Microsoft Word 86 Agciyerden kenar verem 4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix21.03.2018
ölçüsü0,51 Mb.
#32986
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

32 

formalaşır. Bu zaman xayaların ölçüsünün böyüməsi də müşahidə 

edilə bilər. Digər simptomlardan spermatozoidlərin sayının azalması 

(oliqospermiya) aşkarlana bilər.  

Müalicə aparılmadıqda böyrək vərəmi pionefrozla və sidikçıxarıcı 

funksiyaların bir və ya hər iki böyrək tərəfindən itirilməsi ilə 

nəticələnə bilər. Eyni nəticə sidik kisəsinin büzüşməsi və sidik 

axarlarının çapıqlaşması zamanı müşahidə oluna bilər. Buna görə də 

ACKV-nin bu formasının vaxtında başlanmış  və düzgün müalicəsi 

xəstəliyin proqnozunu təyin edir.

 

Qadın cinsiyyət üzvlərinin vərəmi 

Qadın cinsiyyət üzvlərinin vərəmi  əsasən sonsuzluğa görə 

aparılan diaqnostik müayinələr zamanı  aşkarlanır. Vərəmin bu 

formasına 7-15% hallarda təsadüf edilir

62

. Adətən, bu zaman 



zədələnmə prosesi uşaqlıq borularının selikli qişasından başlayaraq 

müsariqəyə, endometriuma, yumurtalıqlara, uşaqlıq boynuna və 

uşaqlıq yoluna yayılır.  Bu  proses  həm simptomsuz, həm də  kəskin 

iltihab əlamətləri ilə inkişaf edə bilər. Xəstəliyin fəal fazasında çanaq 

nahiyəsində ağrılar, dismenoreya, vaginal qanaxmalar kimi əlamətlər 

müşahidə edilə bilər. Qadınlarda cinsi orqanların vərəminin 

diaqnostikasında yaranan problemlər bakterioloji müayinələrin 

informativliyinin və tuberkulin sınaqlarının spesifikliyinin aşağı 

səviyyədə olması ilə  əlaqədardır. Eləcə  də bu xəstəliyin 

diaqnostikasında rentgenoloji müayinə (histerosalpinqoqrafiya) və 

USM kifayət qədər effektli deyil

69

. Diaqnostik metodlardan ən 



informativ olan uşaqlıq daxilindən götürülmüş nümunələrin PZR 

müayinəsidir

34



Adətən, bu klinik formaların müalicəsində kimyəvi terapiya yaxşı 



effekt verir və cərrahi müdaxiləyə nadir hallarda ehtiyac olur. Lakin 

bir çox hallarda səmərəli terapiya nəticəsində belə fertil funksiyanı 

bərpa etmək mümkün olmur. Bu hallarda alternativ müalicə kimi 

ekstrakorporal mayalanma tətbiq edilməlidir

7



 



 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




33 

Urogenital orqanların vərəminin diaqnostikası  

 



VMB-nin və onların dərmanlara həssaslığının təyin edilməsi 

məqsədilə aparılan bakterioloji müayinələr (sidiyin, uşaqlıq 

daxilindən götürülmüş nümunələrin): 

 



səhər sidiyin 3 porsiyasının mikroskopiyası və əkilməsi 

 



sidiyin, sidik və cinsi yollardan götürülmüş möhtəviyyatların 

qeyri-spesifik bakterial infeksiyalara görə əkilməsi  

 

bakterioloji müayinələr informativ olmadıqda VMB-ni 



aşkarlamaq məqsədi ilə PZR müayinəsi aparılmalıdır 

 



leykositlərin (piuriya) və eritrositlərin (hematuriya) təyini ilə 

sidiyin ümumi müayinəsi 

 

urogenital sistemin rentgenoloji müayinəsi (KT, ekskretor, 



retroqrad uroqrafiya, histerosalpinqoqrafiya daxil olmaqla), MRT 

 



urogenital sistemin USM-i 

 



böyrəklərin ekskretor funksiyasının müayinəsi (biokimyəvi, 

rentgenoloji, USM-funksional testlər) 

 

yuxarıda göstərilən müayinələr informativ olmadıqda və 



diaqnostikada  şübhələr yaranan hallarda böyrəklərin, sidik 

kisəsinin və cinsi orqanların biopsiyası  və alınan materialın 

sonrakı sitoloji, histoloji və bakterioloji müayinəsini aparmaq 

tövsiyə olunur 



Urogenital orqanların vərəminin müalicəsi  

 



Urogenital orqanların (kişilərdə genital orqanların vərəmi istisna 

olmaqla) vərəminin müalicəsi zamanı 1-ci rejim təyin olunur: 

2HREZ/4HRE (B)

80

(Cədvəl 3



 

Kişilərdə ayrıca genital orqanların vərəminin müalicəsi 8 aylıq 



kimyəvi terapiya rejimi: 2 SHREZ/1HRE/5HRE tövsiyə edilir (B)

80

 



 

VMB-nin DHT-nin aparılması hallarda empirik kimyəvi terapiya 



rejimi DHT nəzərə alınmaqla dəyişdirilməlidir (Cədvəl 3

 



Cərrahi müdaxiləyə göstəriş olduğu hallarda bu müdaxilələrin 

spektri (nefrostomiya, sidik axarlarının stendləşdirilməsi, 

nefrektomiya, sidik yollarında, sidik kisəsində plastik 

əməliyyatların aparılması) zədələnmələrin xarakterindən asılı 

olaraq seçilir. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




34 

Mədə-bağırsaq sistemi vərəmi 

Mədə-bağırsaq vərəminə bağırsaqların, müsariqənin və 

mezenterial limfa düyünlərinin vərəmi aiddir. Digər qarın boşluğu 

orqanlarının vərəmi (qaraciyər, dalaq, böyrəküstü vəzilər) bir qayda 

olaraq miliar vərəmin təzahürü kimi qiymətləndirilir. Mədə-bağırsaq 

traktının vərəmi VMB ilə yoluxmuş bəlğəmin udulması nəticəsində, 

eləcə  də hematogen yayılma və qonşu orqanlardan kontakt vasitəsi 

ilə yarana bilər

50

. Bu zaman çox hallarda bağırsaqların divarında 



xoralar, bəzi hallarda isə selikli qişada induratlar (xorasız düyünlər) 

əmələ gəlir.  

Mədə-bağırsaq sisteminin vərəmi  ən çox ileosekal bucaqda və 

nazik bağırsağın acı  (



jejunum

) hissəsinin qalca (



ileum

) hissəsinə 

keçən nahiyəsində lokalizə olunur. Xəstələr qarında ağrıdan, 

diareyadan, arıqlamadan, hərarətin qalxmasından  şikayət edirlər. 

Qarının palpasiyası  ağrının artması, melena və rektal qanaxmalara 

gətirə bilər. Palpasiya zamanı 25-50% hallarda qarının sağ  aşağı 

kvadrantında bərk kütlələr aşkar olunur. Mədə-bağırsaq sistemi 

vərəminin inkişafı stenoz, bağırsağın perforasiyası, daxili və xarici 

fistulların  əmələ  gəlməsi kimi ağırlaşmalar ilə nəticələnə bilər. Düz 

bağırsağın spesifik prosesə  cəlb olunması  nəticəsində anal çatlar, 

pararektal abseslər, fistullar formalaşır. Barium ilə aparılan kontrast 

rentgenoqrafik müayinələrdə  və ya kolonoskopiya zamanı 

bağırsaqların divarlarında xoralar, strikturalar olması, kor bağırsağın 

deformasiyası, ileosekal klapan çatışmazlığı, eləcə  də fistullar 

aşkarlana bilər. Qarın boşluğunun KT müayinəsi isə bağırsaqdan 

xaricdə müsariqədə  və mezenterial limfa vəzilərində olan 

zədələnmələri aşkarlamağa imkan verir. 

Bağırsaq vərəmi ilə Kron xəstəliyinin diferensasiyasını edərkən 

çox diqqətli olmaq lazımdır, belə ki, diaqnostikada olan səhvlər 

nəticəsində immunosupressiv terapiyanın aparılması  vərəm 

prosesinin kəskin proqressivləşməsinə  və disseminə olunması ilə 

nəticələnir. Dəqiq diaqnostika kolono- və ya laporoskopik 

müayinələr zamanı əldə edilmiş bioptatların histoloji və bakterioloji 

(bakterioskopik və  əkmə) müayinələrinə  əsaslanır. Diferensial 

diaqnostika, eləcə  də amöbiaz, bədxassəli törəmələr, iersinioz və 

aktinomikozlarla aparılmalıdır.  

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə