Filologiya məsələləri, 2017
280
SƏDAQƏT QASIMOVA
SEVİL NƏCƏFOVA
ADNSU
SÖHRAB TAHİR LİRİKASINA BİR NƏZƏR
Açar sözlər: lirika, şeir, azadlıq, mübarizə, sevgi, vətən, cəsarətli
Key words: the lyrics, poet, the Freedom, fighters, the love, nativeland,
brave
Ключевые слова: лирика, поэзия, свобода, борьба, любовь, родина,
отважный
Söhrab Tahir dünyanı olduğu kimi dərk etməyə qabil bir ziyalıdır. O,
Azərbaycan xalqının taleyinin hansı uğursuz əllərdə olduğunu yaxşı
bilirdi.Şair sovet hökumətinin qatı çağlarında İranın cənubi Azərbaycandakı
170 illik, Rusiyanın Şmali Azərbaycanda 20-ci ildən sonrakı 70 illik
əsarətini ustalıqla senzuradan keçirərək sevimli yazıçımız İsa Hüseyinova
həsr etdiyi ‘‘Qurban” şeirində yazırdı:
Mən gizli ağlaram, hamı yatanda,
Gecə yağışıyam, günəş batanda.
Müasir Azərbaycan poeziyasında özünməxsus ədəbi taleyi, sənətdə
orijinal dəsti-xətti olan şairlərdən sayılan Söhrab Tahir söz bütövlüyü və
səmimlikdə onun dünyagörüşunə, hiss və duyğularına dayaqdır. Əsl ziyali və
şair təbiətinə uyğun olaraq,o, həmişə xalqın mənafeyini üstün tutur,
gördüklərini və bildiklərini təhlil, müzakirə etməyi sevir, həqiqəti söyləməyi
özünə muqəddəs borc bilir.
Onun bu məziyyətləri təfəkkürünün gücünü, mənəvi aləminin zənginliyini,
yaradıcılığının poetikasına xas bir səciyyəvi əlaməti görmək və göstərmək
üçün kifayət edir. Xalq şairi, dostu Cabir Novruz yazır: “Söhrab Tahir başqa
sənət sahibi deyil, məhz nəğməkar olmalı idi. Həsrətlər, həyəcanlar,
mübarizələr, ümidlər, ağlı-qaralı günlər nəğməkarı. O, mütləq şeir yazmalı
idi, sərt, amansız, mürəkkəb, çətin həyat yolundan, ikiyə parçalanmış
ürəyindən, öz böyük faciəsindən, Təbriz döyüşlərindən, azadlıq yolunda
canlarından keçən fədailərdən, dostluqdan mütləq söhbət açmalı idi. Gah
qəzəbli, narahat, gah həzin, kövrək nəğmələr oxumalı idi. Başqa cür də ola
bilməzdi. Çünki həmin şeirlər, həmin nəğmələr onun tale nəğmələridir, tale
şeirləridir”
Cəsarətlə qeyd etmək lazımdır ki, şairin ikiyə bölünmüş Azərbaycan
haqqında yazdığı şeirlər öz lakonikliyi və axıcılığı ilə diqqəti cəlb etdiyi
kimi, sənətkarlıq baxımından da çox qüvvətlidir.
Filologiya məsələləri, 2017
281
Gözaltı baxsa da Təbrizə doğru,
Görürəm həsrətdən sökülüb bağrı,
Bir damcı yaş olub, bir damcı ağrı
Qəlbimə, gözümə doldu Səhəndim
Tənha qala bilməz nə dağ, nə insan,
Tənha qala bilən bu dağa qurban,
Tahir tənhalıqdan ah çəkən zaman
Töküb ağ saçını yoldu Səhəndim.
Onun şeirlərini oxuduqca insan sevinir, tutulur, dolur, boşalır. Çünki bu
şeirlərdə həsrətli ilham, əziz, ülvi kədər, Vətən dərdi, azadlıq eşqi motivləri
çox güclüdür.
Şairin dostları, onun yaradıcılığına dərindən bələd olanlar deyirlər ki,
şeirlərində hər şey odludur, alışıb yanır. Həqiqətən də cəsarətlə qeyd etmək
olar ki, onun əsərlərində “yer də yanır, göy də; dağ da yanır, daş da; quru da
yanır, yaş da; çay da yanır, bulaq da” Şair özü isə yanğını belə izah edir:
Dünən vətən sözü dedim,
Öz ağzımda dilim yandı.
Barmaq ilə nişan verdim
Barmaqlarım əlim yandı.
Kül sovruldu gözlərimə,
Yel qarışıq külüm yandı.
Əl uzadıb bulağından su götürdüm
Yandım yandım.
Xalqın gözü-qəzəb gözü,
Odlar məni, əriyərəm,
Dağ götürüb təpə kimi
Başım üstə hərləyərəm.
Bir söz desən, bir ah çəksək
Bu şaxtada tərləyərəm,
Burda kimdən söz soruşdum, ya dindirdim,
Yandım yandım.
Burda kimə, burda hara üz döndərdim
Yandım yandım...
S.Tahir insan gözəlliyini özünəməxsus bir heyranlıqla vəsf edir. Şair
insana, onun gözəlliyinə vurğun olan qəlbin adi sözlə ifadə edilə bilməyən
böyük məhəbbətini sənət, şeir dili ilə şərh etməyi bacarır. Onun əsərlərində
təbiətin gülləri, çiçəkləri qədər gözəl olan insanın zərifliyi, yerişi yüksək
Filologiya məsələləri, 2017
282
sənətkar zövqü ilə vəzf olunur. Gənclik və gözəllik şairin şeirlərində bir-
birini uğurla tamamlıyır:
Salam,od baxışlı,
Dəmir biləkli,
Salam,daş kökslü,
Polad ürəkli
Basılmaz gəncliyim
Qala gəncliyim
Yolu düz, yönü düz
Məhəbbəti düz
Sarsılmaz gəncliyim.
Qala gəncliyim...
Nə vaxt tunc olmusan
Dəmir olmusan?!
Salam, tunc gəncliyim,
Polad gəncliyim!
Səngərdə boy atan
İnad gəncliyim.
Istər xalq yaradıcılığında, istərsədə klassik ədəbiyatda olduğu kimi
Söhrab Tahir yaradıcılığında da, qadın həyatın bəzəyi, səadət mənbəyidir,
dünya öz işığını onun camalından alır; saf eşqi, ağlı, kamalı insanlara sevinc
gətirir.
Nənəm bir güc oldu, qüvvət qolumda
Cəsarət öyrəndim hər bir sözündən.
Elə qormaq odum haqqın yolundan
Bəzəndə qorxuram özüm-özümdən.
Bəllidir ki, poeziyada bu və ya digər hadisələrini, insan
münasibətlərini, məişət qayğılarını təsvir etmək və bu zaman təbiiliyi
qorumaq, şairdən böyük bacarıq, qələmdən püxtəlik tələb edən bir işdir. O,
bütün əsərlərində xüsusilə də poemalarında bu işin öhdəsindən bacarıqla
gəlmişdir.
Təvazökarlıq və həssaslıq hissələri çox güclü olan şairin sevgisi və
məhəbbəti də qüvvətlidir. Məhəbbəti, eşqi özündə yaşatmağa qadir olan
lirikası sevgi şeirləri, ilahi məhəbbəti, insanları bir-birinə bağlayan hicransız,
intizarsız münasibətlərlə doludur.
Onun sevgisi də, sevgilisi də realdır, həyatidir. Bu real, həyati sevgi şairin
bütünlüklə insana həyata, onun gözəlliklərinə məhəbbətinin inkasıdır.
Soyuq qürubuma yan alır gecə,
Bir isti sobayam bu soyuq küncə,
Insan divar deyil, sevgi əyləncə,
Mənim bu halimdan xəbərin olsun.
Dostları ilə paylaş: |