Filologiya məsələləri, 2017
268
fantastik ədəbi əsərlərin qəhrəmanları ümumiləşmiş tipik personajlar deyil, daha
çox fantastik ideyaların abstraktlaşdırılmış obrazıdır. Bu zaman fantastik
ideyaların estetikası belə əsərlərin poetik çatızmaqlıqlarını üstələyir. Məsələn,
Kapitan Nemonu gəmisiz, İxtiandrı balıq fəqərələrsiz təsəvvür etmək mümkün
deyildir. Bu qəhrəmanların fantastik dondan məhrum edilməsi – uzun illər ədəbi
tənqidin başlıca məqsədlərindən biri olmuşdur.
Bu gün elmi fantastikaya dair əsas müzakirə hədəfi isə onun
oxucular
arasındakı uğuru və ənənəvi ədəbi qanunlar çərçivəsinə sığmaması ilə
əlaqədardır. Bəzi mütəxəssilərin fikrincə, məhz bu ədəbi qanunlara riayət
olunmaması elm fantaskikanın ilk və ən əsas özünəməxsusluğdur.
Elmi fantaskit ədəbiyyarın yuxarıda söylədiyimiz kimi, həddən artıq
çəşhurluğu, ona kifayət qədər oxucu diqqətinin olması ədəbiyyatşünaslıarı bu
ədəbi-bədii hadisəni tədqiq etməyə səbəb olmuşdur.
“Gələcəyin carçıları və yalançı peyğəmbər” adlı məqalədə E.Brandis və
V.Dmitrovski ilk dəfə Qərb ədəbi tənqidində fantastika janrına münasibəti
araşdırmışlar. XX əsrin 60-cı illərində isə eyni müəllifin – E.Brandisin “Jül
Vern” (1) və Y.Kaqarlitskinin “Herbert Uels” (2) kitabları işıq üzü görür. Hər
iki monoqrafiya elmi fantastika janrının ictimai potensilanın açılması
baxımından mühüm əhəmiyyət daşıyır. Bu kitablar
o vaxtacan elmi fantasktika
barədə kök salmış bir anlaşılmazlığın açılmasına da xidmət etmiş oldu və
göstərdi ki, elmi fantastika heç də “texnisizm”, yni sırf elmi-texniki tərəqqi və
s.ilə bağlı olan janr deyildir. Hər iki müəllif elmi fantastik əsərlərin hər şeydən
öncə ədəbi- bədii funksiya daşıdığını da tutarlı dəllilərlə sübut edə bilmişlər.
Bu iki monoqrafiya barədə danışarkın mütləq onu da qeyd etmək lazımdır
ki, yuxarıda söylədiyimiz kimi, o zamana qədər elmi-fantastik ədəbiyyatın
tədqiqi və tənqidi resenziya janrından o yana keçə bilmirdi. Yazılan
resenziyalarda isə daha çox elmi-fantastik əsərlərdəki
fantastik süjet və
tematikanın çağdaş dönəmlə müqayisəsi bu əsərlərdə irəli sürülən fantastik
hipotezlərlə real elmin imkanlarının qarşılaşdırılması baş verirdi. Məhz bu iki
kitabla elmi-fantastik ədəbiyyatın təhlil, tədqiq və tənqidində yeni mərhələ
başladı. Belə ki, E.Brandis və Y.Kaqarlinski elmi-fantastik ədəbiyyatın
hipotezlərinə “proqnozlaşdırma” kimi yanaşaraq,
onu bədii düşüncənin ənənəvi
aspektləri ilə əlaqələndirmişlər.
XX əsrin 60-cı illərindən sonra elmi-fantastik ədəbiyyatı tədqiqində bir
neçə istiqamət formalaşmağa başladı:
- ayrı-ayrı fantast yazıçıların yaradıcılığının tədqiqi. Məsələn,
B.Lapunovun
“Aleksandr Belyayev” tənqidi-bibliorafik oçerk-məqaləsi (3) və ya
Y.Zvansevanın “İ.Yefremovun Elmi-fantastik nəsri” dissertasiyası (4) və s.
buna misal ola bilər.
Filologiya məsələləri, 2017
269
- ədəbi-sosioloji təhlil. Məsələn, Y.Rürikovun “100 və 1000 ildən sonra.
Gələcəyin insanı və sovet bədii fantastikası” kitabı (5), K.Zelinskinin
“Ədəbiyyat və gələcəyin insanı” məqaləsi (6) və s.
- tarixi-nəzəri yanaşma. Məsələn, T.Çernişovanın “Müasir elmi insan və
təbii mühit” mövzusunda dissertasiyası (7) və H.Çerniy adlı müəllifin “Arzular
və xəyallar aləmində” adlı məqaləsi (8) və s.
- tipoloji yanaşma. Məsələn, Y.Tamarçenkonun “Müasir elmi
fantastikanın ictimai-fəlsəfi janrı” mövzusunda dissertasiyası (9) və s.
- elmi-fantastik ədəbiyyatın üslub və poetika istiqamətində araşdırılması.
Məsələn, Çex tənqidçisi M.Qençkovanın silsilə məqalələri və s.
Son
dövrlər elmi-fantastik ədəbiyyatın tənqid üfüqlərinin və təhlil
diapazonunun genişləndiyinin şahidi oluruq. Bu da tam təbiidir və elmi-fantastik
ədəbiyyatın real olan müxtəlifliyindən irəli gəlir. Elmi-fantastik ədəbiyyatın
tənqidinə həsr olunmuş bu çoxsaylı araşdırmaları ilə bir cəhət birləşdirir. Yəni,
onlar nə qədər subyektiv yazılsalar da, hamısında elmi-fantastik ədəbiyyat öz
tarixi inkişafında götürülür. Q.Qureviç adlı müəllifin “Xəyallar
ölkəsinin
xəritəsi” kitabı (10) buna bariz nümunə ola bilər.
Bəzi tədqiqatlarda elmi-fantastik ədəbiyyatda əlahiddə bir hadisə kimi
deyil, tarixi-ədəbi prosesin tərkib hissəsi kimi yanaşırlar. Leninqrad
Universitetindən K.Jinqr adlı müəllifin “Sovet ədəbiyyatında elmi-fantastika
janrının inkişaf yolları” mövzusunda dissertasiyası (11) və s.
XX əsrin 50-ci illərində elmi-fantastik ədəbiyyat barədə ilk ədəbi tənqid
əsəri yuxarıda adını dəfələrlə çəkdiyimiz E.Brandisin “Sovet
elmi-fantastik
romanı” (12) monoqrafiyası olur. Həcm etibarilə çox
da böyük olmayan bu
monoqrafiyada bu “janrın” inkişaf tarixinin əsas mərhələləri dəqiq
müəyyənləşdirilmiş, haqqında sözügedən janrın qırx illik inkişaf tarixi nəzərdən
keçirilmişdir. Müəllif sonralar yazdığı və eyni tematikaya həsr etdiyi “Qanadlı
xəyalın ədəbiyyatı” oçerkində də eyni məsələləri davam etdirmişdir. Bu
müəllifin əsərləri və tədqiqatları sonrakı dövrlərdə elmi-fantastik ədəbiyyatın
müstəqil deyil bədii ədəbiyyatın bir janrı kimi ədəbiyyatşünslığa və ədəbiyyat
tarixinə salınmasına vəsilə olmuşdur. Məhz bu tədqiqatlardan sonra elmi
fantastika janrların ümumi tarixinə salınmış və ədəbiyyatın,
daha dəqiq desək,
nəstin bir istiqaməti kimi öyrənilmişdir.
Elmi fantastikanın nəzəriyyəsinin formalaşması da asan proses
olmamışdır. Ilk illər bu nəzəriyyə yalnış qurulmuş, ədəbi-bədii təcrübənin azlığı
və ya tamamilə yoxluğu özünü göstərirdi. Bu proses çox çətin və mübahisəli
gedirdi, elmi müstəvidə müəlliflərin diskussiyaları səngimək bilmirdi. Məsələn,
1070-ci illərdə Rusiyanın “Ədəbiyyat qəzeti” belə bir diskussiyaya meydan
vermişdir. Qəzetin səhiflərində Struqatski qardaşları yazırdı: “ Biz içərisində
spesifik
bədii üsul istifadə olunan, yəni içərisində qeyri-adi, mümkünsüz
elementin istifadə olunduğu ədəbiyyatı fantastik ədəbiyyat adlandırırıq. Belə