Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   2   3   4   5   6   7   8   9   ...   28

 

və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması 



prinsiplərinə uyğun həyata keçirilir. 

2.3.  Nikah  kişi  ilə  qadının  ailə  qurmaq  məqsədilə  müvafiq  icra  hakimiyyəti  orqanında 

qeydiyyata alınan könüllü ittifaqıdır. 

2.4.  Nikaha  daxil  olarkən  və  ailə  münasibətlərində  sosial,  irqi,  milli,  dini  və  dil 

mənsubiyyətinə  görə  vətəndaşların  hüquqlarının  hər  hansı  formada  məhdudlaşdırılması 

qadağandır. 

2.5.  Ailənin  başqa  üzvlərinin  və  digər  vətəndaşların  mənəviyyatının,  sağlamlığının, 

hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə vətəndaşların ailədəki hüquqları 

yalnız qanun əsasında məhdudlaşdırıla bilər. 

Maddə 3. Bu Məcəllənin vəzifələri  

3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: 

3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması; 

3.0.2.  ailə  münasibətlərinin  qadın  və  kişinin  könüllü  nikah  ittifaqı,  bütün  ailə  üzvlərinin 

maddi  mülahizələrdən  azad  olan  qarşılıqlı  məhəbbəti,  dostluğu  və  hörmət  hissləri  əsasında 

qurulması; 

3.0.3.  ailədə  uşaqların  ictimai  tərbiyə  ilə  üzvi  əlaqədar  şəkildə  vətənə  sədaqət  ruhunda 

tərbiyə edilməsi; 

3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının 

təmin edilməsi; 

3.0.5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması; 

3.0.6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi. 

Maddə 4. Ailə münasibətlərinə mülki qanunvericiliyin tətbiqi  

Bu  Məcəllənin  2-ci  maddəsində  göstərilən  ailə  üzvləri  arasında  ailə  qanunvericiliyi  ilə 

tənzimlənməyən  əmlak  və  şəxsi  qeyri-əmlak  münasibətlərinə  mülki  qanunvericiliyin  ailə 

münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. 

Maddə  5.  Ailə  qanunvericiliyinin  və  mülki  qanunvericiliyin  ailə  münasibətlərinə 

analogiya üzrə tətbiqi  

Ailə  üzvləri  arasında  yaranan  münasibətlər  ailə  qanunvericiliyi  və  ya  tərəflər  arasındakı 

sazişlə  tənzimlənmədikdə  və  həmin  münasibətləri  bilavasitə  tənzimləyən  mülki  hüquq 

normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri 

tənzimləyən  ailə  və  (və ya)  mülki hüquq  normaları  tətbiq  olunur.  Bu normalar  olmadıqda  isə 

ailə  üzvlərinin  hüquq  və  vəzifələri  ailə  qanunvericiliyinin  və  mülki  qanunvericiliyin  ümumi 

prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. 

 

2-ci fəsil 



AİLƏ HÜQUQLARININ HƏYATA KEÇİRİLMƏSİ VƏ MÜDAFİƏSİ 

Maddə 6. Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi  

6.1. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa 

qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. 




 

6.2.  Ailənin  bir  üzvü  öz  hüquqlarını  həyata  keçirərkən  və  vəzifələrini  yerinə  yetirərkən 



ailənin  başqa  üzvlərinin  və  digər  vətəndaşların  hüquqlarını,  azadlıqlarını  və  qanuni 

mənafelərini pozmamalıdır. 

Maddə 7. Ailə hüquqlarının müdafiəsi  

Ailə  hüquqları  məhkəmələr,  bu  məcəllədə  nəzərdə  tutulmuş  hallarda  müvafiq  icra 

hakimiyyəti  və  digər  dövlət  orqanları  tərəfindən  qanunvericilikdə  müəyyən  olunmuş  qayda 

müdafiə olunur. 

Maddə 8. Ailə münasibətlərinə iddia müddətinin tətbiqi  

8.1.  Pozulmuş  hüquqların  müdafiəsi  üçün  bu  Məcəllədə  müəyyən  olunmuş  müddətlər 

istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. 

8.2.  İddia  müddətini  müəyyən  edən  normaların  tətbiqi  zamanı  məhkəmə  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur. 

 

İKİNCİ BÖLMƏ 



 NİKAHIN BAĞLANMASI VƏ NİKAHA XİTAM VERİLMƏSİ 

3-cü fəsil 

NİKAHIN BAĞLANMA QAYDASI VƏ ŞƏRTLƏRİ 

Maddə 9. Nikahın bağlanma qaydası  

9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin 

bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.

 

ii[2]


 

9.2. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. 

9.3. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün 

bağlana bilər. 

9.4.  Ər-arvadın  hüquq  və  vəzifələri  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  nikahın 

bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

 

iii[3]



 

9.5.  Müvafiq  icra  hakimiyyəti  orqanı  nikahın  qeydiyyatından  imtina  etdikdə  nikaha  daxil 

olmaq  istəyən  şəxslər  (onlardan  biri)  inzibati  qaydada  və  (və  ya)  məhkəməyə  şikayət  edə 

bilərlər.

iv[4]

 

Maddə 10. Nikahın yaşı  



10.1.  Azərbaycan  Respublikasında  nikah  yaşı  kişilər  üçün  18  yaş,  qadınlar  üçün  17  yaş 

müəyyən olunur. 

10.2.  Üzürlü  səbəblər  olduqda,  nikaha  daxil  olmaq  istəyən  və  nikah  yaşına  çatmamış 

şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 

ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 

Maddə 11. Nikahın bağlanma şərtləri  

11.1.  Nikahın  bağlanması  üçün  nikaha  daxil  olan  şəxslərin  yazılı  razılığı  və  onların  nikah 

yaşına çatmaları zəruridir. 




 

11.2. Bu  Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 



Maddə 12. Nikahın bağlanmasına mane olan hallar  

12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 

12.0.1.  yaxın  qohumlar  (valideynlər  və  uşaqlar,  baba-nənə  və  nəvələr,  doğma  və  ögey 

(ümumi ata və anası olan) qardaş və bacılar); 

12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 

12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 

12.0.4.  ikisindən  biri  və  ya  hər  ikisi  ruhi  xəstəlik  və  ya  kəmağıllıq  nəticəsində  məhkəmə 

tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. 

Maddə 13. Nikaha daxil olan şəxslərin tibbi müayinəsi  

13.1.  Nikaha  daxil  olan  şəxslərin  tibbi  müayinəsi,  habelə  tibbi-genetik,  tibbi-psixoloji  və 

ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki 

dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. 

v[5]

 

13.2. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. 



13.3.  Nikaha  daxil  olan  şəxslərdən  biri  özündə  dəri-zöhrəvi  xəstəliyinin  və  insanın 

immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) olmasını o birindən gizlətdikdə, digər 

tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. 

 

4-cü fəsil 



NİKAHA XİTAM VERİLMƏSİ 

Maddə 14. Nikaha xitam verilməsinin əsasları  

14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam 

verilir. 

14.2.  Ərin  (arvadın)  və  ya  onların  hər  ikisinin  ərizəsi  əsasında,  eləcə  də  məhkəmə 

qaydasında  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilən  ərin  (arvadın)  qəyyumunun  ərizəsi 

əsasında nikaha xitam verilə bilər. 

Maddə 15. Ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması  

Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın 

razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. 

Maddə 16. Nikaha xitam verilməsi qaydası  

Nikaha  xitam  verilməsi  müvafiq  icra  hakimiyyəti  orqanı,  bu  Məcəllənin  19—21-ci 

maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. 

Maddə 17. Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi  

17.1.  Ər-arvadın  yetkinlik  yaşına  çatmayan  ümumi  uşaqları  olmadıqda,  nikaha  onların 

razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə