Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə195/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   189   190   191   192   193   194   195   196   197

Filologiya məsələləri, №4, 2017 

 

478



da  harayınıza,  dadınıza  yetməyəcəkdi!  Müharibə  isə  hələ  bitməyib,  ay  xa-

nım-xatın  bibilər,  xalalar!  Düşmənin  gülləsi  Xəyalı  öldürə  bilmədi,  amma 

mənim  dönüklüyüm,  nişan  üzüyünü  qaytarmağım  onu  öldürə  bilər.  Deyir-

siniz, onu da, onun kimi vətəni qoruyan oğulların döyüş ruhunu da, onların 

vətənə, anaya, qıza etibarını, sevgisini, inamını da öldürək?!” (7. s. 564) 

Hekayət  əvvəldən  sonacan  romantik  təhkiyə  ilə  nəql  olunur. 

H.Mirələmovun  estetik  idealında  məhəbbət  insanlığın  məhək  daşı  fun-

ksiyasında çıxış edir. Başqa sözlə ifadə etsək, ədib məhəbbəti insanda insan-

lığı formalaşdıran əbədi bir yol kimi təsəvvür edir. Aristotelin “katarsis”inə – 

mənəvi-əxlaqi  təmizlənməyə  gedən  yol  H.Mirələmovun  estetik  idealında 

məhəbbətdən  keçir.  Yazıçı  göstərməyə  çalışır  ki,  heç  bir  maneə  iki  sevən 

qəlbin  qovuşmasına  gedən  yolu  kəsə  bilməz.  Hələ  bu  maneə  Qarabağ 

döyüşlərində vuruşub gözlərini tirimiş bir gəncin taleyindən gedirsə... ədəbin 

mövqeyi aydındır. Bütün yaradıcılığı boyu Qarabağ mövzusuna həssaslıqla 

yanaşmış  H.Mirələmovun  qəhrəmanı  belə  anda  geri  çəkilə,  sevgisinə 

dönüklük  nümayiş  etdirə  bilərmi?  Əsla!  Odur  ki,  hekayə  qəhrəmanının 

dilindən səsləndirilən bu fikirlər qəlbimizi riqqətə gətirir, onları həyəcansız 

oxuyub keçə bilmirik. 

H.Mirələmovun  əsərlərinin  əsas  qismi  ailə-məişət  mühitini  sərgiləməyə 

yönəlib.  Hadisələr  daha  çox  məişət  planında,  ailə  münasibətləri  çərçivəsində 

cərəyan  edir.  Müəllif  bu  məkandan  məhəbbət,  insanın  mahiyyəti  kimi 

məsələləri qabartmağa çalışır. Bu mənada, ailə-məişət mühitinin təsvirinə artan 

maraqla  yazıçının  əsərlərində  lirizmin  qüvvətlənməsi  arasında  ciddi  bir 

qanunauyğunluq  nəzərə  çarpır.  Bu  iki  cəhətin  bir-birini  tamamlaması  nəticə 

etibarı  ilə  onun  insanın  daxili  dünyasına  nüfuz  imkanlarını  gerçəkləşdirir.  Bu 

imkanlar  genişləndikcə  onun  qəhrəmanlarında  həyatilik  və  təbiilik  güclənir. 

Obrazın xarakteri sxematizmdən  uzaqlaşır,onun taleyinə  maraq  hissi  güclənir. 

Ailə münasibətləri insan xarakterindəki bütün mürəkkəblikləri və ziddiyyətləri 

üzə çıxarır və insanın xarakteri bütün mahiyyəti ilə ailədə açılır. H.Mirələmovu 

ailə  mühitinin  təsvirinə  çəkən  də  insan  münasibətlərinin  mürəkkəbliklərini 

açmaq üçün burda daha əlverişli şərait müşahidə etməsi ilə bağlıdır. 

Espen  Hovardsholmun  məqalələrinin  birində  belə  bir  sual  qoyur:  “... 

bizim görməyə vərdiş etdiyimizi yalnız qeydə alan sənətin mənası varmı?” 

(4. s. 90). Əlbəttə ki, yoxdur. Yazıçı həyatın bəsit stenoqrafı deyildir, əksinə, 

gördüklərini təxəyyül gücünə mətnləşdirən qələm sahibidir. H.Mirələmovun 

əsərlərində həyat donuq və durğun deyildir. Bu həyatda hər kəs özünü haqlı 

hesab  edərək  yaşayır  və  fəaliyyət  göstərir.  Yazıçı  qəhrəmanın  həyatına  və 

həyat tərzinə müdaxilə etmir. Qəhrəman öz dünyagörüşünə, düşüncəsinə və 

xarakterinə uyğun bir həyat tərzi seçir və yaşayır. H.Mirələmov yox, həyat 

özü  qəhrəmanları  tərbiyə  edir,  onun  haqlı  ya  haqsız  olduğunu  meydana 

çıxarır.  Müəllif  idealı  həyatın  təlqin  etdikləri  hesabına  qəhrəmanın  gəldiyi 



Filologiya məsələləri, №4, 2017 

 

479



son qənaətdə ifadə olunur.  

 

Ədəbiyyat 



 

1.  Cəfərov N. Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-  

halı. Bakı: AzAtaM, 2014 

2.  Fənayənin sualları (ədəbi-publisistik məqalələr). Bakı: Səda, 2006 

3.  Hacılı V. “Gəlinlik paltarı”nın işığında. Bakı: Nurlan, 2005 

4.   Hovardsholm  Espen.  Modernizm.  Tarixi-fəlsəfi  tədqiqat.  “Cahan” 

jurnalı, 1997 

5.  Xələfli Ə. Dünyanın söz üzü (Məqalələr toplusu). Bakı: Səda, 2007 

6.  Kərimov R. Söz haqqında söz (məqalələr…) Bakı: Əbilov - Zeynalov və 

oğulları, 2004  

7.  Mirələmov  H.Gecə  bənövşələri.  Bakı:  “Nurlar”  Nəşriyyat-Poliqrafiya 

Mərkəzi, 2013 

8.  Yusifli V. 2004-cü ilin nəsri. “Azərbaycan” jurnalı, № 2, 2006 

 

Зальха Оруджова  



Художественное отображение общественно-нравственных 

процессов, протекающих в обществе в прозе Гусейнбалы 

Мираламова 

 

Резюме 



 

В  творчестве  Гусейнбалы  Мираламова  постановка  проблемы 

общества  и  нравственно-этических  ценностей  всегда  была  актуальной. 

Данная  проблема,  характерная  творчеству  писателя,  стала  объектом 

исследования  этой  статьи.  На  основе  таких  его  произведений,  как 

«Свадебное платье», «Рассказ о любви» и др. раскрываются проблемы 

человека и общества, человека и его быта. Эти задачи филътруются на 

основании анализа фактов. 

Наряду с этим, в статье затронута тема Гарабаха, которая является 

ведущей  в  творчестве  писателя.  Данная  тема  раскрывается  в  контексте 

войны и человеческого фактора. 

В  целом  в  статъе  исследованы  нравственно-моралъные  ценности, 

происходящие в обществе и положение писателъя как проблема. 

 

 



 

 



Filologiya məsələləri, №4, 2017 

 

480



 

Zalkha Orujova  

Artistic reflectionsocial-moral processes in society in 

 Huseynbala Miralamov’sprose 

 

Summary 


 

Society  and  ethical-moral  values  were  main  topics  in  Huseynbala-

Miralamov’s work. 

In article this distinctive topic of HuseynbalaMiralamoiov’s work was 

taken  as  main  object  of  analysis.  Human  and  society,  human  and  welfare 

problems  were  discussed  in  “Wedding  dress”,  “Love  narration”  and  other 

works  of  writer  were  brought  to  attention.  And  these  problems  were 

analyzed based on facts. 

At  the  same  time  in  article  one  of  the  main  topics  in  writer’s  work 

Karabakh was  discussed. At times  these were  analyzed  based  on  based  on 

war and human factor. 

`Overall in article ethical-moral values in society and writer’s approach 

was analyzed as a problem. 

 

 Rəyçi: professor  Elman Quliyev  



 

 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə