Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   20   21   22   23   24   25   26   27   28

 

51 


 

22-ci fəsil 

DOĞUMUN QEYDƏ ALINMASI 

Maddə 166. Doğumun qeydə alınması qaydası  

166.1.  Doğumun  qeydiyyatı  uşaqların  doğulduğu  yerdə  və  ya  valideynlərin,  yaxud 

onlardan birinin yaşadığı yerdə aparılır. 

166.2.  Doğum  haqqında  yazılı  və  ya  şifahi  məlumatlar  valideynlər  və  ya  onların  biri 

tərəfindən  verilir,  valideynlər  xəstə  olduqda,  öldükdə  və  ya  başqa  səbəblərə  görə  onların 

məlumat  verməsi  mümkün  olmadıqda,  məlumat  qohumlar,  qonşular,  uşağın  doğulduğu  tibb 

müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. 

166.3. Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər. 

Maddə 167. Doğum haqqında məlumatın verilməli olduğu müddət  

Doğum  haqqında  məlumat  uşağın  doğulduğu  gündən  ən  geci  3  ay  ərzində,  uşaq  ölü 

doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. 

Maddə 168. Doğum haqqında qeydiyyat  

168.1.  Doğum  haqqında  qeydiyyatda  uşağın  adı,  atasının  adı  və  soyadı,  habelə  onun 

valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü  maddələrinə uyğun yazılır.

xli[41]


 

168.2. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. 

Maddə 169. Uşaq doğulanadək ölmüş atanın qeydiyyatı  

Uşaq,  onun  anası  ilə  qeydə  alınmış  nikahda  olmuş  şəxsin  ölümündən  sonra  doğulduqda, 

ölmüş  şəxs  doğum  haqqında  qeydiyyata  və  şəhadətnaməyə  bu  şərtlə  uşağın  atası  kimi  yazıla 

bilər  ki,  göstərilən  şəxsin  ölümü  günündən  uşağın  doğulduğu  günədək  10  aydan  çox  vaxt 

keçməsin. 

Maddə  170.  Nikah  pozulduqdan  və  ya  etibarsız  hesab  edildikdən  sonra  anadan  olan 

uşağın doğulmasının qeydə alınması  

Nikah  dövründə  ana  bətninə  düşmüş,  lakin  nikah  pozulduqdan  və  ya  etibarsız  hesab 

edildikdən  sonra  anadan  olmuş  uşağın  doğulmasının  qeydiyyatı,  nikahın  pozulduğu  və  ya 

etibarsız  hesab  edildiyi  gündən  uşağın  doğulduğu  günədək  10  aydan  çox  keçməmişdirsə, 

valideynləri nikahda olan uşağın doğulmasının qeydiyyatı qaydasında aparılır. 

 

23-ci fəsil 



NİKAHIN QEYDƏ ALINMASI 

Maddə 171. Nikaha daxil olmaq arzusu haqqında ərizə  

Nikaha  daxil  olmağı  arzu  edənlər  nikaha  daxil  olanlardan  və  ya  onların  valideynlərindən 

birinin  seçdiyi  hər  hansı  bir  müvafiq  icra  hakimiyyəti  orqanına  bu  barədə  şəxsən  yazılı  ərizə 

verirlər.  Ərizədə  nikaha  daxil  olmaq  üçün  bu  Məcəllənin  12-ci  maddəsində  nəzərdə  tutulmuş 



 

52 


maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı 

olduğu göstərilməlidir. 

Maddə  172.  Nikaha  daxil  olanların  öz  hüquq  və  vəzifələri  ilə  tanış  edilməsi,  nikahın 

qeyd gününün təyin olunması  

172.1.  Ərizəni  qəbul  etmiş  müvafiq  icra  hakimiyyəti  orqanı  nikaha  daxil  olanları  nikahın 

qeyd  olunması  şərtləri  və  qaydası  ilə  tanış  etməyə,  bu  şəxslərin  bir-birinin  səhhəti  və  ailə 

vəziyyəti  haqqında  xəbərdar  olduqlarını  yəqin  etməyə,  habelə  gələcək  ər-arvad  və  valideyn 

kimi onlara hüquqlarını və vəzifələrini izah etməyə, eləcə də nikaha daxil olmaqla maneələrin 

gizlədilməsi üçün məsuliyyət daşıdıqları haqqında onları xəbərdar etməyə borcludur. 

172.2.  Nikahın  qeydiyyatının  günü  və  saatı  nikaha  daxil  olan  şəxslərlə  razılaşdırılaraq  bu 

Məcəllənin 9-cu maddəsi ilə nəzərdə tutulmuş müddətlərə əməl etməklə ərizə verilən gündən 1 

ay  tez  olmayaraq  təyin  edilir.  Nikahın  qeydiyyatı  günü  təyin  edilərkən  nikaha  daxil  olanlar 

nikahı təntənəli şəraitdə bağlamaq arzusunda olub-olmadıqlarını bildirirlər. 

Maddə 173. Nikahın qeyd edilməsinə maneələr olduğu haqqında ərizənin yoxlanması  

Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələr 

olduğu haqqında müvafiq icra hakimiyyəti orqanına ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, 

ərizə  verənə  isə  ərizəni  təsdiq  edən  sənədli  sübutlar  təqdim  olunması  üçün  1  aydan  çox 

olmayaraq  vaxt  verilir.  Müəyyən  edilmiş  müddətdə  əsaslı  sübutlar  təqdim  olunmazsa,  nikah 

haqqında qeydiyyat aparıla bilər. 

Maddə 174. Nikahın qeydə alınması  

Nikahın  qeydə  alınması  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  nikaha  daxil  olan 

şəxslərin iştirakı ilə aparılır.

 

xlii[42]


 

Maddə 175. Nikah haqqında şəhadətnamənin verilməsi  

Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. 

 

24-ci fəsil 



ÖVLADLIĞA GÖTÜRMƏNİN QEYDƏ ALINMASI 

Maddə 176. Övladlığa götürmənin qeydə alınmasının yeri və qaydası  

176.1.  Övladlığa  götürmə  barədə  qeydiyyat  övladlığa  götürmə  haqqında  məhkəmə 

qətnaməsinə  əsasən  bu  barədə  qətnamənin  cıxarılmadığı  yer  üzrə  müvafiq  icra  hakimiyyəti 

orqanında aparılır.

 

xliii[43]



  

176.2. Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni 

qüvvəyə  mindiyi  gündən  ən  geci  1  ay  ərzində  övladlığa  götürməni  müvafiq  icra  hakimiyyəti 

orqanında qeyd etdirməyə borcludurlar.

 

xliv[44]


 

Maddə  177.  Övladlığa  götürülənin  doğulması  haqqında  akt  yazılarına  dəyişikliklər 

edilməsi  

Övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə, habelə 

övladlığa  götürülənin  adı  dəyişdirilərsə  və  ya  övladlığa  götürənlər  övladlığa  götürülənin 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə