Microsoft Word 11 Operations eia final az



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix23.09.2018
ölçüsü1,24 Mb.
#70312
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 11 

Əməliyyatların ətraf mühitə təsirinin 

qiymətləndirilməsi, azaldılması 

vəmonitorinqi 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

11/21



Cədvəl 11.12 Hadisənin miqyası 

 

Parametr 

İzahı

 

Reytinq 



Dərəcə/miqyas 

Cari əməliyyatlardan əldə edilmiş təcrübə əsasında, meteoroloji şəraitlərdən asılı 

olaraq, lay suyunun saxlandığı gölməçədən yaranan qoxunun Terminalın 

ətrafındakı yaşayış yerlərinə yayılması mümkündür. ŞD2 layihəsinə daxil edilmiş 

mövcud idarə  tədbirlərinə güclü küləkli havada lay suyu aerozolunun 

yaranmasını azaldan vasitələr daxildir.



Təkrarlanma 

tezliyi: 

Gölməçənin davamlı olaraq istifadə edilməsi planlaşdırılmır 2 



Davametmə 

Müddəti 

Lay suyu gölməçədə bir aydan artıq qala bilər. 3 



İntensivlik 

Qoxu  gölməçədən istifadə zamanı BK Ətraf mühitin mühafizə agentliyinin 

qoxunun qiymətləndirilməsi üzrə göstərişlərinə  əsasən təşkil edilmiş qoxu 

astanasını keçə bilər, lakin bu davamlı olaraq baş verməyəcək. 



Cəmi 



 

 

11.4.1.2 Reseptorun həssaslığı 



 

ŞD2 qurudakı obyektlərinə  ən yaxın reseptorlara (Fəsil 6, Bölmə 6.4.1-ə istinad edin) 

aşağıdakı sakinlər daxildir: 

 

 Terminaldan 

təxminən 2.5km cənub-qərbdə olan Səngəçal qəsəbəsi; 

 Terminaldan 

təxminən 2.7km qərbdə yerləşən Əzimkənd; 

 Terminaldan 

təxminən 1km cənub-şərqdə yerləşən Ümid 

 

Cədvəl 11.13-də insan reseptorları üçün Yüksək Reseptor Həssaslığını  əks etdirən 4 

qiymətinin təyin olunması əsaslandırılır 

 

Cədvəl 11.13 Reseptorun həssaslığı 

 

Parametr 

İzahı 

Reytinq 

Mövcudluq 

Ən yaxın reseptorlar Terminaldan 1km cənub-qərbdə yerləşən Ümid 

kəndindədir. 



Dözümlülük 

Terminal  ətrafındakı yaşayış  məntəqələri daxilində  ətraf mühitdə qoxunun 

monitorinqi zamanı onlar narahatlıq doğurmayan, yaxud ən az narahatlıq 

doğuran (Fəsil 6 Bölmə 6.4.6.3-ə istinad edin) kimi qəbul edilmişdir, bununla 

belə, Terminalın  ətrafındakı  qəsəbələrin sakinlərindən keçmişdə  və hazırda lay 

suyunun gölməçələrdə saxlanmasından yaranan qoxuya dair şikayətlər 

alınmışdır. 



Cəmi 



 

 

11.4.1.3 Təsirin əhəmiyyəti 

 

Cədvəl 11.14-də lay suyunun gölməçədə saxlanmasının qoxu səviyyələrinə təsirinin xülasəsi 

verilir. 

 

Cədvəl 11.14 Təsirin əhəmiyyəti 

 

Hadisə 



Hadisənin 

miqyası 

Reseptorun həssaslığı 

Təsirin əhəmiyyəti 

Lay suyunun gölməçədə qeyri-

müntəzəm saxlanmasından qoxu 

Yüksək (İnsanlar) yüksək 



Yüksək Mənfi 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 11 

Əməliyyatların ətraf mühitə təsirinin 

qiymətləndirilməsi, azaldılması 

vəmonitorinqi 

 

Noyabr 2013-cü il 



Yekun variant

 

11/22



Lay suyunun gölməçədə qeyri-müntəzəm saxlanmasından yaranan qoxu ilə  əlaqədar 

aşağıdakı monitorinq və hesabat tələbləri AGT Bölgə ƏMMİS-in bir hissəsini təşkil edəcək: 



 

 Qoxunun 

monitorinqi 

proqramı  tətbiq ediləcək və  nəticələr rübdə bir dəfə ETSN-nə 

təqdim ediləcək  

 Gölməçələrdən istifadə etdikdə gölməçəyə göndərilən suyun nümunəsi həftədə bir dəfə 

götürülərək  Əlavə 11E-də göstərilmiş qoxu ilə  əlaqədar parametrlərə uyğun təhlil 

ediləcək və nəticələr rübdə bir dəfə ETSN-nə təqdim ediləcək . 



 

11.4.1.4 Əlavə azaldılma tədbirləri 

 

Yuxarıdakı qiymətləndirmə göstərdi ki, lay suyunun gölməçədə qeyri-müntəzəm 

saxlanmasından yaranan qoxu reseptorlarda Əsas mənfi təsirə  səbəb ola bilər. Qoxunu 

azaltmaq üçün artıq görülmüş tədbirlər Bölmə 11.4.1-də təsvir edilmişdir. 



 

Qoxunu daha da azaltmaq üçün: 



 

 Gölməçədə saxlanan lay suyundan hava keyfiyyəti üçün təyin edilmiş  həddi keçə 

biləcək qoxunu idarə etmək üçün təmizləmə  dəsti tələb olunacaq və qoxuya nəzarət 

üsulları qiymətləndirilərək məqsədəuyğun halda layihəyə daxil ediləcək . 



 

Bu  əlavə azaltma tədbirlərinin tətbiq edilməsi ilə lay suyunun gölməçədə qeyri-müntəzəm 

saxlanmasından yaranan qoxu ilə əlaqədar təsirin Orta Mənfi dərəcəyə endiriləcəyi gözlənilir. 

 

11.5 Qurudakı səs-küyün ətraf mühitə təsirləri   

 

Bu bölmədə qurudakı  əməliyyatlar  ərzində  ŞD2 obyektləri ilə bağlı aparılan müntəzəm 



əməliyyatlar və məşəldə qeyri-müntəzəm yandırılma əməliyyatları ilə bağlı yaranan qurudakı 

səs-küyün  ətraf mühitə potensial təsirlərinin qiymətləndirilməsi təqdim edilir. Qurudakı 

Əməliyyatlardan müntəzəm və qeyri-müntəzəm səs-küy üzrə mövcud yumşaldıcı  tədbirlər 

proqnozlaşdırılan təsirlərin daha da azaldılması üçün tələb olunan əlavə nəzarət vasitələri ilə 

birlikdə təqdim olunub    

 

11.5.1 Təsirazaltma 



 

Qurudakı  əməliyyatlarla bağlı müntəzəm və qeyri-müntəzəm səs-küy üzrə mövcud 

təsirazaldıcı tədbirlər aşağıdakıları əhatə edir:  

 

 



ŞD2 qurudakı obyektlərin layihəsi borularda səs-küyün 10 dB(A)  səviyyəsində 

saxlanması üçün əsas borularda səs-küyün azaldılmasını  əhatə edir, misal üçün, 

50mm mineral pambıq üstəgəl yüngül üzləmədən ibarət boruların üzləmə sxemi 

 Üzləmə giriş və çıxış kompressorları, utilizasiya boruları, turbo genişləndiricinin boruları 

və əsas prosesə nəzarət klapanları ilə bağlı borular üçün təmin olunacaq 

 Üzləmə mümkün olmayan yerlərdə qurudakı borular üçün mümkün olan yerlərdə 

xətdaxili səsboğucular tətbiq ediləcək ; 

 Qurudakı giriş və ixrac kompressorları üzrə səs-küy mənbələrinin səviyyələri altlığın 1m 

radiusunda 85dB(A)-dan artıq olmayan kimi göstəriləcək ; 

 Müntəzəm  əməliyyatlar zamanı davamlı olaraq məşəldə yandırılma, yaxud qazların 

yandırılmadan atqısı olmayacaq (texniki təhlükəsizlik məqsədilə  məşələdə qazın piltə 

və hava üfürülmə (təmizləmə) məqsədi ilə yandırılması istisna olmaqla) ; və 

 Karbohidrogenlərin planlaşdırılmış, yaxud planlaşdırılmamış  şəkildə  məşəldə 

yandırılması  və ya yandırılmadan havaya atqısı praktiki cəhətdən mümkün olan 

hallarda (işçilərin texniki təhlükəsizliyini, yaxud qurğunun texniki vəziyyətini riskə məruz 

qoymadan) minimuma endiriləcək. 

 



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə