Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə339/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   335   336   337   338   339   340   341   342   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1455



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

səhnələrə,  əsasən, Qobustan və  Kəlbəcər qayalarında rast gəlinir. Bu baxımdan Qobustanda 

Yazılıtəpədəki 32 №li daşda qeydə alınmış biçin səhnəsi olduqca maraqlıdır. Burada iki əlini 

yanlara doğru açmış, bir əlində isə oraq tutan insan təsvir olunur. Onun qarşısında taxıl 

zəmisi, ayaqlarının yanında sünbül nəzərə çarpır. Biçin səhnəsindəki taxılın darı olduğu 

güman edilir. Dizə qədər uzanan və beldən yığılma paltar geyinmiş insanın arxasında “gizlən-

miş” keçi, çox güman ki, məhsuldarlıq rəmzi kimi çıxış edir. Oxşar rəsmlərə Kəlbəcər qaya-

üstü təsvirlərində  də rast gəlinir. Ümumiyyətlə, Kəlbəcər təsvirlərinin müəyyən qismi əkin-

çilik təsərrüfatı ilə  əlaqədardır. Burada ayrı-ayrı daşlarda ibtidai şum alətləri ilə yerin şum-

lanması, taxılın biçilməsi və döyülməsi səhnələri, çiynində toxa tutmuş insanlar təsvir 

edilmişdir. Bu səhnələrin qeydə alındığı  əraziyə yaxın digər bir yerdə  aşkar edilmiş  qədim 

yaşayış yerində arxeoloji qazıntılar zamanı  əldə olunmuş tapıntılardan da bir qismi məhz, 

əkinçilik təsərrüfatı ilə bağlıdır. 

Göründüyü kimi, əcdadlarımızın təsərrüfat həyatının və onun inkişaf prosesinin izlənil-

məsində qayaüstü təsvirlərin rolu və əhəmiyyəti olduqca böyükdür. Belə ki, bu təsvirlərin etno-

qrafik tədqiqi qədim insan həyatının digər sahələrinin öyrənilməsinə də geniş imkanlar yaradır. 

 

 

TARİXİ ƏLYAZMA KİTABLARIN MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİNİN 

MÜASİR PROBLEMLƏRİ 

 

Qutiyera CƏFƏROVA  

Azərbaycan Milli Elmlər Akademiyası 

M.Füzuli adına Əlyazmalar İnstitutu 

AZƏRBAYCAN 



 

XXI  əsrin informasiya texnologiyalarının xarakterik inkişaf istiqamətləri içərisində 

müxtəlif növlü, tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcıları-

nın hazırlanması, sistemləşdirilməsi, mühafizəsi və  şəbəkə rejimində uzaq məsafədən istifa-

dəsi vacib yer tutur. Bütün bu istiqamətlər kompleks şəkildə elektron kitabxanaların yara-

dılmasında və elektron kitabxana-informasiya təminatının təşkilində ifadə olunur. Elektron 

resurslardan istifadənin təşkilində elektron kitabxana anlayışı ilə yanaşı elektron kataloq ilkin 

mərhələ kimi mühüm əhəmiyyətə malikdir. 

Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına  Əlyazmar  İnstitutunun zəngin 

əlyazma və nadir nəşrlər fondu cəmiyyətin informasiyalaşmasında və onun yeni inkişaf mər-

hələsinə doğru irəliləməsində əsas faktorlardan biri kimi kommunikasiyanın texniki vasitələri 

ilə birlikdə ölkənin bu sahədə əsas infrastrukturunu təşkil edir. Əlyazmalar fondundan istifadə 

və onun mühafizəsi sahəsində yeni intellektual və texniki əsaslarla optimal fəaliyyətin düzgün 

təşkili olmasa, respublikanın yeni informasiya birliyinə inteqrasiyası mümkün deyildir. 

Əlyazmalar fondunda xalqın, həmçinin Azərbaycanla sosial-iqtisadi, mənəvi, mədəni, 

coğrafi, tarixi əlaqələri olan dünya xalqlarının əsrlər boyu yığılan bilik və təcrübələri, milli-

mənəvi irsi toplanmışdır. Əlyzamar fondu bu sahədə informasiya resurslarının əsas mənbəyi-

dir. Cəmiyyətimiz gələcək nəsillər qarşısında dünya mədəni irsinin qorunub saxlanmasında 

məsuliyyət daşıyır. Ona görə də bu problem olduqca aktualdır.  

Ölkəmizin iqtisadi inkişaf mərhələsində  cəmiyyətimiz mədəni irs sayılan  əlyazmalar 

fondunun qiymətsiz olduğunu dərk etməyə başlamışdır.  Əlyazmalar fondunun mühafizəsini 

çox vacib olan sənədlərin bərpası kimi dərk etmək olmaz. Bu problem əlyazmalar fondunun 

mühafizəsinin sosioloji, kulturoloji və iqtisadi problemlərini əhatə edir. 

Əlyazmalar fondunun mühafizəsinə kompleks şəkildə yanaşmaq lazımdır. Burada həm 

profilaktik tədbirlər, həm bərpa tədbirləri nəzərdə tutulmalıdır. Bu məqsədlə “milli sərvət” sa-

yılan əlyazmalar fondunun tam şəkildə mühafizəsini təmin etmək üçün müvafiq layihə tərtib 




III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1456



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

edilmişdir. Layihəyə  əsasən  əlyazmalar fondunda aparılacaq işlər aşağıda qeyd olunan 

aspektləri əhatə edəcəkdir:  

1. Nadir və qiymətli nəşrlərin elektron kataloqunun yaradılması;  

2. Nadir və qiymətli nəşrlərin sığorta fondlarının, yekunda nadir nəşrlərin elektron ki-

tabxanasının yaradılması; 

3. Fondların mühafizə və bərpası ilə bağlı metodiki vəsaitlərin tərtibi; 

Layihənin hər bir bəndini ətraflı nəzərdən keçirək. 

Layihəyə əsasən yaradılacaq əlyazmalar fondunun elektron kataloqu Azərbaycan Elmlər 

Akademiyasının M.Füzuli adına  Əlyazmalar  İnstitutunun fondlarında saxlanılan bütün qiy-

mətli nəşrlərin qeydiyyatını aparmağa imkan yaradacaq. “Mədəni sərvət” sayılan qiymətli 

sənəd və kitabların qeydiyyatı aparılacaq. Bu elektron kataloqa kitabların biblioqrafik 

təsvirindən başqa yerləşdiyi fondun adı qeyd olunacaq. Beləliklə, nadir və qiymətli nəşrlərin 

mərkəzləşdirilmiş formada qeydiyyatı aparılacaq və nadir kitabların AMEA üzrə vahid 

məlumat bazası yaradılacaq. Bu bazanın beynəlxalq biblioqrafik standartlara əsasən tərtib 

edilməsi, vahid şəbəkə axtarışının aparılması da təmin ediləcək. Nadir və qiymətli nəşrlərin 

elektron kataloquna ilk növbədə daxil olunucaq: 

-   əlyazma və yüksək poliqrafik səviyyədə hazırlanmış kitablar; 

-   poliqrafik cəhətdən nəfis şəkildə hazırlanmış digər növ nəşrlər (Azərbaycan və xarici), 

 habelə yüksək estetik və sənəd keyfiyyəti olan kitablar; 

-   xüsusi elmi, tarixi, mədəni əhəmiyyət kəsb edən kitablar

-   görkəmli şəxsiyyətlərin xüsusi qeydləri olan nüsxələr; 

-   dünya əhəmiyyətli kitab abidələri, yəni bəşəriyyətin təşəkkülü və inkişafı üçün universal 

 

əhəmiyyət kəsb edən kitablar; 



-   ölkə əhəmiyyətli kitab abidələrinə, yəni müəyyən ölkənin, millətin tarixi-mədəni irsini 

 öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən kitablar; 

-   yerli  əhəmiyyətli kitab abidələri, yəni bu və ya digər etnik qrupların kompakt halında 

 yaşadığı əraziləri əhatə edən regionlar üçün əhəmiyyət kəsb edən kitablar və s. sənədlər; 

- vaxtı ilə çapı qadağan olunmuş xüsusi nəşrlər; 

-   qiymətli şəkillər, illüstrasiyalarla zəngin olan kitablar

-   köhnə dövri mətbuat nümunələri, nadir albomlar, notlar; 

-   ölçü və çəkisinə görə xüsusilə fərqlənən kitablar (miniatür və nəhəng kitablar).  

Nadir nüsxələrin hər biri haqqında tam şəkildə  məlumat olmadığından bu sənədlərin 

saxlama və istifadə prosesində itirilməsi riskini çoxaldır. Hal-hazırda  əlyazmalar fondunda 

müxtəlif dövrlərə aid kitablar saxlanılır. Bu sənədlərdə çox qiymətli informasiya cəmləşir, 

lakin çox zaman bu kitabların fiziki vəziyyəti heç də qənaətbəxş deyil. Onlardan bəziləri (düz-

gün istifadə, düzgün yerləşdirmə nəticəsində) ciddi mexaniki zədə, bəziləri saxlanma şəraiti-

nin standart göstəricilərə uyğun olmadığından bioloji zədə almış olurlar.  

Layihəyə  əsasən Nadir nəşrlərin toplu elektron kataloquna düşən sənədlərin kompleks 

şəkildə mühafizəsi təmin olunacaq, yəni bu kitabların elektron versiyası yaradılacaq, lazım 

gəldikdə, oxuculara təqdim olunacaq. Kitabın “orijinalı”, yəni əsli isə dezinfeksiya və bərpa-

dan sonra hazırlanmış mikroiqlimli konteynerlərə yerləşdirilərək öz kitabxana fondunda ör-

tülü şkaflarda mühafizə olunacaq. Nəticədə M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanı-

lan çox qiymətli nadir nüsxələrin elektron kitabxanaları yaradılacaq və oxucuların istifadəsinə 

veriləcək. 

Müasir dövrdə informasiya texnologiyaları bəşəriyyət tərəfindən tarix boyu əldə edilmiş 

informasiyanın geniş miqyaslı elektron formasına salınmasına imkan yaradır. Belə informasiya 

resurslarının yeni forması - elektron kitabxanalardır. Bu cür informasiya mənbələrindən istifa-

dənin təşkili elmin və  təhsilin informasiya xidmətinin  əsas məsələlərindən biridir. Beləliklə, 

milli elektron kitabxananın əsası qoyulur və elektron formada milli fond yaradılır. Milli elektron 

kitabxananın əsasını ilk növbədə əlyazmalar, XVIII – XX əsrlərə aid olan kitablar təşkil edəcək.  



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə