Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   2   3   4   5   6   7   8   9   ...   28

 

17.2.  Yetkinlik  yaşına  çatmayan  ümumi  uşaqlarının  olmasından  asılı  olmayaraq  ərin 



(arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti 

orqanında aparılır: 

17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 

17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qəbiliyyəti olmayan hesab edildikdə; 

17.2.3.  ər  (arvad)  cinayət  törətməyə  görə  ən  azı  3  il  müddətinə  azadlıqdan  məhrum 

olunduqda. 

(Çixarılıb)

vi[6]


 

17.4. Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 

Maddə  18.  Müvafiq  icra  hakimiyyəti  orqanında  nikahın  pozulması  zamanı  ər-arvad 

arasında yaranan mübahisələrə baxılması  

Ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin 

(arvadın)  saxlanması  üçün  vəsait  ödənilməsi  haqqında,  eləcə  də  tərəflərdən  biri  məhkəmədə 

fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum 

edildikdə,  habelə  tərəflər  arasında  uşaqlar  barədə  yaranan  mübahisələrə  müvafiq  icra 

hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır. 

Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması  

19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın 

yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı 

olmadıqda nikah məhkəmə qaydasında pozulur. 

19.2.  Ər-arvadın  razılığı  olduqda,  lakin  onlardan  biri  müvafiq  icra  hakimiyyəti  orqanında 

nikahın  pozulmasından  yayındıqda  (ərizə  verməkdən  imtina  etdikdə,  nikahın  pozulmasının 

dövlət  qeydiyyatı  üçün  gəlmədikdə  və  s.)  nikahın  pozulması  məhkəmə  qaydasında  həyata 

keçirilir. 

Maddə 20. Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması  

20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə 

tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 

20.2.  Tərəflərdən  birinin  nikahın  pozulması  haqqında  razılığı  olmadıqda,  məhkəmə  ər-

arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda 

və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 

Maddə  21.  Ər-arvadın  qarşılıqlı  razılığı  olduqda  nikahın  məhkəmə  qaydasında 

pozulması  

21.1.  Yetkinlik  yaşına  çatmayan  ümumi  uşaqları  olan  ər-arvadın  nikahın  pozulmasına 

qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah 

onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 

21.2.  Ər-arvad  bu  Məcəllənin  22.1-ci  maddəsinə  uyğun  olaraq  uşaqları  barədə  sazişi 

baxılmaq  üçün  məhkəməyə  təqdim  etmək  hüququna  malikdirlər.  Bu  saziş  olmadıqda  və  ya 

həmin  saziş  uşaqların  maraqlarını  pozduqda  məhkəmə  bu  Məcəllənin  22.2-ci  maddəsində 

nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. 



 

21.3.  Nikahın  məhkəmə  qaydasında  pozulması  ər-arvadın  bu  barədə  ərizə  verdikləri 



gündən 1 aydan tez olmayaraq həyata keçirilir. 

Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi 

məsələlər  

22.1.  Nikah  məhkəmə  qaydasında  pozularkən,  ər-arvad  məhkəməyə  yetkinlik  yaşına 

çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti 

olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və 

ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 

22.2.  Bu  Məcəllənin  22.1-ci  maddəsində  göstərilən  məsələlər  üzrə  ər-arvad  arasında  saziş 

olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 

22.2.1.  boşanmadan  sonra  yetkinlik  yaşına  çatmayan  uşaqların  valideynlərindən  hansının 

yanında qaldığını müəyyən etməli; 

22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən 

etməli; 

22.2.3.  ər-arvadın  (onlardan  birinin)  tələbi  ilə  onların  birgə  mülkiyyətində  olan  əmlakın 

bölgüsünü aparmalı; 

22.2.4.  ərindən  (arvadından)  saxlanması  üçün  vəsait  almaq  hüququna  malik  olan  arvadın 

(ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 

22.3.  Əmlak  bölgüsü  üçüncü  şəxsin  mənafeyinə  toxunduqda,  məhkəmə  əmlak  bölgüsü 

haqqında tələbi ayrıca icraata ayıra bilər. 

Maddə 23. Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı  

23.1.  Nikah  müvafiq  icra  hakimiyyəti  orqanında  pozulduqda  pozulmanın  dövlət 

qeydiyyatına  alındığı  gündən,  məhkəmə  qaydasında  pozulduqda  isə  bu  barədə  məhkəmənin 

qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 

23.2.  Nikahın  məhkəmə  qaydasında  pozulması  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət 

qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. 

23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 

gün  müddətində  məhkəmə  bu  qətnamədən  çıxarışı  müvafiq  icra  hakimiyyəti  orqanına 

göndərməyə borcludur. 

23.4.  Ər  (arvad)  nikahın  pozulması  haqqında  şəhadətnaməni  alana  qədər  yenidən  nikaha 

daxil ola bilməz. 

Maddə 24. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda 

nikahın bərpası  

24.1.  Ölmüş  elan  edilən  və  ya  itkin  düşmüş  hesab  edilən  ər  (arvad)  gəlib  çıxdıqda 

məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında 

onların birgə ərizəsinə əsasən bərpa oluna bilər. 

24.2. Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz. 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə