Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   20   21   22   23   24   25   26   27   28

 

47 


Azərbaycan  Respublikası  ərazisində  və  Azərbaycan  Respublikasından  kənarda  bağlanmış 

nikahın  etibarsız  sayılması  bu  Məcəllənin  146  və  148-ci  maddələrinə  uyğun  olaraq  nikahın 

bağlanmasında tətbiq olunmuş qanunvericiliklə müəyyən edilir. 

Maddə 150. Nikahın pozulması  

150.1.  Azərbaycan  Respublikasından  kənarda  Azərbaycan  Respublikası  vətəndaşları  ilə 

əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  arasında,  eləcə  də  Azərbaycan  Respublikasının 

vətəndaşları  arasında  bağlanan  nikahın  Azərbaycan  Respublikasında  pozulması  Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

150.2.  Azərbaycan  Respublikasından  kənarda  yaşayan  Azərbaycan  Respublikası  vətəndaşı 

Azərbaycan  Respublikasından  kənarda  yaşayan  əri  (arvadı)  ilə  bağladığı  nikahı  onun 

vətəndaşlığından  asılı  olmayaraq  Azərbaycan  Respublikasının  məhkəmələrində  poza  bilər. 

Nikahın  müvafiq  icra  hakimiyyəti  orqanında  pozulmasına  Azərbaycan  Respublikasının 

qanunvericiliyi  ilə  yol  verilirsə,  həmin  nikah  Azərbaycan  Respublikasının  diplomatik 

nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər. 

Maddə 151. Ər-arvadın şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələri  

151.1.  Ər-arvadın  şəxsi  qeyri-əmlak  və  əmlak  hüquq  və  vəzifələri  ərazisində  birgə 

yaşadıqları  ölkənin  qanunvericiliyi  ilə  müəyyənləşir,  həmin  ölkədə  onların  birgə  yaşayış  yeri 

olmadıqda,  ər-arvad  axırıncı  dəfə  hansı  ölkənin  ərazisində  birgə  yaşayıblarsa,  həmin  ölkənin 

qanunvericiliyi ilə müəyyən edilir. Birgə yaşayış yeri olmayan ər-arvadın şəxsi qeyri-əmlak və 

əmlak  hüquq  və  vəzifələri  Azərbaycan  Respublikası  ərazisində  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilir. 

151.2.  Ər-arvadın  ümumi  vətəndaşlığı  və  birgə  yaşayış  yerləri  olmazsa,  onların  aliment 

tutulması  barədə  sazişdəki  və  ya  nikah  müqaviləsindəki  hüquq  və  vəzifələrinin 

müəyyənləşdirilməsi  üçün  tətbiq  olunan  qanunvericiliyi  özləri  seçə  bilərlər.  Ər-arvad  belə 

razılıq əldə etməyiblərsə, aliment tutulması barədə sazişə və nikah müqaviləsinə bu Məcəllənin 

151.1-ci maddəsi tətbiq edilir. 

Maddə 152. Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılması  

152.1. Atalığın (analığın) müəyyənləşdirilməsi və buna dair mübahisə açılması üçün uşağın 

anadan olmağa görə və vətəndaşı sayıldığı ölkənin qanunvericiliyi tətbiq edilir. 

152.2.  Azərbaycan  Respublikasında  atalığın  (analığın)  müəyyənləşdirilməsi  və  buna  dair 

mübahisə  açılması  qaydası  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilir. 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  atalığın  (analığın)  müvafiq  icra  hakimiyyəti 

orqanında 

müəyyənləşdirilməsinə 

yol 

verilirsə, 



uşağın 

valideynləri 

Azərbaycan 

Respublikasında  yaşamırlarsa  və  onlardan  heç  olmazsa  biri  Azərbaycan  Respublikasının 

vətəndaşıdırsa,  onların  atalığı  (analığı)  müəyyənləşdirmək  üçün  Azərbaycan  Respublikasının 

diplomatik nümayəndəliyinə və ya konsulluq idarəsinə müraciət etmək hüququ var. 

Maddə 153. Valideynlərin və uşaqların hüquq və vəzifələri  

Valideynlərin  və  uşaqların  hüquq  və  vəzifələri,  o  cümlədən  valideynlərin  uşağı  saxlamaq 

vəzifəsi  onların  birgə  yaşadıqları  ölkənin  qanunvericiliyinə  uyğun  müəyyənləşdirilir.  Əgər 

uşaqlarla  ata-ananın  birgə  yaşayış  yeri  yoxdursa,  uşaqların  və  ata-ananın  hüquq  və  vəzifələri 

uşağın  vətəndaşı  olduğu  ölkənin  qanunvericiliyi  ilə  müəyyənləşdirilir.  Aliment  öhdəliklərinə 



 

48 


və  valideynlərlə  uşaqlar  arasında  digər  münasibətlərə,  iddiaçının  tələbi  ilə,  ərazisində  uşaq 

daimi yaşayan ölkənin qanunvericiliyi tətbiq oluna bilər. 

Maddə 154. Yetkinlik yaşına çatmış şəxslərin və başqa ailə üzvlərinin aliment vəzifələri  

Ailə  üzvlərinin  aliment  vəzifələri  ərazisində  birgə  yaşadıqları  ölkənin  qanunvericiliyi  ilə 

müəyyənləşdirilir. Birgə yaşayış yeri olmayan ailədə iddiaçı yaşadığı ölkənin qanunvericiliyinə 

uyğun olaraq aliment alır. 

Maddə 155. Övladlığa götürmə  

155.1.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə 

tutulmuş  hallar  istisna  olmaqla,  Azərbaycan  Respublikasının  ərazisində  əcnəbilər  və  ya 

vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşağı 

övladlığa  götürmə  və  ya  övladlığa  götürmənin  ləğvi  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

155.2.  Azərbaycan  Respublikasının  ərazisində  əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxs 

tərəfindən  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaq,  övladlığa  götürənin  ölkəsinin 

(daimi  yaşadığı  ölkənin)  qanunvericiliyinə  uyğun  olaraq  övladlığa  götürüldükdə,  həmin 

ölkənin  qanunvericiliyi  ilə  yanaşı,  bu  Məcəllənin  66.6-cı,  117-119-cu  -cu  və  122—124-cü 

maddələrinə də əməl olunmalıdır.

xxxiii[33]

 

155.3.  Azərbaycan  Respublikasının  ərazisində  xarici  vətəndaş  olan  uşaq  Azərbaycan 



Respublikasının  vətəndaşı  tərəfindən  övladlığa  götürüldükdə,  buna  uşağın  qanuni 

nümayəndəsinin  və  uşağın  vətəndaşı  olduğu  dövlətin  səlahiyyətli  orqanının,  eləcə  də  həmin 

dövlətin qanunvericiliyi ilə tələb olunduqda uşağın özünün razılığını almaq zəruridir. 

155.4.  Uşağın  Azərbaycan  Respublikasının  qanunvericiliyi  və  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrlə  müəyyən  edilmiş  hüquqları  övladlığa  götürmə  nəticəsində  pozula  bilərsə, 

övladlığa  götürmə,  övladlığa  götürənin  vətəndaşlığından  asılı  olmayaraq,  həyata  keçirilə 

bilməz, həyata keçirilmiş övladlığa götürmə isə məhkəmə qaydasında ləğv olunmalıdır. 

155.5.  Övladlığa  götürənin  vətəndaşı  olduğu  dövlətin  səlahiyyətli  orqanı  tərəfindən 

Azərbaycan Respublikasının xaricdə yaşayan uşağını övladlığa götürməsi o şərtlə Azərbaycan 

Respublikasında  etibarlı  hesab  edilir  ki,  buna  Azərbaycan  Respublikasında  müvafiq  icra 

hakimiyyəti orqanından əvvəlcədən müvafiq razılıq alınsın.

xxxiv[34]

 

Maddə 156. Xarici ölkələrin ailə hüquq normalarının məzmununun müəyyən edilməsi  



156.1.  Xarici  ölkələrin  ailə  hüquq  normaları  tətbiq  edilərkən  məhkəmə  və  ya  müvafiq  icra 

hakimiyyəti orqanı, yaxud başqa müvafiq təşkilatlar bu normaların məzmununu müvafiq xarici 

dövlətdəki rəsmi şərhi tətbiqi təcrübəsinə uyğun olaraq müəyyənləşdirir. 

156.2.  Bu  normaların  məzmununu  müəyyənləşdirmək  məqsədi  ilə  məhkəmə,  vətəndaşlıq 

vəziyyəti  aktlarının  dövlət    qeydiyyatını  aparan  orqan  və  sair  orqanlar  müvafiq  icra 

hakimiyyəti orqanına və başqa orqanlara (ekspertlərə) müraciət edə bilərlər.

xxxv[35]

 

156.3.  Maraqlı  tərəflər  öz  tələblərini  əsaslandırmaq  üçün  istinad  etdikləri  xarici  ailə 



normalarının  məzmununu  təsdiq  edən  sənədləri  məhkəməyə  və  müvafiq  icra  hakimiyyəti 

orqanlarına təqdim etmək hüququna malikdirlər. 

156.4.  Xarici  ölkələrin  ailə  hüquq  normalarının  məzmunu  bu  Məcəllənin  156.1—156.3-cü 

maddələrinə  uyğun  müəyyən  edilməzsə,  Azərbaycan  Respublikasının  qanunvericiliyi  tətbiq 

edilir. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə