Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə191/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   187   188   189   190   191   192   193   194   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

469



hissiyatı,yaradıcı təxəyyülü inkişaf etdirir.Məs: ədəbiyyat,tarix,coğrafiya və 

s.fənnlərlə  sıx  əlaqə  yaradıldıqda  yapma  məşğələsi  üçün  çoxlu  süjetlər 

meydana çıxır.Bu fənnlər bədii kompozisiyanın verilməsi zamanı uşaqların 

praktiki  materiallardan  istifadə  etməsinə  kömək  edir.Eyni  zamanda  həmin 

fənnlər  üzrə  düzəldilmiş  əşyalar  məşğələlərdə  əyani  vəsait  kimi  istifadə 

oluna  bilər.Yapma  məşğələlərində  bədii  ədəbiyyat  üzrə  illüstrasiyalar 

mövzusu  da  xüsusi  yer  tutur.Burada  şagirdlər  müxtəlif  nağıl,təmsil  və 

hekayələrə  aid  mövzularda  yapma  işləri  hazırlayırlar.Yapma  üzrə 

məşğələləri iki hissəyə ayırmaq olar.1.Təlim vəzifələri.2.Tərbiyə vəzifələri.I-

ci Hissədə yapma məşğələlərində aşağıdakı məqsədlər nəzərə alınmalıdır.a)-

Seçilmiş  və  ya  verilmiş  mövzu  üzrə  yapma  işləri  hazırlamaq.b)Sujetin 

həllində  daha  gözəl  ifadə  vasitələri  tapmaq  əvvəlcədən  tərtib  edilmiş 

eskizlərdən  istifadə  etməklə  tapşırıqları  kompozisiyanı  sona  çatdır-

maq.c)Ətraf aləmi müşahidə etmək.Mövzu üzrə yapma işlərində lazım olan 

əşyaları naturadan yaddaşa və ya təsəvvürə görə esgiz hazırlamaq sonra da 

yapma  işində  istifadə  etmək.ç)Kompozisiyada  ümumi  fikir  həlli.d)Statik 

qanunu  nəzərə  almaqla  işin  konstruktiv  mütanasib  həlli.II-ci  Hissədə  isə 

yapma məşğələlərində tərbiyə məsələlərini nəzərə almaq lazımdır. a)Görmə 

yaddaşını,fəza  təsəvvürlərini  və  obrazlarda  təfəkkürün  inkişafı.b)Bədii 

zövqün,həyatın  özünün  müşahidəsinə  məhəbbət  və  maraq  tərbiyəsi.c)-

Yaradıcı  qabiliyyətin,təsəvvürlərin  inkişafı.d)Emosional  aləmi  zənginləş-

dirən tükənməz gözəllik mənbəyi olan həyatı başa düşməyi tərbiyə etmək.Bu 

məqsəd  və  vəzifələri  yerinə  yetirərkən  mövzu  üzrə  yapma  işləri  za-

manı,uşaqların  yaş  xüsusiyyətlərini  nəzərə  alınmalı,şüurluluq,əyanilik,-

ardıcıllıq və sistematiklik prinsiplərinə riayət edilməlidir.Mövzu üzrə yapma 

məşğələlərində  bədii  zövq  təsviri  incəsənətdə  iki  yolla  həyata  keçirilə 

bilər.1.Ətraf  aləmdəki  təsvirin  realist  əsaslarının  və  kompozisiyanın 

əsaslarının  öyrənilməsi  yolu.2.Sujetlərin  yerinə  yetirilməsi  üçün  müsahibə 

məşğələləri ilə mövzu üzrə yapma məşğələlərinin əlaqəsi.Təsviri incəsənətin 

müsahibə  məşğələlərində  rəssamların  əsərlərində  ki,kompozisiyanın 

rolu,əhəmiyyəti  və  onun  həlli  məsələsi  əsərin  ifadəli,obrazlı  olması  üçün 

yapma texnikasının və s.rolunun öyrənilməsi çox vacibdir.Şagirdlər müstəqil 

iş  yerinə  yetirərkən  müəllim  onları  istiqamətləndirməlidir.Müəllim  kompo-

zisiya problemini texniki cəhətdən izah etməklə kifayətlənməməlidir,yapma 

işinin ideya məzmununu izah etməli və ya hazırlanan işin mövzunun ideya 

əlaqəsini geniş formada təhlil etməlidir.Şagirdlərin işlərində hər hansı ideya 

məzmunu  istənilən  istiqamətə  yönəltmək  üçün  mövzu  və  sujetin  seçilməsi 

mühümdür.Bunun  üçün  ideya  məzmunundan  aslı  olan  sujetin  necə  yerinə 

yetirilməsi,kompozisiyanın  necə  olması  əhəmiyyətlidir.Mövzu  üzrə  yapma 

işləri  şagirdlərin  estetik  tərbiyəsində  mühüm  rol  oynayır.Estetik  tərbiyənin 

əsas  vəzifələrindən  biri  də  mövzu  üzrə  yapma  məşğələlərində  bədii  estetik 



Filologiya məsələləri, №4, 2017 

 

470



zövqü  inkişaf  etdirməkdən  ibarətdir.Mövzu  üzrə  yapma  məşğələlərində  bu 

məsələni həll etmək üçün yalnız yapma haqqında elementar bilik və texniki 

vərdişlərlə  kifayətlənmək  olmaz.Şagirdlərə  müəyyən  alətlərdən  düzgün 

istifadə  etmək,yapmada  forma  həlli  məsələsinə  nail  olmaq  kompozisiyada 

ideyanın düzgün verilməsinə nail olmaq və bu kimi digər məsələlər diqqətə 

çatdırılmalıdır.Beləliklə,mövzu  üzrə  yapma  məşğələlərində  kompozisiya 

üzrə fəaliyyəti müvəffəqiyyətlə inkişaf etdirilməli və müxtəlif müasir təlim 

metodlarından  istifadə  edilməlidir.Dərsin  sonunda  şagirdlərin  işləri 

ümumilikdə təhlil edilir.Burada həm yaxşı cəhətlər,eyni zamanda qüsurlar,-

nöqsanlar şagirdlərin diqqətinə çatdırılır.Belə nəticəyə gəlmək olar ki,təsviri 

incəsənət  məşğələlərinin  çox  maraqlı  və  özünəməxsus  xüsusiyyətləri 

vardır.Bu  xüsusiyyətlər  uşaqların  əqli  və  estetik  inkişafına  çox  böyük  təsir 

edir.Buda uşaqların dünya görüşünün hərtərəfli şəkildə inkişafına və mənəvi 

dünyasının zənginləşməsinə, onlarda milli və ümumbəşəri dəyərlərə hörmət, 

humanizm,şəfqət hislərinin qüvvətlənməsinə öz töhfəsini verir.  

Elmi  yeniliyi:  Məqalədə  təsfiri  incəsənət  fənninin  məşğələlərinin 

özünə  məxsus  xüsusiyyətləri  təhlil  olunmuşdur.Bu  da  tədris  prosesində 

tələbənin dərsi mənimsəməsində əhəmiyyətli rol oynayır. 

Tətbiqi  əhəmiyyəti:  Mövzudan  ali  məktəblərdə  təsviri  incəsənət  ilə 

bağlı mühazirə və seminarlarda istifadə oluna bilər. 

 

Ədəbiyyat 



 

1. Rəhimov A.N.Ana dilinin tədrisi metodikası,Bakı,Mütərcim,1997.s.63 

2.Kərimov  Y.Ş.İbtidai  siniflərdə  ana  dilinin  tədrisi  metodikası,Bakı,-

Maarif,1997.s 

3.Abbasov A,Əlizadə H.Pedaqogika,Bakı,Renessans,2000.s78 

4.Ушинский  К.Д.Собрание  сочинений,том6,Москва,”Просвещение”,-

1949,c.86 

5.Ельшевская  Г.В.  Искусство  рисунка.Москва,  Издательство»Советс-

кий художник»,1990,с82 

 

 



Ilham Dadashov  

Summary 


 

The general development of the fine art subjects trainings. 

 Forming of the lessons based on the active trainings.  

While working on nature follow to the certain principles. 

The impact of the creative trainings to the puplils develorment process. 

The own features of the observe lessons. 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə