Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə190/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   186   187   188   189   190   191   192   193   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

467



təvilərin  yerləşdirilməsi(burada  qutulardan  da  istifadə  etmək  olar).-

V.Naturmortu yerləşdirərkən istər təbii,istərsə də süni işıq yalnız bir tərəfdən 

düşməsinin  təmin  edilməsi  və  beləliklə  göstərilən  prinsiplərin  nəzərə 

alınması ilə natürmortun qurulması müəllimin məşğələni təşkil etməsi üçün 

əsas  vəzifələrdən  hesab  edilir.Natürmortun  predmetlərinin  təsvirində  yaxşı 

verilməsi  üçün  onu  müəyyən  müddətə  müşahidə  etmək  lazımdır.Digər 

mühüm  məsələlərdən  biri  əşya  və  predmetlərin  perspektiva  qanununa  görə 

görünmələrinin  nəzərə  alınmasıdır.Məlum  olduğu  kimi  eyni  həcmli 

predmetlər mövcud olduqları plandan aslı olaraq perspektiva qanununa görə 

müxtəlif  cür  görünə  bilərlər.Burada  həm  xətti  perspektivadan,həm  də  rəng 

perspektivasından  istifadə  edilir.Hər  hansı  texnikada  natürmort  işlənərkən 

dörd mərhələdən ibarət olur.I.Mərhələdə-predmetlərin yüngül kontur xətlərlə 

göstərilməsi  və  eləcə  də,predmetlərin  rənglərinin  yüngül  fonda  verilməsi.-

II.Mərhələdə-predmetlərin  formalarının  və  bir-birinə  münasibətlərinin,eləcə 

də onların rənglərinin tədricən dəqiqləşdirilməsi aparılır.III.Mərhələdə-artıq 

predmetlərin  materiallığı,formalığı,rəngləri  və  rəng  perspektivasına  əsasən 

görünmələri  daha  da  konkretləşdirilir.IV.Mərhələdə-həm  rəng  münasi-

bətində,həm  də  forma  və  quruluşa  müəyyən  korreksiyalar  verilir,bütün 

detallar  bir  də  nəzərdən  keçirilir,həm  də  rəngləmə  və  yaxud  ştrixləmə 

əməliyyatı başa çatdırılır. Belə nəticəyə gəlmək olar ki,müəyyən cisimlərin 

məşğələlərdə  naturadan  çəkilməsi  şagirdlərdə  həm  bədii  estetik 

təfəkkürü,zövqü  formalaşdırır,eynu  zamanda  onların  idrak  fəaliyyətini 

aktivləşdirir.Bunlardan  başqa  şagirdlər  hələ  məktəbəqədər  yaş  dövründə 

yiyələndikləri praktik bacarıq və vərdişləri daha da inkişaf etdirmiş olurlar. 

 Dekorativ  rəsm  məşğələləri  mövzuların  müxtəlifliyinə  və 

rəngarəngliyinə  görə  çox  müxtəlifdir.Burada  həm  rənglərdən  və  eyni 

zamanda rəngli şüşələrdən,kağızlardan,saplardan və s.istifadə etmək olar.Bu 

texnikalardan  daha  çox  tətbiq  edilən  applikasiyadır.  Bu  bədii  işdə  rəngli 

kağızlardan  müxtəlif  parçalardan  istifadə  olunur.Applikasiya  işləri  uşaqlar 

üçün  çox  sadə  və  əlverişlidir.Məşğələlərdə  applikasiya  üzrə  müxtəlif 

dekorativ  və  tərtibat  işləri  yerinə  yetirilə  bilər:qəzet,afişa,plakat,maska,-

diaqramlar, oyuncaqlar, atkritkalar, kitab illüstrasiyaları və s.applikasiyaları 

bir  neçə  hissəyə  bölmək  olar.1.Ayrı-ayrı  əşyaları  özündə  əks  etdirən 

applikasiya-yarpaq,göbələk,günəş  və  s.2.Sujetli  applikasiya-hər  hansı  bir 

hadisə,proses  bildirir.Məsələn”Qələbə  atəşfəşanlığı”,”Kosmosa  uçuş”,”8 

mart”  və  s.3.Dekorativ  applikasiya-bura  haşiyə,naxış,ornament  və 

s.daxildir.Applikasiya  üzrə  işləmək  üçün  şagirdlərə  rəngli  kağız,müxtəlif 

parçalardan hissələr,qayçı,yapışqan,fırça,karandaş lazımdır.Applikasiya üzrə 

işlər  müəyyən  ardıcıllıqla  aparılır.1.Sujetin  süçilməsi.2.Eskizlərin 

tərtibi.3.Kağız  və  parçaların  seçilməsi.4Detalların  kəsilməsi.5.Fon  üzərində 

kəsilmiş  detalların  kompozisiya  əsasında  yerləşdirilməsi  və  yapışdırıl-



Filologiya məsələləri, №4, 2017 

 

468



ması.6.Nəm  applikasiyanın  qurudulması.  Eyni  rəngli  kağızların  kəsilməsi 

çox  sadədir  və  əşya  applikasiyasında  istifadə  olunur.Müəllim  tapşırığı 

sadədən  mürəkkəbə  prinsipi  əsasında  verir.Məsələn:a)Yarpaqları  sadə 

formada kəsmək və  kompozisiya  qurmaq.Bu  zaman şagirdlər  təbiətdə olan 

yarpaqlardan istifadə edərək onlara uyğun kəsmə işləri aparırlar.b)Xalq çalğı 

alətləri.Burada uşaqlar özlərinin fantaziyaları əsasında böyük yaradıcı iş görə 

bilər.c)Milli  naxışların  qurulması.Burada  müəllim  müxtəlif  naxışlara  aid 

müxtəlif  nümunələr  göstərir.Applikasiya  üzrə  işlər  şagirdlərə  bayram,-

karnaval üçün müxtəlif kostyumlar,divar qəzetləri və s. hazırlamaqda kömək 

edir.Məs: memarlıqda maket,bədii layihələndirmə və digər memarlıq dizayn 

işlərində bu texnikadan daha geniş istifadə 

edilir.Məşğələlərdə applikasiya texnikasına aid mövzular və tapşırıqlar 

çox  müxtəlif  şəkildə  ola  bilər.Nəzəri  və  praktik  təcrübəyə  istinadən  belə 

qənaətə  gəlmək  olar  ki,dekorativ  rəsmə  aid  mövzularda,ayrı-ayrı  dekorativ 

motivli  elementlərin  yaxud  müxtəlif  növdə  həndəsi,nəbati  və  s.ornament 

kompozisiyaların  və  onların  müxtəlif  fərqli  nümunələrini  applikasiya  tex-

nikasında işlənməsi şagirdlərdə həm bədii estetik təfəkkürü,zövqü formalaş-

dırır,eyni zamanda onların idrak fəaliyyətini aktivləşdirir. 

 Təsviri  incəsənətin  ən  maraqlı  sahələrindən  biri  olan  yapma 

məşğələləri uşaqların əqli və estetik inkişafına təsir göstərir.Bu məşğələlərdə 

uşaqlar  gildən  və  plastilindən  müxtəlif  təbiət  cisimlərini,məişət  əşyalarını 

yapmaqla təbiət və məişət cisimləri barədə real təsvirlər edirlər.Onların bədii 

gözəlliklərini,incəliklərini  duyur,təsvir  etməyə  çalışır.Bu  məşğələləri  bir 

neçə  növə  bölmək  olar.1.Mövzu  üzrə  süjetli  yapmada  şagirdlər  kom-

pozisiyada iştirak edəcək obrazları,elementləri fikirləşib tapırlar.2.Naturadan 

yapma məşğələlərində şagirdlərə cismi göstərmək onun forma və quruluşlu 

mütənasibliyini müəyyən etmək bacarığı aşılamalıdır.3.Yaddaşa görə yapma 

məşğələlərində uşaqların idrak fəaliyyəti inkişaf edir. 

4.Dekorativ  yapma  zamanı  uşaqlara  müxtəlif  üsullarda  məişət 

qabları,bəzəyə  görə  yapma  isə  uşaqlarda  müşahidəçiliyi,yaddaşı  inkişaf 

etdirir.Müxtəlif  yaş  quruplarında  yapma  təlimi  dərslərində  şagirdlər  ətraf 

mühütdə  mövcud  olan  gözəlliyi  başa  düşməyiilə  onları  hiss  edib  görməyi 

öyrənirlər.Qeyd etmək lazımdır ki,yapma məşğələlərində bu prosesdə xüsusi 

rolu vardır.Yapma məşğələləri məzmunca bunlardır.1.Müəyyən mövzu üzrə 

yaddaşa,təsəvvürə,təxəyyülə  görə  yapma  işi.2.Ətraf  mühitdə  olan  əşyaların 

süjeti  üzrə  yapma  işi.3.Bədii  ədəbiyyat  üzrə  illustrasiyalar  (nağıl,-

təmsil,hekayə və s.)Şagirdlərin ideya estetik tərbiyəsində mövzu üzrə yapma 

məşğələlərinin əhəmiyyəti vardır.Yapma məşğələləri yalnız təsviri incəsənət 

fənninin bölməsi ilə deyil,eyni zamanda başqa fənnlərdə də üzvi surətdə də 

əlaqələndirilmişdir.Başqa fənnlərdə də hər şeydən əvvəl həyat və incəsənətə 

estetik  münasibətlər  ifadə  olunur,məktəblərdə  görmə  təsəvvürlərini,-



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə