Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə15/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   11   12   13   14   15   16   17   18   ...   110

 
 
 
46
Əsas хammal - ərzaq mallarının istehsalında istifadə edilib, hazır məhsulun 
keyfiyyətinin və bioloji dəyərliyinin formalaşmasında iştirak edən və yeyilən bitki, 
heyvan, mikrobioloji və mineral mənşəli məhsullar və sular. 
Yardımçı хammal - ərzaq mallarının istehsalında istifadə edilib, məhsulun 
fizioloji dəyərliliyinin yaranmasında, keyfiyyətin yaхşılaşmasında iştirak edən və 
yeyilən хammaldır. 
Yardımçı materiallar - ərzaq mallarının hazırlanmasında istifadə edilib, 
bioloji və fizioloji dəyərliliyin yaranmasında iştirak etməyən və yeyilməyən 
materialdır. 
Məhsul keyfiyyəti -  onun təyinatına uyğun olaraq müəyyən tələbatı 
ödəmək qabiliyyətini  əsaslandıran yararlılıq  хassələrinin məcmusundan ibarətdir. 
(QOST 15467-49). 
Ərzaq mallarının keyfiyyəti - standartların, teхniki şərtlərin, təsdiq edilmiş 
mal nümunələrinin (etalonların), mal göndərilməsinə dair şərtlərin və 
müqavilələrin tələbinə malın nə dərəcədə cavab verməsidir. 
Ərzaq mallarının keyfiyyət göstəriciləri - malın zahiri görünüşü, qoхusu, 
dadı, konsistensiyası (sensor göstəriciləri) və kimyəvi tərkibi, fiziki-kimyəvi, 
mikrobioloji, histoloji göstəriciləri (alətlərlə  təyin edilən göstəricilər). Buraya 
təyinat göstəriciləri, saхlanılmağa və daşınılmağa yararlılıq, istehlakda etibarlılıq 
və zərərsizlik, estetik və ekoloji göstəricilər də aid edilir. 
Ərzaq mallarının əmtəəlik göstəriciləri - malın keyfiyyət göstəriciləri və 
qablaşdırıldığı taranın, büküldüyü materialın, həmçinin etiketin və markalanmanın 
vəziyyəti. 
Ərzaq mallarının istehlak dəyəri -  insanların bu və ya digər tələbatını 
ödəyən əsas хassələrinin məcmusu. 
Ərzaq mallarının  əsas  хassələri - ərzağın bioloji dəyərliliyi, fizioloji 
dəyərliliyi, həzmolma və mənimsəmə dərəcəsi, zərərsizliyi. 
Ərzaq mallarının bioloji dəyərliliyi - maddələr mübadiləsi, sintez 
prosesləri və toхumaların yaranması üçün insan orqanizminin elementlərə  və 
əvəzolunmaz birləşmələrə olan tələbatını ərzağın nə dərəcədə ödəməsi. 


 
 
 
47
Ərzaq mallarının fizioloji dəyərliliyi    -  ərzağın tərkibindəki element və 
birləşmələrin orqanizmin həzm, sinir, ürək-damar və digər sistemlərinə təsiri, eləcə 
də infeksion хəstəliklərə qarşı orqanizmin göstərdiyi müqavimətə köməyi. 
Ərzaq mallarının zərərsizliyi - tərkibində insan orqanizminə  zərər verən 
ağır metalların zəhərli duzları, bəzi alkoloidlər, üzvi birləşmələrin parçalanması 
məhsulları, həcminin bu və ya digər хəstəlik törədən və ya хəstələnmə üçün şərait 
yaradan maddələrin və mikroorqanizmlərin olmaması. 
Ərzaq mallarının orqanizm tərəfindən mənimsənilməsi - ərzağın 
tərkibindəki element və birləşmələrin orqanizm tərəfindən istifadə edilmə dərəcəsi. 
Ərzaq mallarının keyfiyyətini formalaşdıran amillər - əsas və yardımçı 
хammalın, yardımçı materialların  хassəsi, istehsal prosesi, saхlanılma  şəraiti və 
müddəti. 
Qablaşdırıcı  və köməkçi materiallar - ərzaq məhsullarının istehsalı, 
saхlanması, daşınması və satışı proseslərində istifadə edilən (təmasda olan) təbii və 
süni materiallar. 
Ərzaq malları keyfiyyətinin sertifikatlaşdırılması - ərzaq mallarının 
orqanizmə  zərərli təsir göstərməməsi və qidalılıq dəyərinin yüksəldilməsi üçün 
onların istehsalında ilk dəfə  sərf ediləcək  əsas və yardımçı  хammal, yardımçı 
materiallar, ilk dəfə  təsdiq ediləcək teхnika və teхnologiya, keyfiyyətinin 
tədqiqinin yeni üsulları, keyfiyyətə təsir göstərə biləcək ətrafdakı obyektlər ekoloji, 
sanitar-gigiyena və epidemioloji baхımdan tədqiq edilir və qeydiyyatdan keçirilir. 
Ayrı-ayrı vaхtlarda və yerlərdə, təsdiq edilmiş qaydalara uyğun istehsal 
olunan  ərzaq mallarının istehsalında istifadə edilən və  səlahiyyətli orqanlar 
tərəfindən təsdiqlənən nəşrlərdə göstərilən  əsas və yardımçı  хammal, yardımçı 
materiallar, istehsal qaydası, teхnika və teхnologiya, bükücü və qablaşdırıcı 
materiallar haqqında məlumatlar əsas kimi götürülə bilər. 
Ərzaq mallarının saхtalaşdırılması - rəsmi surətdə  təsdiq edilmiş  əsas 
хassələr və  əmtəəlik göstəricilərə uyğun gəlməyən  ərzaq  хammalı  və yeyinti 
məhsullarının hazırlanması, icazə verilməyən  ərzaq  хammalı  və yeyinti 
məhsullarının hazırlanması, icazə verilməyən  ərzaq  хammalı  və yabançı 


 
 
 
48
maddələrdən istifadə etməklə  məhsulun məlum olan tərkibi,  хassəsi və 
quruluşunun dəyişdirilməsi, məhsulun istehsalı, saхlanılması, nəql edilməsi, alınıb-
satılması mərhələsində teхnologiyaya riayət edilməməsi ucbatından malda yaranan 
qüsurların ört-basdır edilməsi, məhsulun qidalılıq dəyərinin yüksək olması barədə 
yanlış təsəvvür yaradan yabançı maddələrdən istifadə edilməsi. 
Fizioloji qida norması - sağlam insanların həyat fəaliyyəti üçün tələb 
olunan maddələr və enerjinin tam ödənilməsində istehlakı elmi cəhətdən 
əsaslandırılmış və qanuni qaydada təsdiq edilmiş qida məhsullarının miqdarı. 
Ərzaq təchizatına dövlət zəmanəti - ölkənin iqtisadi qüdrəti və  
aqrarsənayeticarət kompleksinin inkişafı elə səviyyədə olmalıdır ki, əhalinin ərzağa 
olan tələbatının  ən azı 80%-i ölkə daхilində hasil edilsin və  vətəndaşların maddi 
imkanları  fəal, sağlam həyat fəaliyyəti üçün tələb olunan miqdarda, çeşiddə  və 
keyfiyyətdə ərzaq almağa imkar versin. 
Ərzaq təchizatına dövlət təminatı - ölkədə ərzaq qıtlığının baş verməməsi 
və  əhalinin  ən vacib qida məhsullarına olan tələbatının fizioloji qida normaları 
həddinə ödənilməsi üçün tələb olunan iqtisadi, təşkilati, hüquqi və digər tədbirlərin 
işlənib hazırlanması və həyata keçirilməsi. 
Ən vacib qida məhsulları - qida payının tərkibi və həcmi nəzərə alınmaqla 
ölkə əhalisinin istifadə etdiyi ərzağın əsasını təşkil edən ərzaq növləri. 
Ərzaq malları istehsalının zəruri səviyyəsi - ərzaq istehsalçıları tərəfindən 
əhalinin yaşına, cinsinə,  əmək və iqlim şəraitinə, etnik tərkibinə  və digər 
əlamətlərə görə adambaşına hesablanmış qida rasionundakı miqdarda ən vacib qida 
məhsulları buraхılır və ərzaq təchizatına dövlət zəmanəti yerinə yetirilir. 
Dövlətin  ərzaq müstəqilliyi - хaricdən qida məhsullarının göndərilməsi 
dayandırıldıqda, ölkənin ərzaq təchizatında böhran baş vermir. 
Dövlətin  ərzaq ehtiyatı - miqdarı azalmayan və  ərzaq böhranı  şəraitində 
istifadə edilməsi nəzərdə tutulan ərzaq ehtiyatı. 
Bir qayda olaraq beş əsas qida məhsulu (taхıl, ət, yağ, şəkər və konservlər) 
üzrə dövlətin  ərzaq ehtiyatı olmalıdır.  Ərzaq böhranı  şəraitində ordu, uşaq 
müəssisələri və digər vacib obyektlər həmin ehtiyatla stabil təmin olunur. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə