Microsoft Word 2017 esas 15 sayi doc



Yüklə 3,6 Mb.
Pdf görüntüsü
səhifə25/162
tarix06.05.2018
ölçüsü3,6 Mb.
#42937
1   ...   21   22   23   24   25   26   27   28   ...   162

Filologiya məsələləri, № 15 2017 

 

62



-O  mənim  qardaşımdır-dedi-bir  az  bundan  qabaq  sizi  yoluxmağa 

gəlmişdi… 

Mən: 

-Doğrudanmı  o  sizin  qardaşınızdır?-deyə  heyrətlə  soruşdum…»  (2, 



səh.40).  Böyük  Vətən  müharibəsi  dövründə  (1943)  yazılmış  bu  hekayədə 

insan  ömrünün  mənasını  ifadə  edən,  onu  pak,  səmimi  duyğularını  daha  da 

təmizləyən, ağı-acılara sinə gərən əzablardan uğurla çıxan qüdrətli məhəbbət 

hisslərindən  və  müharibənin  dəhşətlərinə  baxmayaraq  vətənpərvərlik, 

vətəndaşlığın  qüdrətindən  bəhs  olunur.  Sadə  süjet  xəttinə  malik  olan 

hekayənin konflikti hisslər, duyğular, təlaş və intizarların qarşılıqlı təsirindən 

yaranan  psixoloji  anlar,  sarsıntılar  təşkil  edir.  İlyas  Əfəndiyev  son  dərəcə 

gərgin hissi düşüncələri, gərgin anları, xüsusilə müharibənin insan ömrünə-

taleyinə  vurduğu  dəhşətli  məqamları,  adlarını  çəkmədiyi  insan  düşüncə-

lərində ömür yollarında məharətlə ümumiləşdirə bilmişdir. Bu sadəcə olaraq 

kamil-bitmiş  dialoq  deyildir.  Burada  hər  bir  söz,  hər  bir  kəlmə  öz  rolunu 

məharətlə oynaya bilir. Suallar və nidalar, sözlərin sırası, onların psixoloji-

hissi anlara uyğun düzülüşü, dəqiq mətləb ifadə etmək məharəti, məhəbbət 

sınaqlarının,  insan  taleyinə,  bəxt-alın  yazısı  kimi  təsiri  məsələlərini, 

düşüncələrdə  gedən  psixoloji  döyüşləri  ümumiləşdirmək,  qoşa  obraz 

yaratmağa layiq düzgün seçilməsi dialoqun lirik-romantik xarakterini, ədibin 

sənətkarlıq məharətini üzə çıxarır. 

İlyas  Əfəndiyevin  çoxsaylı  hekayələri  olsa  da  «Seçilmiş  əsərləri»тin 

birinci cildində on beş hekayəsi verilmişdir. Bu əsərlərin mövzusu müxtəlif 

hadisə, əhvalat və vəziyyətlərlə bağlıdır. Əsasən lirik-romantik üslubda, daha 

çox  müharibə,  ailə-məişət,  məhəbbət  mövzusunda  yazılmışdır.  Maraqlısı 

odur ki, əksər hekayələrində insanlardan daha çox hisslər, duyğular, mənəvi-

əxlaqi  məsələlər  obrazlaşır.  «Yarımçıq  qalmış  portret  haqqında  mahnı», 

«Tar»,  «Görüş»,  «Su  dəyirmanı»,  «Apardı  sellər  Saranı»,  «Yun  şal»  bu 

qədildəndir.  Bu  hekayələrin  üslubu  gedişlərində,  lirik-romantik  pafosun 

yaranmasında  dialoqların,  söz-ifadə-durğu  işarələrinin  və  müəllif  dili  əsas 

yer tutur. Bu yaradıcılıq prosesinin əsas aparıcı vəzifəsi, gücü, hekayələrin 

söz,  nitq,  cümlə,  ifadə  və  birləşmələrin  üzərinə  düşür.  Elə  güclü  lirik-

romantik yaradıcılıq prosesi baş verir ki, üslubun özü də obrazlaşır. Hər bir 

söz, kəlmə, hiss, həyəcan, ümdə arzu və sairə xüsusi hadisə və əhvalatların, 

gərgin,  həyəcanlı,  fərəhli  anların  iştirakçısı,  daşıyıcısı,  geniş  mənada  obraz 

təsiri bağışlayır. Dialoqlarda təsirsiz, fəaliyyətsiz, məqsədsiz bir söz, kəlmə, 

hətta  durğu  işarəsi,  deyək  ki,  nida-sual  işarəsi  tapmaq  olmur.  Bütün  bu 

yaradıcılıq vasitələri dialoqların tamlığını-bütövlüyünü əks etdirməklə, sözə, 

lirik-romantik üsluba səviyyəli münasibəti üzə çıxarır. Lirik-romantik hislər, 

duyğular toplusu dialoqlarda qabardılan bədii məqsədi ifadə etməklə insan-

ların fərdi niyyətlərdən ucada durmaq istəklərini, xarakterini üzə çıxarır. 



Filologiya məsələləri, № 15 2017 

 

63



İlyas Əfəndiyev XX əsr bədii nəsrinin qüdrətli, lirik-emossional dialoq-

lar  ustası,  yaradıcısı  kimi  tanınır.  Böyük  satirik  dialoqlar  ustadlarından; 

C.Məmmədquluzadə,  Ə.Haqverdiyev,  Mir  Cəlaldan  fərqli  olaraq  o,  dialoq 

məsələsində  psixoloji,  lirik-romantik,  emosional  üsluba,  deyim  tərzinə 

üstünlük verdi. Səbəb yenə də dövrlə, zamanın tələb və ehtiyacları ilə bağlı 

məsələdir.  Onunla  yanaşı  İlyas  Əfəndiyev  S.S.Axundovun,  S.Hüseynin, 

Ə.Əbülhəsənin  lirik-romantik  yolunu  yaradıcı  şəkildə  davam  və  inkişaf 

etdirdi.  60-cı  illərdə,  yeni  mərhələdə  emosional,  bəlağətli  dialoq  yolunun 

Ə.Məmmədxanlı,  İsi  Məlikzadə,  A.Babayev  və  digər  görkəmli  nümayən-

dələri  davam  etdirdilər.  Hissi-idrakı  emosional  yaradıcılıq  yolu  İlyas  Əfən-

diyevin  yalnız  dialoqlarını  deyil  bütün  yazılarda  yazdığı  bədii  əsərlərin  əsas 

yaradıcılıq  yolu  kimi  yaşamaqdadır.  Bu  o  deməkdir  ki,  bütün  yaradıcılıq 

vasitələrində, ədəbi növ və janrlarda İlyas Əfəndiyevin uğurları güclü dil mə-

dəniyyəti ilə bağlıdır. Onu əsrinin klassiki səviyyəsinə ucaldan da ecazkar xalq 

dilindən istifadə yolu ilə yaratdığı lirik-romantik-emosional üslubu, bədii dilidir. 

Böyük  ədəbiyyatşünas  alim  M.Arif  yazırdı  ki,  «Unutmamalıyıq  ki,  xalqın 

yaratdığı  ən  müqəddəs  nemət,  ən  zəngin  mənəvi  xəzinə  onun  dilidir.  Dili 

yaşadan, ona rövnəq verən, ona can və təzə qan verən isə bədii ədəbiyyatdır; 

yazıçılardır, söz ustalarıdır» (1, səh. 271).  

Müasir ədəbi tənqidin mülahizələrinə əsasən deyə bilərik ki, İlyas Əfən-

diyevin  söz-nitq-üslub-deyim  tərzi,  ümumiyyətlə  bədii  dili  onun  yaratdığı 

hadisə,  əhvalat  və  vəziyyətində,  bədii  təsvir  vasitələrində,  xüsusilə  dialoq 

yaradıcılığında  öz  bəhrəsini  artıqlaması  ilə  verir.  Onun  dialoqları  qüvvətli, 

sirayətedici təsirə, oxucunu ələ almaq, əfsunlamaq, haldan hala salmaq gücünə 

malikdir. O, insan qəlbini titrətsə də əqlini-idrakını narahat etmir. Düşündürür, 

nəticə çıxarmağa vadar edir. Onun dialoqlarında bəzən Qoşa obrazların, insanla-

rın hissləri fikir və düşüncələrinin, ahəng-bəlağət mətləbdən, xəyali mövcudiy-

yətdən, lirik emosional hislər hərəkətdən artıq kimi görünsə də bütövlükdə za-

mana,  dövrə,  şəraitə  uyğun  tipik,  real  obraz  yaratmağa  xidmət  edir.  «Tar», 

«Yarımçıq  qalmış  portret  haqqında  mahnı»,  «Qoruqlarda»,  «Su  dəyirmanı», 

«yun şal» hekayələribu cəhətdn tipik-real dialoqlarla zəngindir. «Su dəyirmanı» 

hekayəsində zəngin dialoqlar çox olsa da birinə diqqət yetirək: «Qonaq həyə-

canla ayağa qalxdı. Anam o biri evin qapısını açıb içəri girdi. Mən ona dedim: 

-Elçi getmək lazımdır. 

Arvad təəccüblə üzümə baxdı: 

-Kimin üçün? 

-Qonağımız üçün. 

-Qonaq kimin kürəkəni olmaq istəyir? 

-Musanın! 

-Hansı Musanın? 

-Dəyirmançı… 



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə