Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə187/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   183   184   185   186   187   188   189   190   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

460



ancaq  bu  ildən  hər  gün  meşəyə  odun  qırmağa  gedirdi  və  qırdığı  odunu 

şələləyib,  bazarda  dükançılara  bir  az  pula  satırdı.  İki  gün  bundan  qabaq 

Abbas odun ilə bərabər bir dəstə qulançar da yığıb bazara gətirmişdi və onu 

bir şahı pula satıb anasına vermişdi.“ 

Ananın son ümidi olan uşaqlar qardaşının intiqamını günahsız kənd 

camaatından  alan  quldur  Səfərin  qurbanına  çevrilir.  Onların  gül-çiçəyə 

bürünmüş  dağ  döşündə  qətlə  yetirilməsi  təbiətin  gözəlliyi  ilə  təzad  təşkil 

edir. Abbas və Zeynəbin ölümünü, həyatda hər şeydən məhrum olmuş Fatma 

ananın  talesizliyini  yazıçı  böyük  sənətkrlıqla  əks  etdirməyə  müvəffəq 

olmuşdur:  “Gecədən  xeyli  keçmiş  bir  arvad  dağları,  daşları,  meşələri 

axtarırdı. Bu arvad Fatma və axtardığı da iki balası idi. 

-  Zeynəb,  Abbas,  gözəl  balalarını,  yetim  balalarım,  haradasınız,  səs 

verin!..  -  deyə  Fatma  nalə  edirdi.  Lakin  çəmən  üstündə,  lalələr  arasında 

qucaq-qucağa  verib  qanlarına  qəltan  olmuş  Zeynəb  və  Abbas  -  bu  iki 

məsum, anaları Fatmanın naləsini eşitmirdilər.  

Hekayədə  yalnız  Qayadibi  kəndinin  günahsız  camaatı,  Aslan  və 

Zeynəb  deyil,  təbiət  də  insan  vəhşiliyinin  qurbanına  çevrilir.  Gülləbaran 

olunan  təbiətin  gözəlliyi  daha  gözə  görünmür,  ,  heyvanlar,  quşlar  quldur 

Səfərin  «vəhşi  hərəkətlərindən  el  xofa  düşmüşdülər  ki,  hələ  cürət  edib 

yuvalarından çıxa bilmirdilər».  

“Nurəddin”  hekayəsi  də  silsilədəki  xoşbəxt  sonluqla  bitən  əsərlər-

dəndir.  Ailə  tərbiyəsi  anası  Həlimənin  yaratdığı  mehribanlıq,  qayğıkeşlik 

mühiti  Nurəddinin  xasiyyətinə  müsbət  təsir  göstərmiş,  onun  saf  mənəviy-

yatlı,  elmə,  biliyə  həvəsli  uşaq  kimi  böyüməsinə  zəmin  yaratmışdır.  Lakin 

anasının qəfil ölümü ilə Nurəddinin həyatının axarı dəyişir. Atasının yanlış 

addımı,  yaxşı  tanımadığı,  “bədxasiyyət”  Gülpəri  ilə  evlənməsindən  sonra 

Nurəddinin  qara  günləri  başlayır.  Öz  səhvini  dərk  edən  atası  Hacı  Nəsirin 

ölümü  ilə  vəziyyət  daha  da  ağırlaşan  Nurəddin  qarşılaşdığı  çətinliklər 

qarşısında  sarsılmır,  Əmiraslanın,  Gülpərinin  xain  niyyətlərindən  xəbərdar 

olub  faciədən  qurtula  bilir.  Əmiraslanın,  Gülpərinin  simasında  yazıçı  ailə 

tərbiyəsindəki qüsurların insan taleyindəki mənfi rolunu göstərmişdir. 

Hekayənin  əvvəlində  xatırladılan  “yaxşılığa  yaxşılıq  hər 

kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir“ atalar sözü gənc oxucunu 

hadisələrin  axarından  düzgün  baş  çıxarmağa  istiqamətləndirir.  Rəhim  kimi 

xeyirxah  insanların  sayəsində  xilas  olan  Nurəddini  həyatda  qarşılaşdığı 

çətinliklər,  gördüyü  pisliklər  qəddarlaşdırmır,  əksinə  xeyirxahlığa,  mər-

həmətə sövq edir.  

Əsərin  sonunda  Gülpərinin  öz  səhvini  başa  düşməsi,  peşmançılıq 

çəkməsi  səhnəsinin  təsviri  ibrətamizdir:  “Gülpəri  başını  aşağı  salıb  yenə 

ağlamağa başladı. Rəhim dedi: 




Filologiya məsələləri, №4, 2017 

 

461



 

- Gülpəri, ağlama, sən Hacı Nəsirin arvadı və Nurəddinin analığı olmuşsan. 

Bunların  xatiri  üçün  və  Nurəddinin  özü  sənin  günahından  keçdiyi  üçün 

burada qalıb rahat olacaqsan.  

 Sonra üzünü Nurəddinə tərəf tutub dedi: 

-  Oğlum,  indi  rahat  ola  bilərəm,  çünki  sənə  verdiyim  tərbiyənin 

meyvəsini  bu  gün  gördüm.  Mən  səni  oğulluğa  götürməklə  böyük  bir  hünər 

etmədim, çünki mən ancaq yaxşılığa yaxşılıq etdim. Bu isə hər kişinin işidir. 

Amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidır. - 

Bunu deyən Rəhim Nurəddini qucaqlayıb öpdü.” 

Bu  səhnədə  yazıçının  humanist  həyat  mövqeyi,  cəmiyyətdə,  ailədə 

tərbiyə  problemlərinə  təcrübəli  pedaqoq  münasibəti  öz  əksini  qabarıq  surətdə 

tapmışdır.  

Ədibin  “Qaraca  qız”  hekayəsi  mövzu,  problem  baxımından  uşaq 

ədəbiyyatımızda yeni bir hadisə idi. Əsərdə yazıçının uşaq həyatına, taleyinə 

həssas  münasibəti,  həyat  həqiqətlərini  bədii  dillə  çatdırmaq  məharəti  onun 

yazıldığı  dövrdən  bu  günədək  oxucular  tərəfindən  sevilməsinə,  maraqa 

oxunmasına  səbəb  olmuşdur.  Qaraca  qızın  simasında  zəhmətkeş  ailəsindən 

olan uşağın dolğun, yaddaqalan obrazı yaradılmışdır.  

Bu  hekayədə  də  cəmiyyət,  mühit,  tərbiyə,  uşaq  taleyi  problemi 

qoyulur və öz bədii həllini tapır. Əsərdə fərqli təbəqələrin nümayəndəsi olan 

iki  qızın  Ağca  xanımın  və  Qaraca  qızın  ilk  dəfə  qarşılaşmasının  bədii 

təqdimi diqqəti cəlb edir: “Qaraca qız və Ağca xanım nəzərlərini bir-birinə 

salıb bir müddət diqqətlə baxışdılar. Bu iki uşağın arasında böyük fərq vardı: 

Birinin ata-anası bəyzadə, o birisininki isə yoxsul idi. Biri zəif, zərif, hər bir 

işdə  özgəyə  möhtac  olduğu  halda,  o  biri  polad  kimi  sağlam  bədənli,  az 

yaşında  çox  görmüş,  öz  zəhmətilə  məişət  edən  bir  uşaq  idi.  Birinin  baxışı 

sanki özgələri köməyə, o birinin nəzəri isə hamını qovğaya çağırırdı.” Yazıçı 

öz  qəhrəanlarına  bir-birinə  zidd  olan  Ağca  və  Qaraca  dadlarını  süçməklə 

onların fərqli həyat tərzini diqqətə çatdırır. Lakin zahiri fərqə baxmayaraq, 

hadisələrin  gedişi  bu  iki  qızcığazın  mənən  yaxın  olduğunu,  təbiətindəki 

saflığı, səmimiyyəti göstərir. 

Pəricahan  xanım  qızının  aşağı  təbəqədən  olan  Tutu  ilə  ünsiyyətini, 

oynamasını  öz  şəstinə  sığışdırmır.  Onun  tərbiyə  üsulu  da  öz  sərtliyi, 

qəddarlığı ilə seçilir. Qaraca qızla oynamağın Ağca xanımın tərbiyəsinə pis 

təsir  göstərəcəyini  düşünüb  qızını  qaranlıq  otağa  salır.  Bir  ana  kimi 

həssaslığını itirərək övladını sərt şəkildə cəzalandırması, acılaması, qadağa-

lar qoyması onun ailədə tərbiyə metodlarından xəbərsizliyini göstərir. O, öz 

hərəkətləri,  Qaraca  qıza  münasibəti  ilə  Ağca  xanımın  xarakterinə,  fiziki 

sağlamlığına  mənfi  təsir  göstərdiyini  dərk  etmir.  Bu  isə  ana  ilə  qızı 

arasındakı  səmimiyyət  bağlarının  qırılmasına  gətirib  çıxarır.  Bu  baxımdan 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə