Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə333/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   329   330   331   332   333   334   335   336   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1443



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Tarixi mənbələrinin verdiyi məlumatlar, son illər ərzində aparılan ciddi tarixi tədqiqatlar 

sübut edir ki, bəhs etdiyimiz dövrdə Azərbaycan  əhalisinin böyük əksəriyyətini avtoxton 

türkdilli  əhali təşkil etmişdir. Təsadüfi deyildir ki, o dövrün hadisələrindən bəhs edən  ən-

Nəsəvi Azərbaycanı "türklərin dəniz qumunun dənələri qədər çox olduğu ölkə" kimi təsvir 

edirdi. “Müdcəm əl-buldən” əsərində Azərbaycan əhalisi haqqında məlumat verən Yaqut əl-

Həməvi isə yazırdı: “Azərbaycan əhalisi dostcanlı və mehribandır. Onların üzü al (yanaqları 

qırmızı), dəriləri isə parlaqdır.” Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan vilayəti-

nin əhalisinin tərkibində də o dövrdə türkdilli əhali birmənalı şəkildə üstünlüyə malik olmuş-

dur. Səlcuqlar dönəmində türkmən tayfalarının məskun olduqları arealdan bəhs edən F.Sümər 

yazır ki, Azərbaycandakı türkmənlər ələlxüsus Ərdəbil, Xoy, Urmiya və Naxçıvan tərəflərdə 

yaşayırdılar.  

Bu dövr Naxçıvan  əhalisinin dini inancının nə olmasına gəlincə  mənbələrdə verilən 

məlumatlar göstərir ki, Naxçıvan əhalisi bu zaman əsasən müsəlmanlardan ibarət olmuşdur. 

Məsələn, Sədrəddin Əli əl-Hüseyni XIII yüzilliyin birinci rübündə yazdığı “Əxbar əd dövlət 

əs-Səlcuqiyyə”  əsərinin XXXVIII fəslində yazır: “Atabəy Eldəniz Azərbaycan və Arrana 

qayıtmağı qərara aldı, Çünki ona xəbər çatmışdı ki, gürcülər İslam ölkələrinə soxulmaq üçün 

hərəkətə gəlmiş, Dvin şəhərini talayaraq, orda olanları əsir götürmüşlər. Buna görə o, Azər-

baycana qayıtdı. ...Sultan hərəkət edib Naxçıvanda atabəy Eldənizlə birləşdi. O, Naçıvandan 

yoluna davam edərək Gəncəyə çatıb burada bir neçə günlüyə ayaq saxladı”.  

Akademik Ziya Bünyadov hesab edirdi ki, Atabəylər dövründə  sərhəd vilayəti kimi 

xüsusi rejimdə olmuş Naxçıvanda islamın mühafizəsi üçün ciddi nəzarət mövcud olmuşdur. 

Bununla yanaşı Səlcuq dövlət idarəçilik ənənələrindən irəli gələn digər dinlərdən olan-

lara xoşgörülü yanaşma prinsipi Eldəniz dövlətinin hökmdarları tərəfindən də davam etdiril-

mişdir. Qeyd etmək lazımdır ki, bu dövrə  qədər Azərbaycan  ərazisinin bəzi dağlıq hissələri 

istisna olmaqla digər ərazilərində yerli əhalinin əksər hissəsi İslamı qəbul etmişdi. Bu proses 

daha çox əhalinin  İslamı könüllü qəbulu nəticəsində baş vermişdir. Belə olan halda xüsusi 

status daşıyan Naxçıvanda islamın mühafizəsi üçün ciddi nəzarətin mövcud olması, digər 

dinlərin məhdudlaşdırılması anlamına gəlməməlidir. Çünki, İpək yolu üzərində yerləşən bu 

ərazidə nəinki xristian, hətta buddist, iuadist və digər dinlərə mənsub olan tacirlər və səyyah-

lar üçün ibadətxanaların yaradılması  məhz bu dövrə  təsadüf edir. 1224-cü ilə Xarəzmşah 

Qiyasəddin Pirşahın Naxçıvanı tutmasından sonra, Naxçıvana hakim təyin edilməsi ilə bağlı 

verdiyi sərəncamda da digər dinlərə o cümlədən xristian dininə  mənsub olan əhalinin sıxış-

dırılmadığı,  əksinə olaraq əraziyə  gəlmək istəyən xristian etiqadlı  əhali ilə bölgə hakiminin 

şəxsən görüşməli olduğu qeyd olunurdu. Sərəncamdan aydın olur ki, bölgədə  nəinki xris-

tianlar (əhli-zimmət) hətta çoxallahlılığa etiqadını saxlayanlara (muşrik) da tolerant münasibət 

bəslənilmişdir.  

Digər tərəfdən XII əsrin Naxçıvan vilayəti əhalisinin mütləq əksəriyyətinin islam dininə 

etiqad etdiyini sübut edən digər amillər də mövcuddur. Məsələn, məlumdur ki, 1146-cı ildən 

sonra Atabəy  Şəmsəddin Eldəniz və xanımı Möminə xatın Naxçıvanda yaşayıb. Bir müsəl-

man türk hökümdarının isə xristianların çoxluq təşkil etdiyi bir şəhəri mərkəz seçməsi və ən 

sevimli saray xatını ilə orda yaşaması inandırıcı deyil. Atabəy Şəmsəddin Eldənizlə İraq Səl-

cuq sultanı arasındakı  məktublaşmaya diqqət yetirərəkən də fikrimiz bir daha təsdiqlənir. 

Şəmsəddin Eldəniz İraq Səlcuq sultanı Məhəmmədə kömək təklifi müqabilində belə bir cavab 

alır: "Hal-hazırda sənin xidmətə gəlməyinə ehtiyac yoxdur; orada (yəni Naxçıvanda - N.V.) 

müsəlmanların dayağı və şərəfsiz yolunu azmışları dəf etmək üçün istinadgahı ol". Akademik 

N.Vəlixanlı Sultan Məhəmmədin “yolunu azmışlar” ifadəsinin bu zaman Şirvana və Arrana 

tez-tez basqınlar edən gürcü qoşunları haqqında işlətdiyi qənaətindədir.  

Bəzi tarixi mənbələr  əhalinin nəinki dini mənsubiyyəti, hətta hansı  təriqətlərə bağlı 

olması barədə  də  məlumatlar verir. Naxçıvanın yerli əhalisindən bəhs edərkən "Əcaib  əd-




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1444



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dünya" əsərinin müəllifı buranın şiə və sünnilərdən ibarət din uğrunda "qazi" olan müsəlman 

(türk) əhalisinin igid, sərrast nişançı (ox atan) olduqları haqqında məlumat verir. 

Yerli  əhalinin bir qisminin İslamın  şafii məzhəbinə  mənsubluğu barədə H.Qəzvini 

“Nühzət  əl-qülub”  əsərində  bəhs etmişdir.Müəllif yazırdı: “Bu yerin əhalisinin üzü ağdır. 

Onlar şəfii təriqətinə bağlıdırlar”.  

Azərbaycan Atabəyləri dövlətinin mərkəzi vilayətlərindən sayılan Naxçıvan Xarəzmşah 

Cəlaləddinin yürüşləri və monqolların ilk hücumları dövründə də diqqət mərkəzində olmuş-

dur. 1225-ci ildə Atabəy Özbəyin vəfatından sonra Azərbaycan Atabəylər dövləti süquta 

uğramış və Naxçıvan ərazisi Xarəzmşah Cəlaləddin Manqburnun hakimiyyəti altına keçmişdi. 

Tarixi mənbələrin verdiyi məlumatlar göstərir ki, 1231-ci ilə  qədər vilayətin hakimləri 

Xarəzmşah Cəlaləddin Manqburnun tabeliyində olmuşlar. Yalnız 1231-ci ildə Cəlaləddin qətl 

edilmiş  və monqollar Naxçıvanı  ələ keçirmişdilər.  İlk monqol axınları  ərəfəsində Naxçıvan 

ərazisindəki  şəhərlərdən  əhalinin digər  ərazilərə, xüsusən dağlıq  ərazilərə köçməsi baş 

vermişdir. Orta əsr mənbələrinin verdiyi məlumatlardan aydın olur ki, qırğınlardan canını qur-

tarmaq istəyən əhalinin köçməsi nəticəsində Naxçıvan və ətraf şəhərlərdə əhalinin sayı kəskin 

şəkildə azalmışdı.  

Bunun  əvəzində isə XIII əsrin ortalarında Hülakü xanın dəstələrinin tərkibində Azər-

baycan, o cümlədən Naxçıvan ərazisinə gələrək məskunlaşan türk və monqol mənşəli qəbilə-

lər də getdikcə yerli əhli ilə qaynayıb qarışmış  və Azərbaycan xalqının formalaşmasında 

önəmli rol oynamışdır. Bu dövrdə artıq əhalinin tərkibində birmənalı şəkildə üstünlüyə malik 

olan türkdilli əhaliyə rəsmi dövlət sənədlərinin çatdırılması üçün onlar bir çox hallarda türk 

dilində hazırlanırdı. Bu barədə  məlumat verən Məhəmməd Naxçıvani yazırdı ki, Hülakülər 

dövlətində mühüm sənədlər 3 dildə (ərəbcə, farsca və türkcə), hər xalqa öz dilində, o cümlə-

dən türklərə türk dilində çatdırılırdı. Mənbələrin məlumatları və toponimik materiallar 20-dən 

artıq qəbilənin, o cümlədən sulduz-çobani, cəlairi, cığatay, kurqan, sukait, corat, budat, oyrat, 

tatar, dolan, onqut və sair qəbilələrinin həmin dövrdə Azərbaycana gəlib məskunlaşdıqlarını 

təsdiqləyirdi. Kəngərlilərin soy məsələlərini araşdıran tədqiqatçı İlqar Kəngərli hesab edir ki, 

Qarxun, Cığatay, mənşəcə  oğuz tayfalarından olan Yayçı tayfaları da XIII əsrdə Naxçıvana 

gəlmiş tayfalardandır. Təsadüfi deyildir ki, monqolların Naxçıvan ərazisindəki izləri bu gün 

də bir sıra toponimlərimizdə qorunub saxlanılmaqdadır. Uzun illər Naxçıvan oykonimlərinin 

araşdırılması ilə məşğul olmuş filologiya elmləri doktoru Adil Bağırov Naxçıvan ərazisindəki 

toponimlərin dil mənsubiyyətindən bəhs edərkən buardakı Timurçin, Çingiz, Sabutay antro-

ponimləri, Çığatay urbonimini, Günnüt, İşgəsu,  İncəsu, Qərincə toponimlərinin monqollarla 

bağlı olduğunu qeyd edir. Fikrimizcə Naxçıvan əraizisindəki Yurdçu kəndinin adı da məhz bu 

dövrlə əlaqələndirilə bilər. Məlum olduğu kimi Azərbaycan ərazisində məskunlaşan monqol-

lar özləri ilə birlikdə bir sıra hərbi, mülki və digər anlayışlar da (bukavul, bəxşi, yurdçi, 

bəlarquçi və s.) gətirmişdilər. Monqollarda düşərgədə, yaylaq və qışlaqlarda hökümdarın və 

hərbi hissələrin yerləşdiyi məskənlər – yurdlar yurdçilər tərəfindən salınırdı. Tarixi daha çox 

monqol-hülakülərlə bağlı olan Qarabağlar şəhərinin yaxınlığında bu şəhəri salan yurdçilərin 

məskunlaşması və sonradan bu sözün toponimləşməsi mümkündür.  

Hülakülərin ən qüdrətli saray xatunlarından olmuş Qutay (Kutuy) xatunun məhz Nax-

çıvanda məskunlaşmasından sonra onun mənsub olduğu türkdilli konkorat (kəngərat) tayfaları 

da Naxçıvanda məskunlaşmış  və geniş imtiyaza sahib olmuşdur. Qutay (Kutuy) xatunun 

mənsub olduğu konkurat və yaxud konqoran tayfası ən iri tayfalarından biri olmuşdur. Çingiz 

xanın əcdadı olmuş və X yüzillikdə yaşadığı ehtimal edilən Bodonçarın nəslinin davamı olan 

qəbilələrdən olan konkuratlar monqolların özləri tərəfindən də monqol kimi deyil, tatar (türk) 

kimi qəbul edilirdilər. Sədərək rayonu ərazisində bu gün də yaşamaqda olan Günnüt (Küngüt) 

toponimi də ehtimal ki məhz konqoratların adı ilə bağlıdır. Qeyd edək ki, adıçəkilən topo-

nimin monqolmənşəli olması fikrini A.Axundov və A.Bağırov da təsdiqləyirlər. A.Axundov 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə