Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə340/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   336   337   338   339   340   341   342   343   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1457



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İRƏVAN BÖLGƏSI OSMANLI IMPERIYASININ TƏRKIBINDƏ 

 

Mehmet ALAUDDİN 

AzərbaycanMEA-nın 

A.A.BakıxanovAdınaTarixİnstitutu 

TÜRKİYƏ 


 

1555-ci ilin avqust ayının 1-də Amasyada imzalanmış sülh müqaviləsi Osmanlı  və 

Səfəvi dövlətləri arasındakı münasibətlərə müəyyən sabitlik gətirdi. Lakin Səfəvi şahı I. Təh-

masibin (1524-1576) vəfatından sonra bu münasibətlər yenidən gərginləşdi. Səfəvi sarayında 

hakimiyyət uğrunda mübarizə  qızışdı.  Şahlıq taxtına çıxmış Heydər Mirzə ertəsi gün bacısı 

Pərixan xanımın təhriki ilə  qətlə yetirildi. Heydər Mirzədən sonra taxta yiyələnmiş  İsmayıl 

Mirzə isə 1577-ci ilin noyabr ayının 24-də öldürüldü. 

Osmanlı sultanı  Səfəvi dövlətində baş verən bu çəkişmələri böyük maraqla izləyirdi. 

Səfəvi imperiyasının mərkəzində  çəkişən hərbi, siyasi dairələr dövlətin digər mühüm prob-

lemlərini unutmuşdular. Osmanlı-Səfəvi sərhədlərində münaqişələr artmaqda idi. Şərqi Ana-

dolunun bəzi kürd əmirləri Səfəvilərə sığınmağa başlamışdılar, fərarilik edənlərin sayı artırdı. 

Bu hallar Osmanlı idarəçilərini təşvişə salırdı. Sultan Osmanlı dövlətinin şərq sərhədlərində 

yerləşən sərhəd bəylərbəyilərinə göndərdiyi əmrlərində «İsmayıl Mirzənin atası Şah Təhma-

siblə bağlanmış müqavilələrə sadiq qalmadığının» qeyd edildiyi görülür. Sultanın divanından 

yazılan fərmanla Osmanlı qoşunlarına sürətlə hərəkət edərək mühafizəsi mümkün olan yerləri 

ələ keçirmək, mühafizəsi qeyri-mümkün olan yerləri isə viran etmək, «ələ keçən dinsizləri 

qılıncdan keçirmək», onların mallarını qarət etmək, Osmanlılara müqavimət göstərməyən 

dinc rəiyyətə toxunmamaq əmr edilirdi. 1578-ci ilin ilk günlərində artan sərhəd münaqişələri 

tezliklə iki qonşu dövləti yeni Osmanlı-Səfəvi müharibəsinə gətirib çıxardı. 

Çıldır döyüşündə (1578-ci ilin avqust ayının 9-da) qazanılmış qələbədən sonra Osman-

lılar Borçalı  ərazisini, gürcülərin məskunlaşdığı torpaqları  zəbt etdilər. Qoyun keçidi döyü-

şündəki (1578-ci ilin sentyabr ayının 9-da) qələbədən sonra isə Şimali Azərbaycanın Şirvan 

vilayəti Osmanlı imperiyasının tərkibinə daxil edildi. 1579-cu ilin oktyabr ayının 3-dən 4-nə 

keçən gecə Anadolu bəylərbəyi Cəfər paşa 30 min süvaridən ibarət olan qoşunla Qarsdan 

İrəvana doğru hərəkətə başladı. Konya, Sivas və Diyarbəkir bəylərbəyləri də öz hərbi dəstələri 

ilə ona qoşuldular. Osmanlılar oktyabr ayının 6-da İrəvana çatdılar. Toxmaq xan İrəvan 

qalasını tərk edərək cənuba doğru geri çəkildi. Cəfər paşa İrəvan şəhərini və onun ətrafındakı 

yaşayış  məntəqələrini darmadağın etdi. Osmanlı  sərkərdəsi bu bölgədə 20 min nəfəri  əsir 

alaraq Qarsa qayıtdı. İrəvan əyaləti Osmanlı hakimiyyəti altına keçdiyi məqamda bölgə əha-

lisinin təqribən 80 faizi doğma yerlərini tərk etmişdi. 

Osmanlı-Səfəvi müharibəsinin  İrəvan cəbhəsində 1583-cü ilin iyul ayının 12-nədək 

əsaslı yenilik baş vermədi. Həmin gün Osmanlı  sərkərdəsi Fərhad paşa Məşəl döyüşündən 

sonra Toxmaq xanın azad etdiyi İrəvan qalasına Qarsdan gətirdiyi 100 minlik ordu ilə yaxın-

laşdı və qalanı döyüşmədən ələ keçirdi. Fərhad paşa İrəvanda qaldığı 1 ay 4 gün ərzində İrə-

van  şəhərinə yeni bir qala tikilməyə başlandı. Tikilən bu qaladivarlarınınuzunluğu 4 

minarşınaçatdırıldı. Qalanın 51 qülləsivardı. İrəvanqalasında 1726 mazğal, kiçikqaladaisə 725 

mazğal inşa olunmuşdu. Fərhad Paşa qalanı 53 böyük topla təchiz etmişdi. Bu müddət ərzində 

şəhərdə karvansaray, məscid, hamam və irəvan  əyaləti bəylərbəyi üçün də saray tikilmişdi. 

İrəvan Osmanlı imperiyasının yeni bir əyalət mərkəzi oldu. Qars bəylərbəyi Dəli Xızır Paşa 

illik 900 min ağça vəsaitlə «İrəvan bəylərbəyi» rütbəsini də aldı. İrəvana Səfəvi hücumunun 

baş verə biləcəyini nəzərə alan Fərhad Paşa 8 min əsgəri Xızır Paşanın ixtiyarında saxladı. 

Osmanlı-Səfəvi müharibələrində  iştirak etmiş tarixçi və mühasib Əlinin məlumatına görə, 

həmin dəstələrin illik xərci 51 milyon 440 min 34 ağça idi.1578-1590-cı illərin Osmanlı-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1458



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Səfəvi müharibəsi 1590-cı ilin marta yının 21-də  İstanbulda bağlanmış sülh müqaviləsi ilə 

başa çatdı. Bu müqaviləyə görə, Azərbaycanın İrəvan əyaləti Osmanlı hakimiyyəti altına keç-

di.  İrəvan  əyaləti Osmanlı idarəsinə keçdikdən sonra tapu-təhrir sisteminə  əsasən burada 

əhalinin və  ərazinin qeydiyyatı aparıldı. Tapu-təhrir sisteminin ən mühüm məqsədlərindən 

biri Osmanlı hərbi-inzibati sistemi üzərində qurulmuş timar sisteminin bu zonada qurulması 

və ona nəzarət idi. Bu sistemə əsasən qeydiyyatı aparılmış olan İrəvan əyaləti 22 nahiyədən 

ibarət olmuşdur.  Əyalətdə  İrəvan, Naxçıvan,  Şərur, Ağcaqala və Ordubad qəzaları var idi. 

Xızır paşadan sonra Mustafa Paşa İrəvan əyalətinin bəylərbəyi oldu. 

  Səfəvi sarayı İrəvan bölgəsinin itirilməsi faktı ilə barışa bilmirdi. Osmanlı-Səfəvi sülh 

müqaviləsinin zəmanəti qismində Osmanlı sarayında girov qalan Əliheydər Mirzə  vəfat 

etdikdən sonra Şah I Abbas (1587-1629) fəal hərbi əməliyyatlara başladı və qəfildən Təbrizə 

hücum etdi. Təbriz yaxınlığında1603–cü ilin sentyabr ayının 29-da baş vermiş döyüşdə 

Naxçıvan bəylərbəyi Mahmud Paşa və Axıska bəylərbəyi şəhid oldular. Bu döyüşdən sonra 

Xoy, Səlmas, Marağa, Culfa və Ordubad qalaları  Səfəvi  şahına təslim oldu. Oktyabr ayının 

23-də I Abbas Naxçıvana doğru irəlilədi.  İrəvan  əyalətinin bəylərbəyi  Şərif Mehmed paşa 

Naxçıvandan çıxaraq  şimala geri çəkildi. Naxçıvan Səfəvi  şahının hakimiyyətinə geri qay-

tarıldı. Fasiləsiz döyüşlərdən sonra I Abbas İrəvanı mühasirəyə aldı. İrəvanın mühasirəsi 6 ay 

23 gün davam etdi. Uzun müddət davam edən mühasirə nəticəsində (1604-cü ilin iyul ayının 

8-də) İrəvan əyalətinin bəylərbəyi Şərif Mehmed Paşa 500 əsgəri ilə birlikdə təslim oldu. Şah 

Abbas 1603-cü ilin oktyabr ayının 15-də şəhəri osmanlılardan geri aldı. Bu böhranlı məqamda 

Osmanlı sultanı IIIMehmed (1595-1603) vəfat etmiş, taxta 21 dekabr 1603 tarixində 14 yaşlı 

I.Əhməd (1603-1617) yiyələnmişdi. 1612-ci ilin noyabr ayının 20-də daha bir Osmanlı-Səfəvi 

müharibəsi (1603-1612) sülh müqaviləsi ilə başa çatdı. Təqribən 22 il ərzində Osmanlı 

hakimiyyəti altında olmuş İrəvan əyaləti Səfəvi dövlətinin tərkibinə qaytarıldı. Qeyd edək ki, 

İrəvan  əyalətinin Osmanlı hakimiyyəti altında olduğu vaxt aparılan qeydiyyat nəticəsində 

1590-cı ildə  İrəvan  əyaləti müfəssəl tahrir dəftəri və 1595-ci ildə tamamlanan icmal dəftəri 

tamamlanmışdır. O illərdə  İrəvan  əyalətində yaşayan bütün kişi adları, bütün yaşayış 

məntəqələrinin adları, dəyirmanlar və əkin zəmiləri haqqında məlumatlar, bu əyalətdən çıxmış 

alimlər haqqında verilən ətraflı məlumatlar bu bölgənin Azərbaycanın ayrılmaz tərkib hissəsi 

olduğunu 420 il əvvəldən göstərən əhəmiyyətli dəlillərdir.  

 

 



NAXÇIVAN MUXTAR RESPUBLİKASININ TÜRKİYƏ 

CÜMHURİYYƏTİ İLƏ ƏLAQƏLƏRİN YARADILMASI NAXÇIVANIN 

BLOKADADAN ÇIXARILMASININ ƏSAS AMİLİ KİMİ 

(1990-1993-CI İLLƏR) 

 

Mehman ŞABANOV 

Naxçıvan Universiteti 



serxanoqlu@mail.ru 

AZƏRBAYCAN 

 

Nахçıvаnın çətin və mürəkkəb dövründə, еrmənilər tərəfindən işğаl təhlükəsi qаrşısındа 



qаldığı bir vaxtda Hеydər Əliyеvin Nахçıvаnа gəlişi müstəqillik uğrundа, vətənin tохunulmаz-

lığı nаminə еlliklə аyаğа qаlхmış nахçıvаnlılаrın mübаrizəsinə təkаn vеrdi, оnu yеni səviyyəyə 

yüksəltdi. Naxçıvanın ölkənin əsas hissəsi ilə təcrid olunaraq blokadaya alındığı ağır və məşəq-

qətli günlərini yaşadığı bir dövrdə Heydər Əliyevin gəlişi sözün əsl mənasında xalqın getdikcə 

sarsılan iradəsinin və müstəqillik arzularının yenidən dirçəlməsində müstəsna həlledici amil 

oldu. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə