Filologiya məsələləri, 2017
283
Gecə gözlərimdə əridi axdi,
Sürməsi gözümü yandırdı, yaxdı.
Bu gün gecə özü mənə qonaqdı.
Mənim bu halımdan xəbərin olsun.
Əsərlərində aşiqin həsrətini, kədərini, qəmini, ahını, göz yaşını bacarıqla
qələmə alır. Onun lirik qəhrəmanı tez-tez kədərli, qəmli olur, sanki dövrün
istəmir, əksinə gözəllik həsrəti ilə yanıb külə dönmək istəyir, bununla da
sadiq, etibarlı olduğunu, sevgisindən dönməyəcəyini sübut etməyə çalışır.
Sevmək dərsim vardır, sevmək təcrübəm,
Unutmaq dərsindən befər olmuşam olmuşam
Unutmaq neməti paylanan zaman,
Görünür sonuncu nəfər olmuşam.
Baxışım saralıb, rəngim boğulub,
Gərək unudanı unuda biləm.
Sevmək səadəti əkiz doğulub,
Unuda bilməmək faciəm ilə.
Öz sevgisinə qovuşa bilməyən aşiq onun xəyalı ilə yaşayır, kədərlənir,
keçirdiyi qəmləri, iztirabları heç olmasa məktubla ona şərh etmək, çatdırmaq
istəyir. Lakin bunun üçün özündə taqət görmür, kağız və qələm götürsə də,
ürəyi dolur, ağlayır, yazdıqları yarımçıq qalır.
Sənə hər gün, hər gün məktub yazıram,
Yazdığım məktublar yarımçıq qalır.
Narahat sevgimdən aralandıqca,
Sevgim azalmayır, sevgim coxalır.
Şəklinə baxıram, gülüm arada,
Yox, deyən, şəklinə qulaq asıram.
Yarımçıq qoyduğum məktublara da
Mən özüm yarımçıq cavab yazıram.
Şeir psixoloji cəhətdən o qədər məharətlə qurulmuşdur ki, həsrət və
düşüncə məngənəsində sıxılan aşiqin əhvalı haqqında aydın bir təsəvvür
yaranır. İstər-istəməz o hislərə biganə qalmaq mümkün olmur.
Şairin poeziyasına bələd olanlar da, ayrı-ayrı şeirlərini oxuyanlar da onun
necə həssas, odlu qələmə malik olduğunu bilirlər. Onun poeziyası ilk
şeirindən başlayaraq qaynar gənclik ehtirası ilə müdrikliyin qovuşduğu
sevgi, insan əməyinə bəslənən poetik məhəbbət, doğma Azərbaycan
təbiətinin tərənnümü, nəhayət, ali vətənpərvərlik duyğuları ilə səciyyələnir.
Şair nədən yazırsa-yazsın, hansı mövzuya müraciət edirsə-etsin, fərqi
yoxdur, istisnasız olaraq onun bütün əsərlərində odlu-alovlu ürəyinin nidaları
əks olunur. Şairin qəlbi hərarəti azalmayan odlu bir kürəni xatırladır və
şeirləri adi qələmlə kağız üzərinə yazılmaq əvəzinə, həmin kürədən parlaq
alov kimi fəvvarə vurub sətirlərə düzülür. Bu od, bu alov şeirlərdəki sevgiyə
Filologiya məsələləri, 2017
284
də, müdrikliyə də, humanizmə də, vətən məhəbbətinə də eyni dərəcədə
aiddir.
Bu odlu ürək sahibi keşməkeşlərin, azadlıq mübarizələrinin qoynunda
doğulub yetişdiyi üçün, həyatı boyu davam etdirdiyi siyasi lirikası da daxil
olmaqla, “Səttarxan” poemasına qədər bütün yaradıcılığında millətinin siyasi
və silahlı mübarizəsini əks etdirmişdir. Şair nədən yazırsa yazsın: real həyat
həqiqətlərindənmi, yaxud romantik arzulardan, xəyallardanmı, fərqi yoxdur,
son məqsədi, son hədəfi yalnız xalqının azadlıq idealıdır. Bu xətti onu hətta
sevgi lirikasında vüsal həsrəti çəkən nakam bir aşiqin duyğularında da, Araz
adlı siyasi qılıncla ikiyə ayrılmış Azərbaycanın vəhdətə can atması
timsalında da görürük.
ƏDƏBİYYAT
1. Azərbaycan Sovet ədəbiyyatı. Bakı, 1988.
2. Söhrab Tahir. Mənim səsim. Bakı, 1997.
3. Söhrab Tahir. Mühacir qeyrəti. Bakı, 1997.
GASIMOVA SEDAGET N., NAJAFOVA SEVIL E.
AN OVERVIEW OF SOHRAB TAHIR’S LYRICS
Sohrab Tahir is unique literary destiny of style poeter in modern
Azerbaijan’s poetry. He always prefer the interests of the people according
real nature of poet. People who read his poems sometimes be happy and
sometimes be sad. There are both love and longing in his poems. Sohrab
Tahir also described beauty of human. Youth and beauty completed each
other in these poems. Sohrab Tahir worth to women in own poems and he
glorifed her as source of happiness.
КАСЫМОВА С.Н., НАДЖАФОВА С.А.
ВЗГЛЯД НА ЛИРИКУ СОХРАБА ТАХИРА
В современной Азербайджанской поэзии Сохраб Тахир считается
одним из поэтов с уникальной судьбой и оригинальным почерком. Он
как настоящий поэт и интеллектуальный человек всегда думает об
интересах своего народа. Читая его стихи человек и радуется и
огорчается. Потому что, в этих стихах вместе с любовными мотивами
чувствуется горечь Родины, тоска, печаль. С. Тахир человеческую
красоту описывает с уникальным восхищением. Молодость и красота
удачно чередуется в стихах поэта. Как в народном творчестве и в
классической литературе, так и в творчестве С.Тахира женщина
украшение жизни, источник счастья.
Rəyçi: dos. A.R.Salahova
Filologiya məsələləri, 2017
285
ÇİNARƏ RZAYEVA
AMEA Naxçıvan Bölməsi
cinarerzayeva@yahoo.com.tr
UŞAQLARIN FORMALAŞMASINDA FOLKLORUN ROLU VƏ
MƏKTƏBLƏRDƏ FOLKLORA AYRILAN YER
Açar sözlər: folklor, laylalar, nağıl, tapmaca, müəllim, uşaq
Keywords: folklore, lullabies, stories, puzzles, teachers, children
Ключевые слова: фольклор, колыбельные, сказки, головоломки,
учителя, дети
Xalq ədəbiyyyatı inciləri ilə zəngin olan Azərbaycan xalqının həyat
fəlsəfəsini, yaşam tərzini təsdiq edən elə folklor nümunələri vardır ki, onlar
var olduğu andan bu günə qədər dilimizi, ədəbiyyatımızı, ən əsası isə
ruhumuzu işıqlandırmışdır. Elə buna görə də “Folklor nümunələri aid olduğu
xalqın heç silinməyən qan yaddaşı, əlindən alınmayan milli varlığı-varidatı,
onu əsrlərdən-əsrlərə daşıyan mənəvi ruhunun, mentalitetinin möhürü
sayılır” (3, s. 6). Şifahi xalq ədəbiyyatının tarixi çox qədimdir. İlk insan
məskənlərinin meydana gəlməsi ilə birlikdə folklor da yaranmağa başladı.
Azərbaycan folkloru ilk növbədə janr baxımından rəngarəngliyi ilə diqqəti
cəlb edir. Lap qədim zamanlardan yurdumuzun sakinlərinin, əcdadlarımızın
dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklor
nümunələri-miflər, əfsanələr, nağıl və rəvayətlər, zərb-məsəllər, tapmacalar,
dastanlar, aşıq yaradıcılığı, meydan tamaşaları, xalq musiqi və rəqsləri
nəsildən-nəsilə, əsrdən-əsrə Azərbaycan türklərinin ruhunu yaşadaraq zəma-
nəmizə qədər gəlib çatmışdır. Ağızdan-ağıza keçərək möhkəmlənmişdir.
Şifahi xalq ədəbiyyatı özümüz də bilmədən ruhumuza axır. Bu
ədəbiyyat analarımızın laylası, alqışı, arzusu, atalarımızın sözü, nənələrimi-
zin nağılı, oxşamaları, babalarımızın dastanı ilə qəlblərimizə hopur. Şifahi
xalq ədəbiyyatının uşaqların formalaşmasında xüsusi təsiri olmuşdur.
Müasir dövrümüzdə milli kimliyimizi, folklorumuzu qoruyub sax-
lamaq xüsusilə zəruridir. Şübhəsiz ki, yüz illərlə yaşayan ədəbi nümunələrin
bu qədər uzun yaşamasının sirri onların mahiyyətindəki obrazların mükəm-
məlliyində, xalq həyatına bağlılığında və onun xalq tərəfindən yaşadıl-
masında, obrazlı söz və ifadələrin zənginliyindədir. Ədəbiyyatın bu dəyərli
cövhərini dərk etmək üçün hələ uşaqlıq dövründən daha çox valideynlər və
müəllimlər tərəfindən həmin obrazlı söz və ifadələrin mahiyyətini gənc nəslə
aşılamaq lazımdır.
Dostları ilə paylaş: |