Microsoft Word 86 Agciyerden kenar verem 4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix21.03.2018
ölçüsü0,51 Mb.
#32986
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

27 

birincili vərəmdə, həm də ikincili vərəm formalarında reaktivasiya 

nəticəsində inkişaf edə bilər. Miliar vərəmin inkişafına bir neçə 

faktorun təsiri məlumdur: erkən uşaq yaşları, qeyri-kafi qidalanma, 

İİV-ə yoluxma, alkoqolizm, şəkərli diabet, xronik böyrək 

çatışmazlığı, postqastroektomik sindrom, orqan transplantasiyası, 

birləşdirici toxumanın sistem xəstəlikləri, hamiləlik, zahılıq dövrü, 

bədxassəli şişlər, silikoz və s. İİV-ə yoluxmuş şəxslərdə miliar vərəmlə 

xəstələnmə 3 dəfə çox təsadüf edir ki, bu da vərəmin immun 

sisteminin çatışmazlığı ilə əlaqədar olduğunu sübut edir. Miliar vərəm 

immunosupresiv terapiya (kortikosteroidlərin, sitostatiklərin, şişlərin 

nekroz faktoru inhibitorları-alfa qəbulu) fonunda da inkişaf edə bilər. 

Bəzi tibbi manipulyasiyalardan sonra xəstələrdə miliar vərəmlə 

xəstələnmə hadisələri məlumdur. Bunlara sidik kisəsinin 

kateterizasiyası, ekstrakorporal litotripsiya, ürək klapanlarının 

protezləşdirilməsi, sidik kisəsi xərçənginin müalicəsi məqsədi ilə 

KJB vaksininin sidik kisəsi daxilinə yeridilməsi aiddir. 

 

Şəkil 1. Miliar vərəm zamanı müxtəlif orqanların zədələnmə tezliyi 

(Sharma SK, Mohan A, Sharma A. Challengers in the diagnosis & treatment of 

military tuberculosis. Indian J Med Res. 2012 May; 135 (5): 703-30

Miliar vərəm üçün yüksək hərarət, titrəmə, gecə  tərləmələri, 

iştahanın və  çəkinin azalması kimi klinik simptomlar səciyyəvidir. 

Bu və ya digər orqanın zədələnməsindən asılı olaraq ümumi 

simptomlara yerli simptomlar da qoşulur (Şəkil 1). Miliar vərəmin     

10-30% hallarında vərəm meningiti aşkar edilir.

 

 Miliar vərəmin tez 



proqressivləşən və ildırımvari formaları septiki şok, kəskin tənəffüs 

distress-sindromu, poliorqan çatışmazlığı ilə müşaiyət olunur. Miliar 

vərəm üçün plevrit, pnevmotoraks, kəskin böyrək çatışmazlığı, 

kəskin qaraciyər çatışmazlığı, ürək-qan-damar sistemi tərəfindən: 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




28 

miokardit, durğunluqla müşahidə edilən ürək çatışmazlığı, endo- və 

perikardit ürəkdaxili tromboz, aortanın anevrizması, antiretrovirus 

terapiyası fonunda immunitetin bərpasının iltihabi sindromu kimi

 

fəsadlar səciyyəvidir.  



Ağciyərin rentgenoqramlarında 85% hallarda diffuz interstisial 

dəyişikliklər fonunda çoxsaylı kiçik, 2-3 mm diametrli ocaqlar aşkar 

olunur. Qarın boşluğu orqanlarının USM-də lakunar assit, qaraciyər 

və dalağın ocaqlı zədələnməsi, adneksit, mezenterial limfa vəzlərinin 

böyüməsi və bağırsaqlararası soyuq abseslər aşkar olunur. Laborator 

müayinələrdə normoxrom anemiya, leykopeniya, yaxud leykositoz, 

EÇS artması və hiponatriemiya kimi dəyişikliklər müşahidə edilir

39



Ağciyər vərəmindən və ağciyərdənkənar orqanların vərəminin digər 

formalarından fərqli olaraq miliar vərəm üçün tuberkulin sınaqlarının 

anergiyası  səciyyəvidir, belə ki, 20-75% hallarda Mantu sınağının 

nəticəsi mənfi olur

73

. Diaqnozu dəqiqləşdirmək üçün aparılan digər 



müayinələrə  bəlğəmin, bronxoalveolyar lavajın, mədənin yuyuntu 

sularının müayinəsi, onurğa beyninin punksiyası  və onurğa beyni 

mayesinin, qanın (VMB-ni aşkarlamaq üçün) əkmə üsulu ilə 

müayinəsi, qaraciyər və sümük iliyinin biopsiyası, eləcə  də göz 

dibinin müayinəsi aiddir. 

Müalicənin gecikdirilməsi yüksək ölüm səviyyəsinə  gətirib 

çıxarır. Hətta vərəm  əleyhinə terapiya fonunda miliar vərəmi olan 

xəstələr arasında letallığın səviyyəsi uşaqlarda 15-20%, böyüklər də 

isə 25-30%-ə çatır. 

Miliar vərəmin diaqnostikası 

Ümumi praktika həkimləri ümumi simptomlar müşahidə edilən 

xəstələr arasında miliar vərəmi vaxtında aşkarlamaq üçün son dərəcə 

diqqətli olmalıdırlar. Əlavə amillər müşahidə edildiyi hallarda (yerli 

simptomlar, risk faktorları, immunosupressiv terapiya) isə bu diqqət 

daha da artırılmalıdır. 



 Miliar 

vərəmin diaqnostika metodları: 

 



Qanın müayinəsi zamanı hematoloji və biokimyəvi 

dəyişikliklərin təyini: 

 

hipoplastik anemiya 



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




29 

 



pansitopeniya, o cümlədən limfositopeniya  

 



hiponatriemiya (antidiuretrik hormonun funksiyasının 

pozulması nəticəsində inkişaf edir və xəstəliyin proqnozunun 

qeyri-kafi olmasına dəlalət edir) 

 



hepatotoksik təsiri nəticəsində bilirubinin və qaraciyər 

transaminazalarının səviyyəsinin artması 

 

böyrəklərin ifrazetmə funksiyasının göstəriciləri olan 



kreatinin və sidik turşusunun qanda səviyyəsinin artması 

 



Rentgenoqramda (KT-yə üstünlük verilməklə) ağciyərlərdə 

interstisial dəyişikliklər fonunda xarakterik miliar ocaqların olması 

 

Yerli simptomlar aşkar olunduqda müvafiq orqanların və 



sistemlərin instrumental müayinəsi (KT, MRT, PET, USM) 

 



İİV infeksiyasına görə müayinə  

 



Damarlı qişada ocaqlı dəyişiklikləri aşkarlamaq məqsədi ilə göz 

dibinin müayinəsi 

 

Bəlğəmin bakterioloji müayinəsi, VMB-nin aşkar edilməsi və 



onların dərmanlara həssaslığının təyin edilməsi üçün diaqnostik 

bronxoskopiya 

 

Yuxarıda göstərilən metodlar diaqnozu dəqiqləşdirmək üçün 



kifayət etməzsə, aşağıdakı müayinələr aparılmalıdır:  

 



plevra, perikard və qarın boşluğundan alınan ekssudatın 

sitoloji, biokimyəvi və bakterioloji müayinəsi 

 

periferik, döş  qəfəsidaxili, mezenterial limfa düyünlərindən, 



ağciyərlərdən, dəridən, qaraciyərdən və sümük iliyindən 

alınmış bioptatların sitoloji, histoloji və bakterioloji 

müayinəsi  

 



nevroloji simptomlar müşahidə edilərsə KT və MRT 

müayinələrində patoloji dəyişikliklər aşkar ediləcəyi təqdirdə 

onurğa beyni mayesinin sitoloji, biokimyəvi və bakterioloji 

müayinəsi aparılmalıdır.  



 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə