Microsoft Word 8 Azerb dili ve edebiyyati bolmesi


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə329/364
tarix04.07.2018
ölçüsü9,57 Mb.
#53273
1   ...   325   326   327   328   329   330   331   332   ...   364

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1435



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ QAFQAZDA GEDƏN  

PROSSESLƏRİN QAFQAZ BİRLİYİ İDEYASINA TƏSİRİ” 

 

Təhminə YARƏLIYEVA 

tahmina751@mail.ru 

AZƏRBAYCAN 



 

Qafqaz xalqlarının birliyi ideyasının ilk qığılcımları çar I Aleksandırın bölgədə sistemli 

və ardıcıl  şəkildə başlayan işğalları ilə alovlanmışdır. Hələ XVI əsrdən başlayaraq bu günə 

qədər davam edən rus siyasətinin ana xəttini  Şimali və  Cənubi Qafqazı, daha sonra İranı 

əsarət altına alaraq isti dənizlərə  çıxış  əldə etmək; erməniləri Qafqaza köçürərək, orada çar 

Rusiyasına dayaq ola biləcək sədaqətli bir xristian (erməni) icması formalaşdırmaq təşkil 

edirdi. Qafqazın Rusiya tərəfindən işğalından sonra imperiya bölgənin siyasi, iqtisadi və 

mədəni həyatını tamamilə nəzarət altına almaq məqsədilə bütün potensialını səfərbər etdi. Bir 

tərəfdən əsrlər boyu formalaşmış mənəvi dəyərlərin ortadan qaldırmasına, digər tərəfdən isə 

imkan daxilində yerli əhalinin xristian təəssübkeşliyi ruhunda olmasına xüsusi yer verilirdi. 

Bölgənin sosial-etnik tərkibinin dəyişdirilməsi, məqsədyönlü  şəkildə milli şüurun 

zəiflədilməsi, milli kimliyin və əsrlərlə bərqərar olmuş mənəvi dəyərlərin unutdurulması isti-

qamətində atılan addımlar bir qayda olaraq güclünün haqlı olması və yaxud milli-dini ayrıseç-

kilik prinsipini əsas alırdı. Milli inkişafın önünə ağlasığmaz sədlər çəkilir, “parçala və hökm 

sür” siyasətilə daxili çəkişmələrə, geri qalmışlıq psixologiyasının formalaşmasına cəhd edilir-

di. XIX yüzilliyin əvvəllərindən 1870-ci illərə  qədər uzanıb gedən fasiləsiz Rusiya-Qafqaz 

döyüşləri göstərirdi ki, eyni, həmdə çox güclü təcavüzükara qarşı ancaq birlikdə vuruşmaq, 

onun zülmündən əlbir fəaliyyət nəticəsində qurtulmaq mümkündür. 

İşğaldan sonra tətbiq edilmiş müstəmləkə xarekteli üsul idarəsi sayəsində Çarizm yerli 

bəy və ağaları dövlət idarəçiliyindən uzaqlaşdırıb, sosial dayaq yaratmaq uğrunda siyasət yü-

rütməyə başladı. Bütün Transqafqazda çox ağır bir durumla qarşılaşan senatorlar Rusiyanın 

Ədliyyə Nazirinə ünvanladıqları müraciətdə “... müsəlman  əyalətlərinin idarə olunmasını 

nəzərdən keçirdikdə rəislərin azğınlığı və əhalinin çəkdiyi iztirablardan insan sarsıntı keçirir. 

Burada insan ləyaqəti artıq bütünlüklə ayaq altına atılmış, hər cür qanunçuluq unudulmuş, 

qanun yalnız əsarət alətinə çevrilmiş, acgözlük və çılğın özbaşnalıq isə dairə rəisləri, komen-

dantlar, pristavlar və başqa ağalıq edən  şəxslərin davranışı üçün yönəldici amil olmuşdur”, 

deyərək vəziyyətin nə dərəcədə dözülməz olduğunu etiraf edirdilər. Qafqaz xalqları arasında 

baş vermiş milli toqquşmaların səbəbi məhz Çar Rusiyasının yeritdiyi üç millətinin sıx 

birləşmə tendensiyasına qarşı qoyma siyasəti ilə  əlaqələndirilirdi. Belə ki, yerlərdə  bəy və 

ağaların siyasi fəaliyyətinin qarşısını almaqla milli oyanış  hərakatının başlanmasını  ləngit-

məyə bir müddət arxa plana atılmasına nail olmuşdur. Ona görə  də, 1904-1905-ci illər rus 

inqilabından sonra məhz bu üç millətdə oyanış ruhu yüksəlmiş, həmdə onları  təmsil edən 

partiyaların sayı artmış, həm də köhnə partiya təşkilatları yeniləri ilə çulğulaşmışdı.  

Hələ XIX əsrin 30-cu illərində çəkəzlər öz milli qurultaylarını çağıraraq Qara dənizi ilə 

Xəzər dənizi arasında bütün 4 milyonluq Dağlılar istiqlalarını dünyaya elan edilmiş Çeçe-

nistanda Dağıstanda qanlı döyüşlərin getdiyi bir vaxtda Qafqaz xalqlarının birliyi fikri ortaya 

atılmışdır. 

Qafqaz xalqlarının o zaman düşdükləri vəziyyət doğurudanda acınacaqlı idi. Rus impe-

ralizmi yüzlərlə bir məkanda yaşamış, eyni adət-ənənəni və ümumi psixologiyanı paylaşan 

xalqlar arasında nifaq salmaq üçün bütün növ vasitələrdən istifadə etmişdi

.

 Müstəmləkəçiliyin 



sədaqətli müttəfiqi rolunda çıxış edən xristianlıq, xüsusilə də onun pravoslav qolu geniş təbliğ 

edilirdi. Bunun ən bariz örnəyini “Bütpərəstlik kimi, İslamın da yalançı din olduğunu” iddia 

edən rus pravoslav kilisəsinin rus çarları və onların ailə üzvləri tərəfindən himayə edilməsində 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1436



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

görmək mümkündür. Bölgədə imperiya üçün ciddi təhlükə olan müridizm hərəkatına qarşı 

Azərbaycanda  şiəliyi ön plana çıxarılaraq Qafqaz müsəlmanlarının vahid cəbhədə birləşmə-

sinə mane olunmağa çalışılırdı. İmperiya bu yolla milli dirçəlişə və azadlıq hərəkatına zərbə 

vurmaq məqsədi güdürdü. Lakin milli azadlıq mübarizəsi, vətənsevərlik, millətçilik duyğusu 

elə bir şeydir ki, onun başqa adı olmur. Müxtəlif cərəyanlar, təşkilatlar, hərəkatlar, siyasi 

quruluşlar ötüb keçə bilər, amma qanla, təfəkkürlə doğulan millətçilik duyğuları ölməzdir. 

İnqilablar, cəmiyyət dəyişikləri ziyalıların dünyagörüşündə böyük dönüş yaratdı.  

I Rus inqilabı dövründə Qafqazın elecədə Azərbaycanın bir çox ziyalısı, xalqın azadlıq 

mübarizəsinə qoşulmuşdur. Onlar bu dövrdə Çar hökümətinə, zəhmətkeşlərin mənafeyini 

müdafiə edən bir sıra petisiyalar yazmış, iclas yığıncaq mitinqlər keçirmişdirlər. Məmməd 

Əmin Rəzulzadənin 1902-ci ildə qurmuş olduğu Müsəlman Gənclik Təşkilatı Azərbaycanda 

Çar Rusiyasına qarşı qurulmuş gizli təşkilat idi. 

Ə. Topçubaşov hesab edirdi ki, Zaqafqaziya ərazisində başlamış azadlıq ideyaları bu 

regionun  əhalisinə xüsusən Azərbaycan türklərinə  və gürcülərə  təsir göstərmiş, bu xalqların 

tarixi talehlərinin vahidliyini sübüt edərək onları əhəmiyyətli dərəcədə bir-birinə yaxınlaşdır-

mışdır. Məhz həmin  əsrdə müstəmləkə sisteminin dağılması  və iflası, müstəmləkəçilikdən 

azad olmuş xalqların müasir inkişaf istiqamətləri seçməsi, bütün sahələrdə siyasi irticanın 

qüvvətlənməsi Zaqafqaziya xalqlarının dircəlişini sürətləndirdi. 

1905-ci il “17 oktyabr Manifesti” və digər azadlıqlar haqqındakı sənədlər qafqaz xalq-

ları ilə milli burjuaziya arasında canlanma yaratmışdır. Müsəlman – türk burjuaziyası, torpaq 

sahibləri və ruhanilər müəyyən güzəştlər əldə etməyə çalışırdılar. İnqilabın qarşısınında müt-

ləqiyyətin devrilməsi və respublika elan edilməsi, mülkədar torpaq sahibliyinin ləğvi, demok-

ratik hüquq və azadlıqların elan edilməsi kimi mühüm vəzifələr dururdu. 

Birinci dünya müharibəsi ərəfəsində Tobcubaşov konfederasiyanı Rusiya imperiyasının 

Qafqaz xalqları arasında düşmənçilik toxumu səpmək cəhdlərinin qarşısının alınmasının  ən 

səmərəli yolu hesab etmişdir.  

Rusiyanın Birinci Dünya müharibəsində iştirakı ona uğursuzluqlar gətirdi. 1916-cı ilin 

axırı 1917-ci ilin əvvəllərində inqilabi hadisələr geniş vüsət aldı. Rusiyada siyasi böhranın 

başlıca məsələsi olan hakimiyyət problemini əsasən 3 siyasi cəbhənin: Çar mütləqiyyətinin, 

liberal burjuaziyasının və demokratik qüvvələrin mübarizəsi həll edirdi. Kapitalizm böhranın 

əsas əlamətləri ilə yaranan ziddiyyətlər, bununla bərabər Birinci dünya müharibəsinin ağırlığı 

Fevral burjua inqilabının gerçəkləşməsinə  gətirib çıxartdı. Çar Rusiyası dövründə quberni-

yalara bölünərək idarə olunan Qafqazda 1917-ci ilin Fevral inqilabı  nəticəsində rejimin 

devrilməsi və yeni müstəqil dövlətlərin ortaya çıxması “Azad Qafqaz” düşüncəsinin yenidən 

aktuallaşdırmışdı. 1918-ci ildə bölgədə ortaya çıxan  ərazi iddiaları  və qarşıdurmaların dinc 

yolla həllini təmin etmək məqsədi ilə “Qafqaz Evi” qurma təklifi ilə gündəmə gətirilmişdir.  

Qafqaz ölkələri arasında ideyanı daha çox dəstəkləyən Azərbaycan dövləti idi. Əlmər-

dan bəy Topşubaşov çıxışlarının birində deyir: “Rusiya dağıldıqdan sonra Qafqaz respublika-

ları-Gürcüstan, Ermənistan Azərbaycan və Şimali Qafqaz xalqları bir konfrans yaratmalıdır. 

İsveçrə konfransına bənzər bir konfrans...” Artıq bu dövrdə İnkişaf etmiş dövlətlər qonşuluq 

əlaqələri ilə yanaşı bölgənin problemlərinin həll edilməsi istiqamətində siyasi birliklərə  də 

başlamışdır. 

“Qafqaz Birliyi” ideyasının yarandığı tarixi şəraitdən bu günə  qədər təxminən iki yüz 

illik inkişaf yolu keçmişdir. Birlik ideyası bu güdə öz aktuallığını saxlamasına baxmayaraq 

yeni ideya deyil, XX əsrin əvvəllərində Qafqazda gedən prosseslərin təsiri ilə sülhün ümumi 

düşmənə qarşı mübarizədə birlik yaratmaq naminə meydana gəlmişdir. 1920-ci ildə Qafqaz-

dakı milli respublikaların devrilməsindən Qafqaz xalqları ikinci müstəqilliyini qazananadək 

uzun təkamül prossesi keçmiş, bu dövrdə zaman-zaman gündəmdə gələrək dolğun hala gəti-

rilmişdir. 




Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   364




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə