Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə196/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   189   190   191   192   193   194   195   196   197

Filologiya məsələləri, №4, 2017 

 

481



 ŞƏFA ZEYNALZADƏ  

Odlar Yurdu Universiteti 

amirli91@mail.ru 

 

QRƏM QRİN YARADICILIĞININ İDEYA VƏ BƏDİİ 



XÜSUSİYYETLƏRİ 

 

Açar sözlər: modernizm, roman, yazıçı 



 Key words: modernism,novel, writer 

 Kлювeые слова: современность , роман, писатель 

 

Modernizmin  görkəmli  nümayəndələrindən  olan  Henri  Qrəm  Qrin 



ingilis  ədəbiyyatinda  qısa  hekayələr  və  roman  yazıçısı  kimi  tanınır.Bu 

görkəmli yazıçı 1904-cu ildə Berkamsteddə anadan olmuş və “Green King 

Brewery”ailəsinə  mənsubdur.İlk  təhsilini  atasının  direktor  olduğu  Berka-

msted  məktəbində  alan  Qrin  uşaq  vaxtlarından  ədəbiyyata  böyük  maraq 

göstərir və bu marağı onun gələcəkdə yazıçı kimi formalaşmasında böyük bir 

stimul  idi.Qrinin  əzab-əziyyətli  məktəb  illərində  yazı  üslubunun  əsasını 

xəyanət  mövzuları  təşkil  edirdi  və  o,müdirin  oğlu  olmaqdan  belə  təngə 

gəlmişdi.Bir neçə dəfə özünə sui-qəsd təşkil edən Qrin bir gün məktəbi tərk 

edir və valideynlərinə birdə bu həyatda yaşamaq istəmədiyini yazır.15 yaşlı 

Qrin fizoterapiyadanj müalaicə almaq üçün Londona göndərilir.Qrinin yaxın 

dostu  Kennes  Riçmond  onu  ədəbi  yaradıcılığa  cəsarətləndirir.  Henri  Qrəm 

Qrin ailədə 6 uşaqdan dördüncüsü olmuşdur. Qrin utancaq və həssas idi. O 

idmanı  xoşlamırdı  və  tez-tez  məktəbdən  qaçırdı  ki,  Ridə  Heqard  və 

R.M.Ballantunenin  müəllifi  olduğu  macera  hekayələrini  oxusun.  Bu 

romanlar ona dərindən təsir edirdi və onun yazı üslubunun formalaşdırmağa 

kömək edirdi.  

Qrinin  əzab-əziyyətli  məktəb  illərində  yazı  üslubunun  əsasını  xainlik 

və xəyanət mövzuları təşkil edirdi və o, müdirin oğlu olmaqdan belə təngə 

gəlmişdi. Bir neçə dəfə özüə sui-qəsd təşkil edən Qrin bir gün məktəbi tərk 

edir və valideyinlərinə birdə bu həyatda yaşamaq istəmədiyini yazır. 15 yaşlı 

Qrin fizoterapiyadan müalicə almaq üçün Londona göndərilir. Qrinin yaxın 

dostu  Kennes Riçmond onu ədəbi yaradıcılığa cəsarətləndirir  və  ona yaxın 

dostu olan Voltə de la Mareni təqdim edir. 

 Məktəbi  bitirdikdən  sonra  Qrin  Balliol  kollecinə  tarix  fakultəsi  üzrə 

qəbul  olur  və  1925  –ci  ildə  axırıncı  kursda  yavaş-yavaş  ədəbiyyata  atılan 

Qrin ilk əsəri olan “Babbling April”i qələmə alır.Bu kolleci bitirdikdən sonra 

Qrin  xüsusi  müəllim  kimi,”Nottinqam”  jurnalında  jurnalist  kimi  və 

“TheTimes”qəzetində  redaktor  köməkçisi  işləyir.O,1929-CU  İLDƏ  ildə  ilk 

romanı olan “Bizim adam”romanını qələmə alır və bu roman yazıçıya roman 



Filologiya məsələləri, №4, 2017 

 

482



yazarı  kimi  böyük  imkanlar  yaradır.Onun  romanları  film  və  kitab  şəklində 

oxucularına təqdim olunur.Qrinin romanları real həyat problemləri ilə bağlı 

idi  .O  öz  müşahidələrini  kasıblıq  və  səfalət  problemləri  əsasında 

aparırdı.Müəllif  kapitalist  dünyasının  zəif  nöqtələrini  başa  düşürdü 

lakin,bütün bu bəd hadisələrin səbəbini araşdırmağa cəhd etmirdi.Bu sosial 

problemlər  yalnız  onun  romanlarını  arxa  planda  göstərirdi.O,oxucunu 

reallıqdan uzaqlaşdırıb xəyyallar və fantaziyalar dünyasına aparmırdı. 

 Bəziləri  başqa  modernistlər  kimi  Qrəm  Qrini  də  tənqid  atəşinə 

tuturdular,lakin  Qrəm  Qrin  əsərlərində  yaratdığı  bədbinlik  və  etiqadsızlıq 

digərlərininkindən  fərqlənirdi.Onun  əsərlərinin  əsasında  bəşəriyyətə  böyük 

sevgi dayanırdı. Qrəm Qrin digər modernistlər kimi yalnız cinayətin özünü 

göstərmir,  onun  arxasında  yatan  səbəbləri,  qaranlıq  məqamları 

araşdırır.O,göstərirdi  ki,insanlarda  pis  keyfiyyətlər  qəddar  həyat  şəraitinin 

nəticəsidir.O,kapitalist  cəmiyyətində  insan  tələbinə  təsir  edən  korlanmış 

təsirlərini  aşkar  edirdi.  Qrəm  Qrin  ingilis  ədəbiyyatında  psixoloji  dedektiv 

roman,  yəni  “əyləncəli  “  və  “ciddi”roman  müəllifi  kimi  tanınırdı.Hər  iki 

janrın  mövzusu  eyni  idi,yalnız  ”ciddi  romanlar”  mürəkkəb  tərkibə  malik 

idi,psixoloji  romanlar  isə  daha  dərin  düşüncə  tələb  edirdi.Onun  ciddi 

romanlarına  psixoloji,siyasi  və  dini  romanlar  daxildir.  Onlar  müflis  olmuş 

kapitalist cəmiyyətinin tərbiyəvi xüsusiyyətlərini əks etdirmir və dönə-dönə 

kapitalist cəmiyyətinin mənfiliklərini qeyd edirdilər. Bu romanlarında dönə-

dönə  kapitalist  münasibətlərini  pisləyir  və  müstəmləkə  siyasətinin  əleyhinə 

mübarizə aparır. Yazıçının əsərlərində dövrünün ən aktual problemlərindən 

bəhs edir.Belə ki,1955-ci ilə qədər yazdığı əsərlərində ədəbiyyatda axtarışlar 

edən  bir  yazıçı  təsiri  bağışlayırdısa  “Səssiz  Amerikalıdan”sonrakı  yazdığı 

romanlarının mövzusu siyasət və casusluq fəaliyyəti haqqında olur ki,bu da o 

dövr üçün kifayət qədər aktual mövzu idi. Yazıçının əsərlərində dövrünün ən 

aktual  problemlərindən  bəhs  edir.Belə  ki,1955-ci  ilə  qədər  yazdığı 

əsərlərində ədəbiyyatda axtarışlar edən bir yazıçı təsiri bağışlayırdısa “Səssiz 

Amerikalıdan”sonrakı  yazdığı  romanlarının  mövzusu  siyasət  və  casusluq 

fəaliyyəti haqqında olur ki,bu da o dövr üçün kifayət qədər aktual mövzu idi. 

Baxmayaraq ki, qrin özünü həmişə siyasətdən kənar yazıçı adlandırsa da, o 

siyasətlə daha çox maraqlanırdı və siyasətdən həz alırdı. “Səssiz Amerikalı” 

əsərini çap etdirdikdən sonra Qrin beynəlxalq siyasət və cəsusluq fəaliyyəti 

haqqında  bir  çox  roman  yazmışdır.  Bu  əsəri  çap  etdirdikdən  sonra  qrin 

həmişə Amerikalılara nifrət etdiyini qeyd edirdi, xüsusilə Ronald Reqana. O, 

Fidel Kastro və Manuel Noriqa ilə Amerika siyasətini araşdırmağa başladı. 

Onun  Panamada  diktator  general  Ömər  Torrifos  ilə  dostluğu  “Generalı 

tanıyaq”  əsərini  yazmağa  səbəb  oldu.  Qrin  ekzotik  səyahətlər  etməsinə 

baxmayaraq,  öz  həyatından  məmnun  deyildi.  Qrin  qeyd  edirdi  ki,  ən  çox 

London, Antibes və Kapridə rahat həyat sürüb. O yaşadığı müddətdə ədəbi 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə