Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə188/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   184   185   186   187   188   189   190   191   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

462



qızının  tərbiyəçisi  Mariya  İvanovnanın  da  “tərbiyə  metodlatı”  müəllifin 

qınağına tuş gəlir. Uşaq psixologiyasınını bilməyən, mürəkkəb tərbiyə işini 

ancaq uşaq qarşısında tələb qoymaqla məhdudlaşdıran təbiyəçinin simasında 

yazıçının  adını  müəllim,  tərbiyəçi  qoyub  pedaqoji  işdən,  uşaq  psixologi-

yasından xəbərsiz olanları tənqid etmişdir. 

Tədqiqatlar  göstərmişdir  ki,  hekayənin  iki  variantı  mövcuddur:  Birinci 

variantda Hüseynqulu ağa və Pəricahan xanım Qaraca qızın fədakarlığından 

sarsılır, onun ölümündə özlərini müqəssir sayır, Allaha dua edərək öz günah-

larının bağışlanmasını diləyirlər. 

Uzun  illər  ümumtəhsil  məktəblərinin”Ədəbiyyat”  dərsliklərinə  daxil 

edilmiş  ikinci  variantda  isə  yazıçının  1936-cı  ildə  əsərlərini  nəşrə  hazır-

layarkən  məcburiyyət  qarşısında  etdiyi  dəyişikliklər  öz  əksini  tapmışdır. 

Belə ki, 1937-ci ilin repressiya dalğasının yaxınlaşdığını hiss edən sənətkar 

özünü labüd təhlükədən qorumaq üçün ixtisar və dəyişikliklər apararaq, varlı 

təbəqənin-  mülkədarlığın  nümayəndəsi  olan  Hüseynqulu  ağa  və  Pəricahan 

xanımı mənfi obraz kimi təqdim etmişdir. Aydın məsələdir ki, sovet rejimi 

şəraitində senzura müsbət bəy və xanım obrazları olan əsərin nəşrinə icazə 

verməz,  müəllif  bir  çox  sənətkarlar  kimi  siyasi  ittihamlara,  repressiyaya 

məruz  qalardı.  Əsərin  ilk  variantı  X.Məmmədovun  tərtib  etdiyi  “Hikmət 

çələngi” kitabına (Bakı, 1997) daxil edilmişdir.(3, s.221. ) 

Həmin  variantda  Ağca  xanımı  xilas  edən  Qaraca  qızın  ölümü  səhnəsi 

tamamilə  fərqli  şəkildə  təsvir  edilir:  “Qaraca  qız  qan  ilə  dolmuş  gözlərini 

açdı, axır nəfəsində günəşin şəfəqinə bir müddət baxdı, sonra gülümsündü, 

gözlərini yenə yumdu. Qaraca qız öldü!.. 

- Daxmamın bülbülü uçub getdi, - deyə Piri baba göz yaşı tökdü. 

- Xudaya, bu pak ruhun xatirəsinə biz müqəssir valideyni əfv et!- deyə 

Hüseynqulu ağa dua etdi.  

Bu xəbər bir dəqiqədə ağalığa yayıldı və cümləni qəmgin etdi. Pəricahan 

xanım  tutduğu  əməldən  peşman  olub  qızı  ilə  bərabər  yanğılı-  yanğılı 

ağlayırdı.  Qaraca  qızın  vəsiyyətini  əmələ  gətirdilər.  Onu  göy  təpədə  dəfn 

etdilər.  Hüseynqulu  ağa  Qaraca  qızın  qəbrinin  üstündə  böyük  bir  nişangah 

tikdirdi və baş daşının üstündə canını öz dostu Ağca xanımın uğrunda fəda 

etdiyini yazdırdı ki, bu böyük fədakarlıq baqi qalsın!” 

“Əşrəf” hekayəsinin də mövzusu uşaq həyatından alınmışdır. Bu əsər 

də sənətkarın uşaq taleyi, uşaq rərbiyəsi ilə bağlı düşüncələrinin davamıdır. 

Əsərin  qəhrəmanı  Əşrəf  gəmiçiliklə  məşğul  olan  Əlimərdanın  oğludur. 

Yazıçı  onun  bədii  portretini  belə  tədvir  edir:  “Əşrəf  böyüyüb,  yaşı  altıya 

yaxınlaşdı.  Bu,  çox  gözəl,  sağlam  və  sevimli  bir  uşaq  idi.  Nəcibə  xanımın 

elm tərbiyə verməkdə nə dərəcədə qabilə  və  ustad  bir ana olmağı  oğlunun 

gözəl hüsnü və əxlaqından görünürdü. Əşrəf izinsiz heç bir şeyə əl vurmazdı, 

söyüş  kimi  fəna  xasiyyətlər  əsla  onda  yox  idi.  Dili  qayət  şirin  idi.  Sağ 



Filologiya məsələləri, №4, 2017 

 

463



yanağında  böyük  bir  xalı  var  idi;  gülən  zaman  bu  xal  üzünün  çuxuruna 

düşüb, ona xeyli məlahət verirdi.” 

Atasının ölümündən sonra onun işini davam etdirən, ticarətlə məşğul 

olan  Əlimərdanın  alış-verişdən  əl  çəkib  çox  sevdiyi  gəmiçiliklə  məşğul 

olması ailə üçün faciəli hadisələrin bünövrəsini qoyur. Aldadılaraq gəmi ilə 

qaçaq  mal  apapan  Əlimərdan  tutulub  ailəsi  ilə  sürgün  edilir.  Xeyirxah  bir 

insan olan Nikolay İvanoviç adlı bir müəllim və onun nəcib təbiətli arvadı 

Sofiya Aleksandrova ata-anasından ayrı düşən Əşrəfə çətin günlərdə dayaq 

olur, onu həyat burulğanında məhv olmağa qoymur. 

Azərbaycan uşaq ədəbiyyatında nəsrin dəyərli nümunələrini yaratmış 

S.S.Axundovun  “Qorxulu  nağıllar”  hekayələr  silsiləsi  bu  gün  də  öz  ideya-

bədii dəyərini saxlamaqda, gənc nəslin mənəvi-estetik tərbiyəsində mühüm 

rol oynamaqdadır. 

 

Ədəbiyyat 



 

1.  Axundov S.S. Seçilmiş əsərləri. II c., Bakı, 1968. 

2.  Xəlil Z.,Əsgərli F. Azərbaycan uşaq ədəbiyyatı tarixi. Bakı, 2004. 

3.  Həsənli B. Azərbaycan uşaq ədəbiyyatı. Bakı: Müəllim, 2016. 

4.  “İrşad” qəzeti, 15 iyun 1906. 

5.   Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, 1984. 

6.  Vəliyev M. S.S.Axundov. Bakı, 1968. 

7.  Vəlixanov  N.  Humanist  yazıçı.  S.S.Axundov.  “Hekayələr  və  pyeslər” 

kitabına ön söz. Bakı:Gənclik, 1975, 8-9. 

8.   Vurğun S. Böyük sənət uğrunda. Bakı, 1970 

9.  Yusifoğlu R. Azərbaycan uşaq ədəbiyyatı. B., 2000. 

 

Б.Алиева 



Идейно-художественные особенности цикла рассказов «Страшные 

рассказы» С.С.Ахундова 

Резюме 

 

В  статье  анализируется  идейно  -  xудожественные  особенности 



детских  рассказов  извесного  писателя  С.С.Ахундова,  написанные  в 

начале  двадцатого  века.  В  этих  рассказах  прошлая  жизнь  показана  со 

всеми противоречиями. Особое внимание уделяется на характеристику 

основных героев произведений - детских образов. С.С.Ахундов хорошо 

знавший  детский  мир,  детскую  психологию  сумел  ярко  и  красочно 

раскрыть  их  в  своих  рассказях.  Он  знакомить  своих  читателей 

трудностями и превратностями могущими им встретится на жизненном 

пути.  Эти  рассказы  помогают  воспитывать  детях  находчивость, 




Filologiya məsələləri, №4, 2017 

 

464



проницательность и бесстрашие. Отмечается, важность и актуальность 

нравственных  проблем  отраженных  в  детских  рассказах  писателя. 

«Страшные рассказы» с момента издания завоевали любовь и уважение 

всех  школьников.  И  в  наши  дни  рассказы  играют  важную  роль  в 

нравстственном воспитании учащихся. 

 

 B.Alieva 



Ideological and artistic features of the series of stories "Scary stories" 

by S.S. Akhundov 

Sammary 

 

The article analyzes the ideological and artistic features of the children 's 



stories  of  the  famous  writer  SS  Akhundov,  written  in  the  early  twentieth 

century.  In  these  stories,  past  life  is  shown  with  all  the  contradictions. 

Particular  attention  is  paid  to  characterization  of  the  main  characters  of 

works - children's images. S.Akhundov who knew the children's world well, 

children's psychology was able to reveal them brightly and colorfully in his 

stories. He acquainted his readers with difficulties and vicissitudes that can 

meet  them  on  the  path  of  life.  These  stories  help  bring  up  children 

resourcefulness,  insight  and  fearlessness.  It  is  noted,  the  importance  and 

actuality of moral problems reflected in the children's stories of the writer. 

"Terrible  stories"  since  the  publication  won  the  love  and  respect  of  all 

students. And nowadays stories play an important role in the moral education 

of students. 

   

 

 



 

 

 



 

Rəyçi:                           B.Həsənli 

                 Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə