin  bələdçisinə  çevrilir.Təsvir  etmək  insanın  görmə 

yaddaşını, mühit və məkan duyumunu, obrazlı təsəvvür qabiliyyətini inkişaf 

etdirir. Təsviri incəsənət fəaliyyəti şagirdləri məkan və forma ölçülərini hiss 

etməyə, obrazlı və məntiqli düşünməyə və bu düşüncələri vizual obrazda əks 

etdirməyə istiqamətləndirir. 

 Təsviri  incəsənət  fənni  məşğələlərinin  təşkili  zamanı  şagirdlərin 

ümumi  inkişafı  diqqət  mərkəzində  dayanır.Onların  idrakı,  hissi  və  psixo-

motor bacarıqları inkişaf etdirilir.Bu məşğələlərdə fənnin imkanlarından irəli 

gələn  xüsusiyyət  kimi  hissi  və  psixomotor  bacarıqlara  üstünlük  verilir.-

Şagirdlərin yaş  xüsusiyyətləri,  meyil  və  maraqları  nəzərə  alınır.Fəal  təlimə 

əsaslanan  bu  məşğələlər  qruplar,  fərdi  və  kollektiv  şəkildə  aparıla  bilər.-

Kollektivlə birgə yaradıcılıq prosesi zamanı şagirdlər yeni bilik və vərdişlər 

əldə  edir,  yəni  səslənən  ideyaları,  özlərinə  məxsus  bədii,  texniki  üsulları 

uşaqlar  təcrübə  prosesində  bir-birlərindən  istər-istəməz  mənimsəyirlər.-

Həmçinin şagirdlərin birgə əməyinin ilk təcrübəsi meydana çıxır ki, bunun 

da  əsasını  qarşılıqlı  anlayış  və  hörmət  təşkil  edir.Uşaqlar  yoldaşlarının 

müxtəlif  yanaşmalardan  irəli  gələn  rəylərini  dinləməyi,  eyni  zamanda  öz 

fikirlərini  də  müdafiə  etməyi  öyrənirlər.Bütün  uşaqlar  az  da  olsa,şəkil 

çəkmək,aplikasiyalar  düzəltmək  və  müxtəlif  yapmalar  hazırlamaq  təcrübə-

sinə  malikdirlər.Bu  isə  dünyanın  təbii  və  özünəməxsus  şəkildə  dərk 




Filologiya məsələləri, №4, 2017 

 

466



edilməsi,onların  şüurlarında  müxtəlif  obraz  və  epizodların  canlanması 

nəticəsində  şəxsi  təcrübələrinin  zənginləşməsi  deməkdir.Müəllimin  isə  əsas 

məqsədi uşaqları gözəllik dünyası ilə incəsənət aləmi ilə yaxından tanış etmək,-

bu  aləmlə  ünsiyyət  yaratmaq  və  estetik  tərbiyəni  inkişaf  etdirməkdir.Müəllim 

şagirdi incəsənət aləminə yavaş-yavaş uyğunlaşdırmaqla onda yaratmaq həvəsi 

oyatmalı, sonrakı mərhələdə isə yaradıcının və yaradılan əsərin daxili aləminin 

emosional  durumunu  əks  etdirməyə  can  atmalıdır.Şagird  ətrafda  baş  verən 

hadisələrə  münasibət  bildirməyi,  yaratdığı  obraza  xarakter  verməyi 

bacarmalıdır. Bu xüsusiyyətlərə isə müəllim tərəfindən düzgün tədris olunan 

təsviri  incəsənət  fənninin  məşğələlərinin  köməyi  ilə yiyələnmək  mümkündür. 

Təsviri  incəsənət  dərslərinin  praktiki  məşğələlərində  əsasən  natürmort,aplika-

siya, yapma üzrə işləmələr və təsviri sənət haqqında müsahibələr təşkil edir.  

 Natürmortla  bağlı  məşğələlərdə  müxtəlif  əşyalardan  və  həndəsi 

fiqurlardan naturadan perspektivdə çəkilməsində istifadə olunur.Bundan başqa 

tədris  natürmortlarında  məişət  əşyalarından  və  həndəsi  cisimlərdən  (səhəng,-

silindr,konus,və  s.)  əyani  vəsait  kimi  tədrisdə  istifadə  olunması,şagirdlərdə 

həmin  cisimlərin  daxili  konstruksiyası  haqda  geniş  təsəvvür  yaradır.Eyni 

zamanda  naturadan  rəsm  etmək  vərdişlərinə  yiyələnirlər.Naturadan  müxtəlif 

əşyaların natürmortda işlədilməsində əsas məsələlərdən biri predmetin düzgün 

seçilməsi(bir-birinə  münasibətdə)  və  müstəvi  üzərində  müxtəlif  planlarda 

yerləşdirilməsidir.Ənənəvi  qaydalara  görə  nisbətən  böyük  həcmli  əşya  və 

predmetlər arxa planda,daha kiçik predmetlər isə ön planda yerləşdirilir və 

detallar natürmortda müəyyən xətt üzrə üfüq xəttinə doğru kiçildilməyə və 

sonda bir nöqtədə birləşdirilmə formasında verilir.Məkanda yerləşən hər bir 

predmetin,hətta  predmetin  hər  bir  səthinin  işıqlanmasından,bizə  yaxın  və 

uzağlığından  aslı  olaraq  özünün  işıqlanma  dərəcəsi  işıq  gücü  vardır.Təbii 

işıq müxtəlif predmetlərdə həm onların material xassələrini,həm də ayrı-ayrı 

xırda  detallarını  görməyə  imkan  verir.Müstəsna  hallarda  əgər  otaq  şəraiti 

təbii işıqla tam təmin edilmirsə,xüsusən qış vaxtlarında bu zaman süni işıq 

proyeksiyalandırmadan  istifadə  edilir.Bu  cür  əyani,texniki,vasitələrdən 

həmişə  natürmortun  işlədilməsində  yardımçı  və  s.kimi  istifadə  olunur.-

O,həcmin  və  məkanın  görünmə  illüziyasını  yaradır,həmçinin  predmeti 

işıqlandırılmış  və  hava  ilə  əhatələnmiş  tərzdə  təsvir  edir.Predmetin  xətti 

siluet  qavrayışında  fərqli  olaraq  illuzar-məkan  qavrayışı  belədir.Nəqqaş 

rəssam,qrafik  rəssam  başlıca  olaraq  kontorları  görür,rəngkar  rəssam  isə  ilk 

növbədə  işıqla  kölgənin  oyununu  seçir  və  bu  həmin  quru  xəttləri 

yumuşaldır,bəzən  də  onları  tamamilə  yeyir.Nturadan  işlərkən  aşağıdakı 

prinsiplərə əməl olunmalıdır.I.Kompozisiyada predmetlərin məntiqi əlaqəsi.-

II.Predmetin  müxtəlif  ölçülərdə  seçilməsi.III.Predmetin  rənginə  az  uyğun 

olan bir qədər fərqlənən parçanın seçilməsi.IV.Predmetin müxtəlif planlarda 

(ön,orta,arxa)  lazımi  səviyyədə  görünməsi  üçün  həcmli,köməkçi  müs-



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə