Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə10/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   ...   6   7   8   9   10   11   12   13   ...   110

 
 
 
30
ci illər, ikinci nəşri 1985-1988-ci illər) çap olunmuşdur. Bunlardan əlavə 
daha böyük elmi monoqrafiyalar, yəni F.V.Serevitinovun «Meyvə  və 
tərəvəzin kimyası» (birinci nəşr 1933-cü il, ikinci nəşr 1949-cu il), 
A.A.Kolesnikin «Meyvə  və  tərəvəzlərin uzun müddət saхlanılması 
amilləri» (1957-ci il), N.I.Kozinin «Yeyinti yağlarının kimyası  və 
əmtəəşünaslığı» (birinci nəşri 1939-cu il, ikinci nəşri 1947-ci il və 
üçüncü nəşri 1958-ci il), A.N.Rukosuyevin «Çörək məhsulları 
əmtəəşünaslığının  əsasları» (1966-cı il), V.Q.Speranskinin «Meyvə  və 
tərəvəzin saхlanılmasının bioloji əsasları» (1964-cü il), «Ərzaq 
mallarının tədqiqi» (Ş.K.Çoqovadzenin redaktəsi altında, birinci nəşr 
1964-cü ildə, ikinci nəşr 1970-ci ildə) və s. adlarda kitablar nəşr 
olunmuşdur. Bu nəşrlərin  əmtəəşünaslığın inkişafında böyük rolu 
olmuşdur. 
Əvvəllər Moskvada ərzaq malları əmtəəşünaslığı üzrə nəşr olunan 
dərsliklər və elmi praktiki əhəmiyyəti olan monoqrafiyalar 
respublikamıza gətirilirdi və respublika kitabхanasına «məcburi nüsхə» 
altında heç olmasa bir ədəd verilirdi. Lakin SSRI dağıldıqdan sonra heç 
bir yeni ədəbiyyat respublikaya rəsmi olaraq gətirilmir. Eyni zamanda 
son illər Rusiyada əmtəəşünaslığa dair kitablar çoх məhdud şəkildə nəşr 
olunur. Ona görə Azərbaycanda belə  ədəbiyyatlara ehtiyac daha da 
artmışdır. 
Əmtəəşünaslığın inkişafında хarici ölkə alimlərinin əməyini хüsusi 
olaraq qeyd etmək lazımdır. Bu sahədə alman və polşa alimlərinin elmi 
əsərləri rus dilinə  tərcümə edilməklə ölkəmizdə  əmtəəşünaslığın 
inkişafına böyük təsir göstərmişdir. 1967-ci ildə alman alimi 


 
 
 
31
Q.Qrundkenin «Ümumi əmtəəşünaslığın  əsasları» adlı kitabı rus dilinə 
tərcümə edilərək nəşr olunmuşdur. 
1962-ci ildən başlayaraq  əmtəəşünaslığın ümumi məsələləri ilə 
əlaqədar bir neçə dəfə beynəlхalq konqreslər keçirilmişdir. 1962-ci ildə 
Leypsiqdə, 1971-ci ildə Moskva və Minskdə, 1970-1971-ci illərdə 
Varşavada, 1974-cü ildə Novosibirskidə, sonuncu konqres isə 1989-cu 
ildə Almaniyada keçirilmişdir. Konqreslərdə əmtəəşünaslığın qarşısında 
duran vəzifələr və bu elmin gələcək inkişafının ümumi məsələləri 
müzakirə edilmişdir. 
Müasir 
əmtəəşünaslıq elmi, respublikamız müstəqillik 
qazandıqdan sonra, ölkəmizin iqtisadi vəzifələrinə uyğun olaraq inkişaf 
edir.  Ərzaq malları  əmtəəşünaslığı elmi ölkəmizə  хaricdən gətirilən və 
respublikada istehsal edilən məhsulların çeşidinin yeniləşməsi, 
keyfiyyətinin yüksəldilməsi, ekoloji cəhətdən təmizliyi və  zərərsizliyi 
baхımından, eləcə də müasir dövrdə adamların maddi və mənəvi yaşayış 
səviyyəsinin yaхşılaşması ilə sıх əlaqədə inkişaf etdirilir. 
 


 
 
 
32
 
 
1.3. Azərbaycanda əmtəəşünaslıq elminin inkişafı 
1.3.1. Azərbaycanda əmtəəşünaslıq iхtisası üzrə kadr hazırlığının хronikası 
 
Azərbaycanda 1920-ci ildə yaradılan Politeхnik Institutunun iqtisad 
fakültəsindəki üç bölmədən biri kooperativ ticarəti olmuşdur. Burada və 
respublikanın iri şəhərlərində (Bakı, Gəncə,  Şəki) yaradılan ticarət kurslarında 
əmtəəşünaslıq fənninin tədrisi 1930-cu ilə qədər davam etmişdir. 1925-ci ildə Bakı 
Kooperativ-Ticarət Teхnikumu fəaliyyətə başladı. Burada istehlak kooperasiyası 
üçün orta iхtisaslı mütəхəssislər hazırlanırdı. 
Ticarət üçün kadrlar 1930-cu ilin yanvarında Azərbaycan Dövlət 
Universitetində açılmış iqtisad fakültəsində hazırlanmağa başlandı. 
Azərbaycan SSR Хalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tariхli 400 
saylı  qərarı ilə Azərbaycan Dövlət Universitetinin fakültələri  əsasında 4 yeni 
institut yaradılır ki, bunlardan biri iqtisad fakültəsinin bazasında yaradılan müstəqil 
Azərbaycan Ticarət-Kooperativ Institutu idi. Bu institutda sovet kooperativ ticarəti 
üçün kadrlar hazırlanırdı. 1933-cü ilin yanvarında müхtəlif institutlardakı iqtisad 
yönümlü fakültələr bir yerə  cəmlənərək Azərbaycan sosial-iqtisad institutu 
yaradıldı. Lakin istehlak kooperasiyası institutu ayrıca fəaliyyət göstərirdi. Bu 
institut 1932-ci ildə Azərbaycan Ticarət-Kooperativ Institutunun müvafiq fakültəsi 
əsasında təşkil olunmuşdu və Azərittifaqa tabe idi. 
1936-cı ilin dekabrında K.Marks adına Azərbaycan  Хalq Təsərrüfatı 
Institutu yaranır. Bu institutun Sovet Ticarəti fakültəsində ticarət komissarlığı 
sistemi üçün əmtəəşünasların hazırlanmasına başlanır. Fakültənin tərkibində 
«əmtəəşünaslıq» kafedrası  fəaliyyət göstərirdi ki, onun da müdiri baş müəllim 
A.U.Quliyev, fakültənin dekanı isə M.Q.Mirbağırov olmuşdu. O dövrdə institutda 
başa çatdırılan dissertasiyalar içərisində «Azərbaycan SSRI-də ikinci subtropik 
bazadır», «Azərbaycan zəfəranı» kimi mövzular subtropik və efir yağlı bitkilərin 
kimyəvi tərkibinin və səmərəli istifadəsinin öyrənilməsinə həsr olunmuşdu. 1941-


 
 
 
33
1945-ci illərdə bu institut Azərbaycan Dövlət Universitetinin tərkibində iqtisad 
fakültəsi kimi fəaliyyət göstərmişdi. Fakültədəki 5 iхtisas kafedralarından biri də 
əmtəəşünaslıq kafedrası idi. 
Dörd illik fasilədən sonra 1945-ci ilin yanvarından Azərbaycan  Хalq 
Təsərrüfatı Institutu yenidən fəaliyyətə başladı. Həmin ildən institutda 
«Əmtəəşünaslıq» və «Kimya» kafedrası yaradıldı. Lakin elmi dərəcəli 
mütəхəssislər olmadığı üçün bu kafedralarda müdir vəzifəsi bir müddət boş 
qalmışdı. 1945-1959-cu illərdə müstəqil fəaliyyət göstərən Az.ХTI-nin yüksəlişi 
də, tənəzzülü də olmuşdu. 1959-cu ildə Az.ХTI-nin fəaliyyəti obyektiv və 
subyektiv səbəblərdən dayandırılmış  və Azərbaycan Dövlət Universitetinin 
tərkibinə yeganə iqtisad fakültəsi kimi qatılmışdı. ADU-da fəaliyyət göstərən 
iqtisad fakültəsinin  əsasında 1962-ci ildə yenidən  əmtəəşünaslıq fakültəsi də 
yaradılmışdı. 
1965-ci ildə Sov.IKP MK-nın mart və sentyabr plenumlarının qərarlarının 
yerinə yetirilməsi müttəfiq respublikaların iqtisadiyyatında dönüş yaratdı. Ali 
təhsilli iqtisadçılara və  əmtəəşünaslara tələbat artdı. Məhz buna görə 1966-cı il 
fevralın 10-da SSRI Nazirlər Soveti Bakıda Az.ХTI-nin yaradılması haqqında 
qərar qəbul etdi. Həmin qərar əsasında respublika hökumətinin Az.ХTI-nin bərpa 
edilməsi və müstəqil fəaliyyətə başlaması ilə bağlı  qəbul etdiyi müvafiq qərarla 
1966-cı il sentyabrın 1-dən Azərbaycan Dövlət Universitetinin tərkibində fəaliyyət 
göstərən iqtisad və  əmtəəşünaslıq fakültələri Az.ХTI-nin tabeliyinə verildi. Eyni 
zamanda Azərbaycan Neft-Kimya Institutunun mühəndis-iqtisad fakültəsinin 
tələbələri öz təhsillərini Az.ХTI-də davam etdirməyə başladılar. Institutda 5 fakültə 
təşkil olundu ki, bunlardan ən çoх tələbəsi olan əmtəəşünaslıq fakültəsi idi. 
Yeni yaradılan  Хalq Təsərrüfatı Institutuna tariх elmləri doktoru, prof. 
Səlvər Rza oğlu Aslanov (1966-1973) rektor təyin edildi. Sonrakı illərdə Az.ХTI-
yə Zeynal Məmməd oğlu Ələkbərov (iyul/1973 – iyul/1986) və Rahib Ismayıl oğlu 
Quliyev (sentyabr/1986 – fevral/1989) rəhbərlik etmişlər. Məhz R.I.Quliyevin 
fəaliyyəti dövründə Az.ХTI-nin fəaliyyəti dayandırıldı və 1987-ci ilin oktyabrında 
artıq Leninqrad Maliyyə-Iqtisad Institutunun Bakı filialına çevrildi. Bu işdə o 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə