Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə328/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   324   325   326   327   328   329   330   331   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1433



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

XIX əsrin sonlarından Gürcüstanda milli siyasi oyanış başlamışdır. Gürcüstanın ilk par-

tiyalarını sosial-demokratlar yaratdılar. 1892-1893-cü illərdə ilk sosial-demokrat partiyası 

Mesame Dasi” yaradıldı. XX əsrin əvvəllərində Gürcüstanda Rusiya işğalından azad olmaq 

üçün sinfi mübarizəni əsas vasitə kimi görürdülər. Milli intelligensiyanın dəstəyi ilə Parisdə 

“Sakartvelo” qəzeti nəşr olunurdu. Qəzet qeyri-qanuni şəkildə Gürcüstanda yayılır və milli 

siyasi qüvvələrin səfərbər olmasına müsbət təsir edirdi.  

1904-cü ildə Cenevrədə “Gürcü inqilabçılarının I Konfransı” keçirildi. Konfrans işti-

rakçıları demokratik Rusiya çərçivəsində Gürcüstana muxtariyyət verilməsi tələbi ilə  çıxış 

etdilər. Konfransın  ən  əsas nəticəsi gürcü Sosial-Federalistlərin inqilab partiyası yaradıldı. 

1905-1906-cı illərdə inqilab Gürcüstanı da əhatə etdi. İlk olaraq, 1905-ci ildə Tiflisdə Zaqaf-

qaziya Dəmiryolu İşçiləri üsyan etdi. Daha sonra isə cəmiyyətin bütün təbəqələrinin iştirakı 

ilə davam etdi. Lakin bütün cəhdlərə baxmaraq, 1906-cı ildə inqilab zəifləməyə başladı. 

1905-1910-cu illərdə Gürcü deputatları Rusiya Dövlət Dumasına keçirilmiş seçkilərdə 

iştirak etmiş və daha çox sosial-demokratların nümayəndələri ilə təmsil olunmuşdur. 1912-ci 

ildə IV Dövlət Dumasının deputatı V. Qelovani Gürcüstanın siyasi müstəqilliyi məsələsini 

gündəmə gətirmişdir. 1913-cü ildə “Azad Gürcüstan” birliyi yaradılmışdır. 1917-ci il Rusiya 

inqilabından sonra bütün Qafqazda, o cümlədən Gürcüstan milli dövlətçiliyin bərpası üçün 

əlverişli şərait yarandı. Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclasında 

müstəqilliyini elan etdi.  



 

 

İSLAM İNTİBAHININ ELMİ NAİLİYYƏTLƏRİ VƏ DÜNYA ELMİNƏ 

VERDİYİ TÖHFƏLƏR 

 

Günay HEYDƏRLİ 

Hacıqabul şəhər 5 saylı orta məktəbi 

gunay.heyderli@gmail.com 

AZƏRBAYCAN 



 

VII əsrdə yaranmış ərəb dövləti qısa müddətdə böyük əraziləri əhatə edərək böyük bir 

imperiyaya çevrildi. Xilafətə tabe olan ölkələrdə yaşayan alim, yazıçı  və  şairlərin  əsərləri 

vahid Ərəb- İslam mədəniyyətinin xəzinəsinə daxil olurdu. “Islamın qızıl dövrü” və ya Islam 

intibahı” adlandırılan bu dövrdə fizika, kimya, tibb, astronomiya, fəlsəfə  və digər elmlər 

inkişaf edirdi. Əməvilərin və Abbasilərin hakimiyyəti dövründə alimlərə böyük dəstək 

verilirdi. Xilafətin dövlət dili ərəb dili idi. Bu da Kordovadan Bağdada və Səmərqəndə qədər 

olan elm xadimlərinin bir-birilə ünsiyyət saxlamasına səbəb oldu. 

 Hakimiyyət orqanları alimlərin bir yerə toplanması, biliklərini inkişaf etdirməsi məq-

sədilə elmi mərkəzlər açırdılar. Bu elmi mərkəzlərdən ən məşhuru xəlifə Əl- Məmun tərəfin-

dən yaradılmış “ Beytül- hikmət” idi. Təhsil ocaqları olan mədrəsələr boyüyərək universitet-

lərə çevrilirdi. 859- cu ildə şahzadə Fatimə əl-Fihri Fes şəhərində (Mərakeşdə) bir neçə fakül-

tədən ibarət, həm qadınları həm də kişiləri qəbul edən universitet açır. 

Xilafətdə riyaziyyatın inkişafına böyük diqqət göstırilirdi. Riyazi elmin ən görkəmli 

nümayəndələrindən biri Əl- Xarəzmi idi. Xarəzmi ömrünün böyük birhissəsini Bağdaddakı 

“Beytül-hikmət”də keçirmişdir. Cəbr və alqoritm elminin banisi və bu elmlərə ad verən İslam 

alimi olmuşdur. Xarəzminin adı Avropada latınca “Alkhorismi” kimi tələffüz edildiyi üçün, 

tapdığı metoda “alqoritm” adı verilmişdir. Xarəzmi cəbr sahəsində ilk əsəri olan “Kitabül 

Müxtəsər fi Hesabil Cəbri Müqabələ”nin (“Cəbr və Müqayisə Hesabları”) müəllifidir.Əsər bu 

cümlə ilə başlayır:«Alqoritm belə deyir: Rəbbimiz və qoruyucumuz olan Allaha həmd və səna 

olsun».Orijinalı Oksford Universitetində saxlanılan bu kitabda dünyada ilk dəfə olaraq onluq 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1434



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

say sistemini açıqlamış və üstəlik ilk dəfə olaraq, tənlik qurma üsulu ilə məsələni həll etmə 

yollarını göstərmişdir. Bundan başqa, sözügedən kitabında daha əvvəl məlum olmayan bir 

çox yeni terminlər istifadə edilmişdir: kvadratın kök dərəcəsi, tək, tək say kimi. 

 Rocer Bekon, Fibonaççi kimi alimlər onun əsərini heyranlıqla tədqiq etmiş  və öz 

dərslərində bu əsərdən faydalanmışlar. 1500-cü illərin sonlarına (1598-1599) qədər cəbr 

elmində tək mənbə Xarəzminin bu əsəridir.  

 İslam intibahının nümayəndələri arasında elm dünyasına yeniliklər, ixtiralar bəxş edən 

şəxslər coxdur. Sonradan bu ixtiralar təkmilləşdirilmiş  və insanların gündəlik həyatının 

asanlaşmasına xidmət etmişdir. Fizika elminin inkişafına böyük töhfələr  şəxslərdən  Əl- 

Cəzarini, İbn Heysəm göstərmək olar. 

 Əl-Cəzari 50- dən artıq cihazın işlənmə əsaslarını, yararlanma formalarını təsvir edən “ 

Kitab- ül- Hiyəl” ( Mexaniki hərəkətlərdən mühəndislikdə faydalanmayı göstərən kitab) adlı 

əsərin müəllifidir. Bu gün beşi Türkiyədə olmaqla on beş nüsxəsi olan bu kitabda avtomatik 

cihazlar, öz-özünə oxuyan tovuz quşları, robot fillər, avtomatik saatlar, ələ su tökən robot 

insan və bir çox alətlər mövcuddur. 

 “ Daima biliyin və gerçəyin ardınca getdim. Və Yaradana yaxın olmaq və aydınlığa 

qovuşmaq məqsədim olduğundan biliyin və gerçəyin ardınca getməkdən daha yaxşı yol 

olmadığına inandım”- deyən  İbn Hişam Qərbin görkəmli alimlərindən biri olan R. Bekon 

tərəfindən özünə ustad sayılmışdır. İşıqla əlaqədar qələmə aldığı “ Kitab- ül- münazir” (Opti-

kanın xəzinəsi) əvvəlcə Şərqin daha sonradan isə Qərbin aydınlanmağına səbəb olmuşdur. O, 

həmdə Aristotelin “ Dünya kainatın mərkəzindədir” fikrinə qarşı çıxaraq, başqa qalaktikaların 

da olduğunu qeyd edirdi. 

Müsəlman alimlərini düşündürən elm sahələrindən biri astronomiya idi. Dövrünün 

tanınmış astronomlarından N. Tusini, Battanini, Ömər Xəyyamı, Əl- Fərqanini və başqalarını 

göstərmək olar. Nəsirəddin Tusinin qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astrono-

miya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bu-

nunla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer 

tutur. Onun təşəbbüsü ilə 1259- cu ildə Marağada rəsədxana tikilir. Müəyyidəddin Ordi ilə 

birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz 

quraşdırırlar. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün 

zəruri sayılan yer və göy qlobusları da hazırlanırdı. Belə qlobuslardan biri bizim günlərə 

qədər çatmış və hal-hazırda Drezdendə saxlanılır. 

Paris İslam İnistutunun professorlarından olan Jak Risler tərəfindən Qərbə triqonomet-

riyani öyrədən adam olaraq adlandırılan Battani gəlib keçmiş  ən böyük iyirmi astronom 

arasında göstərilir. Battani triqonometriyani cəbrə tətbiq edən ilk elm adamı olmuşdur. Sinus 

və kosinus terminlərindən istifadə edərək, günəş saatı ilə hesablama aparmış  və günəşə 

“uzanıb gedən kölgə” adını vediyi doğruya tangens demişdir. Qərb dünyası orta əsrlər döv-

ründə onun əsərlərini latıncaya çevirmiş və Ay xəritələrində ayin adı Qərbin ona vediyi adla 

“Albategnius” olaraq yer almışdır.  İspaniya kralı X Alfonso XII əsrdə Battaninin kitabını 

ispancaya tərcümə etdirmişdir. 

Tibb sahəsində tuberklyoz xəstəliyi haqqında məlumat verən Qambur Vəsimi, 130 – 

dan artıq göz xəstəliyinin müalicəsi haqqında məlumat verən İbn Sinanı, onkoloji cərrahiyyə 

aparan  Əli ibn Abbas, bir sıra cərrahiyyə alətlərini icad edən  Əbul – Qasım-  Əl- Zöhrəvini 

göstərmək olar.  

Beləliklə, Cənubi  İspaniyadan Çinə  qədər uzanan Ərəb-  İslam mədəniyyəti özündə 

müxtəlif millətləri birləşdirərək, qədim misirlilərin, yunanların, romalıların, hindlilərin yarat-

mış olduğu elmi pöhrələri inkişaf etdirərək dünyaya zəngin miras buraxdı. 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə