Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə12/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/21
sementlənməsi vacibdir. Hər bir quyuya görə sement itkiləri təxminən hər bir lülə üçün 1 saat 
hesablanmışdır. 
 
Hər bir qoruyucu kəmərin yerində sementlənməsi üçün istifadə olunan sementin həcmi 
əvvəlki qəbul edilmiş prosedurlardan istifadə olunmaqla hesablanır. Bunlar elə layihələndirilib 
ki, sement sistemindən atılan artıq sement həcmlərini və dəniz dibinə atılan sement itkilərini 
minimuma endirməklə yanaşı, texniki təhlükəsizlik və hasilat baxımından son dərəcə mühüm 
olan bu fəaliyyət üçün kifayət qədər sement həcmi təmin olunsun. Bununla belə, hər qoruyucu 
kəmər kolonunu sementlədikdən sonra SDQQ sement sistemində artıq sement qalacaq. Bu 
sementi toplamaq texniki cəhətdən məqsədəuyğun və ya təhlükəsiz deyil.  
 
Sementləyici sistemdə qalan artıq sement dəniz suyu ilə qarışdırılacaq və  hər bir qoruyucu 
kəmərin sementlənməsindən sonra dənizə atılacaq. Bu qarışığın dənizə atılması  hər 
dəqiqədə 8 barel olmaqla təxminən bir saat davam edəcək. Artıq qalan sement “İstiqlal” və 
“Heydər  Əliyev” SDQQ-dan su səthindən aşağıda yerləşən  şlanq vasitəsilə axıdılacaq. 
Normal şərtlərdə quru sement dəniz mühitinə atılmayacaq. 
 
Aşağıdakı Cədvəl 5.7-də qoruyucu kəməri sementləyən zaman ən pis halda dəniz dibinə və 
sementin yuyulması zamanı qazılmış qurğudan dənizə atılacaq ümumi təxmini atqı  həcmi 
təqdim edilmişdir. Hər bir sement kimyəvi elementinin hesablanmış atqıları  və  əlaqədar 
təhlükə kateqoriyaları Əlavə 5B-də təqdim edilmişdir. 
 
Cədvəl 5.7 Hər bir lülənin sementlənməsi və sement qurğusunun yuyulması zamanı 
istifadə olunan quyu sement kimyəvi maddələrinin hesablanmış atqı həcmi  
 
Qeyd 1: Atqı sement və sudan ibarətdir.  
 
Qazma və sementləmə  işlərindən sonra sualtı qazma işlərindən  əvvəl quyu sahələrində 
yığılmış hər hansı qazma şlamlarını və sementi təmizləmək üçün ya mexaniki qazma, ya da 
şırnaqla yuma vasitəsilə dəniz dibinin hamarlanması tələb oluna bilər.  
 
5.4.2.7 Qazma ilə bağlı təhlükələr və qəza halları üçün kimyəvi maddələr 
 
Qazma zamanı  təhlükələrə, xüsusilə lülədibi məhlul itkisinə rast gəlindiyi halda istifadə 
edilmək məqsədilə gözlənilməz hallar üçün nəzərdə tutulmuş bir sıra kimyəvi maddələr 
saxlanılacaq. Bunlar, məsamə  təzyiqi və süxur növünün möhkəmliyi arasında  əlaqəyə görə 
yaranan risklərdir. Quyu trayektoriyaları elə seçilmişdir ki, anormal yüksək lay və  məsamə 
təzyiqi, yəni süxurun parçalanma təzyiqinə yaxın məsamə  təzyiqi mövcud olan zonalardan 
uzaq keçsin. Quyu lüləsini stabilləşdirmək üçün tələb olunan məhlul kütləsi süxuru parçalayır 
və lülədibi məhlul itkisinə  səbəb olur. Bunun qarşısını almaq üçün məhlul sisteminə itkiyə 
nəzarət materialları  (İNM)  əlavə edilə bilər. Buna əlavə olaraq, yuxarıdakı Bölmə 5.4.2.4-də 
təsvir edildiyi kimi partiya ilə quraşdırma işi aparılan hallarda istifadə üçün qazma qurğusunda 
maqnezium oksid də saxlanır. 
 
Cədvəl 5.8-də qazma qurğusunda saxlanılan, SƏQM ilə qazma işləri apararkən və sonra 
SƏQM ilə birlikdə ya dəniz dibinə, ya da SDQQ-dan axıdılan, fövqəladə hallarda istifadə 
edilməsi nəzərdə tutulan kimyəvi maddələrin siyahısı verilir. Adından da göründüyü kimi, 
fövqəladə hallar üçün nəzərdə tutulmuş kimyəvi maddələrdən istifadə  dəqiqliklə 
Fəaliyyət 
Atqı 
marşrutu 
36” 
qoruyu-
cu 
kəmər 
28” 
lülə 
quyru-
ğu 
22” 
qoruyu-
cu 
kəmər 
18” 
lülə 
quyru-
ğu 
16” 
lülə 
quyru
-ğu 
13 3/8” X 
13 5/8” 
qoruyucu 
kəmər 
11 
1/4” 
lülə 
quyru
-ğu 
10” X 10 
3/4” lülə 
quyruğu 
vəbirləşdiri-
ci 
Hər bir qoruyucu kəmər/ lülə quyruğu üçün hesablanmış atqı (tonlarla) 
1
 
Qoruyucu kəmər/ 
lülə quyruğunun 
sementlənməsi 
zamanı 
Dəniz 
dibinə 
60.0 57.2 48.7  6.5 6.38  9.0  4.4 
8.6 
Sement 
qurğusunun 
yuyulması zamanı
1
 
Dənizə 
(şlanq ilə) 
2.0 2.0 2.0 2.0 2.0  2.0  2.0  2.0 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/22
proqnozlaşdırıla bilməz, lakin onlardan istifadə  əməliyyat zərurətlərinə uyğun olaraq praktiki 
cəhətdən mümkün olduğu qədər minimuma endiriləcək.  
 
Cədvəl 5.8 Hər quyu lüləsi üzrə SƏQM ilə qazma zamanı gözlənilməz hallar üçün 
istifadə olunmuş kimyəvi maddələrin hesablanmış istifadə miqdarı 
 
Kimyəvi maddənin ticarət 
adı 
Funksiyası 
Hər lülə üzrə təxmini istifadə 
miqdarı (ton ilə) 
1
 
Təhlükə 
kateqoriyası 
STARCARB Kipləşdirici/Tıxaclayıcı reagent 
15 

Polad Kipgəc Kipləşdirici/Tıxaclayıcı reagent 
15 

Karbohidrogen tərkibli buruq 
məhlulunun konsentrantı 
Tutulmuş kəmər kolonnasını azad 
etmək üçün məhlul 
2.3 * 
STARCIDE Biosid 
1.3 
QIZIL 
İtibucaqlı (sivri bucaqlı) 
üçbucaq 
Oksigen uducu 
0.3 

SOURSCAV Saflaşdırıcı/uducu 1.9 
QIZIL 
Bentonit Qatılaşdırıcı 5 

Natrium bikarbonat 
Qələviliyin nəzarət 1 

Maqnezium oksid 
pH nəzarət 6 

 * Hazırda BK OCNS-də qeydiyyata alınmış və sıralanmış məhsulların siyahısına salınmayıb 
 ¹Qeydlər Cədvəl 5.4-ə uyğun olaraq verilib 
 
Aşağı lülənin qazılması zamanı fövqəladə hallarda istifadə olunması planlaşdırılan kimyəvi 
maddələrin  əksəriyyəti ATMNƏQM ilə birlikdə  yığılacaq və utilizasiya üçün sahilə 
göndəriləcək. 42”, 32” və ya 28” lülə intervallarının qazılması zamanı tələb olunan fövqəladə 
hallarla bağlı kimyəvi maddələr dəniz suyu/PHB məhlulu ilə  dəniz dibinə buraxılacaq və ya 
SƏQM şlamları qazma qurğusunun şlam kessonu vasitəsilə dənizə axıdılacaq.  
 
5.4.3  Quyunun  sıxışdırılması 
 
ŞD2 Layihəsinin quyularının sıxlaşdırılmasına bir sıra flüid tıxacları  və ya “həbləri” ilə 
yuyulması vasitəsilə nail olunacaq. Sıxışdırıcı həblərin funksiyası (daha yüngül sintetik məhlul 
ələkləri) quyuda olan ATMNƏQM-i sıxışdırmaq olacaq. Sıxışdırma zamanı sıxışdırıcı həblərin 
ATMNƏQM ilə yenidən SDQQ-na qaytarılması, mümkün olan hallarda təkrar emalı/istifadəsi 
və AGT Tullantıların idarə edilməsi plan və prosedurlarına uyğun utilizasiya edilməsi, eləcə də 
atılma üçün sahilə göndərilməsi planlaşdırılır. Sıxışdırıcı kimyəvi maddələr və konservasiya 
flüidləri dəniz mühitinə axıdılmayacaq. Quyunun sıxışdırılması zamanı SDQQ separatorunda 
toplanmış  bərk maddələr toplanacaq və mövcud AGT Tullantıların idarə edilməsi plan və 
prosedurlarına uyğun utilizasiya üçün sahilə göndəriləcək. 
 
5.4.4 Atqı əleyhinə preventorların (AƏP) və Quyu ağzı karkas  
 
5.4.4.1 AƏP işi  
 
Quyu hasilat qurğuları quraşdırılmazdan  əvvəl quyudakı  təzyiqə  nəzarət etmək üçün bütün 
quyularda atqı  əleyhinə preventorlar (AƏP) quraşdırılacaq. Atqı  əleyhinə preventorların 
nəzarət sistemi AƏP-ın AƏP klapanlarını  hərəkətə  gətirmək üçün hidravlik mayelərdən 
istifadə edir. Aktivləşdirmə  və tamamlama funksiyası arasındakı cavab vaxtı  AƏP 
klapanlarının bağlanması  və kipləşməsi vaxtına  əsaslanır. Sualtı quraşdırmalar üçün AƏP 
nəzarət sistemi hər bir AƏP sıxacını 45 saniyə  və yaxud ondan az müddətdə bağlamaq 
bacarığına malik olmalıdır. AƏP-in dövriyyəsi üçün bağlama vaxtı 60 saniyəni ötməməlidir. Bu 
cavab vaxtlarına uyğunlaşmaq üçün hidravlik mayelərin kiçik həcmini dənizə axıtmaq 
lazımdır; bu plan və təcrübə dünyada bütün AƏP quraşdırılmasında istifadə edilir.  
 
AƏP məhlulu xüsusi təzyiqə nəzarət məhlulundan (Stack Magic ECO Fv2), propilen qlikoldan 
və sudan ibarətdir. Stack Magic ECO Fv2 məhlulunun aktiv komponentləri, habelə bu 
məhsulun tipik proporsiyaları, AƏP məhlulundakı propilen qlikol və su bütövlükdə Cədvəl 5.9-
da xülasə şəklində göstərilir. 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə