Filologiya məsələləri, 2017
270
olduğu təqdirdə, eyni müstəviyə tamamilə fərqli əsərlər gətiriləcək və eyni
sıraya düzüləcəkdir. Bu sıra “Su altında 80000 kilometr, “Amfibiya-adam”
əsərləri dayanacaq, sıranı isə “Möcüzələr yaradan insan”, “Ustad və Marqarita”
və “Çevrilmə” əsərləri qapayacaqdır. Halbuki, bunların içərisindən “Amfibiya-
adam” əsəri bizim fikrimizcə, elmi-fantastikadırsa, “Çevrilmə” daha çox
realistik-fantastikadır”.
Göründüyü kimi, “Ədəbiyyat qəzeti”nin səhifələrində çap olunmuş bu
yazıda Struqatski qardaçları özləri diskussiya yaradaraq elmi-fantastikaya qarşı
realistik –fantastikanı qoyurdular. Bizim fikrimizcə, Struqatski qardaşlarının
realistik fantastika adlandırdıqları ədəbi hadisə şərti poetik tipə malik
fantastikadan savayı bir şey deyildir.
Maraqlıdır ki, bu məqaləyə ilk etiraz edən “Ədəbiyyat qəzeti”nin özü
olmuşdur. “Redaksiyadan” başlığı ilə ilə verilmiş bu münasibətdə oxuyuruq:
“Nə ictimai-fəlsəfi, nə elmi, nə də ənənəvi (bizim dediyimiz – şərti-poetik
fantastika – D.S.) fantastikanı şişirtmək, hətta qarşı-qarşıya qoymaq lazım
deyildir” (13).
Elmi
fantastikanın tədqiq tarixinə nəzər saldıqdan sonra fantastikaya və
ya fantastik ədəbiyyata verilən tərifləri də gözdən keçirmək maraqlı olardı.
Fantastika yunan sözü “phantastike” olub mənası xəyal etmək sənəti
deməkdir. Çağdaş dönəmdə fantastika dedikdə ədəbiyyatın ayrıca, müstəqil bir
növü nəzərdə tutulur. Fantastik ədəbiyyat isə reallığa zidd olan, uyğun
gəlməyən, dünyanın qeyri-adi, möcüzəvi mənzərəsini sözlə yaradan, təsvir edən
ədəbiyyat anlayışını ehtiva edir. Fantastikanın özü nəzəri ədəbiyyatlarda bir neçə
istiqamətə bölünür ki, bunlardan ən əsasları aşağıdakı formada qruplaşdırılır:
1. Elmi fantastika (- əsil elmi fantastika - kosmik fantastika - kosmik
odisseya -planetar roman -kosmik opera); 2. Döyüş fantastikası; 3. Yumoristik
fantastika; 4. Məhəbbət fantastikası; 5. İctimai fantastika; 6. Fentezi; 7. Mistika
və dəhşət.
Elmi fantastika ədəbiyyatdan başqa kino istehsalı sahəsində də istifadə
olunur. Bu janrda real dünyada baş verən hadisələr təsvir olunur, amma onları
reallıqdan fərqləndirən bir qisim cəhətlər mövcud olur. Yəni bu hadisələr tarixi
gerçəkliyə uyğun olmur. Bu uyğunsuzluqlar isə texnogen, elmi sosial, tarixi və
s. aspektləri əhatə edir. Elmi fantastika öz növbəsində iki yerə bölünür: əsil elmi
fantastika və kosmik fantastika.
Döyüş fantastikası fantastika janrının elə bir növüdür ki, burada uzaq
gələcəkdə baş verən döyüş səhnələri təsvir olunur. Bu əsərlərdə təsvir olunan
bütün döyüş səhnələri qeyri-adi, güclü və yeni, çağdaş insana tanışç olmayan,
habelə fantastik silahların tətbiqi ilə həyata keçir. Döyüş fantastikasında
qəhrəmanlar çox zaman robotlar olur.
Yumoristik fantastikada yazılmış əsərlərdə bütün fantastik hadisələr və
situasiyalar yumoristik planda təsvir olunur. Bu janr fantastik əsərlər içərisində
Filologiya məsələləri, 2017
271
ən qədim heab edilir. Alimlərin böyük əksəriyyəti yumoristik fantastikanın hətta
antik dövrlərdə mövcudluğunu irəli sürürlər.
Məhəbbət fantastikası janrında yazılmış əsərlər romantik macəra əsərləri
hesab olunur. Uydurulmuş ölkələrdə baş verən məhəbbət macəraları,
uydurulmuş məhəbbət qəhrəmanlarının üstünlük təşkil etdiyi süjet xəttinin
mövcud olduğu əsərləri bu janra aid etmək mümkündür.
Nəticə. Nəhayət, elmi-fantastik ədəbiyyatın tədqiqi ilə bağlı sonrakı
polemikalarda Struqatsi qardaşları öz mövqelərini belə müdafiə edirdilər.
Onların fikrincə, “şərti-pozitiv” fantastika daha uzun ömürlü olacaqdır. Halbuki
elmi fantastika isə içində əks olunduöu hadisələrin hətaya keçməsindən sonra öz
aktuallığını və marağını itirəcəkdir. Bu zaman cəmiyyətin maraqları və diqqəti
tamam ayrı istiqamətə yönələcəkdir. Gördüyümüz kimi, müəlliflərin dediyində
müəyyən həqiqət vardır. Doğrudan da, elmi-texniki tərəqqinin inkişafı ilə
mənbələrdə “texnoloji fantastika” adlandırılan ədəbi hadisə öz aktuallığını və
zərurətini itirə bilər. Amma bir məsələ vardır ki, bu da Struqatski qardaşlarının
ictimai-elmi fantastikaya toxunmamalarıdır. Məhz bu istiqamət hər zaman
mövcud olacaq və öz aktuallığını heç zaman itirməyəcəkdir.
ƏDƏBİYYAT
1. Брандис Е. Жюль Верн. Ленинград: Детгиз, 1963
2. Кагарлицкий Ю. Герберт Уеллс. Москва: Гослитиздат, 1963
3. Ляпунов Б. Александр Беляев. Москва: 1967
4. Званцева Е. Научно-фантастическая проза И.Ефремова. Москва: 1968
5. Рюриков Ю. Через 100 и 1000 лет. Человек будущего и советская
художественная фантастика. Москва: 1961
6. Зелинский К. Литература и человек будущего // Вопросы литературы,
1962, № 2
7. Чернышева Т. Человек и естественная среда в современной научной
фантастике. Москва: 1969
8. Чёрная Н. В мире мечты и предвидения. Киев:1972
9. Тамарченко Е. Социально-философский жанр современной научной
фантастики. Москва: 1970
10. Гуревич Г. Карта страны фантазий. Москва: Искусство, 1967
11. Джингр К. Пути развития научно-фантастического жанра в
советской литературе
12. Брандис Е. Советский научно-фантастический роман. Ленинград:
1959
13. Заметка «От редакции» // Литературная газета, 4 марта 1970
Filologiya məsələləri, 2017
272
САМЕДОВА ДУРДАНА
ВЗГЛЯД НА ИСТОРИЮ ИССЛЕДОВАНИЯ
НАУЧНО-ФАНТАСТИЧЕСКОЙ ЛИТЕРАТУРЫ
РЕЗЮМЕ
В статье исследуется история формирования и развития научно-
критической базы научно-фантастической литературы в период начала и
середины ХХ века. Как известно, научная фантастика — литературный
жанр, который является одной из разновидностей фантастики. Научная
фантастика основывается на фантастических допущениях (вымысле,
спекуляции) в области науки, включая как точные, так и естественные, и
гуманитарные науки. Научная фантастика описывает вымышленные
технологии и научные открытия, контакты с иным и нечеловеческим
разумом, возможное будущее или альтернативный ход истории, а также
влияние этих допущений на человеческое общество и личность. Действие
научной фантастики часто происходит в будущем, что роднит этот жанр
с
футурологией
. Автор старается охватить самые значимые научные
труды и исследования научно-фантастической литературы.
SAMEDOVA DURDANA
A LOOK AT THE HISTORY OF THE STUDY SCIENCE FICTION
SUMMARY
The article investigates the history of the formation and development of
scientific and critical base of science fiction during the early and mid-twentieth
century. As you know, science fiction - a literary genre that is a kind of fiction.
Science fiction based on fantastic assumptions (fiction, speculation) in the field
of science, including both exact and natural and human sciences. Science fiction
describes fictional technologies and scientific discoveries and contacts with
other non-human reason, a possible future alternative or course of history, as
well as the impact of these assumptions on human society and the individual.
Action science fiction often takes place in the future that unites the genre with
futurology.The author tries to cover the most important scientific works and
studies of science fiction.
Rəyçi filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova
Dostları ilə paylaş: |