Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/88
6.8.4 NF
ərazisi
2008-ci ildə NF (Şimal cinahı) ərazisində bentik tədqiqat aparılmışdır və bu tədqiqatın bir
hissəsi kimi 66 m-dən 80 m-dək dəyişən su dərinliklərində yerləşən ümumilikdə 23
məntəqədən nümunələr götürülmüşdür(Şəkil 6.29-a istinad edin).
6.8.4.1 Dənizdibi çöküntülərin fiziki və kimyəvi tərkibi
Çöküntülərin fiziki xüsusiyyətləri
Çöküntü hissəciklərinin orta diametri 5 µm-dən 1613 µm-dək dəyişir və median və ümumi orta
diametr göstəriciləri müvafiq qaydada 148µm və 276µm təşkil edir. Əksər məntəqələrdə
çöküntü narın fraksiyadan iri fraksiyaya qədər dəyişən qum kimi təsnif olunur.
Müqavilə
Sahəsinin əksər hissəsi üçün xarakterik olan narın lil yalnız iki məntəqədə qeydə alındı. NF
sahəsindəki çöküntülərin ŞDA platformasının ətrafındakı ərazidə rast gəlinən, nisbətən iri
dənəli çöküntülər ilə müqayisədə oxşar olduğu müşahidə edilir.
Karbohidrogen konsentrasiyaları
Çöküntülərin ümumi karbohidrogen konsentrasiyaları 10-dan 460 μq/q -1-dək dəyişlirdi və
onun median və orta konsentrasiya göstəriciləri müvafiq qaydada 33 və 67 μq/q -1 təşkil
edirdi. Yüksək konsentrasiyalar yalnız narın fraksiyalı lilin mövcud olduğu iki məntəqədə
müşahidə edildi; bu məntəqələr istisna olmaqla, ümumi karbohidrogen konsentrasiyaları vahid
şəkildə aşağı səviyyədədir və 12-65 μq/q -1 diapazonu daxilində idi. PAK konsentrasiyaları
ümumi karbohidrogen konsentrasiyaları ilə sıx şəkildə korrelyasiya edildi. Bütün
nümunələrdəki karbohidrogen ağır dərəcədə aşınmışdı ki, bu da
tədqiqat sahəsi daxilinə heç
bir yeni materialların daxil olmadığını göstərirdi
Ağır metal konsentrasiyaları
Çöküntülərin ağır metal konsentrasiyaları Cədvəl 6.44-də xülasə şəklində təqdim olunur.
Aşağı dəyişkənlik əmsalı (% DƏ və yaxud orta göstəricinin faizi qismində standart qiymətdən
kənaraçıxma) göstərir ki, tədqiqat sahəsi boyunca kiçik sistematik dəyişkənlik mövcuddur. Bir
qayda olaraq, nümunələrin götürülməsi və təhlil dəyişkənliyi ilə bağlı olan DƏ 15 – 20% təşkil
edir. Ona görə də bundan aşağı olan göstəricilər bunu göstərir ki, faktiki dəyişkənlik
metodologiyanın dəqiqliklə ölçə biləcəyi göstəricidən aşağıdır. Konsentrasiyalar regional
tədqiqat məntəqələrində müşahidə edilmiş konsentrasiyalara oxşar
idi və ya onlardan daha az
idi.
Cədvəl 6.44 NF ərazisindəki çöküntülərdə ağır metal konsentrasiyalarının (Ug.G-1)
statistik xülasəsi, 2008
Yerləşmə
As
Ba
HNO3
Ba
Fusion
Cd
Cr
Cu
Hg
Fe
Mn
Pb
Zn
Min 6.6
280
335
0.05
54.3
21.3 0.14 28,750 519 12.3 66.1
Maks. 18.5
495
550
0.102
81.7
31.2 0.23 40,350 673 20.6 102.3
Aralıq 11.2
330
410
0.066
65
23.5 0.18 33,050 557 13.6 76.4
Orta 11.5
359
431
0.069
65.2
24.3 0.18 33,224 572 14.4 78.1
St.
kənaraçıxma
3
72
66
0.015 7 2.6 0.03 2,929 44 2.1 8.5
%CV 26
20
15
22
11
11
17
9
8
14
11
6.8.4.2 Dənizdibi çöküntülərin bioloji xüsusiyyətləri
23 məntəqədən götürülmüş nümunələrdə ümumilikdə 98 makrobentik takson aşkar edildi və
hər məntəqəyə 43 və 64 arasında takson düşürdü (narın lilli çöküntülər olan iki məntəqə
istisna olmaqla). Hər böyük qrup üzrə takson sayı və hər qrup üzrə ümumi bolluq göstəricisi
Cədvəl 6.45-də xülasə şəklində göstərilib. Bu,
onu göstərir ki, yanüzənlər (xüsusən də
Corophoum növü) həm növ zənginliyi, həm də bolluq üzrə üstünlük təşkil edir. NF ərazisində
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/89
növlərin zənginliyi 2007-ci ildə aparılmış regional tədqiqat zamanı müşahidə edilən
göstəricilərə nisbətən ümumilikdə xeyli yüksəkdir; və bu, ŞDA platformasının
sahəsində
müşahidə edilmiş ardıcıl yüksək zənginlik göstəricisi üzrə analojidir. Ona görə də, tədqiqat
nəticələri əvvəlki müşahidələri təsdiqləyir, belə ki, ŞD Müqavilə Sahəsinin mərkəzi
zonasındakı iri fraksiyalı çöküntülər müvafiq şəkildə ŞD Müqavilə Sahəsinin qalan hissəsinə
nisbətən bentik toplumun daha müxtəlif və daha bol olmasını təsdiqləyir.
Cədvəl 6.45 NF ərazisindəki tədqiqatda (2008) növlərin zənginliyinin və ümumi
bolluğunun xülasəsi
Sinif/Sıra
Növlərin sayı
Bolluq
Kirpikciklilər 1
7
Nematodlar 1
1,643
Çoxqıllılar 7
9,160
Azqıllılar 4
7,827
Zəlilər 1
13
Bığayaqlılar 1
26,940
Balıqqulağılı xərçənglər 1
37
Mizidlər 1
30
Kumlar 10
6,793
Yanüzənlər 47
53,709
Bərabərayaqlılar 1
7
Həşərat 1
167
İkitaylı molyusklar
11
6,683
Qarınayaqlılar 11
337
Ümumilikdə, NF ərazisi çöküntülərin strukturu, kimyəvi və bioloji tərkibi nöqteyi-nəzərindən
ŞDA platformasının sahəsinə oxşardır. Müqavilə Sahəsinin əks hissəsi ilə müqayisədə bu
sahələrdə aşağı karbohidrogen və ağır metal səviyyələrinə malik nisbətən daha iri fraksiyalı
çöküntülər mövcuddur; və bu çöküntülər daha zəngin və daha çox bolluğa malik bentik bioloji
topluma malikdir.
6.8.5 WS
ərazisi
WS (Cənub-Qərb) manifoldunun sahəsi ŞD Müqavilə Sahəsi daxilində ən
cənubda yerləşən
sahədir və dənizin 407-420 m dərinliyində yerləşir. Aşağıda verilmiş WS sahəsi üçün ətraf
mühitlə bağlı fon göstəriciləri 2005-ci ildə SDX4 quyu sahəsində, 2011-ci ildə isə WS
sahəsində aparılmış tədqiqatlar əsasında əldə edilmişdir. SDX4 sahəsinin tədqiqatı da 2008-
ci ildə aparılıb. Lakin 2008-ci il tədqiqatlarının nəticələri çöküntülərin tərkibi, kimyəvi və bioloji
amillər nöqteyi-nəzərindən 2005-ci ildə keçirilən tədqiqatın nəticələri ilə çox oxşar olduğundan
buraya daxil edilməyib.
Bu o deməkdir ki, bu sahədə fon şərtləri nisbətən stabildir və bu günə
kimi qazma işlərinin ətraf mühitə hər hansı təsiri barədə heç bir sübut-dəlil yoxdur. Şəkil 6.29
2011-ci il tədqiqatları üçün nümunə sahələrini əks etdirir.
6.8.5.1 Dənizdibi çöküntülərin fiziki və kimyəvi tərkibi
Çöküntülərin fiziki xüsusiyyətləri
2005-ci ildə SDX4 geoloji kəşfiyyat quyusu sahəsi üçün aparılmış bentik tədqiqat 5 nümunə
məntəqədən ibarət idi. Bütün nümunələrdəki çöküntülər xırda qrunt kimi təsnif edilir və
tədqiqat ərazisi boyunca orta zərrəcik ölçüsündə (5-10 µm) və lil-gil tərkibində (>99.9%)
kiçik
variasiyalar var
2011-ci il fon tədqiqatı daha geniş idi və üçkünclü cədvəldə 19 məntəqəni əhatə edirdi. Bütün
məntəqələrdəki çöküntülər orta zərrəcik diametri 5-6 µm arasında dəyişən, karbon tərkibi 22-
25%, üzvü tərkibi 7-9%, lil-gil tərkibi isə 99.9-100% olan narın qrunt kimi təsnif edilib. WS
sahəsi ətrafındakı çöküntülər bu səbəbdən də tərkibinə görə həmcinsdirlər.