Filologiya məsələləri, 2017
277
da belə xoşbəxt xalqlardan biridir. Çünki onun bədii söz xəzinəsində iki
böyük epos, o cümlədən “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları
qorunmaqdadır.
Bu dastanların sonrakı bədii əsərlərin yaranmasındakı rolu
danılmazdır. Sözügedən məsələ bir çox dünya xalqları ədəbiyyatı üçün də
xas olan ədəbi hadisədir. Mənbələrdən görürük ki, adını çəkdiyimiz qədim
İrland eposu və onun qəhrəmanları neçə-neçə sonrakı yaradıcılıqlar üçün
mühüm bir mənbə olmuşdur. Dastan qəhrəmanının-“Kuxulinin zahiri
görünüşü və xarakteri mifik əlamətlərlə zəngindir.
Onun xarici görünüşünün
təsviri zamanı digər epik qəhrəmanlara da xas hiperbolalardan istifadə
olunmuşdur. Eposda ilahi varlıq kimi təqdim olunan Kuxulinin mənəvi-
əxlaqi keyfiyyətləri sonralar neçə-neçə tarixi-əfsanəvi qəhrəman obrazlarının
yaranmasına təkan
verdi”.(3;
451)
Azərbaycan dastanları da öz növbəsində neçə-neçə əsərlərin
yaranmasında mühüm pay sahibi olmuşdur. İstər şifahi, istərsə də yazılı
ədəbiyyatda sonradan yaranan bir çox əsərlər haqqında bunu demək olar.
“Kitabi-Dədə Qorqud” eposuna daxil olan dastanlar “Koroğlu” eposunun
bəzi sujetləri üçün mühüm mənbə olmuşdur. Hər iki dastan qəhrəmanının
minikləri dərya atlarından olması, əhvalatların
səfərlərdə baş verməsi, ozan-
aşıq repertuarlarından, xeyir-dualarından istifadə və s.bu əlaqələrin ilkin
görüntülərindəndir.
Xalq romanlarının yazılı ədəbiyyata təsiri və yazılı ədəbiyyatda yeri
gəldikcə ondan bəhrələnmə məsələri də diqqətçəkən məqamlardandır. Yazılı
ədəbiyyatda epik əsərləri ilə daha çox yadda qalan və Azərbaycan
ədəbiyyatının əsas dayaq nöqtələrindən biri olan Nizami Gəncəvi
yaradıcılığına nəzər yetirsək, qənaətlərimizin
doğruluğuna şübhə yeri
qalmayacaqdır. N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasında bir neçə dastan
başlıqlı hekayələr vardır. Bu hekayələr özlüyündə böyük və mühüm ictimai
əhəmiyyət daşıyan ideyaları ifadə etməkdədir. “Kərpickəsən kişinin dastanı”,
“Zalım padşahla zahidin dastanı”, “Ədalətli Nuşirəvan və vəzirin dastanı”
hekayələri bu qəbildəndirlər. Bundan başqa, “Xosrov və Şirin” poeması əsl
məhəbbət dastanıdır. Hələ N. Gəncəvinin sağlığında el arasında “dolaşan” bu
dastan böyük şairimizin yaradıcılığında ikinci örünü yaşamaqdadır. Şah
İsmayıl Xətai yaradıcılığında xalq şeirinin
təsirini görməmək mümkün
deyildir. Onun nəticəsidir ki, “Dəhnamə” poeması
məhəbbət
dastanlarımızdakı bir çox cəhətləri özündə əks etdirməkdədir.
Yeni dövr Azərbaycan ədəbiyyatında və sonrakı mərhələlərdə dastan
səciyyəli əsərlər ayrı-ayrı sənətkarlarımız tərəfindən yaradılmışdır. Hal-
hazırda da sözügedən məzmun və xarakterli bədii nümunələrin yarandığını
görməkdəyik. Xalq şairi Zəlimxan Yaqubun “Hüseyn Saraclı dastanı” əsəri
buna misaldır.
Filologiya məsələləri, 2017
278
Ədəbiyyatımızın bütün tarixi inkişaf mərhələlərini nəzərdən
keçirdikcə aydın olur ki, xalq yaradıcılığı nümunəsi olan dastan janrı hər bir
mərhələ boyu ədəbi şəxsiyyətlərimizin müraciət
etdiyi əsas mənbələrdən biri
olmuşdur. Əlbəttə, Bütün bu məqamları bir məqaləyə sığışdırmaq mümkün
deyildir. Gələcək araşdırmalarımızda adıçəkilən məsələnin ayrı- ayrı dövrlər
üzrə tədqiq etməyimizi məqsədəuyğun hesab etdik.
ƏDƏBİYYAT
1. Abbaslı İ. Azərbaycan dastanlarının yayılma və təsiri məsələləri. Bakı:
Nurlan, 2007, 272 s.
2. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif,1981,407 s
3.Əliyeva H.Ə. Qədim kelt saqaları ilə qafqaz nart eposu arasındakı
paralellərə dair. “Filologiya məsələləri” jurnalı. Bakı: Elm və təhsil №-
9,
s.451
4.Hacıyeva M. Ədəbi qaynaqlar.Bakı: Elm və təhsil, 2014, 242.
5.Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. Bakı:
Azərbaycan Dövlət Nəşriyyatı,1991,
296.
6.Qədim Şərq ədəbiyyatı müntəxəbatı. / İ.Vəliyev, E.Ağaoğlu, N. Səfərovun
tərtibi ilə/Bakı: Şərq-Qərb,2007,
672
7.Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı, 2 cilddə, II cild. Bakı: Elm, 2006,
648
8.Paşayev S. Nizami və xalq əfsanələri. Bakı: Gənlik, 1983, 128.
9.Təhmasib M.H. Azərbaycan xalq dastanları. Bakı: Elm, 1972, 402 s.
QADIM RUFULLAYEV
THE USE FORMS OF THE SAGA IN AZERBAIJAN EPIK POET
SUMMARY
The article deals with one of the most popular literary genres collecl
saga. It investigates hte character and originality of saga, it is place and role
in written literature . The article empasises the fact
that the genre of saga in
Azerbaijan written literature was widely used in every stage of it is
development. In old period we come across with it in creative work of
N.Ganjavi. In middle period SH.I. Khatai’s poem “Dehname” was created
on the basis of saga motives. In modern times the
above mentioned genre is
also used. “The saga of Huseyn Sarajlı” by Z. Yaqub is a good sample of it.
In future we are planning to investigate the genre in the work of other
pats.