Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə27/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   23   24   25   26   27   28   29   30   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

66



yüksək mədəniyyətli istedadını həyatımızın daha dərin qatlarına yönəldir… 

İlyas Əfəndiyevin elmi-nəzəri yaradıcılığı barədə tənqid və ədəbiyyat-

şünaslıqda söylənilən təqdiredici mülahizələr bir daha sübut edir ki, o, XX 

əsr  ədəbiyyatın  inkişafında  misilsiz  xidmətlər  göstərdiyi  kimi,  bu  gün  də 

həm  bədii  nəsrimizin,  həm  də  teatr  sənəti  və  dramaturgizmin  inkişafında 

istiqamətverici ustad nasir və dramaturq kimi iştirak edir. 

 

Ədəbiyyat 



 

1.  Arif  M.  Seçilmiş  əsərləri.  Üç  cilddə.  I  cild,  Bakı,  EA-nın  nəşriyyatı, 

1967, səh.271.  

2.  İlyas Əfəndiyev. Seçilmiş əsərləri altı cilddə, I cild, Bakı, «Yazıçı» nəş. 

1984, səh.40. 

3.  Qarayev Y. Müasirliyin sabitliyi. İlyas Əfəndiyev. Əsərləri birinci cild, 

Bakı, «Yazıçı» nəş. 1983, səh.5. 

4.  Qarayev  Y.  Səhnəmiz  və  müasirlərimiz.  Bakı,  Azərnəşr,  1972,  səh.68-

69. 

5.  Mir Cəlal. Klassiklər və müasirlər. Bakı. Azərnəşr. 1973, səh.6. 



 

А.Шалала 

 

Система диалогов в рассказах Ильяса Эфендиева 



 

Резюме 


 

Статья  посвящена  реалистическому  творчеству  Ильяса  Эфендие-

ва,  одного  из  классиков  азербайджанской  литературы,  мастеру  соз-

дания монологов и диалогов. Следует отметить, что проблема диалогов 

является актуальной как с точки зрения лингвистики, так и литературо-

ведения.  Писатели,  литературные  критики  и  ученые-литературоведы 

высказали  ряд  ценных  мнений  по  поводу  диалогов  и  монологов.  Они 

рассматривали  эти  явления  как  необходимое  средство  для  создания 

ситуации, события, обстановки и особенно образа. Диалог и монолог в 

руках  мастера  становится  самым  действенным  творческим  методом, 

способствующим выражению лирико-романтических чувств, эмоциона-

льного  настроения,  различных  психологических  состояний  героя.  В 

статье  на  многочисленных  примерах  произведений  рассматриваются 

особенности  языка  и  стиля  рассказов  Ильяса  Эфендиева,  характерные 

для всего творчества литератора. 

 

 




Filologiya məsələləri, № 15 2017 

 

67



A.Shalala 

 

System of dialogues of Ilyas Efendiyev’s stories 



 

Summary 


 

The article is devoted to the realistic creativity of Ilyas Efendiyev, one 

of  classics  of  the  Azerbaijani  literature,  and  the  master  of  creation  of 

monologue  and  dialogues.  It  is  necessary  to  notice,  that  the  problem  of 

dialogues  is  actually  both  for  linguistics  and  literary  criticism.  By  many 

writers,  literary  critics  and  scientists-literary  critics  were  said  valuable 

opinions concerning dialogue and monologue. They considered these pheno-

mena as necessary means for creation of a situation, history, conditions and 

especially  an  image.  Dialogue  and  a  monologue  in  hands  of  the  master 

becomes the most effective creative method promoting expression of lyrical-

romantic feelings, emotional mood, and various psychological conditions of 

the  hero.  In  the  article  on  many  examples  from  products  are  considered 

language and style features of Ilyas Efendiyev’s stories, which characteristic 

for all creativity of the writer. 

 

   


Rəyçi:               Nailə Məmmədova  

                 filologiya üzrə fəlsəfə dosktoru, dosent 

 

 

 



 


Filologiya məsələləri, № 15 2017 

 

68



ZÖHRƏ NƏBİYEVA  

Filologiya üzrə fəlsəfə dosktoru, dosent  

BDU 

zohra@mail.ru 



 

ŞAGİRDLƏRİN LÜĞƏT EHTİYATININ  

ZƏNGİNLƏŞDİRİLMƏSİ PROBLEMİ 

 

Açar sözlər: Azərbaycan, leksika, lügət ehtiyatı, dərs vəsaiti, dünyagörüşü, 



nitqin formalaşması, elmi əsas. 

Keywords: Lexicon, Azerbaijan language, manuals, outlook, formation of 

the speech, scientific basis

 

Ключевые слова: Словарный запас, азербайджанский язык, учебные 



пособия, мировоззрение, формирование речи, научная основа. 

 

Azərbaycan  dili  təliminin  konkret  və  ümumi  didaktik  vəzifələri 



vardır. Müasir məktəb cəmiyyətin ən vacib ictimai tələblərini həyata keçirən 

bir müəssisə olmaqla hər bir şagirdin gələcəkdə xalq üçün, vətən üçün layiqli 

şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. Azərbaycan dili fənni də bu 

vəzifənin yerinə yetirilməsində özünəməxsus əhəmiyyət kəsb edir. Dil etno-

psixoloji,  ictimai  mahiyyəti  etibarilə  şəxsiyyətin  formalaşmasında  əvəzsiz 

rola malikdir. Buna görə də məktəbdə Azərbaycan dili dərslərinin didaktik 

prinsiplər  əsasında  təşkili,  lüğət  üzrə  işlərə  xüsusi  əhəmiyyət  verilməsi 

müəllimlərin daim diqqət mərkəzində olmalıdır. 

Lüğət üzrə, nitqin inkişafı ilə əlaqədar dərslərdə aparılan işlərin ümu-

mi sistemində leksik işlər xüsusi yer tutur. Dilin lüğət tərkibi fasiləsiz dəyiş-

mədə olub, elm və texnikanın, cəmiyyətin, iqtisadiyyatın inkişaf ıilə əlaqədar 

daim  yeni  sözlər  hesabına  zənginləşir,  eyni  zamanda  sözlər  köhnələrək 

sıradan  çıxır.  Deməli,  dilçiliyin  leksika  şöbəsində  sözlərin  işlənmə  dairəsi, 

mənşəyi,  semantikası  öyrənilsə,  burada  dilimizin  lüğət  tərkibinin  tarixi 

inkişafı, müasir vəziyyəti işıqlandırılır. Ona görə də leksik işlərin elmi əsas-

larını  bilmədən  Azərbaycan  dili  təliminin  əsas  sahəsi  olan  nitqin  inkişafı, 

eləcə  də  şagirdlərin  lüğət  ehtiyatının  zənginləşdirilməsi  yolları  kimi  mə-

sələləri metodiki cəhətdən düzgün həll etmək mümkün olmaz. 

Dilin lüğət tərkibini işlənmə dairəsinə görə iki yerə bölürlər. Ümumi-

şlək sözlər; qeyri-ümumişlək sözlər. Müxtəlif müəlliflər tərəfindən müxtəlif 

sayda  göstərilən  S.Cəfəov,  H.Həsənov,  D.N.Şmelyov,  V.İ.Koduxov  və  s. 

kimi dilçilərin əsərlərində göstərilən xüsusi və ümumi leksika və ya qeyri-

ümumişlək  leksikaya  daxil  olan  sözlər  qrupu-tarixizm,  arxaizm,  dialekt 

sözləri, arqolar, jarqonlar və sairələrin ayrı-ayrılıqda şagirdlərə mənimsədil-




Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə