Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə332/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   328   329   330   331   332   333   334   335   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1441



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

RUSIYA GEOSIYASƏTINDƏ QAFQAZDAN KEÇƏN ENERJI 

DƏHLIZININ ƏHƏMIYYƏTİ 

 

Əzim HEYDƏROV  

Bakı Dövlət Universiteti 

“Qafqaz xalqları tarixi” kafedrasının doktorantı 

azimheydar@gmail.com 

AZƏRBAYCAN 



 

Qafqaz bölgəsi Rusiyanın geosiyasi və iqtisadi mənafeləri baxımından son dərəcə 

həssas bir bölgədir. Avropa ilə Asiya arasında körpü olmaqla yanaşı, Qara dəniz və Xəzərin 

sahili olması, Türkiyə  və  İran ilə görüşmə nöqtəsində dayanması, Orta Şərq yolu üzərində 

olması bölgənin Rusiya üçün əhəmiyyətini artıran faktorlardır. Strateji səbəblərin xaricində 

bölgənin iqtisadi əhəmiyyəti də böyükdür. Hər  şeydən  əvvəl Qafqaz Rus iqtisadiyyatı üçün 

əhəmiyyətli miqdarda xammal qaynağıdır. Cənubi Qafqazda Azərbaycan Respublikasının əra-

zisində olan neft yataqlarıda Rusiyanın maraq dairəsindədir. Xəzər neftinin qərbə nəql edil-

məsi üçün düşünülən boru kəmərlərinin üzərində dominant mövqe qazanmaq istəyi Qafqazın 

Rusiya üçün dəyərini artırmaqdadır. Yeni neft sahələri kəşf edildikcə bölgənin strateji 

əhəmiyyəti artırdı. Xəzər dənizində 200 milyard bareli aşan Bəsrə Körfəzindən sonra ikinci 

yer tutan neft ehtiyatlarının mövcudluğu faktı enerji ehtiyatlarının Rusiyanın nəzarətində olan 

köhnə, kiçik tutumlu texniki baxımdan geri qalan boru kəmərləri ilə daşınmasının mümkün 

olmaması, yeni boru kəmərlərinin inşa edilməsi faktını da ortaya qoydu. Ancaq bu fakt özü ilə 

birlikdə Rusiya, Türkiyə,  İran, Çin və  Qərb ölkələrinin Qafqaz və Orta Asiya ilə  əlaqədar 

siyasi qarşıdurmaları da gətirdi. 

Qərb Xəzər enerji qaynaqlarının ixracı üçün şərqdən qərbə doğru Avrasiya enerji dəhlizi 

yaratmağı qarşısına məqsəd qoymuşdur. Doğurdan da şərqdən qərbə istiqamətlənən mövcud 

bütün enerji xətlərinin keçdiyi Rusiya Federasiyasının meydana gətirdiyi manapoliyanı nəzərə 

alsaq, Cənubi Qafqaz, Orta Asiya ölkələrinin Rusiyadan bu və ya digər  şəkildə asılılığı 

ortadan qaldıran yeni enerji dəhlizini Orta Asiya və Qafqazın rifahının təmin edilməsində 

əhəmiyyətli bir addım hesab etmək olar. Xəzər neftinin istismarı ilə bağlı olaraq 20 sentyabr 

1994-cü il tarixində Bakıda imzalanmış  və  “Əsrin müqaviləsi” adı ilə xatırlanan Xəzər 

dənizinin Azərbaycan sektorunda olan Azəri, Çıraq və Günəşli yataqlarında 500 milyon tonu 

aşan neftin birlikdə istismarı və pay bölgüsü haqqında müqavilə 30 il müddətinə Azərbaycan 

ilə ABŞ, İngiltərə, Azərbaycan, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı neft şirkət-

lərindən ibarət Beynəlxalq neft Konsorsiumu (AIOC) tərəfindən işlənməsi qərarlaşdırıldı.  

Rusiyanın neft və təbii qaz siyasəti Qafqaz və Orta Asiyada çıxarılan neft və təbii qazın, 

əsasən, Qafqaz–Rusiya–Avropa dəhlizi ilə ixracı  tələbi üzərində qurulub. Rusiya neftin 

boğazlardan keçişinə gətirilən məhdudiyyətlərə da qarşı çıxır. Resursları və mövqeyi etibarilə 

Rusiya bu gün neft və  təbii qazı, bütün dünyada hegemoniya yaratmaq üçün silah olaraq 

istifadə edir. Əvvəlcə Xəzər hövzəsində və Orta Asiyada çıxarılan bütün neft və təbii qazın öz 

ölkəsində emal müəssisələri və xətlər vasitəsi ilə ixracını tələb edən Rusiyanın bu ambisiya-

larına Bakı-Tbilisi-Ceyhan xəttinin inşası ilə böyük zərbə vuruldu. Rusiya isə neft daşımaları 

üçün alternativ yollar təklif etməkdə israrlıdır. Belə ki, neftin Şimal marşrutu ilə 

Novorossiyskə oradan da Bolqarıstanın Burqaz limanına və boru xəttləriylə Yunanıstanın 

Aleksandropolis  şəhərinə  nəql edilməsinin daha sərfəli olduğunu, beləcə neftin boğazlardan 

keçməyəcəyini iddia edərək bu marşrutun daha ucuz başa gələcəyini deyir. Boru xəttləri 

mövzusunda Rusiyanın  əsas məqsədi enerji resurslarının ixrac ediləcəyi nöqtəni nəzarətdə 

saxlamaq yolu ilə neftdən Orta Asiya ölkələrivə Azərbaycana qarşı  təzyiq vasitəsi kimi 

istifadə etmək, qiymətlərə qismən də olsa təsir etməkdir. 1990-cı illərdə SSRİ-nin dağılması 

və mərkəzi iqtisadiyyatın çöküşü ilə neft istehsalı, istehlakı və ticarətində böyük bir sarsıntı 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1442



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

keçirən Rusiya neft və təbii qaz istehsalını Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbə-

kistan ilə, neft emalı müəssisələrinin  əhəmiyyətli bir hissəsini isə Belarus, Ukrayna, Azər-

baycan ilə paylaşmaq məcburiyyətində qaldı. SSRİ-nin neft emalı tutumunun 35-%-i Rusiya 

xaricində qaldı. Neft və  təbii qaz istehsalında istifadə olunan maşınqayırma müəssisələri 

Azərbaycanda, neftin ixrac edildiyi limanlar, terminallar Ukrayna, Gürcüstan, Litva və 

Latviya da qalmışdı. Lakin Rusiya SSRİ-nin varisi kimi düşdüyü iqtisadi vəsiyasi çətinliyə 

baxmayaraq, bölgədəki ambisiyalarından imtina etmədi. Hazırda Rusiya öz iri neft şirkət-

lərinin bölgədəki bütün konsorsiyumlarda iştirakı ilə qənaətlənmir, eyni zamanda öz nəqliyyat 

təklifləri ilə çıxış edir. Enerji siyasətinin Rusiya üçün mühümlüyünə daha bir nümunə odur ki, 

məhz Bakı-Novorosisk xəttininetibarlı olduğunu sübut etmək üçün, bu ölkə 1996-cı ildə bi-

rinci Çeçenistan müharibəsinin özünə sərfəli olmayan şərtlərlə sonlandırdı. Eyni zamanda tək 

bir Avrasiya dəhlizinə qarşı çıxaraq, coğrafi miqyası genişlədərək təklif sayını da artırmışdır. 

Şimali Qazaxıstan-Novorossiysk boru kəmərlərinin tamamlanmasına əlavə olaraq Ankara ilə 

Rus təbii qazının Qara dənizin altından Türkiyəyə çatdırılması mövzusunda da müzakirələr 

aparılır. Ayrıca Yunanıstanla Balkan boru xəttləri layihəsi üzərində işlənilir. Belə strateji layi-

hələrdən biri də 20.9.2014 tarixində təməli atılan “Cənub” qaz dəhlizi layihəsidir ki, Avropa 

rəsmiləri onu XXI əsrin müqaviləsi adlandırıb və Rusiyanın hazırki mürəkkəb beynəlxalq 

vəziyyətdə özünə qarşı  ağır iqtisadi sanksiyalar tətbiq edildiyi bir dövrdə regionda baş 

verənlərə tam nəzarət edə bilmədiyi də aydın görünür. 

 

 

NAXÇIVAN DİYARI ƏHALİSİNİN ETNİK VƏ DİNİ TƏRKİBİ TARİXİ 



MƏNBƏLƏRDƏ (XII-XIV əsrlər) 

 

Elnur KƏLBİZADƏ 

Azərbaycan Milli Elmlər Akademiyası  

Naxçıvan Bölməsi 

caspianman@mail.ru 

AZƏRBAYCAN 

 

Həşim KƏLBİYEV 

Lənkəran Dövlət Universiteti 

AZƏRBAYCAN 

 

Tarixən mövcud olmuş qüdrətli Azərbaycan imperiyalarının – Sacilər, Atabəylər, Ağqo-



yunlu, Qaraqoyunlu və  Səfəvi dövlətlərinin mərkəzi vilayətlərindən biri olmuş Naxçıvan 

Azərbaycan üçün hər zaman strateji əhəmiyyət daşımışdır. Bu baxımdan bütün hüquqi və 

tarixi Azərbaycan torpaqları kimi Naxçıvanın tarixi coğrafiyasının,  əhalisinin etnik və dini 

tərkibinin ciddi tarixi mənbələr  əsasında araşdırılması  təkcə, tarixi baxımdan deyil, həm də 

müasir dövrün beynəlxalq siyasi reallığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi de-

yildir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tarixi nitqlərində bu mövzu-

nun araşdırılmasını dəfələrlə diqqət mərkəzinə çəkmiş və belə çıxışlarından birində demişdir: 

“Naxçıvanın  ərazisini götürsək, bu kiçik ərazidə  həddindən çox dünya miqyaslı tarixi-

memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. ...Azərbaycanın siyasi, iqtisadi, mədəni 

və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin 

canlı şahididir”. 

Tarixi-coğrafi baxımdan Azərbaycan ərazisində yaranmış bütün dövlətlər üçün strateji 

əhəmiyyət daşımış Naxçıvanın  əhalisinin XII-XIV əsrlərdəki etnik və dini tərkibinin öyrə-

nilməsi də bu gün tarix elmimizin qarşısında duran mühüm məsələlərdəndir. Məlumdur ki, 

1136-cı ildə Azərbaycan Atabəyləri dövlətinin yaranması ilə bütün Azərbaycan torpaqları va-

hid dövlətin tərkibində birləşdirilmişdi. Bu isə öz növbəsində Azərbaycan  əhalisinin etnik, 

din, dil, mədəniyyət birliyinin formalaşmasında önəmli rol oynamışdır. Azərbaycanın ayrıl-

maz tərkib hissəsi olan Naxçıvan diyarı  bəhs olunan dövrdə Atabəylər dövlətinin mərkəzi 

vilayəti, Eldənizlər sülaləsinin xass torpağı olmuşdur. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə