Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə185/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   181   182   183   184   185   186   187   188   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

455



ни. Человек и общество-ето основной конфликт в его романах который 

определяет судьбу персонажей, которые он создал. Романы один из са-

мых  мощных  представителей  современного  турецкой  литературы 

Р.Н.Гюнтекина и в наше время любима и почитаема. 

 

Gunel Zeynalli  



The new breath of the Turkish novel Reshat Nuri Guntekin 

Summary 


 

One of the founders of the Turkish national literature of the republican 

period, Reshat Nuri Gyuntekin wrote a number of novels and left an indelib-

le mark on Turkish literature. He is the author of 19 novels. One of the long-

lived and prolific author of Turkish literature Reshat Nuri Gyuntekin wrote 

his first novels during the First World War. His works played an invaluable 

role  in  the  development  of  lyrical  and  psychological  style  in  Turkish 

literature.  In  such  novels  as  “The  Hidden  Hand”,  “The  Bird  Song”,  “The 

Stamp”, “ From the Lips in the Heart”, “The Evening Sun”, “The Woman's 

Enemy”, “Green Night”, “Sympathy”, “Leaf Fall”, "Heaven", "Old Disease", 

"Fire  of  the  Night",  "Windmill",  "Topol  winds",  "Last  refuge",  "Blood 

revenge" he created a panorama of Turkish social and political life. Man and 

society  is  the  main  conflict  in  his  novels  that  determines  the  fate  of  the 

characters he created. Novels are one of the most powerful representatives of 

modern  Turkish  literature  R.N.  Guntekina  and  in  our  time  is  loved  and 

honored. 

 

 

Rəyçi:                      Elman Quliyev 



                    filologiya elmləri doktoru, professor 


Filologiya məsələləri, №4, 2017 

 

456



BAHAR ƏLİYEVA 

ADPU-nun nəznində Azərbaycan  

Dövlət Pedaqoji kolleci  

baharaliyeva2017@gmail.com 

 

S.S.AXUNDOVUN “QORXULU NAĞILLAR” HEKAYƏLƏR 



SİLSİLƏSİNİN İDEYA-BƏDİİ XÜSUSİYYƏTLƏRİ 

 

Açar sözlər: hekayə, ədəbiyyat, obraz, yazıçı, əsər, qəhrəman, ideya, bədii, 



mövzu  

Ключевые слова: рассказ, литература, образ, писатель, произведение, 

герой, идея, художественный, тема  

Keywords: Story, literature, image, writer, work, hero, idea, artistic, theme 

 

XX  əsr  Azərbaycan  ədəbiyyatında  görkəmli  dramaturq,  hekayə 



ustası,  xalq  müəllimi,  maarif  və  mədəniyyət  xadimi  kimi  özünəməxsus 

mövqeyi olan Süleyman Sani Axundovun yaradıcılığının mühüm bir qolunu 

uşaq  əsərləri  tutur.  Uşaq  ədəbiyyatımızın  təşəkkülü  və  inkişafında  böyük 

xidmətləri olan ədibin dövrün tələblərinə cavab verən yeni məzmunlu uşaq 

əsərlərində  ilk  növbədə  humanist  yanaşma,  sağlam  məfkurə,  bədii 

sənətkarlıq diqqəti cəlb edir.  

Ədibin  uşaq  ədəbiyyatına  gəlişi  təsadüfi  deyildi.  1906-cı  ildə  xalq 

mənafeyini,  vətəndaşlıq  borcunu,  ictimai  idealları  hər  şeydən  uca  tutan 

S.S.Axundov «Münsiflər məzhəkhalı» adlı məqaləsində böyük narahatlıq və 

təəssüf hissi ilə yazırdı ki, uşaqlarımızı oxutmağa kitablarımız yoxdur. Bakı 

rus və müsəlman məktəblərinin müəllimləri axırıncı ictimailərində məktəb-

lərimiz  üçün  təşkil  etdikləri  təzə  proqramı  müzakirə  edən  vaxt  belə  qərar 

qoydular ki, bu proqram üzrə təzə kitab hazırlasınlar. İndi onlar hazır olub 

meydana  çıxanda hansı pul ilə çap  olunacaqdır?  Müəlliflərin,  müəllimlərin 

pulu ilə? Böylə biliriz ki, heç birinin qüvvəsi çatmasın. Pəs nə etmək? Yenə 

də  mi  qışqırmalı  ki,  ay  aman,  kitablarımız  yoxdur?  Qışqırmaqdan  bir  şey 

çıxmaz. Lazımdır ki, bu barədə bir çarə tapmaq…»[4 ] 

Məktəblərdə  təlim-tərbiyə  işinə  mane  olan  bu  problemi  qismən  də 

olsa,  aradan  qaldırmaq  üçün  uşaq  əsərləri  yazan  S.S.Axundovun  uşaq 

mütaliəsinə  daxil  olan  əsərlərini  iki  qismə  bölmək  olar:  Yaşlılar  üçün 

yazılmış,  lakin  gənc  nəslin  tərlim-tətbiyəsi  baxımından  əhəmiyyətli  olan 

uşaq mütaliəsi nümunəдəri və bilavasitə uşaqlara ünvanlanmış bədii əsərlər. 

O,  1911-ci  ildə  Bakıda  nəşrə  başlayan  «Məktəb»  məcmuəsində  «Qorxulu 

nağıllar» (1912-1914) sərlövhəsi altında uşaq taleyinə, uşaq psixologiyasına 

dərin  bələdliklə  yazılmış  «Əhməd  və  Məleykə»,  «Abbas  və  Zeynəb», 

«Nurəddin», «Qaraca qız», «Əşrəf» hekayələrini çap etdirmişdir. 




Filologiya məsələləri, №4, 2017 

 

457



 Azərbaycan  uşaq  ədəbiyyatına  forma,  məzmun  və  üslub  etibarılə 

yenilik gətirən, yazıçının yaradıcılığında önəmli yer tutan «Qorxulu nağıllar» 

hekayələr  silsiləsində  müəllifin  ağır  keçən  uşaqlıq  illərinin,  eləcə  də 

müəllimlik fəaliyyətinin təsiri aydın duyulmaqdadır. S.Vurğun “Balalarımız 

üçün  gözəl  əsərlər  yaradaq”  adlı  məqaləsində  uşaq  ədəbiyyatına  ciddi 

münasibətin,  uşaq  psixologiyasını  nəzərə  almağın  zəruriliyinə  cəlb  edərək 

yazırdı:  «Uşaq  insandır!  Onun  sadə  görünən  oynaq,  daim  xoşbəxt  və  azad 

təbiətində böyük insanların bütün xassələri mövcuddur. 

Düşünmək, duymaq, sevmək, küsüb-incimək, ağlamaq, gülmək, qəzəb-

lənmək,  xatırlamaq,  xəyala  dalmaq,  ümid  və  arzulara  bağlanmaq,  yaxşılıq, 

hörmət, bütün insan xassələri uşaqlıq aləmində mövcuddur. Demək istəyirəm 

ki,  biz  uşaqla  danışdığımız  zaman  –  insanla  danışdığımızı,  uşaq  üçün 

yazdığımız zaman – insan üçün yazdığımızı unutmamalıyıq».( 8, s.36) 

Silsiləyə  daxil  olan  hekayələrin  nağıllar  kimi  təqdimi  rəmzi  məna 

daşıyır.  Hadisələr  öz  övladlarını  başına  toplayıb  ibrətamiz  həyat  hadisə-

lərindən  söz  açan  atanın  dili  ilə  nağıl  edilir.  Hekayələrin  dili,  üslubu  xalq 

nağıllarına xas olan bədiiliyi, ifadəliliyi, canlı xalq dilinə yaxınlığı ilə seçilir. 

Təsadüfi  deyil  ki,  Hacı  Səməd  silsiləyə  daxil  olan  ilk  əsəri  –  “Əhməd  və 

Məleykə”  hekayəsini  nağıllar  üçün  səciyyəvi  olan  “biri  vardı,  biri  yoxdu” 

sözləri ilə başlayır: “Qızım, biri vardı, biri yoxdu, şimal-şərqdə, meşə içində, 

çay  kənarında  Tatarcıq  adında  bir  kənd  vardı.  Bu  kəndin  əhli  əkinçilik  və 

çarvadarlıqla  güzəran  edərdi.  Qızım,  həmin  nağıl  olunan  kənddə  Nurəddin 

adında  bir  kişi  vardı.  Bu  Nurəddinin  on  yaşında  Əhməd  adlı  bir  oğlu,  altı 

yaşında Məleykə adlı bir qızı və Xədicə adında bir arvadı vardı.” 

 Eyni  zamanda  bütün  hekayələrdə  nağıla  xas  olan  mühüm  cəhət  – 

həyatda  xeyirlə  şərin  mübarizəsi  motivləri  əsas  yer  tutur.  Nağılların  uşaq 

qəhrəmanları kimi bu əsərlərdəki uşaqlar da həyatda çətinliklərlə, şəri təmsil 

edən qüvvələrlə qarşılaşır, çətin sınaqlara məruz qalırlar.  

Hekayələr  silsiləsindəki  “qorxu”  sözü  ədalətsizlik  mühitinin  uşaq 

həyatına  gətirdiyi  təhlükələrə  işarə  idi.  Hekayələrin  qəhrəmanları  qorxulu 

insanlar və hadisələrlə qarşılaşır, lakin qaranlıq mühitin təsiri onların saf hiss 

və  duyğularını,  insana  inamını  sarsıtmır.  Əlbəttə,  müəllifin  niyyəti  kiçik 

oxucuda  həyatın  sərt  üzü  qarşısında  qorxu  hissi  yaratmaq  yox,  humanist 

hislər aşılamaq, şərə, ədalətsizliyə nifrət oyatmaq olmuşdur. 

 B.Həsənlinin  fikrincə,  yazıçının  qorxulu  nağıllar  adlandırdığı  bu 

hekayələrdə başlıca niyyət oxucularda həyatın ağrı-acıları, işıqlı və qaranlıq 

cəhətləri barədə düzgün təsəvvür yaratmaqdır. “«Qorxulu nağıllar» uşaqlara 

belə  bir  həqiqəti  başa  salır  ki,  həyatda  xeyirxah,  alicənab,  mərd  insanlar 

olduğu  kimi,  ədalətsiz,  şər  xislətli,  vicdansız  insanlar  da  vardır.  Həyat 

həqiqətlərinin uşaq psixologiyasına, qavramasına uyğun bir tərzdə bədii əksi 

oxucunun  hiss  və  duyğularına  təsir  edir,  onu  düşündürür,  düzgün  mənəvi 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə