Microsoft Word 2017-ci№ doc



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə109/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   105   106   107   108   109   110   111   112   ...   147

Filologiya məsələləri, 2017 
 288
Folklorun mənimsədilməsinin  əsas yollarından biri də  əyanilikdir. 
İndi bütün tam orta məktəblərdə elektron lövhələrdən istifadə imkanları 
genişdir. Müəllim bu texnologiyalardan istifadə etməklə folklorumuzu 
şagirdlərin yaddaşında asanlıqla qalacaq şəkildə  mənimsədə bilər. Folklor 
nümunələrinin demək olar ki, çox növü şagirdlərə  tədris olunur. Uşaq 
folkloru  janırlarından biri olan tapmacalar daha çox uşaqların diqqətini 
çəkmiş  və onların marağına səbəb olmuşdur.  Məsələn, müəllim  şagirdlərə 
tapmacaları keçəndə maraqlı  əyani vasitələr və slaytlar hazırlayaraq 
şagirdlərin yüksək səviyyədə  mənimsəməsinə nail ola bilər.  İstər  əyani 
vəsaitlər, istərsə  də slaytlar elə hazırlanmalıdır ki, uşaqların tapmacaları 
asanlıqla tapmağına köməklik etsin. Həmçinin müəllim uşaqların yaşını  və 
səviyyəsini nəzərə alıb ona uyğun tapmacaları seçməli, onların məntiqini 
inkişaf etdirməlidir. Deməli tapmacaları öyrədəndə istər müəllim, istərsə də 
evdə valideyin tək folklor nümunələri olaraq şagirdlərə  mənimsətmir, həm 
də onların məntiqini inkişaf etdirir. Belə desək, uşağın zehninin inkişaf 
etdirilm
əsində tapmacaların rolu böyükdür. Elə tapmacalara aid bir neçə 
nümunəyə diqqət yetirək.  
Bir cüt rəqəmim var, 
Yerini dəyişəndə otuz üç artır. 
Tap görək hansıdır onlar?  
 (66 rəqəmidir tərsinə çevirəndə 99 alınır)   (5, s. 299) 
Bu necə sirrdir, 
Görəsən o nədir, 
Biri öldürür, biri dirildir.  
(qışda ağaclar ölür, yazda dirilir) (5, s. 298)  
Laylalar, tapmacalar kimi uşaqların tərbiyəsində mühüm rol oynayan 
janrlardan biri də nağıllardır.  Şifahi xalq ədəbiyyatının epik növünün ən 
qədim, ən çox yayılmış, çox sevilən və həcmcə ən böyük janrı olan nağıll
ar 
uşaqların tərbiyəsində, onların dünyagörüşünün artmasında, vətənpərvər 
ruhda böyüməsində, yaxşı əməl sahibi olmasında, bir sözlə mükəmməl fərd 
kimi formalaşmasında mühüm yer tutur. Məhz buna görə  də nağılların 
öyrədilməsinə xüsusi önəm vermək gərəkdir. Nağılları danışarkən nə qədər 
canlılıq yaratsaq bir o qədər yüksək nəticə  əldə etmiş olarıq. Nağılları 
öyrədərkən yaxşı olar ki, nağıl qəhramanlarının  şəkillərini  əks etdirən 
slaytlar hazırlasın. Bununla yanaşı uşaqların iştirakı ilə nağıl qəhrəmanlarını 
əks etdirən kiçik səhnəciklər də hazırlamaq olar. Daha da maraq doğurması 
üçün nağıllarla bağlı suallar hazırlayıb onlara təqdim edilə bilər.  
Məsələn, suallar bu istiqamətdə ola bilər. Nağılın müəllifi sən 
olsaydın, nağıla hansı adı verərdin? Nəyə görə? Nağılın müəllifi sən olsaydın 
sonunu necə bitirərdin? Sən nağıl qoşsaydın nələrə diqqət edərdin? 


Filologiya məsələləri, 2017 
 289
Nağıldakı qəhrəmana nə dəmək istərdin? və s. bu kimi suallar uşaqların nağıl 
sujetlərindən yola çıxaran öz təfəkkürlərini inkişaf etdirə bilərlər. 
Müəllim dərsi nə  qədər maraqlı qurarsa,  bir o qədər yüksək nəticə 
əldə edib məqsədinə nail olacaq. Folklor nümunələrini tədris edərkən 
müəllim  əyani vasitələrdən, slaytlardan istifadə etsə  şagirdlərin 
mənimsəməsində daha yüksək nəticə  əldə edər. Hətta müəllim  şagirdlərdə 
elə  həvəs yarada bilər ki, şagirdlər özləri həm nağıllar qura bilər, həm 
əfsanələr yarada bilər, həm tapmacalar hazırlaya bilər. Təbii ki, bu uşaq 
təfəkkürünün məsulu olacaq. Hazırlanan və söylənilən yeni folklor 
nümunələri çox mükəmməl olmayacaq, uşaq təfəkkürü, düşüncəsi orda öz 
əksini tapacaq.  Amma uşaq bundan həm həvəsə  gələcək, həm də özünə 
inamı artacaq ki, gələcəkdə yaxşı bir iş ortaya çıxarda biləcək. Hətta uşaqlar 
özlərini nağıl qəhrəmanlarına oxşadacaqlar, onlarla özlərini müqayisə 
edəcəklər. Nağıl qəhrəmanlarının müsbət keyfiyyətlərini özlərində  əks 
etdirəcəklər.  Əslində bu yaxşı keyfiyyətdir. Bu düşüncələr, özlərini nağıl 
qəhrəmanlarına oxşatmaları  uşaqların formalaşmasına müsbət təsir edəcək. 
Burda  şagirdlərin təfəkkürünün inkişafına təsir yenə müəllimin üzərinə 
düşür. Çünki bu həvəsi şagirddə müəllim yaradır. Müəllimin keçdiyi dərs elə 
olmalıdır ki, uşağın özünə inamı, folklora marağı olsun. Folkloru şagirdlərə 
sevdirsə, onlarda maraq yaratsa, şagirdlər həvəsə  gələcək və öz 
xəyyallarında canlandırdığı obrazları yaradacaqlar.  
Həm evdə, həm məktəbəqədər təhsil müəssisələrində, həm ibtidai 
siniflərdə, həm də yuxarı siniflərdə folklora geniş yer verilməlidir. Folkloru 
uşaqlara,  şagirdlərə sevdirməliyik. Gələcək nəsillər də bu zənginlikdən 
faydalansın deyə bunu qoruyub nəsillərdən nəsillərə,  əsirlərdən  əsirlərə 
keçirməliyik. 
 
  
 
 
ƏDƏBİYYAT 
1.  Azərbaycan folkloru antologiyası, XIV kitab (Dərbənd folkloru). Bakı: 
“Səda”, 2006, 430 s. 
2.  Əliyev R. Azərbaycan şifahi xalq ədəbiyyatı (Müasir aktual problemlər). 
Bakı:  2014. 350 s. 
3.  Əsgərova A. “Oğuznamə”nin dili. Bakı: “Təhsil” NPM, 2011, 210 s. 
4.  Мustafayeva  Х. Azərbaycan uşaq  ədəbiyyatı. Bakı: “Elm”, 2011, 292 
səh. 
5.  Naxçıvan folklor antologiyası. I cild. Naxçıvan: “Əcəmi”, 2010, 513 səh. 
6.  Naxçıvan folkloru antologiyası. II cild. Naxçıvan: “Əcəmi”, 2011, 525 
səh. 
7.  Nəbiyeva Ş. Ana dili tədrisi metodikasinin aktual problemləri (Metodik 
vəsait).  Bakı: 2010, 127 səh. 
8.  Nəbiyev A. Azərbaycan uşaq folkloru. Bakı: “Elm”, 2000. 


Filologiya məsələləri, 2017 
 290
 
ЧИНАРА РЗАЕВА 
 
РОЛЬ ФОЛЬКЛОРА В ФОРМИРОВАНИИ ДЕТЕЙ 
И ОБУЧЕНИЕФОЛЬКЛОРА В ШКОЛАХ 
 
РЕЗЬЮМЕ 
 
В  современноммире  сохранение  национального   удостовере-
ния, и в частности фольклора очень важно. Дети должны с младенчест-
ва  осознавать  нежность, хрупкость,  чистоту и   красоту родного  язы-
ка. Матери уколыбеливпитывают  в дух  ребенка  красоту  языка с  по-
мощью  колыбельных  песен,  баятов  и  ласкАтельных  стишков. 
Должность  сохранения  этого  достояния  в  первую  очередь  зависит  от 
матерей,  а  потом  от  учителей. В  статье рассматривается  значение 
уделяе  моеосвоению  фольклорных  примеров в  начальных  классах,  а 
такжеспособы 
наилучшего 
использования  современных 
мето-
дов в обучении. Значение  обучения  колыбельных, загадок, а  так-
же сказок выдвигается на первый план.  
 
CHINARA RZAYEVA 
 
THE ROLE OF FOLKLORE İN THE FORMATİON OF CHİLDREN 
AND FOLKLORE STUDİES İN SCHOOLS
 
 
SUMMERY 
 
In today's world the preservation of national identity, and in 
particular of the folklore is very important. Children need to be aware of 
infancy tenderness, fragility, purity and beauty of the native language. 
Mothers  at the cradle  try to absorb the beauty of the language into the spirit 
of the child with the help of lullabies, bayatis and caressing rhymes. Position 
of preserving this heritage is primarily dependent on the mothers, and then 
on teachers. The article investigates the importance given to the development 
of folk examples in primary school, as well as ways to better use of modern 
methods in its teaching. The value of learning lullabies, riddles and tails 
comes on the first place. The article also notes the special influence of. 
 
Rəyçi: Afaq Əsgərova 
 Filologiya 
üzrə fəlsəfə doktoru, dosent 
 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə