Microsoft Word 2017-ci№ doc



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə103/147
tarix20.09.2017
ölçüsü5,05 Kb.
#873
1   ...   99   100   101   102   103   104   105   106   ...   147

Filologiya məsələləri, 2017 
 273
  QƏDİM RUFULLAYEV 
 filologiya üzrə fəlsəfə doktoru 
Lənkəran Dövlət Universiteti 
       
AZƏRBAYCAN EPİK POEZİYASINDA DASTAN JANRININ 
TƏZAHÜR FORMALARI 
 
Açar söz: Xalq yaradıcılığı, dastan, yazılı ədəbiyyat, şair. 
Key words: folk literature, saga, written literature, poet.   
Ключевыя слова: народная литература, сага, письменная 
литература, поэт.   
 
Yazılı ədəbiyyatın inkişafında şifahi xalq ədəbiyyatının rolunu qeyd 
etməmək mümkün deyildir. Çünki “folklor xalqın əsrlərdən bəri yaratdığı və 
qoruyub yaşatdığı  mənəvi sərvətlərin  ən qiymətlilərindəndir. Burada hər 
şeydən öncə, xalqın istək və arzusu, gələcəyə ümidi, tarixə münasibəti
dünya, zaman, mühit haqqında dünyagörüşü yüksək  şəkildə öz ifadəsini 
tapır. Məhz buna görə  də folklor zaman ötdükcə köhnəlmir,  əksinə keçmiş 
haqqında ən etibarlı, ən mötəbər idrak mənbələrindən biri olaraq qalır.”(8; 3) 
Ədəbiyyatımızın zənginləşməsində, onun dünyəvi və  xəlqi mahiyyət 
daşımasında söz sahibi olan şair və yazıçılarımız ona gorə də xalqın bu söz 
xəzinəsinə daim müraciət etmiş,  əsərlərinin  əbədiyaşar olmalarına zəmin 
yaratmışlar. Bu mənada istənilən xalq yaradıcılığı nümunəsi,  ən kiçik janr 
belə sonradan yaranacaq söz sənəti üçün çox mühüm mənbəyə çevrilmişdir. 
Mənəvi mədəniyyətimizin tərkib hissəsi olan ədəbiyyatımıza zaman-zaman 
töhvə verən sənətkarlar da yaxşı bilirdilərdi ki, “milli düşüncə, milli kimlik, 
milli mənəvi sərvət ədəbiyyatın başlanğıcı olan folklordadır. Folklor və onun 
motivləri yazılı  ədəbiyyata mövzu və forma verir. Folklorun yarandığı 
qaynaqların yazılı  ədəbiyyata-bədii  əsərə  təsiri günəşin torpağa təsirinə 
bərabərdir. Günəş almayan torpaqda hərarət çatışmaz. Başqa sözlə, nüvəsinə 
folklor ruzigarı  əsməyən  əsər, distillə olunmuş suya bənzər. Bütün 
təmizliyinə və saflığına baxmayaraq içmək olmur”.(4; 6)  Azərbaycan 
ədəbiyyatında öz dəst-xətti ilə seçilən sənətkarlar, o cümlədən Nizami 
Gəncəvi, Məhəmməd Füzuli, Şah  İsmayıl Xətayi, Səməd Vurğun və neçə-
neçə yazarlarımız xalqımızın bu söz xəzinəsindən məharətlə  və yaradıcı 
səkildə faydalanmışlar. Onlar söz sənətimizdən təkcə faydalanmamışlar, xalq 
ədəbiyyatına müraciət etməklə  həm də folklor nümunələrinin bir daha 
yaşamasına, yenidən xalqa qaytarılmasına səbəb olmuşlar. Tağı 
Xalisbəylinin N.Gəncəvi haqqındakı fikirləri bu məqamda maraq doğurur: 
“Əfsanə, rəvayətlər, nağıl və dastanlar, qissə  və hekayələr- xalq arasında 
yaranıb yaşayan söz inciləri həmişə Nizami Gəncəvi üçün istifadə mənbəyi 


Filologiya məsələləri, 2017 
 274
olmuşdur. Şair xalqın yaratdığı nə varsa, onu əldə edib, məqsəd və amalına 
uyğun şəklə salaraq yenidən xalqa qaytarmışdır”.(5; 8) 
 
Söz 
sənətkarlarımızın  əsərlərində xalq ədəbiyyatının bütün elementlərinə-
janrlarına rast gəlinir. Bunların içərisində dastan janrının izləri xüsusilə 
seçilməkdədir. Buradan bəlli olur ki, şifahi xalq ədəbiyyatının  ən mühüm 
janrlarından olan dastanlar, nəinki el şənliklərində  aşıqların, hətta yazılı 
ədəbiyyatımızda  şairlərin daha çox müraciət etdiyi ədəbi nümunələrdəndir. 
Çünki dastanlar və bütövlükdə “folklor-xalqın bədii təfəkkürünün məhsulu 
olan yaradıcılıq nümunələri  ədəbiyyatın dərin, daxili qatlarına nüfuz edir, 
əsərin quruluşu və ideya konsepsiyasına təbii surətdə daxil olur”.(4; 10) Həm 
də dastan  janrı yüksək sənətkarlıq baxımından da cəlbedici xarakterə 
malikdir. Onu yaradan, ərsəyə gətirən sənətkarlar özləri də yaradıcı qüvvələr 
üçün daim məktəb rolunu oynamışdır. “Qədim epos və dastan yaradıcılığı 
daha çox düzüb-qoşan el sənətkarlarının fəaliyyəti ilə bağlıdır. Sehrbazlıq, 
rəqqaslıq, musiqişünaslıq, həkimlik və bu kimi bir sıra qabiliyyətlərə malik 
həmin insanların xalq arasında böyük hörməti olmuşdur. Bu sənətkarlar- ən 
böyük türk şairləri ayrı-ayrı tarixi kəsimlərdə altaylar içərisində  “qam”, 
tunquzlarda “şaman”, oğuzlarda “ozan” adlanmışlar”(9; 18). Bu 
sənətkarların yaratdıqları  əsərlər-dastanlar və onların mahiyyəti haqqında 
elmi ədəbiyyatlarda kifayət qədər məlumat verilmişdir. “Dastanlar nəzm və 
nəsr hissələrindən ibarət olur. Nəsr hissəsi aşıqlar tərəfindən nağıl edilir, 
nəzm hissəsi isə müxtəlif aşıq havaları üstündə oxunur”.(2; 222)Azad 
Nəbiyev qeyd edir ki, dastan həm nağıl, həm povest, həm də  şifahi roman 
deməkdir.(7; 339) M.H.Təhmasibə görə, “bu söz əhvalat, hekayət, macəra,. 
rəvayət, hətta  xalq romanı, xalq kitabı  mənalarını da daşımışdır.”(9; 57) 
Başqa bir mənbədən oxuyuruq ki, “ tarix boyu yaradıb yaşadan, çalıb-
çağıran ozan-varsaq-dədə-yanşaq-aşıq-baxşı-akınların böyük bir yaradıcılıq 
irsi vardır. Bu yaradıcılıq yolunun əsasını, bu xəzinənin epopeyasını türk 
xalqlarında müxtəlif adlarla tanınan hekayət, qissə, nağıl, xalq romanı, epos, 
dastanlar təşkil edir. Təkcə bir faktı xatırlamaq kifayətdir ki, əsli farsca olan 
“dastan” istilahının  Əhməd Vaqif Paşada “mənzum hekayə”,  Şəmsəddin 
Samidə “olmuş bir əhvalatı  nəql edən mənzumə”, Müəllim Nacidə “qissə, 
hekayə, nağıl” mənalarında işləndiyi qeyd edilmişdir”.(1; 19) 
Bizcə, dastan özlüyündə nağıl, rəvayət,  əfsanə, lirik təqdimat və 
dramatik ünsürlərini  əks etdirən zəngin və  bədii yaradıcılıq nümunələridir. 
Ancaq sadalanan bədii nümunələr forma baxımından dastan adlandırılırsa 
da, mahiyyət etibarilə onu əks etdirməyə bilər. Yəni, hər hekayə, yaxud nağıl 
və ya əhvalat  əsl dastan düsturuna cavab vermədiyindən dastan sayıla 
bilməz. Bizim fikrimizcə, əhvalatın həcmi də onu dastan adlandırmağa əsas 
vermir. “Dastan” zalımla məzlumun, köhnəliklə yeniliyin mübarizəsində 
ikincinin nəhayət ki, qələbəsini  əks etdirən  əhvalat və hekayətlərə verilən 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə