Microsoft Word 2017-ci№ doc


Filologiya məsələləri, 2017



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə111/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   107   108   109   110   111   112   113   114   ...   147

Filologiya məsələləri, 2017 
 293
azərbaycanlı döyüşçülərin qəhrəmanlığı, qələbəyə olan inam hissləri öz 
poetik ifadəsini tapmışdır.  
Duyuram yaxındır ellər büsatı, 
Səadət müjdəsi, zəfər saatı. 
Deyirəm qanadlı bir quş olaydım, 
Mən də o günləri görmüş olaydım (9, 61). 
“Əlvan çiçəklər” adlı almanax haqqında fikir söyləyənlər bu faktı 
diqqətdən kənarda qoymamışlar: “Müzəffər Nəsirlinin yaradıcılığa ciddi 
münasibət bəslədiyi almanaxdakı “Partizan Əfruz” adlı poemasında özünü 
bir daha göstərir” (8, 3). 
Müzəffər Nəsirli müharibə görmüş, Böyük Vətən müharibəsi 
cəbhələrində  iştirak etmiş  şairlərdəndir. “Qələmi silaha döndərən 
şairlərimizdən biri kimi, o, həmişə sülh carçısı olmuş, “ölüm”, “dava” 
sözlərinin lüğətdən silinməsini arzu etmişdir” (3, 4). 
M.Nəsirlinin Buhenvald qəhrəmanı, həmyerlimiz  Əkbər Ağayev 
haqqında yazdığı “Əsgər haqqında ballada” da maraqla oxunur. Müharibənin 
sərt üzünü bütün dəhşətləri ilə görən  şairin yaradıcılığında sülhə çağırış 
mövzusu da olduqca aktualdır.  
 
 
Söyləyirəm: ey insanlar, 
  Duman 
gələr, sayıq olun. 
 
 
Körpələrin dincliyini 
  Qorumaqçün 
ayıq olun! 
 
 
Bir də alov bürüməsin 
  Planetin 
göylərini, 
  Milyon-milyon 
insanların 
 
 
Vətənini, ellərini  (9, 62). 
Müharibədən sonrakı illərdə  şairin  əsərlərində doğma yurdumuzun 
füsunkar təbiəti məhəbbətlə  tərənnüm olunmuşdur. Onun şeirlərində  əmək 
adamlarının həyatı geniş  şəkildə öz poetik ifadəsini tapmışdır. “Bacılar”, 
“Arpaçayın dastanı” poemalarının mövzusu əmək qəhrəmanlarının 
həyatından alınmışdır. 
Müzəffər Nəsirlinin müxtəlif illərdə “Həyat haqqında mahnı”, “İşıq”, 
“And”, “Qafqaz yollarında”, “Araz sahillərində”, “Qaynar bulaq” və s. 
kitabları çap olunmuşdur.  
Müzəffər Nəsirli elə bir dövrdə yaşamışdır ki, “sosialist realizmi” adı 
ilə  sənətkarların səlahiyyəti məhdudlaşdırılır, onlar bütün fikirlərini olduğu 
kimi ifadə etməkdən çəkinirdilər. O, siyasət adamı olmamışdır, lakin xalqın, 
demək olar ki, bütün ictimai-siyasi tədbirlərində fəallıq göstərmişdir. Çünki 
o, xalqının oğlu, vətəndaş  şair idi. “Onun şeirlərinin böyük bir qismi əsl 
vətəndaşlıq mövqeyindən yoğrulub” (1, 4). Şairin elə bir əsərini tapmaq 
çətindir ki, orada vətən sevgisi, xalqına məhəbbət hissləri duyulmasın. Bu 


Filologiya məsələləri, 2017 
 294
baxımdan, Müzəffər Nəsirlinin də özünə  məxsus imzası vardır. Məsələn, 
aşağıdakı ifadələrdə duyulan yeni nəfəsin, yeni təravətin müəllifi  şairin 
özüdür: 
Nə gözəldir söyləyirəm ürəkdən 
  Vətənimin gündüzü tək axşamı. 
  Arzum budur, mən olaydım dünyada 
  Gündüzün də, axşamın da rəssamı (9, 61). 
M.Nəsirli elini, obasını sevən, xalqını yüksək dəyərləndirən 
şairlərdən olmuşdur. O, belə bir həqiqəti yaddaşlara həkk etmişdir ki: 
 
Ellər üçün nəğmə deyən 
Nəğməkara ölüm yoxdur (9, 63). 
Şairin vətən eşqini tərənnüm edən aşağıdakı misraları bu baxımdan 
səciyyəvidir: 
Nə qədər ucaya qalxsam da belə, 
Ürəkdən bağlıyam bu doğma elə. 
İlhamım dönərsə coşqun bir selə
Vətən torpağına axmaq istərəm! (9, 63). 
Vətən mövzusundakı  əsərlərini böyük zövq və  şövqlə yazan 
şairlərdən biri də XX yüzilllik Azərbaycan  şerinə özünəməxsus töhfələr 
verən Hüseyn Razidir. O, Naxçıvan  ədəbi mühitinin fəxarətli 
nümayəndələrindən olmuşdur. R.Behrudi  yazır: “Hüseyn Razi Naxçıvan 
torpağının 20-ci yüzilliyin sonunda ədəbiyyatımılza verdiyi böyük sənətkar-
lardan biridir... Naxçıvan  ədəbi mühitindən çıxan elə bir şair yoxdur ki, 
H.Razi şerindən bəhrələnməsin. 
Hüseyn Razi bütün ömrü boyu sözü üzə  şux deyən, sözü ucalığa 
qaldıran, lap ölüm gününə  qədər  ədəbiyyata mərdi-mərdanə xidmət eləyən 
şair idi” (6, 6). Şairin bu xüsusiyyəti əsərlərindən də bəlli olur. 
 “Şüardan heç kəsə təsəlli olmaz!” deyən Hüseyn Razi yaradıcılığının 
bəzəyi həqiqətlərdir. Ancaq bu həqiqətlər dərin məna daşıyır, onların 
ecazkarlığı  şairin qələmində daha güclü şəkildə üzə  çıxır. Ürəyin, hissin, 
duyğuların öz qayda-qanunu, həyatın isə öz qayda-qanun və  həqiqətləri 
vardır. Bunların hər ikisi Hüseyn Razi qələmində  fərqli və güclü görünür, 
onun poeziyasında ürək də, söz də dilə gəlir, həyat gerçəklikləri də danışır. 
Hüseyn Razi dilində adi sözlər bir araya gələrək aforizmlərə, hikmət saçan, 
nəsihət verən, öyrədən, tərbiyə edən fikirlərə çevrilir. Elə fikirlərə ki, onlar 
hamıya lazımdır, hamı üçün faydalıdır: 
Ey dost, qoy ömrümüz dönsün çırağa, 
Dan yeri ürəkdə sökülməlidir. 
Ölməzlik istəsən, ana torpağa 
Ya tərin, ya qanın tökülməlidir (5, 15). 


Filologiya məsələləri, 2017 
 295
Hüseyn Razi vətənlə bağlı istək və duyğularını  tərənnüm edir. Elə 
fikirlər və hisslər ifadə edir ki, onlar harada yaşadığından asılı olmayaraq 
bütün qabaqcıl adamlar üçün səciyyəvidir. Doğrudan da, Hüseyn Razi vətən 
haqqındakı əsərlərini xüsusi bir zövqlə, şövqlə yazmışdır: 
Vətən bir əvəzsiz gülüstan kimi 
Bütün qüdrətilə göründü mənə. 
Dağ gülləri kimi sətirlərimi 
Səpdim bu qüdrətin qədəmlərinə (5, 15). 
Hüseyn Razinin “Azərbaycan gözəliyəm” adlı  şeiri də yurd sevgisi 
üzərində köklənib. Bu əsərdə  şair Naxçıvan haqqında “sözün, eşqin, düz 
ilqarın əzəli” kimi maraqlı və yerinə düşən bir ifadə işlədir. Hüseyn Razinin 
“Azərbaycan gözəliyəm”  şeri canlı  və coşqun dili ilə diqqəti çəkir.  Əsərdə 
“memarlığın gülzarı”, “romantika çələngi” kimi təravətli ifadələr 
işlənmişdir. Bu baxımdan şerin aşağıdakı hissələri səciyyəvidir: 
Memarlığın gülzarına, 
Əcəminin zər naxışlı, 
Ulduzlardan yaraşıqlı 
Yüz rəngini gətirmişəm (5, 12). 
 Bir sözlə  “Hüseyn Razi qəlbində  Vətənini  əzizləyən, Vətənində 
qəlbini əridən gözəl qələm ustasıdır” (6, 5). 
Hüseyn Razi əsərində XIX yüzil Naxçıvan  ədəbi mühitinin seçkin 
nümayəndələrindən biri olan Heyran xanım Dünbülinin də adını  çəkir və 
onun şirin dilini vurğulayır: 
 
 Heyran 
xanım övladıma 
 
 
Şirin dillə, 
  Yüz 
nisgillə layla çalıb (5, 13). 
Hüseyn Razinin vətənpərvərliyi hələ sağlığında diqqəti cəlb etmiş və 
bu haqda maraqlı fikirlər söylənmişdir.  Ə.Qənbər yazır: “Hüseyn Razi 
qəlbində  Vətənini  əzizləyən, Vətənində  qəlbini  əridən gözəl qələm 
ustasıdır”.  
 1941-1945-  ci  illər müharibəsinin iştirakçısı olmuş, elə bu illərdə  də  bədii 
yaradıcılığa başlamış Hüseyn Razi də 50-ci illərdən sonra gözəl lirik şeirləri, 
nəsr  və dram əsərləri ilə tanınmış,  Əməkdar  İncəsənət xadimi adına layiq 
görülmüş, əsərləri müxtəlif dillərə tərcümə olunmuşdur: 
    Arzu şeir olmaz, susar nəğmələr, 
    Vətən havasıyla nəfəs almasam. 
    Yaşaya bilmərəm bircə gün əgər 
    Torpağın hüsnünə məftun olmasam (5, 12). 
Bu misraları  şairin yaradıcılıq proqramı adlandırmaq olar. H.Razinin 
yaradıcılığında doğma yurdun tərənnümü geniş yer tutur . Gündən –günə 
gözəlləşən muxtar respublikamızın inkişafı və tərəqqisi, gözəl təbiəti, şəffaf 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə