Filologiya məsələləri, 2017
275
addır. Burada baş vermiş həyat hadisəsində fərqli bir məna, bir inqlab vardır.
Zaman- zaman yaddaşlardan silinməyən bu hadisələr gələcək nəsillər üçün
xüsusi bir örnək, tərbiyə mənbəyinə çevrilirlər. N.Gəncəvinin “Kərpickəsən
kişinin dastanı” mənzum hekayəsi həcm etibarilə o qədər də böyük əsər
deyildir. Ancaq
əsərdən alınan fikrin dolğunluğu, ümummilli
dəyərlərin ifadəsi, əməyə münasibətin birmənalı, köklü surətdə dəyişməsi bu
əsərin dastan adlanmasına əsas
verir.
Dastan
yaradıcılığına səbəb olan nədir və o hansı zərurətdən
yaranmışdır? Dastan yaradıcılığı özünəməxsus bir bədii hadisədir. Bir
dastanın yaranması üçün həm ictimai, həm siyasi, həm də tarixi faktorlar
eyni zamanda rol oynamalıdir. Bir sozlə, ictimai mühit dastan yaradıcılığına
sanki “hamilə” olmalıdır. Bütövlükdə el onun yaranmasında iştirak etməli və
“keşiyində ” dayanmalıdır. Beləliklə, ictimai həyatda baş verəcək cox nadir,
ibrətamiz və taleyüklü hadisələr, eyni zamanda cəmiyyətin hər bir üzvünü
düşündürən, onda heç vaxt indiki kimi olmayan hiss və emosiyalar yaradan
əhvalatlar dastan yaradıcılığına rəvac verir. Xalqın hər bir nümayəndəsi bu
ümumxalq “tədbirdə” iştirak edir. Zaman-zaman yeni və gənc nəslə bunu
nağıl edir və hər zaman bu “nağıl” cilalanmış yeni məzmun və forma kəsb
edir. İlk vaxtlar hadisə, əhvalat, nağıl xarakteri daşıyan bu nümunələr bir
neçə yüz il müddətində,nəhayət, dastana çevrilirlər. Ancaq xalq tərəfindən
yaradılan, ağızdan- ağıza dolaşaraq cilalanan və əsrlər tələb edən dastan
yaradıcılığı hər kəsin deyil, məhz fenomen bir şəxsiyyətin ifasında sonrakı
və əbədi ömrünü yaşayır.
Azərbaycanlıların bir xalq kimi formalaşmasının “canlı” şahidi olan
“Kitabi-Dədə Qorqud” dastanı gəldiyimiz qənaətləri özündə birləşdirən
monumental xalq yaradıcılığı nümunəsidir. Əsərdə Oğuz igidlərinin öz
yurdunu və elini yadelli qüvvələrdən qorumaq uğurundakı mücadilələri əks
olunmuşdur. Məsələ burasındadır ki, bu igidlərin apardığı mübarizə və
göstərdiyi qəhrəmanlıqlar birbaşa olum və ölüm qarşısında qalan xalqın
taleyinə hesablanmışdır. Əsərdən görürük ki, oğuz xalqı öz müqəddəratını
qorumaq üçün girişdiyi mübarzədə qələbələr qazanırdısa da, az itkilər
vermirdi. Xalq onun yaşaması üçün canından keçən qəhrəmanları
əbədiləşdirmək məqsədilə haqqında rəvayətlər söyləmiş, dastanlar
qoşmuşdur.
Xalq
ədəbiyyatında artıq mövcud olan dastan janrı söz yox ki, bir
bədii əsər kimi böyük əhəmiyyətə malikdir. Ancaq biz bu məqamda dastanın
həm də ictimai əhəmiyyətini vurğulamaq niyyətindəyik. Əvvəla, yaranmış
olan hər bir dastan nümunəsi məxsus olduğu xalqın həyatını, adət-ənənəsini,
həyata baxışını, mübarizə əzmini heyranlıqla əks etdirdiyindən uzun zaman
özündən sonrakı ədəbiyyatı təsiri altında “saxlayır”. İkincisi, dastanlar
ənənəvi olaraq xalqların öz gələcək talelərini həll etməsi yolunda apardığı
Filologiya məsələləri, 2017
276
ədalətli mübarizənin təsviri və məntiqi sonluğunun bədii hesabatıdır. Dünya
xalqları ədəbiyyatına nəzər yetirdikcə bunun şahidi oluruq. Dörd-altı min il
bundan qabaq Dəclə və Fərat çayları hövzəsində yaşamış şumerlər
haqqındakı bədii nümunəni -“Bilqamıs dastanı”nı bu məqamda misal çəkə
bilərik. Elmi və tarixi mənbələrdən bilirik ki, “şumerlər öz dövrlərində çox
zəngin şəhərlər salmış, məktəbləri, abidələri ilə məşhur olmuşlar. Onlar
dünyanın ən qədim xalqlarından hesab olunurlar. Uzaq gəmi səfərlərinə
çıxmaq, ovçuluq etmək, şəhər və qalalar ucaltmaq, yer, göy, dünya və kainat
haqqında ilkin təsəvvürlərə malik olmuşlar. Əsrlər keçsə də, sərhədlər
dəyişsə də, şumerlərin mədəniyyəti, onların qoyub getdiyi yadigarlar bu
günədək qalmışdır ”.(6; 124) . Bu yadigarları məhz “Bilqamıs dastanı”ndan
əldə edə bilirik. Dastan qəhrəmanı kimi Bilqamıs xalqı üçün şəhərlər saldırır,
igidliyi ilə eldə şöhrət qazanır. Elinin ölümsüzlüyü üçün əlindən gələni edir.
Çətinliklə də olsa, dirilik çiçəyini əldə edir, lakin onu özü yemir, şəhərinin
adamları üçün aparmağı qərara alır.
Şərq ədəbiyyatında gördüyümüz
qədim dastan yaradıcılığı ənənəsi avropa xalqları ədəbiyyatı üçün yad
deyildir. Avropanın qədim sakinlərindən olan İrland tayfalarının yaratdıqları
eposlar insan cəmiyyətinin ilkin təşəkkülü dövrlərinin izlərini özündə
saxlamışdır. “İrlandiyanın şimalında, Olsterdə yaşayan ulad tayfalarının
yaratdığı epos silsiləsi ən qədim İrland eposu sayılır. Bu eposun mərkəzi
fiquru uladların tarixi şəxsiyyət hesab etdikləri kral Konxobar, baş
qəhrəmanı isə onun bacısı oğlu Kuxulindir. Kuxulin obrazı qədim
irlandiyanın şücaət və mənəvi kamillik ideyalının təcəssümü idi. Təsadüfi
deyil ki, Kuxulinin üzərinə götürdüyü öhdəliklərin əksəriyyəti yüksək
mənəvi dəyərlərə bağlıdır... O özü qabaqcadan ölümünü bilə-bilə xalqını
xilas etmək üçün döyüşə yollanır”.(3; 451) Əlbəttə, sadaladığımız dastan
nümunələri ümumən dünya xalqlarının dastan yaradıcılığını əhatə etmir.
“Qədim və zəngin mədəni- mənəvi irsə malik əksər dünya xalqları bəşər
mədəniyyəti xəzinəsinə bir sıra həmişəyaşar dastanlar bəxş etmişlər.
Yunanların “İlliada” və “Odisseya”sı, hindlilərin “Ramayana” və
“Mahabarata”sı, iranlıların “Şahnamə”si, Şimali Qafqaz xalqlarının “Nart”ı
belə əsərlərdəndir”.(1;
17)
Göründüyü kimi, dünyanın bir çox xalqları dastan yaradıcılığına
xüsusi diqqət yetirmişlər. Bu, əlbəttə, hər bir xalqın öz şanlı keçmişinə olan
sevgisi ilə bağlı olmuşdur. Ancaq dastan yaradıcılığı üçün təkcə tarixi
proseslər kifayət etməmişdir. Bunun üçün böyük ədəbi “məşqlər”, hazırlıqlar
həyata keçirilmişdir. Artıq nağıllar formalaşmış, əfsanə və rəvyətlər öz yerini
tutmuş, lirik poeziya öz inkişafında əhəmiyyətli mövqedə dayanmışdır. Hətta
dramatik ünsürlər xalq ədəbiyyatında bu məqamda uzun yol keçmişdir.
Bu
yaradıcılıq forması yalnız yüksək ədəbi inkişaf mərhələlərinə
malik olan xalqlara məxsusdur. Çox sevindirici haldır ki, Azərbaycan xalqı
Dostları ilə paylaş: |