Microsoft Word 86 Agciyerden kenar verem 4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix21.03.2018
ölçüsü0,51 Mb.
#32986
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

24 

Yuxarıda göstərilən klinik formalardan ən çox təsadüf olunanı 

vərəm meningitidir. Vərəm meningiti vərəm ocaqlarından 

infeksiyanın beyin maddəsindən araxnoidal boşluğa yayılması 

nəticəsində inkişaf edir. 

Meningit.  Vərəm meningiti həm ağciyər vərəmindən sonra 

ikincili olaraq, həm də MSS-nin birincili zədələnməsi  şəklində 

inkişaf edə bilər. Xəstələr yoluxucu olmurlar. Beyin qişalarının 

iltihabı hiperhəssaslıq tipində inkişaf edərək onurğa beyni mayesində 

tipik dəyişikliklərin və ağır klinik əlamətlərin (huşun itməsi, epileptik 

tutmalar, kəllədaxili təzyiqin artması) meydana çıxmasına səbəb olur. 

Beyinin hörümçəyəbənzər qişasının iltihabı (araxnoidit) kəllə-beyin 

sinirlərinə və damarlarına yayılır, bu da öz növbəsində bu sinirlərin 

iflicinə və izafi miqdarda onurğa beyni mayesinin yığılmasına səbəb 

olur (hidrosefaliya). Beyin damarlarının zədələnməsi nəticəsində 

MSS-də ocaqlı funksional pozuntular meydana çıxır. Onurğa beyni 

araxnoiditi özünü onurğa beyninin zədələnməsi əlamətləri ilə büruzə 

verir: parezlər, ifliclər, çanaq orqanlarının funksional pozuntuları    

və s. Bunun əksinə olaraq beyinin tuberkuloması özünü MSS-nin 

həcmli dəyişiklikləri ilə büruzə verir. 

Klinik olaraq xəstəliyin ilkin mərhələsində ümumi zəiflik, baş 

ağrıları, davranışda dəyişikliklər kimi simptomlar müşahidə olunur. 

Xəstəlik inkişaf etdikdə baş  ağrıları güclənir və daimi xarakter alır, 

meningial simptomlar (ənsə əzələlərinin gərginliyi, müsbət Kerniq və 

Brudzinski simptomları  və s.), qusma, komatoz vəziyyət və ocaqlı 

nevroloji  əlamətlər meydana çıxır. Vərəm meningitinin atipik 

gedişatlı formalarına aiddir: 1) ani proqressivləşən (irinli meningiti 

xatırladır); 2) ləng inkişaf edən (bu forma çox vaxt səhv olaraq 

demensiya kimi qəbul edilir); 3) ensefalit sindromu üstünlük təşkil 

edən formalar. 

MSS-nin vərəmindən ölüm halları 5 yaşadək uşaqlar, 50 yaşdan 

yuxarı və xəstəliyin başlanğıcından 2 ay keçənədək adekvat müalicə 

almayanlar arasında yüksək səviyyədə müşahidə edilir. Vərəm 

əleyhinə preparatlardan izoniazidə qarşı davamlı VMB ştammları ilə 

yoluxmuş  xəstələr arasında bu klinik formalardan ölüm hallarına 

izoniazidə həssas xəstələrə nisbətən 2 dəfə artıq təsadüf edilir. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




25 

MSS vərəminin diaqnostikası 

 



Diaqnozun erkən qoyulması  və müalicəyə erkən başlamaq 

məqsədi ilə həkimlərin diqqətli və çox sayıq olması vacibdir 

 

Anamnez: xəstə ilə  təmas, spesifik profilaktikanın (KJB 



vaksinasiyasının), ötən tuberkulin ilə diaqnostikanın nəticəsi və 

ona müvafiq aparılan kimyəvi profilaktika diaqnostikada vacibdir 

 

Ümumi zəiflik, baş  ağrıları, hərarətin qalxması, davranış 



dəyişiklikləri kimi erkən simptomların müşahidə olunması vərəm 

meningitinə şübhə yaratmalıdır 

 

Kəskin ifadə olunmuş klinik əlamətlərin (daimi və  kəskin baş 



ağrıları, meningial simptomlar, qusma, komatoz vəziyyət və 

ocaqlı nevroloji simptomatika) meydana çıxması MSS-nin 

vərəmi haqqında düşünməyə imkan verir 

 



MSS-nin vərəminə  şübhə olan xəstələr sonrakı müayinə üçün 

ixtisaslaşmış müəssisələrə  həkim-nevropatoloqun nəzarətinə 

göndərilməlidir 

 



MSS-nin vərəminə  şübhə olan bütün xəstələrə mütləq qaydada 

başın kontrast MRT və  ya  KT  müayinəsi aparılmalıdır (bazal 

araxnoidit, baş beyin infarktı  və beyinin tuberkulomasını, 

hidrosefaliyanı vaxtında aşkarlamaq məqsədi ilə)  

 

Qeyri-invaziv metodlarla vərəmi inkar və ya təsdiq etmək 



mümkün olmadıqda onurğa beyninin punksiyası tövsiyə olunur: 

 



vərəm zamanı onurğa beyni mayesinin hüceyrə  tərkibi 

mülayim limfositar (100-500/mkl) xarakterli olur, lakin 

nəzərə almaq lazımdır ki, xəstəliyin erkən mərhələsində 

likvorun hüceyrə tərkibi neytrofil xarakterli ola bilər

18

 



 

OBM-də zülalın miqdarı artmış  olur:  yüngül  hallarda             

0,1-0,5 q/dl, ağır hallarda isə 2-6 q/dl-ə qədər yüksələ bilər 

 



araxnoidal blok zamanı mayenin rəngi sarı olur 

 



qlükozanın miqdarı 45 mq/dl-ə qədər azalır (2,5 mmol/l) 

 



OBM-nin VMB-yə mikroskopik müayinəsi mütləqdir. Ancaq  

bir mənfi cavab diaqnozu inkar etməyə  əsas vermir. Tədqiq 

olunan OBM-in miqdarı artırıldıqda və ya təkrari müayinələr 

aparıldıqda müayinənin həssaslığı yüksəlir

37

 



 

45-90% hallarda əkmə üsulu ilə VMB-nin aşkarlanması 

müsbət nəticələr əldə etməyə imkan verir 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




26 

 



“MSS-nin vərəmi” diaqnozunu inkar etmək üçün OBM-in 

PZR müayinəsi tövsiyə edilmir 

 

vərəm meningiti zamanı OBM-də ADA-nın səviyyəsi 



qalxdığı üçün bu testin aparılması məqsədəuyğundur 

MSS vərəminin müalicəsi 

 



Müalicəyə başlanmasının gecikdirilməsi bilavasitə  mənfi 

nəticələrə gətirib çıxarır 

 

Klinik, laborator və instrumental müayinələr MSS-nin vərəmi 



diaqnozunu təsdiq edən andan etibarən empirik kimyəvi 

terapiyaya başlamaq məsləhət görülür; müalicə rejimi: 

2SHREZ/1HREZ/9HRE (B)

80

 (Cədvəl 3

 

Əgər 2 həftə müddətində klinik, laborator və instrumental 



müayinələrlə  təsdiqlənmiş müsbət dinamika əldə edilməzsə, 

yuxarıda göstərilən müalicə rejiminə 2-ci sıradan 3 dərman 

vasitəsi: inyeksiya formasında (Km, Am, Cm), ftorxinolonlar 

(Lfx, Mfx) və tiamidlər (Eto, Pto) əlavə edilməlidir (5-ci bənd 

“Müalicənin ümumi prinsipləri”) (D)

80

 



 

DHT-nin nəticələri əldə edilərsə, empirik kimyəvi terapiya rejimi 



həssaslığın tipi nəzərə alınaraq dəyişilməlidir 

 



MSS vərəmindən ölüm hallarını  və geri dönməyən nevroloji 

ağırlaşmaların qarşısını almaq məqsədi ilə ilk 6-8 həftə  ərzində 

deksametazonun təyini məsləhət görülür: 

 



ağır və təxirəsalınmaz hallarda v/d yavaş şırınqa və ya damcı 

üsulu ilə və ya ə/d 4-20 mq gündə 3-4 dəfə olmaqla (gündəlik 

doza 80 mq-a qədər) təyin olunur, saxlayıcı  doza               

0,2-9 mq/gündə 3-4 gün ərzində, sonrakı  mərhələdə 

preparatın  per os  qəbulu tövsiyə edilir. Uşaqlara 

deksametazon ə/d 0,02776–0,16665 mq/kq hər 12-24 saatdan 

bir yeridilir. Deksametazon ilə müalicə dozanın tədricən 

azaldılması ilə  kəsilir (müalicənin sonunda bir neçə 

kortikotropin inyeksiyası təyin edilir) (A)

80

 



Miliar vərəm 

Miliar vərəm vərəmin kəskin proqressivləşən forması olub, xəstə 

insanın bədənində 

vərəm infeksiyasının geniş miqyaslı 

disseminasiyası ilə  səciyyəvidir. Vərəmin bu klinik forması  həm 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə