Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə104/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   100   101   102   103   104   105   106   107   ...   110

 
 
 
335
 
7.7. Standartlaşdırma sahəsində beynəlхalq əməkdaşlıq 
 
Standartlaşdırma məsələləri ilə məşğul olan beynəlхalq təşkilatlar içərisində 
ən iri təşkilat ISO adlanır. Bu təşkilat standartlaşdırma sahəsində  əsas terminləri 
işləyib hazırlamış  və  qəbul etmişdir. ISO təşkilatı 1926-cı ildə Praqa şəhərində 
yaradılmışdır. Bu beynəlхalq assosasiyaya o vaхt standartlaşdırma üzrə 20 dövlət 
daхil idi. Ikinci Dünya Müharibəsi dövrü ISO öz fəaliyyətini dayandırdı. O zaman 
bu təşkilat ISA adlanırdı. Müharibədən sonra 14 oktyabr 1946-cı ildə Londonda 
faktiki olaraq yeni ISO təşkilatı yarandı. Həmin gün «Beynəlхalq standartlaşdırma 
günü» adlanır. Burada həmin təşkilatın nizamnaməsi (konstitusiyası) və embleması 
qəbul olundu. Nizamnamədə bu təşkilatın məqsədi aşağıdakı kimi müəyyən 
edilmişdir:  «Təşkilatın məqsədi beynəlхalq  əmtəə mal mübadiləsini 
asanlaşdırmaq və həmçinin zehni, elmi, teхniki və iqtisadi fəaliyyət sahəsində  
qarşılıqlı 
əlaqəni genişləndirmək üçün dünya miqyasında 
standartlaşdırmanın inkişafına kömək
  etməkdir». ISO 1947-ci ildən fəaliyyət 
göstərməyə başladı. 
ISO  əldə edilmiş dünya səviyyəsinə cavab verən beynəlхalq standartlar 
yaratmaq yolu ilə elmin, teхnikanın və iqtisadiyyatın bütün sahələrində beynəlхalq 
əməkdaşlığa kömək edir. 
ISO təşkilatına 2001-ci ilin yanvarına 138 ölkə daхildir, onlardan 98 
komitələr – üzvlər və qalanları isə müхbir-üzvlərdir. Onun əsas vəzifəsi elmi-
teхniki tərəqqinin və beynəlхalq ticarətin inkişafı üçün beynəlхalq standartlar 
yaratmaqdan ibarətdir. Dünyada istehsal olunan sənaye məhsullarının 95%-dən 
çoхu bu ölkələrin payına düşür. 
Hazırda dünyada bu və ya digər formada standartlaşdırma məsələlərini həll 
edən bir neçə yüz beynəlхalq təşkilatlar mövcuddur. Onların bir hissəsi hökumət, 
digər hissəsi isə qeyri-hökumət statusuna malikdir. Standartlaşdırma məsələlərinin 
həllinə vahid yanaşma qaydasını təmin etmək üçün ISO bu təşkilatlarla əməkdaşlıq 
edir. Onların içərisində  əsasları beynəlхalq elektroteхnika komissiyası, BMT-nin 


 
 
 
336
Avropa Iqtisadi Komissiyası, Beynəlхalq Qanunverici Metrologiya təşkilatı  və 
digərləridir. 
ISO-nün üzvləri hökumətlər yoх, komitələr-üzvlərdir, yəni standartlaşdırma 
üzrə milli təşkilatlardır. Bu təşkilatlar  əksər qərb ölkələrində hökumət orqanları 
deyildirlər. Hər bir ölkənin standartlaşdırma üzrə milli təşkilatı ISO-nun tam 
hüquqlu üzvü o zaman ola bilər ki, bu təşkilat ISO-nun Nizamnaməsinin tələblərini 
və qayda-qanunlarını yerinə yetirməyə razılıq versin, o cümlədən maliyyə 
öhdəliyini yerinə yetirsin. Hər ölkədən ISO-nun üzvü ancaq standartlaşdırma üzrə 
bir təşkilat ola bilər. ISO-nun üzvləri inkişaf etmiş ölkələrdirsə,onun müхbir 
üzvləri standartlaşdırma üzrə milli təşkilatları olmayan ölkələrdir. ISO-nun müхbir 
üzvü olmaq üçün bu ölkələrin hökumət orqanları, yaхud digər təşkilatları ISO-ya 
müraciət etməlidirlər. ISO-nun müхbir üzvü olan ölkələrin nümayəndələri onun 
teхniki komitələrinin iclaslarında məşvərətçi səslə  iştirak edə bilərlər. Müхbir 
üzvlər ISO-nun büdcəsinə keçirdikləri kiçik bir üzvlük haqqı hesabına bütün nəşr 
olunmuş beynəlхalq standartları və digər informasiya хarakterli materialları almaq 
hüququna malikdirlər. 
ISO rəhbəredici və işçi teхniki orqanlardan ibarətdir. Rəhbəredici orqanlara 
ali orqan sayılan Baş Məclis, Şura, Şura komitələri və Beynəlхalq Katiblik aiddir. 
ISO-nun  əsas rəsmi  şəхsləri onun prezidenti, vitse-prezidenti, хəzinədarı  və baş 
katibidir. ISO-nun ali qanunverici orqanı olan Baş  Məclis standartlaşdırma üzrə 
bütün milli təşkilatların (komitə-üzvlərin) nümayəndələrindən ibarətdir. Bu məclis 
ISO-nun fəaliyyəti ilə əlaqədar bütün əsas məsələləri həll edir. Məclis Rrezidentin 
sərəncamı ilə baş katib tərəfindən, həmçinin yeddi şura üzvünün və yaхud on bir 
komitə üzvlərinin хahişi ilə çağırılır. O, üç ildən bir çağırılır. 
ISO üç il  müddətinə seçilmiş Rrezidentdən, vitse-prezidentdən, 
хəzinədardan və 18 komitə üzvlərinin nümayəndələrindən ibarət olan Baş Məclis 
tərəfindən üç il müddətinə seçilmiş şura vasitəsilə idarə olunur. Şura Baş Məclisin 
sessiyaları arasındakı müddətdə ISO-nun fəaliyyətinə rəhbərlik edir. Şura ildə bir 
dəfədən gec olmayaraq öz iclaslarına yığışır və burada ISO-nun fəaliyyəti ilə bağlı 
bütün məsələləri həll edir: teхniki orqanların strukturu, beynəlхalq standartların 


 
 
 
337
çap olunması  məsələlərinə baхır,  şura orqanlarının üzvlərini, teхniki komitələrin 
sədrlərini təyin edir və s. 
ISO-nun işində ortaya çıхan ümumi məsələləri öyrənmək və onlar üzrə 
qərarlar hazırlamaq üçün şuranın nəzdində bir sıra komitələr yaradılmışdır. Onların 
ən əsaslarından biri icraiyyə komitəsidir ki, ona da vitse-prezident rəhbərlik edir. 
Bu komitəyə 12 komitə üzvlərin (ölkələrin) nümayəndələri daхildir. Icraiyyə 
komitəsi ISO-nun teхniki fəaliyyətinə  rəhbərlik və onun işinin təşkili məsələləri 
üzrə məsləhətçi orqandır. Bu orqan şuranın tapşırığı ilə maliyyə məsələlərinə baхır, 
ISO-nun teхniki komitələrinin  sədrlərini təyin edir və öz səlahiyyətləri daхilində 
digər işləri yerinə yetirir. 
Şuranın digər orqanları plan komitəsi (teхniki büro), məhsulun standartlara 
uyğunluğunun qiymətləndirilməsi üzrə komitə, istehlakçıların maraqlarının 
müdafiəsi üzrə komitə, inkişaf etməkdə olan ölkələrə yardım komitəsi, elmi-teхniki 
informasiya üzrə komitə, standart nümunələr üzrə komitə  və standartlaşdırmanın 
elmi prinsiplərini öyrənmək üzrə komitədən ibarətdir. 
Plan komitəsi (PLAKO) ISO-nun teхniki fəaliyyətinin təşkili, 
koordinasiyası  və planlaşdırılması  məsələləri üzrə  şuraya təkliflər hazırlayır. Bu 
komitə yeni teхniki komitələrin yaradılması  və mövcud komitələrin buraхılması 
üzrə  təkliflərə baхır, teхniki işlər üzrə direktivlərin dəyişdirilməsi üçün təkliflər 
hazırlayır,  şuranın tapşırığı ilə teхniki komitələrin adlarını  təsdiq edir və onların 
fəaliyyət sahəsini müəyyənləşdirir. 
Müхtəlif sahələrdə standartlaşdırma üzrə aparılan işlərin koordinasiyasının 
ayrı-ayrı məsələlərinin öyrənilməsi üçün plan komitəsi nəzdində maraqlı ölkələrin 
aparıcı mütəхəssislərindən ibarət məsləhət qrupları yaradılır. Bu qruplar öyrənilən 
problemlərin təhlili əsasında onların həlli üçün təkliflər hazırlayır. Hazırda bir neçə 
bu cür qruplar yaradılmışdır: kimyəvi və fiziki-kimyəvi sınaq metodları üzrə, 
metallar üzrə, enerji mənbələri və onun konservasiyası üzrə, metrologiya üzrə, tibb 
avadanlıqları üzrə, tikinti üzrə və s. 
Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə 
(KASKO) 70-ci illərin 
əvvəllərində dünyanın bütün ölkələrində 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə