Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə106/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   102   103   104   105   106   107   108   109   ...   147

Filologiya məsələləri, 2017 
 280
 
SƏDAQƏT QASIMOVA   
SEVİL NƏCƏFOVA  
   ADNSU 
 
SÖHRAB TAHİR LİRİKASINA BİR NƏZƏR 
 
Açar sözlər: lirika, şeir, azadlıq, mübarizə, sevgi, vətən, cəsarətli 
Key words:  the lyrics, poet, the Freedom, fighters, the love, nativeland, 
brave 
Ключевые  слова:  лирика,  поэзия,  свобода,  борьба,  любовь,  родина, 
отважный 
 
 Söhrab Tahir dünyanı olduğu kimi dərk etməyə qabil bir ziyalıdır. O, 
Azərbaycan xalqının taleyinin hansı  uğursuz  əllərdə olduğunu yaxşı 
bilirdi.Şair sovet hökumətinin qatı çağlarında İranın cənubi Azərbaycandakı 
170 illik, Rusiyanın  Şmali Azərbaycanda 20-ci ildən sonrakı 70 illik 
əsarətini ustalıqla senzuradan keçirərək sevimli yazıçımız  İsa Hüseyinova 
həsr etdiyi ‘‘Qurban” şeirində yazırdı: 
      Mən gizli ağlaram, hamı yatanda, 
Gecə yağışıyam, günəş batanda. 
Müasir  Azərbaycan  poeziyasında özünməxsus  ədəbi  taleyi,  sənətdə  
orijinal dəsti-xətti  olan  şairlərdən  sayılan  Söhrab  Tahir  söz  bütövlüyü və 
səmimlikdə onun dünyagörüşunə, hiss və duyğularına dayaqdır. Əsl ziyali və 
şair təbiətinə uyğun olaraq,o, həmişə xalqın mənafeyini üstün tutur, 
gördüklərini və bildiklərini təhlil, müzakirə etməyi sevir, həqiqəti söyləməyi 
özünə muqəddəs borc bilir. 
 Onun bu məziyyətləri təfəkkürünün gücünü, mənəvi aləminin zənginliyini, 
yaradıcılığının poetikasına xas bir səciyyəvi  əlaməti görmək və göstərmək 
üçün kifayət edir. Xalq şairi, dostu Cabir Novruz yazır: “Söhrab Tahir başqa 
sənət sahibi deyil, məhz nəğməkar olmalı idi. Həsrətlər, həyəcanlar, 
mübarizələr, ümidlər, ağlı-qaralı günlər nəğməkarı. O, mütləq  şeir yazmalı 
idi, sərt, amansız, mürəkkəb, çətin həyat yolundan, ikiyə parçalanmış 
ürəyindən, öz böyük faciəsindən, Təbriz döyüşlərindən, azadlıq yolunda 
canlarından keçən fədailərdən, dostluqdan mütləq söhbət açmalı idi. Gah 
qəzəbli, narahat, gah həzin, kövrək nəğmələr oxumalı idi. Başqa cür də ola 
bilməzdi. Çünki həmin şeirlər, həmin nəğmələr onun tale nəğmələridir, tale 
şeirləridir” 
 
Cəsarətlə qeyd etmək lazımdır ki, şairin ikiyə bölünmüş Azərbaycan 
haqqında yazdığı  şeirlər öz lakonikliyi və axıcılığı ilə diqqəti cəlb etdiyi 
kimi, sənətkarlıq baxımından da çox qüvvətlidir. 


Filologiya məsələləri, 2017 
 281
   
 
Gözaltı baxsa da Təbrizə  doğru, 
   
 
Görürəm həsrətdən sökülüb bağrı, 
 
 
  Bir damcı yaş olub, bir damcı ağrı 
   
 
Qəlbimə, gözümə doldu Səhəndim 
 
 
 
   Tənha qala bilməz nə dağ, nə insan, 
 
 
   Tənha qala bilən bu dağa qurban, 
 
 
   Tahir tənhalıqdan ah çəkən zaman 
 
 
   Töküb ağ saçını yoldu Səhəndim. 
Onun şeirlərini oxuduqca insan sevinir, tutulur, dolur, boşalır. Çünki bu 
şeirlərdə həsrətli ilham, əziz, ülvi kədər, Vətən dərdi, azadlıq eşqi motivləri 
çox güclüdür. 
Şairin dostları, onun yaradıcılığına dərindən bələd olanlar deyirlər ki, 
şeirlərində hər şey odludur, alışıb yanır. Həqiqətən də cəsarətlə qeyd etmək 
olar ki, onun əsərlərində “yer də yanır, göy də; dağ da yanır, daş da; quru da 
yanır, yaş da; çay da yanır, bulaq da” Şair özü isə yanğını belə izah edir: 
Dünən vətən sözü dedim, 
Öz ağzımda dilim yandı. 
Barmaq ilə nişan verdim 
Barmaqlarım əlim yandı. 
Kül sovruldu gözlərimə, 
Yel qarışıq külüm yandı. 
 
 Əl uzadıb bulağından su götürdüm 
 
Yandım yandım. 
Xalqın gözü-qəzəb gözü, 
Odlar məni, əriyərəm, 
Dağ götürüb təpə kimi 
Başım üstə hərləyərəm. 
Bir söz desən, bir ah çəksək 
Bu şaxtada tərləyərəm, 
 
Burda kimdən söz soruşdum, ya dindirdim, 
Yandım yandım. 
Burda kimə, burda hara üz döndərdim 
Yandım yandım... 
S.Tahir insan gözəlliyini özünəməxsus bir heyranlıqla vəsf edir. Şair 
insana, onun gözəlliyinə vurğun olan qəlbin adi sözlə ifadə edilə bilməyən 
böyük məhəbbətini sənət, şeir dili ilə şərh etməyi bacarır. Onun əsərlərində 
təbiətin gülləri, çiçəkləri qədər gözəl olan insanın zərifliyi, yerişi yüksək 


Filologiya məsələləri, 2017 
 282
sənətkar zövqü ilə  vəzf olunur. Gənclik və gözəllik  şairin  şeirlərində bir-
birini uğurla tamamlıyır: 
Salam,od baxışlı, 
Dəmir biləkli, 
Salam,daş kökslü, 
Polad ürəkli 
Basılmaz gəncliyim 
Qala gəncliyim  
Yolu düz, yönü düz 
Məhəbbəti düz 
Sarsılmaz gəncliyim. 
Qala gəncliyim... 
Nə vaxt tunc olmusan 
Dəmir olmusan?! 
Salam, tunc gəncliyim, 
Polad gəncliyim! 
Səngərdə boy atan 
İnad gəncliyim. 
Istər xalq yaradıcılığında, istərsədə klassik ədəbiyatda olduğu kimi 
Söhrab Tahir yaradıcılığında da, qadın həyatın bəzəyi, səadət mənbəyidir, 
dünya öz işığını onun camalından alır; saf eşqi, ağlı, kamalı insanlara sevinc 
gətirir. 
Nənəm bir güc oldu, qüvvət qolumda  
Cəsarət öyrəndim hər bir sözündən. 
Elə qormaq odum haqqın yolundan 
Bəzəndə qorxuram özüm-özümdən. 
 Bəllidir ki, poeziyada bu və ya digər hadisələrini, insan 
münasibətlərini, məişət qayğılarını  təsvir etmək və bu zaman təbiiliyi 
qorumaq, şairdən böyük bacarıq, qələmdən püxtəlik tələb  edən bir işdir. O, 
bütün  əsərlərində xüsusilə  də poemalarında bu işin öhdəsindən bacarıqla 
gəlmişdir. 
Təvazökarlıq və  həssaslıq hissələri çox güclü olan şairin sevgisi və 
məhəbbəti də qüvvətlidir. Məhəbbəti, eşqi özündə yaşatmağa qadir olan 
lirikası sevgi şeirləri, ilahi məhəbbəti, insanları bir-birinə bağlayan hicransız, 
intizarsız münasibətlərlə doludur. 
Onun sevgisi də, sevgilisi də realdır, həyatidir. Bu real, həyati sevgi şairin 
bütünlüklə insana həyata, onun gözəlliklərinə məhəbbətinin inkasıdır. 
Soyuq qürubuma yan alır gecə, 
Bir isti sobayam bu soyuq küncə, 
Insan divar deyil, sevgi əyləncə
Mənim bu halimdan xəbərin olsun. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə