Filologiya məsələləri, 2017
286
Uşaqlar ana dilinin zərifliyini, incəliyini, saflığını və gözəlliyini lap körpə-
likdən anlamalıdır. Analar dilin gözəlliyini beşik başında oxuduqları laylalar,
bayatılar, əzizləmələr vasitəsilə uşağın ruhuna hopdurur. Anaları tərəfindən
körpələrinə oxunan bu həzin nəğmələrdən bir neçəsinə diqqət yetirək.
Laylay
dedim
doyunca,
Baş yastığa qoyunca.
Pardaxlan
qızıl gülüm,
Bir iyliyim doyunca (5 s. 306).
Laylay
dedim,
can
dedim,
Yuxudan
oyan
dedim.
Sən yuxudan duranda,
Canımı qurban dedim.
Balam laylay, a laylay,
Körpəm, laylay, a laylay (1, s. 375-376).
Laylalar, oxşamaları həmçinin beşik nəğmələri də adlandırılır. “Beşik
nəğmələrindəki ahəng və ritmlərdə milli düşüncənin ilkin notları vardır. Bu
nidalar altında tərbiyələnən körpələr hələ gözünü açmamış, qəhrəmanlıq,
saflıq, doğruçuluq, düzgünlük kimi dəyərlər sisteminin sədaları altında
böyüyür, bu səslər sistemi uşaq xarakterini formalaşdırır” (8, s.12). Bir sözlə
uşaq dünyaya göz açan gündən folklor nümunələri ilə qarşılaşır, anaların
şirin laylası ilə uyuyur, nənələrin, xalaların, bibilərin həzin mahnısı ilə
əzizlənir, onlara xoş gələn duzlu oxşamalarla gülür, yanıltmaclarla dil açır və
beləcə həyatda mənəvi nemətlərdən ilk payını alır. Qeyd etdiyimiz hər bir
folklor nümunəsi uşağın milli ruhda böyüməsinə xüsusi təsir edir. Beləliklə
uşaqlar yaşa dolduqca folklorun digər nümunələri ilə də tanış olur, onlarla
qidalanır.
Saf, təmiz ana dilinin öyrənilməsi prosesində məktəbəqədər uşaqların
və ibtidai sinif şagirdlərinin intellekt qabiliyyətlərinin inkişaf etdirilməsi
vacib problem kimi diqqəti cəlb edir. İbtidai sinif şagirdlərinin intellekt
qabiliyyətlərini, nitq və təfəkkürünü inkişaf etdirən “Ana dili” fənni digər
fənlərin öyrənilməsinə də güclü təsir göstərir.
Bu gün təhsilimizin yeniləşməsini tələb edən mühüm amillərdən biri
də fənlərin həddindən artıq çoxalmasıdır. Bu fənlərin tədrisi şagirdlərin
dünyagörüşünün artmasına, məntiq baxımdan inkişafına hədsiz təsir edir.
Uşaqların yaxşı formalaşmasında bu fənlərin tədrisi zamanı folklor
nümunələrinin yer almasının da önəmi çoxdur. Folklor həm də uşaqların
hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətlərinin formalaşmasına böyük
Filologiya məsələləri, 2017
287
təsir edir. Həmçinin “Hər bir folklor nümunəsi estetik zövqün inkişaf
etdirilməsinə xidmət göstərir” (2, s. 302).
Uşaq ana dilini öyrənməyə ana laylası ilə başlayır və biz bilirik ki,
“Laylanın estetik gözəlliyi onun lirizmində, poetikasındadır, ifadə etdiyi
mənəvi dəyərlərlə ölçülür” (2, s. 302). Bununla yanaşı uşaqlar paralel olaraq
folklorumuzu da öyrənir. Onun beynində, ruhunda vətən sevgisi yaranır və
elə də böyüyür. Hətta məktəbəqədərki dövrdə, yəni uşaqlar məktəbə gələnə
qədər kifayət qədər şeirlər əzbərləyir, nağıllar öyrənirlər. Bu biliyə malik
olan uşaqlar məktəbə böyük bir həvəslə gəlirlər. Amma bəzi hallarda bu
həvəsi uşaqlarda inkişaf etdirmək yerinə körpələrin poeziyaya olan marağını
konkret bir qəlibə salır, onu məhdudlaşdırırıq. Bunun nəticəsi olaraq dünən
şeirləri, nağılları, əfsanələri, tapmacaları çox asanlıqla əzbərləyən, öyrənən
bir uşaq birdən-birə passivləşir. Məktəbə qədər uzun-uzadı foklor
nümunələrini birnəfəsə deyən balacalar sanki çevrilib başqa uşaq olur.
Doğma diyardan-foklor dünyasından azad bir dünyadan başqa
(çərçivələnmiş) bir aləmə düşür. Bunu əksinə inkişaf etdirmək lazımdır. Bu
da ibtidai sinif müəllimlərinin üzərinə düşür. Yəni poetikanın əsas
xüsusiyyətlərini öyrətmək üçün müəllim özü bir ədəbiyyatşünas kimi onun
ən incə xüsusiyyətlərini dərk etməli və ibtidai siniflərdə tədris prosesində
folklorla bağlı dərslərin, tapşırıqların yerinə yetirilməsinə ciddi yanaşmalıdır.
İbtidai siniflərdə folkloru şagirdlərə elə mənimsətmək lazımdır ki,
şagird keçmişini, folklorunu hər zaman yaddaşında saxlasın. Folklorumuz
özü bir tərbiyədi. Uşaqlara folkloru ilk olaraq laylalarla öyrətməyə
başlayırıq. Sonra bu genişlənir, əzizləmələr, oxşamalarla, nağıllarla,
tapmacalarla və digər folklor nümunələrilə davam edir. Müəllim şagirdlərə
həm folklor nümunələrini, həm folklor oyunlarını öyrətməli, həm də
məktəbə qədər öyrəndiklərini təkmilləşdirməlidir. Demək müəllimin üzərinə
böyük məsuliyyət düşür. Müəllim şagirdə folkloru əzbər formada deyil, onu
dərk edərək öyrətməklə daha yüksək nəticə əldə edə bilər. İbtidai siniflərdə
uşaq folkloruna nə qədər geniş yer verilsə bir o qədər yaxşıdır. Həmçinin
dərsdən sonra sinifdənxaric tapşırıqlarda da folklorun öyrənilməsinə geniş
yer ayrılmalıdır. Xalqın keçmişindən bu gününə kimi davam edən folklor
nümunələri indiki şagirdlərə öyrədilməlidir ki, gələcək nəsillərə aparılsın.
Müəllim şifahi xalq ədəbiyyatını nə qədər mükəmməl bilsə, şagirdlərə bir o
qədər yüksək səviyyədə tədris və təbliğ edə bilər.
Şagirdlərə folkloru dərindən mənimsədilməsinin əsas və yüksək
keyfiyyətlərindən biri ondadır ki, sabah uşaq böyüyəndə hər hansısa bir
xalqın nümayəndələri Azərbaycan folklor nümunələrini öz adına istifadə
etsə, o, onun yanlış olduğunu bilib, buna etiraz edə biləcək. Əgər şagird
bilməsə ki, bu folklor nümunəsi Azərbaycan folkloruna aiddi ya yox, onda
keçmişimizi özününküləşdirmək istəyən xalqlardan qoruya bilməz.
Dostları ilə paylaş: |