Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə331/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   327   328   329   330   331   332   333   334   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1439



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

По  истории  Ширвана  и  отчасти  Южного  Азербайджана  Хуршах  сообщает  ряд 

деталей  и  подробностей,  которых  нет  у  других  историков  ХVI  века  (например  у 

Искендера Мюнши и Гасан бека Румлу).  

Таким  образом,  в  изучаемый  период  Азербайджан  с  его  геополитической 

значимостью становится основным объектом внимания не только Османской империи, 

но  и  сферой  интересов  Русского  государства.  История  государств  Азербайджана XV-

XVI веках нашла своё определенное отражение в советской русской историографии. 

С другой стороны, во многих документах изучаемого периода нет четкого разли-

чия между Ираном и Азербайджаном, что требовало скрупулезного подхода, и лишь по 

конкретным  данным,  например,  названиям  местностей,  городов,  товаров  можно  было 

выделить среди них Азербайджан. Интересен тот факт, что сами русские цари в XVII 

веке,  строго  соблюдая  титулование,  выделяли  Азербайджан,  обращаясь  в  своих 

грамотах к шахам Сефевидской империи как к государям «Персидских и Ширванских 

земель…».  Почти  во  всех  дипломатических  документах,  относящихся  к  «Персидским 

делам»  наиболее  часто  встречаются  названия  азербайджанских  городов – Шемахея 

(Шамаха),  Кенжю  (Гянджа),  Бако  (Баку),  Тавриз  (Тебриз),  что  позволяет  конкретизи-

ровать  эти  материалы  и  относить  их  непосредственно  к  истории  Азербайджана.  При 

проведении данного исследования исключительное значение имели материалы архива 

Посольского  приказа,  фонда  «Сношения  России  с  Персией»,  представленные  в 

основном дипломатической документацией XV-XVI вв.: статейными списками1 послов 

и посланников, грамотами, наказами, отписками.  

 

 

İLHAM ƏLİYEV VƏ CƏNUBİ QAFQAZ MÜASİR GEOSİYASİ 



ŞƏRAİTDƏ 

 

Ülkər MƏMMƏDZADƏ 

Bakı Dövlət Universiteti 



Ulkar_m23@hotmail.com 

AZƏRBAYCAN

 

 

Azərbaycanın istər iqtisadi-siyasi, istərsə də hərbi cəhətdən Cənubi Qafqazın ən güclü 



və qüdrətli dövlətinə çevrilməsi artıq danılmaz faktdır. Ümummilli lider Heydər  Əliyevin 

bünövrəsini qoyduğu və bu gün onun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham 

Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət dövlətimizi həm iqtisadi, həm də 

siyasi baxımdan bütün dünya üçün cəlbedici edir, onun dünya miqyasında əhəmiyyətini get-

gedə daha da artırır. 

Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin 

geosiyasi  şəraitdə müstəqil xarici siyasət kursu həyata keçirir. Hazırda, bu istiqamətdə  əsas 

diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlü-

kəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avroatlantik struktur-

lara inteqrasiya və s. məsələlərə yönəldilib. Bununla yanaşı, mühüm geosiyasi məkan kimi 

Azərbaycan regionda sülhün və  təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi,  ən 

perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə  əsas iştirakçıdır 

və dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç 

bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”.Əsası Ümummilli lider Heydər 

Əliyev tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata 

keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxın-

dan qatılaraq,  Şərq və  Qərb dəyərlərinin sintezindən yaranmış  cəhətləri özündə  əxz edərək



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1440



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçib. Bu seçimi reallaşdırmaq üçün Azərbay-

can dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf mode-

lini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə  qəbul edilmiş prinsiplərə uyğun 

olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələr yaradır.Bu gün İlham  Əliyevin 

yürütdüyü siyasət, Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırıb. 

Ümummilli lider Heydər  Əliyevin xarici siyasət kursunu layiqincə davam etdirən  İlham 

Əliyev, yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini 

müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini daha da inkişaf 

etdirib. Nəticədə, Azərbaycan yalnız regionda gedən proseslər deyil, eyni zamanda

beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Ona görə də, 

bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin 

başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar. 

Azərbaycanın neft sektorunun inkişafı artıq ölkəmizin iqtisadi yüksəlişinə töhfə vermiş, 

regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa, Bakı-Tbilisi-

Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur regionun əhə-

miyyətini artırmışdır. Cənubi Qafqaz regionu üzərindən beynəlxalq nəqliyyat və kommunika-

siya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə 

iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir. Bu mənada, Azərbay-

can "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" (TRASEKA) layihəsi, habelə 

Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinə fəal cəlb olunmuşdur. Bununla yanaşı, 

Azərbaycan Türkiyə  və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı- Tbilisi - Qars 

dəmiryolu xəttinin çəkilməsi istiqamətində əməkdaşlıq edir. 

Dünyada gedən böyük geosiyasi oyunlar nəticəsində regionumuzun güclü dövlətlərin 

maraqları  və  rəqabəti zonasına çevrilməsi ölkə liderindən soyuqqanlılıqla yanaşı, yüksək 

səviyyəli siyasi peşəkarlıq və  məharət, çevik və incə siyasi gedişlər tələb edir. Azərbaycan 

Prezidentinin xarici siyasət sahəsində atdığı addımlar İlham Əliyevin bu tələblərə cavab verən 

lider olduğunu bir daha təsdiqləyir. Prezident olduğu dövrdə onun yürütdüyü çoxşaxəli və 

tarazlı xarici siyasət Azərbaycanın dövlət və milli maraqlarının müdafiəsinin tam inikasıdır. 

Bu siyasət müasir dövrün mürəkkəb geosiyasi durumunda ölkəmizin xarici təhlükələrdən 

müvəffəqiyyətlə qorunmasına istiqamətlənib. Azərbaycanın təcavüzdən qorunması  və  ərazi 

bütövlüyünün bərpası üçün ildən-ilə hərbi xərclərin həcmi artırılır. Lakin bu addımlar digər 

dövlətlərə qarşı çevrilməyib, yalnız və yalnız Azərbaycanın müdafiə qüdrətinin artırılmasına, 

bütün bölgədə sülhün və asayişin bərqərar olmasına xidmət edir. Azərbaycan Prezidenti öz 

həmkarlarına dinc qonşuluq və qarşılıqlı iqtisadi-siyasi səmərəlilik prinsiplərinə söykənən 

xarici siyasət kursu təklif edir. Bunun müqabilində cənab İlham Əliyev beynəlxalq aləm qar-

şısında Azərbaycanın mövqeyinə hörmətlə yanaşmaq tələbi qoyur, ölkəmizin milli maraqları-

nın heç zaman və heç bir dövlətin maraqları naminə qurban verilməyəcəyini dünya ictimaiy-

yətinin nəzərinə dönə-dönə çatdırır.  

Azərbaycanın xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi respublikamızın 

dünya miqyasında nüfuzunu getdikcə artırır, ölkəmizin Cənubi Qafqaz regionunda lider döv-

lətə çevrilməsini  şərtləndirir və müstəqil dövlətimizin dünya birliyində mövqelərinin 

yüksələcəyinə olan inamı daha da gücləndirir. 

 

 



 

 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə