Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə61/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   57   58   59   60   61   62   63   64   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
168
Bu suffikslərin semantik fərqlilikləri aşağıdakılardır.  
-ish suffiksi əks qiymətləndirmə mənasını verə bilər. Məsələn: babyish 
–uşaqcasına, mulish – tərs (uzun qulaq kimi). –like suffiksi müsbət cəhətləri 
ifadə  etmək  üçün  işlənə  bilər  (onlara  “complimentary  suffix”  deyilir). 
Məsələn: 
childlike innocence – uşaq sadəlövhlüyü  
goodlike serenity – ilahi sakitliyi 
-ly suffiksi dəqiq ifadə edilmiş müsbət mənaları verir: 
 kingly – böyük, nəhəng  
motherly – anaya xas olan  
-ous suffiksi ilə düzələn sifətlər.  
Model: N+ous → adj.  
-ous suffiksi isim mənşəli söz köklərindən sifət düzəltmək üçün işlənir. 
–ous  suffiksi  “söz  kökünün  ifadə  etdiyi  bir  şeyin  xarakterik  cəhətləri  ilə 
oxşarlıq, onun xassələrinə malik” mənalarını verir. Məsələn:  
disastreous – bədbəxt, ölüm-itgi gətirən 
pompous – şişmiş, şişib qalxmış 
villainous – xoşa gəlməyən, zəhlə tökən 
adventurous – macəralı, macəra dolu. 
Əksər  hallarda  –ous  suffiksi  roman,  yunan  və  s.  dillərdən  alınmış 
sözlərlə işlənir. –ous suffiksi az produktiv hesab olunur. Onun geniş işlənmə 
sferası kitab leksikasıdır. Məsələn:  
sulphurous – kükürdlü, kükürdün rəngi və xassələrinə malik olan,  
fibrous – düyünlü 
foliverous  –  yarpaqla  qidalanan  .  Bu  suffiksin  az  produktivliynin 
səbəbi odur ki, ingilis dilində onun sinonimi olan daha produktiv, sırf ingilis 
mənşəli olan –ful suffiksi vardır.  
Gələcəkdə  joyously,  umbrageousness  kimi  sözlərin  düzəldilməsində 
işlənə bilər. 
-some suffiksi ilə düzələn sifətlər.  
Müasir  ingilis  dilində  -some  çoxmənalı  hesab  olunur.  –some  suffiksi 
abstrakt  isimlərlə  birləşərək  “kökün  ifadə  etdiyi  bir  şeyin  müəyyən 
xarakterik xüsusiyyətə, keyfiyyətə malik olması” mənasını verir. Məsələn:  
bothersome – narahat, narahatlıq yaradan 
fearsome – qorxulu, qorxudan 
venturesome – ürəkli, mərd, cəsarətli  
-some  suffiksi  insanın  ruhi  və  fiziki  vəziyyətini  ifadə  edən  isimlərlə 
işlənir.  
Fellərlə ifadə olunan söz köklərinə -some suffiksi birləşdikdə “kökün 
ifadə  etdiyi  hərəkətə  doğru  cəhd,  meyillik,  qabiliyyət”  mənalarını  verir. 
Məsələn:  


Filologiya məsələləri, № 7, 2017 
 
169
troublesome – narahat, narahatçılıq törədən 
irksome – yorucu, darıxdırıcı 
meddlesome – başqasının işinə qarışan. Əksər hallarda törəmə sifətlər 
insanın fiziki və mənəvi dəyərlərinin mənfi cəhətlərini bildirir.  
-some suffiksi sifətlərin kökünə birləşir və söz kökünün ifadə etdiyi bir 
şeydən  bir  az  fərqli  olan,  ona  bənzəməyən”  mənalarını  bildirir.  Məsələn, 
longsome – bir az uzanmış, darıxdırıcı, lonesome – yalnız. Belə mənada –
some  suffiksi  əşyanın  daxili  və  xarici  cəhətlərini,  insanın  xarakterinin 
emosional tərəflərini ifadə edən sifət mənşəli söz kökləri ilə birləşir.  
Ingilis  dilinin  müasir  inkişaf  mərhələsində  -some  suffiksi  yüksək 
sözdüzəldici  suffikslər  siyahısına  daxil  edilmir.  Gələcəkdə  “lightsomeness, 
lightsomely kimi sözdüzəltmələrdə istifadə oluna bilər. 
-y suffiksi ilə düzələn sifətlər.  
Modellər: n+y→ adj  
   V+y→adj 
   Adj+y→adj  
Müasir ingilis dilində -y suffiksi çoxmənalıdır. O, isimlərin kökləri ilə 
birləşərək  “kökün  ifadə  etdiyi  bir  şeyin  malik  olduğu  keyfiyyəti  bildirir. 
Məsələn:  
fluey – şişmiş 
bony  –  sümüklü,  iri  və  çox  sümüyü  olan.  Bəzi  hallarda  kökün  ifadə 
etdiyi bir şeyin müəyyən keyfiyyətinə əlavə rəng artırır. Məsələn: hairy- tükü 
çox  olan,  silky  –  ipək  qədər  yumşaq.  Konkret,  müəyyən  cansız  isimlərin 
kökləri ilə  birləşərək –y  suffiksi  nisbi sifətlər  yaradır (branchy- qol-budağı 
çox  olan,  wavy  –  dalğalı.  Abstrakt  isimlərlə  birləşdikdə  keyfiyyəti  yüksək 
olan sifətləri bildirir.( greedy – xəsis, risky – riskə gedən). 
-y suffiksi fel mənşəli söz kökləri ilə birləşərək kökün ifadə etdiyi bir 
şeyin vəziyyəti və varlığına meyillilik mənasını verir.  
-sleepy – yuxulu, chatty – çox danışan, sticky – yapışqan.  
-y  suffiksi  sifətlərin  sonuna  əlavə  olarkən  zəifləmiş  keyfiyyət  əlamət 
bildirir. Burada onun iki xüsusiyyətini izləmək olar. 
Törəmə  sifətlər  rəng  çalarlarını  ifadə  edir:  Məsələn:  yellowy  – 
sarıyaçalar, sarıtəhər, blacky – qaraya çalar, qaratəhər, greeny – yaşıla çalar, 
yaşıl təhər  
-ish  suffiksi  onun  sinonimidir  və  ondan  daha  produktiv  hesab  olunur 
(yellowish, blackish, greenish) 
Törəmə  sifətlər  kökün  ifadə  etdiyi  bir  şeyin  malik  olduğu  bəzi 
keyfiyyətləri və cəhətlərini bildirir:  
moisty – nəmtəhər, nəm, bleaky- tutqun, plumpy – köktəhər, köklüyə 
meyilli 
Gələcəkdə “dirtness” kimi sözlərin yaranmasında istifadə oluna bilər.  


Filologiya məsələləri, № 7, 2017 
 
170
-y  suffiksi  xüsusi ilə  də ingilis  dilinin amerikan  variantında  slenqizm 
və kollokvializmlərdə daha produktiv hesab olunur. Məsələn:  
foxy- very attractive, especially to the opposite sex, glitzy – glittering; 
dazzling,  showy,  zappy  –  “-full”  of  vitality;  forcefull”,  space  –  dozed  ; 
stupefied, dreamy”, unconventional, eccentric.  
Bütün  aparılmış  bu  tədqiqatlardan  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 
suffiksləri  bir-birlərindən  məhsuldar  (productive)  və  qeyri-məhsuldar 
(unproductive)  olmaları  ilə  fərqləndirmək  olar.  Onlar  sözdüzəltmə 
xassələrinə görə ingilis dilinə zənginlik gətirir və alınma sözləri demək olar 
ki,  özününküləşdirir.  Cəmiyyətdə  elm,  texnika  inkişaf  etdikcə  dildə  yeni 
sözlər yaranır. Belə hallarda suffikslərin əhəmiyyəti böyük olur. Danışanın 
əşyaya,  sifətə  olan  münasibətini  həm  zəiflədə,  həm  də  gücləndirməsinə 
yardımçı olur. Insana qarşı münasibətində həm simpatiya, əzizləmə həm də 
antipatiya  hissələrini  gücləndirə  bilir.  hareful  -  nifrət  dolu,  dadie  –  ata 
(nisbətən əzizləyici formada) 
 
Ədəbiyyat  
 
1. K.Qayıbova. İngilis dilinin qrammatikası. Bakı, 1998. Səh. 198.  
2. N.Hüseynova. Azərbaycan dilində termin yaradıcılığı prosesi. Bakı, 2008, 
səh. 139. 
3. N. Rəcəbova. Qrammatik səviyyədə dilin struktur modelləri. Bakı, 2009, 
səh. 196.  
4. N.Məmmədli. Alınma terminlər. Bakı, 1997, səh 312. 
5.Musayev. İngilis dilinin qrammatikası. Bakı, 1970, səh. 86-118. 
 
 
M.İbrahimova 
Ways of forming adjectives by suffixes 
 
Summary  
 
Along with bases and prefixes, suffixes have often been used in word 
formation. Suffixes are word elements attached to the end of a base, and, as 
with prefixes, most of us are familiar with them in the case of native English 
words. 
Suffixes differ from prefixes in that they not only modify the meaning 
of a base, but also determine the part of speech of the word thus formed. In 
the  case  the  previous  examples,  adjectival  suffixes  were  attached  to  noun 
bases to form adjectives.  We shall be dealing with three types of suffixes, 
adjective-forming,  noun-forming  and  verb-forming.  In  some  instances, 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə