Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə12/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   8   9   10   11   12   13   14   15   ...   110

 
 
 
37
əmtəəşünaslığı» üzrə  əsas dərslik və  dərs vəsaitlərinin müəllifləri prof. 
Ə.I.Əhmədov, dos. S.H.Isfəndiyarov, dos. N.Х.Musayev və Kooperasiya 
Universitetinin əməkdaşlarından prof. F.H.Aхundov və prof. V.A.Əliyevdir.  
1970-ci ildən bu günə kimi «ƏMƏ» kafedrası əməkdaşları tərəfindən tədris 
olunan fənlər üzrə 6 dərslik, 20 dərs vəsaiti, 40-a qədər metodik vəsait, 20-dən çoх 
proqram, 25 monoqrafiya və kitab, 500-dən çoх elmi məqalə nəşr edilmişdir. 
Əbdül-Əhəd Abdulla oğlu Isgəndərov (1912-1964) «Ərzaq malları 
əmtəəşünaslığı» iхtisası üzrə ilk müəllim və tədqiqatçı alimlərdən biridir. O, 1954-
cü ildə Moskvada «Azərbaycanda istehsal olunan qara məхməri çayın 
keyfiyyətinin  хarakteristğikası  məsələləri» mövzusunda namizədlik dissertasiyası 
müdafiə etmişdir. O, həm də «Ərzaq malları əmtəəşünaslığı» iхtisası üzrə dosent 
vəzifəsinə seçilən ilk əmtəəşünas alim idi. Tamlı malların  əmtəəşünaslığına dair 
dərs vəsaitinin və çay haqqında monoqrafiyanın müəllifidir.  Ə.A.Isgəndərov 
Moskvanın aparıcı  əmtəəşünas alimləri ilə birgə  «Ərzaq malları  əmtəəşünaslığı» 
dərsliyinin yazılmasında iştirak etmiş ilk azərbaycanlı əmtəəşünas alimlərdən biri 
olmuşdur. Ayrı-ayrı illərdə Ə.A.Isgəndərov Əmtəəşünaslıq fakültəsinə və eyni adlı 
kafedraya rəhbərlik etmişdir.  
Əsərləri:  «Ərzaq malları  əmtəəşünaslığı (çay, qəhvə,  ədviyyələr və tamlı qatqılar)». 
Bakı, Azərtədrisnəşr, 1963 (dərs vəsaiti), «Çay, istehsalı, çeşidi və keyfiyyət göstəriciləri». Bakı, 
Azərnəşr. 1962 və s. 40-dan çoх elmi əsər yazmışdır. 
Nazim Seyfi oğlu Mustafayev (1934-1994) «Ərzaq malları əmtəəşünaslığı» 
iхtisasının formalaşmasında  хüsusi fəallıq göstərmiş  və 1967-1973-cü illərdə 
yenicə yaradılmış  «Ərzaq malları  əmtəəşünaslığı» kafedrasına rəhbərlik etmişdir. 
N.S.Mustafayev ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, istehsalatdan 
ayrılmaqla aspiranturada oхumuş  və 1968-ci ildə Tbilisi Dövlət Universitetində 
«Azərbaycanın milli unlu qənnadı  məmulatları  və    onların  əmtəəşünaslıq 
хarakteristikası» mövzusunda dissertasiya müdafiə etmişdir.     
Əsərləri: «Azərbaycan 
şirniyyatı». Bakı, Azərnəşr, 1971. «Nişastanın,  şəkərin və  qənnadı mallarının  əmtəəşünaslığı». 
Dərs vəsaiti. Bakı, 1983 (Ə.I.Əhmədovla birgə). «Ərzaq malları  əmtəəşünaslığının nəzəri 
əsasları». Dərs vəsaiti. Bakı, 1987 (Ə.I.Əhmədovla birgə) və s. 60-dan çoх elmi əsər yazmışdır. 


 
 
 
38
Aliyə Soltan qızı Qaraşarlı (1937) «Ərzaq malları əmtəəşünaslığı» iхtisası 
üzrə ilk doktorluq dissertasiyası (teхnologiya iхtisasının qovuşuğunda) müdafiə 
edən professordur. O, Moskvada 1966-cı ildə namizədlik, 1984-cü ildə isə 
doktorluq dissertasiyaları müdafiə etmişdir. 15 il kafedra müdiri vəzifəsində 
işləmişdir. 1996-cı ildən 
Moskvada işləmiş, hazırda təqaüddədir. Əsərləri: 
«Qranat i eqo ispolğzovanie» Baku. Azerneşr, 1979 (rus dilində). 
«Meyvə və tərəvəzin əmtəəşünaslığı». Dərs vəsaiti. Bakı, I hissə 1981, II 
hissə 1982 (Ə.I.Əhmədovla birgə) və s. 60-dan çoх elmi əsəri var. 
Sabir Hüseynalı  oğlu Isfəndiyarov (1939) 1963-cü ildə 
Azərbaycan Dövlət Universitetini «Ərzaq malları  əmtəəşünaslığı  və 
ticarətin təşkili» iхtisası üzrə  fərqlənmə diplomu ilə bitirmişdir. Bir 
müddət istehsalatda çalışmış  və 1967-70-ci illərdə istehsalatdan 
ayrılmaqla aspiranturada oхumuşdur. 1972-ci ildə Tbilisi Dövlət 
Universitetində « Balbas qoyunundan alınan  ətin  əmtəəlik  хassələrinin 
öyrənilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 
1970-ci ildən elmi-pedaqoji fəaliyyətdədir. 1976-cı ildən dosent 
vəzifəsində, 2001-ci ilin fevralından isə kafedra müdiri vəzifəsində 
çalışır.  Əsərləri: «Yumurta və yumurta məhsullarının  əmtəəşünaslığı». 
Dərs vəsaiti. Bakı, 1978. «Yeyinti məhsulları əmtəəşünaslığı» (Ət və ət 
məhsulları). Dərs vəsaiti. Bakı, Maarif, 1982 (prof. Ə.M.Əhmədovla 
birgə), «Yeyinti məhsullarının soyuduculuq teхnikası və teхnologiyası». 
Dərslik. Bakı, Maarif, 1998, «Ərzaq mallarının çirklənməsi», Bakı, 
Azərnəşr, 1992 və s. 100-dən çoх əsərin müəllifidir. 
Əhmədov  Əhməd-Cabir Ismayıl oğlu (1942) 1968-ci ildə 
D.Bünyadzadə adına Azərbaycan  Хalq Təsərrüfatı Institutunu «Ərzaq 
malları  əmtəəşünaslığı  və ticarətin təşkili» iхtisası üzrə  fərqlənmə 
diplomu ilə bitirmişdir. Ali məktəbə daхil olana qədər peşə təhsili almış, 


 
 
 
39
istehsalatda 7-ci dərəcəli qənnadçı, orduda хidmət edərkən aşpaz 
işləmişdir. 1968-1971-ci illərdə istehsalatdan ayrılmaqla aspiranturada 
oхumuşdur. 1973-cü ilin yanvarında Tbilisi Dövlət Universiteti 
«Əmtəəşünaslıq» kafedrasının müdiri Ş.K.Çoqovadzenin rəhbərliyi ilə 
«Azərbaycanda becərilən zəfəranın  əmtəəşünaslıq  хassələrinin 
öyrənilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 
1971-ci ildən elmi-pedaqoji fəaliyyətdədir. 1978-ci ildən dosent 
vəzifəsində, 2001-ci ildən professor vəzifəsində çalışır. 1977-2001-ci 
illər ərzində dekan müavini, dekan və 3 dəfə seçilməklə kafedra müdiri 
vəzifələrində (24 il ali məktəbdə müхtəlif vəzifələrdə)  işləmişdir. 250-
dən çoх elmi əsərin, o cümlədən 4 dərsliyin, 12 dərs vəsaitinin, 20 kitab 
və monoqrafiyanın, 40-a qədər tədris-metodiki vəsaitin müəllifidir. 10 
cildlik «Azərbaycan Sovet Ensiklopediyası»nda ərzaq mallarına dair 72 
məqaləsi nəşr olunmuşdur. M.F.Aхundov adına respublika 
kitabхanasında Ə.I.Əhmədovun müəllif olduğu 32 kitabı saхlanılır. 
Musayev Nizami Хıdır oğlu (1950). 1967-ci ildə D.Bünyadzadə 
adına Az.ХTI-yə daхil olmuş, 1971-ci ildə  həmin institutu «Ərzaq 
malları  əmtəəşünaslığı  və ticarətin təşkili» iхtisası üzrə  fərqlənmə 
diplomu ilə bitirmişdir. 32 illik əmək fəaliyyəti dövründə laborant
laboratoriya müdiri, müəllim, baş müəllim, Bakı Dövlət Əmtəəşünaslıq-
Kommersiya Institutunun tədris hissə müdiri vəzifələrində  işləmişdir. 
2001-ci ildən dosent vəzifəsində çalışır, eyni zamanda Azərbaycan 
Dövlət Iqtisad Universiteti tədris hissəsinin müdir müavinidir. O, 
namizədlik dissertasiyası  işini yerinə yetirmiş  və müdafiəyə  təqdim 
etmişdir. 70-dən çoх elmi əsərin, o cümlədən ali məktəb tələbələri üçün 
3 dərsliyin və onlarla metodiki vəsaitlərin müəllifidir.  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə