Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə194/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   189   190   191   192   193   194   195   196   197

Filologiya məsələləri, №4, 2017 

 

476



olan ədəbiyyatşünasın yuxarıdakı fikrinin əsaslı olduğunu heç də isbat etmiş 

olmur.  Bilirik  ki,  V.Hacıyev  həmişə  obyektivliyi,  sənətkarlığı  daha  çox 

müdafiə etmiş bir alim olmuşdur. Burada isə onun gəldiyi nəticə açıq-aşkar 

mədhiyyə xarakteri daşıyır və müəllif H.Mirələmovun əsərlərini Azərbaycan 

ədəbiyyatı müstəvisində, son illərdə yazılan nəsr nümunələri ilə müqayisədə 

təhlil etsəydi, daha ədələtli və uğurlu nəticə əldə edə bilərdi.  

Ümumiyyətlə,  yaxşı  olardı  ki,  H.Mirələmov  haqqında  yazanlar,  əgər 

müqayisə  zəruridirsə,  onun  əsərlərini  Anar,  Elçin,  K.Abdulla,  S.Əhmədli 

kimi görkəmli Azərbaycan yazıçılarının son əsərləri ilə müqayisə edib ədəbi-

bədii  təhlillər  apara,  yaradıcılığının  real  və  obyektiv  qiymətini  verəydilər. 

Yalnız  Avropa  ədəbiyyatı  ilə  məhdudlaşmaq  və  ifrata  varmaq  oxucuda 

düzgün qənaət yarada bilməz. Yaxud başqa bir misal gətirmək olar. Ədibin 

yaradıcılığı barədə silsilə məqalələr yazan, əsərlərinə əsasən obyektiv qiymət 

verən,  haqqında  monoqrafiya  nəşr  etdirən  R.Kərimov  bir  sıra  məqamlarda 

ifrata varmış, təhlili təriflə qarışdırmış və yazmışdır: “Hüseynbala müəllim 

çiyinlərində  bir  elin  dərdini  gəzdirən  Anteydir…Məkkəsi,  ziyarətgahı  Şuşa 

olan  bir  Zəvvardır…”  (6.  s.6).  Bu  qəbildən  olan  təriflər,  şübhəsiz  ki, 

H.Mirələmovun əsərlərinin həqiqi qiymətini verməkdən uzaq olub mədhiyə 

xarakterində olması ilə seçilirlər.  

Ədəbi aləmdə fəallığı ilə seçilən jurnalist-yazıçı Əli Rza Xələflinin adı 

ədəbi  ictimaiyyətə  yaxşı  tanışdır.  Onun  ədəbi-fəlsəfi  xarakterli  kitabları 

həmişə  diqqət  mərkəzində  olmuşdur.  Xüsusilə  H.Mirələmov  haqqında 

tədqiqləri, çoxsaylı məqalə və kitabları oxucuda xoş təəssürat yaradır. Lakin 

bəzən onun da ifrat tərifləri, epitet və bənzətmələri qiymətli kitabları, məqalə 

esselərinin müqabilində solğun, təsirsiz və şişirdilmiş görünür. 

H.Mirələmovun bədii nəsri haqqında, ədəbi qəhrəmanları barədə bəzən 

əndazəni  aşan  fikir  və  qənaətləri  oxucunu  razı  sala  bilmir.  Biz  təfsilata 

varmadan  yalnız  onu  deyə  bilərik  ki,  Azərbaycan  yazıçılarından  danışarkən 

birdən-birə  Homerin  əsərlərini  xatırlatmaq,  Drayzer,  Dostoyevski,  Tolstoy, 

Z.Renur  kimi  görkəmli  yazıçılarla  müqayisələr  aparmaq,  Medeya,  Jazon, 

Cenni  Herhard,  Anna  Karenina  kimi  ədəbi  qəhrəmanlarla  yanaşı  ədəbi 

paralellər  gətirmək  bir  qədər  bayağı  görünür  (5.  s.156-182).  Yuxarıda  qeyd 

etdiyimiz  kimi,  daha  yaxşı  olardı  ki,  müəlliflər  H.Mirələmov  yaradıcılığına 

Azərbaycan  ədəbi  müstəvisində  qiymət  verəydilər.  Əlbəttə,  yalnız  bundan 

sonra müəllifin əsərlərini dünya ədəbi fonunda araşdırmağı heç kəsə qadağan 

etmək olmaz.  

Bəs yazıçı Hüseynbala Mirələmovun nəsri ilk növbədə, hansı səciyyəvi 

cəhətləri  ilə  önəmlidir?  İlk  növbədə,  insana  nüfuzun  dərinliyi  amili  və  bu 

amilin  ancaq  milli  insanın  sosial-psixoloji  mövqeyinə  əsaslanma  cəhətinə 

görə.  Bu  insanın  keçmişi,  keçib  gəldiyi  yola  Azərbaycan  oxucusunun 

yaddaşında  bir bələdlik  var.  Çünki  bu insan  məhz, öz  keçmişinin  immanent 



Filologiya məsələləri, №4, 2017 

 

477



inkişaf qanunauyğunluğu zəminində yetişən və çağımıza gəlib çatan insandır. 

Öz  lokal  dərdləri,  çağırışları,  həyəcanları  və  yaşantıları  ilə  birlikdə  XXI  əsr 

insanıdır.  

Əslində, bu və ya digər başqa xidmətlərindən, estetik çalarlarından asılı 

olmayaraq, ədəbiyyatın birmənalı olan və heç bir zaman təsirini azaltmayan 

yeganə  aksioması  var:  ədəbiyyat  insanı  yazır,  insanı  dərki  əsərinin  başlıca 

təcəssüm predmetinə çevirir. Ədəbiyyat o sahədir ki, orada qatilin içindəki 

insanlığın,  fərarinin  içindəki  həyat  eşqinin  dərkinə  yönəlməyə  yol  var. 

Yazıçı  mühakimə  etmir,  sadəcə  insanı  yazır,  onu  bütün  kamil  və  cahil 

tərəfləriylə  birgə  bədiyyata  gətirməyə  çalışır.  Hüseynbala  Mirələmovun 

yazıçı kimi özəlliyi məhz, bu məqama həssaslığında üzə çıxır. Bu baxımdan 

ədəbiyyatşünas-alim  Nizami  Cəfərov  dəqiq  qeyd  edir  ki,  “Hüseynbala 

Mirələmov  yaradıcılığında  müasir  olduğu  qədər  məsuliyyətli,  məsuliyyətli 

olduğu  qədər  humanist  sənətkardır...  O,  ən  mənfi  qəhrəmanının  belə 

təbiətindəki  insani  keyfiyyətləri  görür,  qiymətləndirir,  “qətran  qaranlığı”-

ndakı  kiçik  bir  işıq  cücərtisinin  parlamasına,  yatmış  vicdanın  oyanmasına, 

solmaqda  olan  hisslərin  çiçəklənməsinə  elə  ehtirasla  çalışır  ki,  bunu  ancaq 

böyük ürək sahibləri edə bilər” (1. s. 11). 

Hüseynbala Mirələmovun 2014-cü ildə çap olunan “Gecə bənövşələri” 

kitabına  daxil  olan  povestlər  fərqli  rakusdan,  fərqli  təhkiyə  ilə  yazılsa  da 

burada da insan amilinin dərki baxımından aranan yolların çoxşaxəliliyi bizi 

düşündürür. “Taledən qaçmaq olmur”, “Tənha lalə”, “Gecə sürünən ilanlar” 

povestlərində,  eləcə  də  “Məhəbbət  hekayəti”  və  “Gecə  bənövşələri”  adlı 

hekayələrdə sosial problematikanın qabardılması, qəhrəmanı ictimai idealın 

birbaşa  daşıyıcısı  kimi  göstərərək,  onu  sxematikləşdirmək,  canlılığı  və 

həyatiliyi  zəiflətmək  kimi  qüsurlar  yoxdur.  H.Mirələmovun  sənətkar  uğuru 

insanı  öz  təbii  istək  və  arzuları,  duyğu  və  düşüncələri  ilə  birlikdə  əsər 

qəhrəmanına çevirə bilmək ustalığı ilə müəyyənləşir. Yazıçının şəxsiyyət – 

İnsan konsepsiyasının əsasında ilk növbədə insanı təbii varlıq kimi dərk və 

izah etmək tendensiyası dayanır. İnsanın təbii varlıq kimi özünüdərki onun 

şəxsiyyət kimi mövcudluğunun birinci şərti hesab olunur. 

  Yazıçının son əsərlərindən olan “Məhəbbət hekayəti”ndə məhəbbət 

insanın varlığının mahiyyətini müəyyənləşdirən əsas amil olaraq çıxış edir. 

Əsərin  qəhrəmanı  Xəyal  döyüşlərdə  ağır  yaralanaraq  gözlərini  itirir.  Bu 

xəbərdən  Günayın  atasının  əlinə  fürsət  düşür.  O  əvvəldən  əleyhinə  olduğu 

izdivacı  pozmağa  qadir  olacağını  zənn  edir.  Bütün  qohum  əqrəba  onunla 

həmfikirdir,  Günayın  belə  bir  şəxslə  ailə  qurmasını  mümkünsüz  hesab 

edirlər.  Günay  isə  mövqeyində  qəti  və  israrlıdır.  Ona  təzyiq  göstərmək 

istəyən qohumlarına tutarlı cavab verməyi bacarır: “Əgər Xəyal kimi oğlan-

lar  silaha  sarılıb  düşmən  qabağına  çıxmasaydı,  bəlkə  indi  Gəncə  də  əldən 

getmişdi. Nə siz qalmışdınız, nə də mən... Boyun-boğazınızdakı ləl-cəvahirat 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə