Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 

43 


136.1.  Qəyyumluq  və  himayə  valideynlərini  itirmiş  uşaqlara  (bu  Məcəllənin  114.1-ci 

maddəsi)  onların  saxlanması,  tərbiyə  olunması,  təhsil  alması,  habelə  onların  hüquq  və 

vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 

136.2.  Qəyyumluq  14  yaşınadək,  himayəçilik  14  yaşından  18  yaşınadək  olan  uşaqlar 

üzərində təyin edilir. 

136.3.  Uşaqlara  qəyyumluq  və  himayə  təyin  edilməsi  və  bunun  xitamı  Azərbaycan 

Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. 

Maddə 137. Uşaqların qəyyumu (himayəçisi)  

137.1.  Yalnız  yetkinlik  yaşına  çatmış  və  tam  fəaliyyət  qabiliyyəti  olan  şəxslər  qəyyum 

(himayəçi) təyin edilirlər. 

137.2.  Uşaqlara  qəyyum  (himayəçi)  təyin  edilərkən  qəyyumun  (himayəçinin)  əxlaqı  və 

başqa  cəhətləri,  onun  qəyyumluq  (himayə)  vəzifəsini  yerinə  yetirə  bilməsi,  onun  və  ailəsinin 

uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır. 

137.3.  Alkoqolik  və  narkomanlar,  qəyyumluq  (himayə)  vəzifələrini  icra  etməkdən 

kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, 

əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə 

etmək  vəzifəsini  həyata  keçirə  bilməyən  şəxslər  (bu  Məcəllənin  120.1.1—120.1.5-ci  maddələri) 

qəyyum (himayəçi) ola bilməzlər. 

Maddə  138.  Tərbiyə,  müalicə  və  əhalinin  sosial  müdafiəsi  müəssisələrində  yerləşən 

uşaqlar üzərində qəyyumluq (himayə) təyin edilməsi  

138.1.  Tam  dövlət  himayəsində  olmaqla  tərbiyə,  müalicə  və  əhalinin  sosial  müdafiəsi 

müəssisələrində  yerləşən  uşaqlara  qəyyum  (himayəçi)  təyin  olunmur.  Bu  vəzifə  həmin 

müəssisələrin rəhbərliyinə həvalə edilir. 

138.2.  Uşaqların  müvəqqəti  olaraq  belə  müəssisələrə  yerləşdirilməsi  qəyyumların 

(himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırmır. 

138.3.  Qəyyumluq  və  himayə  orqanları  uşağın  bu  Məcəllənin  138.1-ci  maddəsində 

göstərilən müəssisələrdə saxlanmasına, tərbiyə və təhsilinə daimi nəzarət edir. 

138.4.  Bu  Məcəllənin  138.1-ci  maddəsində  göstərilən  müəssisələrin  məzunlarının 

hüquqlarının qorunması qəyyumluq və himayə orqanına həvalə edilir. 

Maddə 139. Qəyyumluqda (himayədə) olan uşaqların hüquqları  

139.0.  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  nəzərdə  tutulan  hallar  istisna 

olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, aşağıdakı hüquqlara malikdirlər: 

139.0.1.  qəyyumun  (himayəçinin)  ailəsində  tərbiyə  almaq,  onlardan  qayğı  almaq,  qəyyum 

(himayəçi) ilə birlikdə yaşamaq; 

139.0.2.  onların  saxlanması,  tərbiyəsi,  təhsili,  hərtərəfli  inkişafı  və  insan  ləyaqətinə  hörmət 

edilməsi üçün şəraitlə təmin olunmaq; 

139.0.3. onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq; 

139.0.4. yaşadıqları ev (mənzil) üzərində mülkiyyət hüququnu və ya ondan istifadə etmək 

hüququnu saxlamaq, ev (mənzil) olmazsa, mənzil qanunvericiliyinə uyğun mənzil almaq; 

139.0.5.  bu  Məcəllənin  51-ci  maddəsinə  uyğun  qəyyumun  (himayəçinin)  sui-istifadə 

hərəkətlərindən müdafiə olunmaq; 



 

44 


139.0.6.  bu  Məcəllənin  50-ci  və  52-ci  maddələri  ilə  nəzərdə  tutulmuş  hüquqlardan  istifadə 

etmək. 


Maddə  140.  Valideyn  himayəsindən  məhrum  olub  tərbiyə,  müalicə  və  əhalinin  sosial 

müdafiəsi müəssisələrində qalan uşaqların hüquqları  

140.1.  Valideyn himayəsindən  məhrum  olub,  tərbiyə,  müalicə  və  əhalinin  sosial  müdafiəsi 

müəssisələrində və digər analoji müəssisələrdə qalan uşaqlar aşağıdakı hüquqlara malikdirlər; 

140.1.1.  saxlanılmaq,  tərbiyə  və  təhsil  almaq,  hərtərəfli  inkişaf  etmək,  ləyaqətinə  hörmət 

görmək və maraqlarını təmin etmək; 

140.1.2. onlara düşən pensiya, müavinət və başqa sosial ödənişləri almaq; 

140.1.3. mənzil (ev) sahəsi üzərində mülkiyyət hüququnu, mənzildən (evdən) istifadə etmək 

hüququnu  saxlamaq,  mənzili  (evi)  olmazsa,  mənzil  qanunvericiliyinə  uyğun  mənzil  sahəsi 

almaq; 


140.1.4.  qeyd  edilən  müəssisələrdən  qayıtdıqdan  sonra  Azərbaycan  Respublikasının  əmək 

qanunvericiliyinə uyğun olaraq işə düzəlməkdə güzəştlərdən istifadə etmək. 

140.2.  Valideyn  himayəsini  itirmiş,  göstərilən  təşkilatların  himayəsində  olan  uşaqlar  bu 

Məcəllənin 50—52-ci maddələrində göstərilən hüquqlara malikdirlər. 

Maddə 141. Uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifələri  

141.1. Uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının 

qeydinə qalmaq uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir. 

141.2.  Qəyyumluqda  (himayədə)  olan  uşağın  qəyyumunun  (himayəçisinin)  qəyyumluq  və 

himayə  orqanlarının  tövsiyələrini  və  uşağın  rəyini  nəzərə  almaqla,  onun  tərbiyə  üsullarını 

sərbəst  müəyyənləşdirmək  hüququ  vardır.  Qəyyum  (himayəçi)  uşağın  rəyinə  uyğun  olaraq 

onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini və təhsilin formasını seçmək hüququna 

malikdir, uşağın ümumi orta təhsil almasını təmin etməlidir. 

141.3.  Qəyyumluqda  (himayədə)  olan  uşağı  hər  hansı  təşkilat,  şəxs  və  ya  yaxın  qohum 

qanuni  əsas  olmadan  saxlayarsa,  qəyyumun  (himayəçinin)  məhkəmə  yolu  ilə  uşağın 

qaytarılmasını tələb etmək hüququ var. 

141.4.  Uşağın  valideynləri,  yaxın  qohumları  ilə  ünsiyyət  uşağın  maraqlarına  cavab 

vermədiyi hallardan başqa, qəyyumun (himayəçinin) uşağın onlarla ünsiyyət saxlamasına icazə 

verməmək hüququ yoxdur. 

141.5.  Qəyyumun  (himayəçinin)  mülki  hüquq  və  vəzifələri  Azərbaycan  Respublikasının 

Mülki Məcəlləsi ilə müəyyən edilir. 

141.6.  Uşağa  qəyyumluq  (himayəçilik)  vəzifəsi  təmənnasız  yerinə  yetirilməlidir.  Hər  ay 

uşağın  qəyyumuna  (himayəçisinə)  onun  saxlanması  üçün  dövlət  tərəfindən  təyin  edilmiş 

maddi vəsait verilir. 

Maddə 142. Himayədar ailənin yaranması  

142.1. Himayədar ailə uşağı tərbiyə olunmaq üçün vermə müqaviləsi əsasında yaranır. Bu 

müqavilə qəyyumluq və himayə orqanı ilə himayədar valideynlər (uşağı tərbiyə olunmaq üçün 

ailəyə  götürmək  arzusunda  olan  ər-arvad  və  ya  ayrı-ayrı  vətəndaşlar)  arasında  bağlanır. 

Himayədar  ailəyə  tərbiyə  üçün  yalnız  yetkinlik  yaşına  çatmamış  uşaq  və  yalnız  müqavilə  ilə 

nəzərdə tutulmuş müddətə verilə bilər. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə