Microsoft Word 2017-ci№ doc



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə110/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   106   107   108   109   110   111   112   113   ...   147

Filologiya məsələləri, 2017 
 291
NURLANA ƏLIYEVA 
“Naxçıvan” Universiteti 
 
MÜZƏFFƏR NƏSİRLİ, HÜSEYN RAZI YARADICILIĞINDA 
VƏTƏNPƏRVƏRLİK MOTİVLƏRİ  
 
Açar sözlər:  vətənpərvərlik,  poeziya, müstəqillik,  şair, poema, ədəbi 
nümunə  
Ключевые  слова:  патриотизм,  поэзия,  независимость,  поэт,  поэма, 
литературная среда.  
Key words: patriotism, poetry, independence, poet, poem, literary sample. 
 
Məqalədə Naxçıvan  ədəbi mühitinin tanınmış nümayəndələrindən – 
Müzəffər Nəsirlinin, Hüseyn Razinin yaradıcılıq axtarışları izlənilmiş, 
vətənpərvərlik mövzusunda qələmə aldıqları poeziya nümunələri 
araşdırılmışdır. Müzəffər Nəsirlinin müharibədən sonrakı illərdə  qələmə 
aldığı poeziya nümunələri məqalədə  təhlil edilmişdir. Müharibə  iştirakçısı 
kimi  şahidi olduğu faciəli günlərə  həsr etdiyi poetik ifadələr məqalədə öz 
əksini tapmışdır. Doğma yurdumuzun füsunkar təbiətinə  həsr etdiyi 
şeirləridə  ədibin yaradıcılığının zirvəsini təşkil edir. Naxçıvan  ədəbi 
mühitinin digər tanınmış nümayəndəsi Hüseyn Razinin də yaradıcılığı 
məqalədə araşdırılmış,  ədibin vətənpərvərlik ehtirası ilə yazdığı  şeirləri 
diqqətə çatdırılmışdır. Hüseyn Razinin müharibə mövzusuna həsr etdiyi 
şeirlər, poemalar onun yaradıcılığında mühüm yer tutur. Bu silsilədən olan 
nümunələr  ədibin yaradıcılığında saysız-hesabsızdır. Vətənpərvər  şair bu 
mövzuya xüsusi diqqət yetirmiş  və bu ədəbi ustalıq məqalənin ana xəttini 
təşkil etmişdir. Beləliklə, sözügedən  şairlərin poeziyasında olan xüsusi 
özəlliklər və onların yaradıcılıqlarında olan müstəqillik və  vətənpərvərlik 
duyğularının ön plana çəkilməsi məqalənin əsas xəttini təşkil edir.  
“Hər bir xalqın həyatında  ədəbiyyatın, bədii söz sənətinin mühüm 
yeri və rolu vardır” - ədəbiyyatın  ən böyük amalını  və tarixi missiyasını 
mənsub olduğu xalqa xidmətdə görən ümummilli liderimiz hakimiyyətdə 
olduğu bütün dövrlərdə Azərbaycan  ədəbiyyatının inkişafına çalışmış, 
yaradıcı ziyalıları himayə etmiş, sağlam  ədəbi mühitin yaradılmasını bir 
nömrəli  vəzifə saymışdır. 
Biz bu gün ədəbiyyatımızın dünəninə, bu gününə  nəzər yetirəndə - 
“Müstəqillik dövrünün özünəməxsus  ədəbiyyatı olmalıdır ” fikrini bir daha 
təsdiq edir, sübut edəcək faktlarla, ədiblərimizin yaradıcılıq məhsulları 
iləfikirlərimizi  əsaslandırırıq. Belə ki, bu dövr əvvəlki dövrlərdən tamamiə 
fərqlənir.  Əsas fərq bundan ibarətdir ki, indi artıq  ədiblərimizin 
yaradıcılığında mövzu seçimində tam sərbəstlik var, ikinci fərq budur ki,bu 


Filologiya məsələləri, 2017 
 292
gün bədii yaradıcılıqda “Vətən” anlayışıöz rel məzmununa qovuşmuş, 
Azərbaycan müstəqil dövlət olmuşdur. Əgər ədəbiyyatımızın dünənində şair 
və ya yazıçılarımız “Vətən” deyərkən xəyali sərhədlər cızır və ya keçmiş 
Sovetlər Birliyini nəzərdə tuturdusa, bu gün real sərhədlər hüdudunda 
müstəqil Azərbaycanımız – öz doğma Vətənimiz mövcuddur”.   
  Milli  zəmində yaranmış  zəngin bir irsə dayanan Naxçıvan  ədəbi 
mühiti ilə bağlı olan maraqlı xüsusiyyətlər Azərbaycan ədəbiyyatının yaşarı 
cəhətlərinin zənginləşməsində müəyyən rol oynamış, onun maraqlı, bütün 
zamanlar üçün aktual hesab edilən örnəklərini çoxalması prosesinə öz payını 
vermişdir.  
Naxçıvan ədəbi mühitibu gün yetərincə inkişaf etməklə bərabər həm 
də köklü şəkildə formalaşıbdır.  Ədiblərimizin yaradıcılığı  təkcə muxtar 
republikada deyil, ölkə səviyyəsində tanınır, oxunur. 20-ci əsri əhatə edən 70 
ildə bütün Azərbaycan  ədəbiyyatı kimi Naxçıvanda da yaranan ədəbiyyat 
Sovet ideologiyasının təsiri ilə formalaşmağa məcbur idi. 1920-90-cı illər 
ərzində SSRİ adlanan imperiyanın ab-havası bizim də ölkəmizdən yan keç-
məmişdi. Amma maraqlı fakt budur ki, həmin  ərəfədə Sove ideologiyasını 
təbliğ etmək məqsədilə verilən “sifarişli  ədəbiyyatda” yenə  də milli 
yaradıcılıq kökləri özünü qoruyub saxlaya bilmişdi. Bu mühitin bu gün də 
müstqil dövlətçiliyimiz və xalqımız üçün əhəmiyyətini itirməyən 
dəyərlərindən biri – müxtəlif problemlər haqqında orijinal düşüncələrin, ədə-
bi-bədii inikasıolan əsərlərin məna zənginliyi və estetik gözəlliyidir.    
 “XX  əsrin ikinci yarısında Naxçıvan  ədəbi mühitində  vətən 
mövzusu”  əsasında fikirlərimizi Naxçıvan  ədəbi mühitinin tanınmış 
simalarından olan, bu mühitin inkişafında xüsusu yeri və rolu olan Müzəffər 
Nəsirlinin, Hüseyn Razinin yaradıcılığı  və yaradıcılıq məhsulları  ilə 
əsaslandıracıyıq. 
Müzəffər Nəsirli Naxçıvan  ədəbi mühitinin Azərbaycan  ədəbi 
mühitinə verdiyi töhfələrdən  biridir. “Muxtar respublikamızın mədəni 
həyatında Müzəffər Nəsirli həmişə  fəal iştirak etmiş, mədəniyyət 
ocaqlarında, istehsalat sahələrində onun ədəbiyyat və  sənət adamları 
haqqında çıxışları maraqla qarşılanmışdır” (4, 4).  Müzəffər Nəsirli şair idi, o 
həm də sadə bir insan, təmkinli və sevilən müəllim, qayğıkeş  rəhbər işçi, 
alovlu natiq, mətin döyüşçü, gözəl ailə başçısı, yaxşı dost olmuşdur. 
Çoxsaylı  işlərinə baxmayaraq, yaradıcılığa həmişə yüksək  münasibət 
göstərmişdir. 50-ci illərdən sonra Naxçıvanda poeziya sahəsində də bir sıra 
uğurlar qazanılmışdı. Hələ 20-ci illərin sonlarından yaradıcılığa başlayan 
Müzəffər Nəsirli müharibədə  iştirak etmiş, yüz minlərlə insanın faciəsinin 
şahidi olmuş və bu mövzuda onlarla şeir yazmışdır.  İlk əsərlərindən tutmuş, 
poemaları da daxil olmaqla onun yaradıcılığında məsuliyyət hissi həmişə 
öndə durmuşdur. “Səngər sətirləri” başlığı ilə çap olunan bu şeirlərdə 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə