Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 

37 


19-cu fəsil 

ÖVLADLIĞA GÖTÜRMƏ 

Maddə 117. Övladlığa götürülməsinə yol verilən uşaqlar  

117.1.  Övladlığa  götürməyə  yetkinlik  yaşına  çatmayanlar  barəsində  və  yalnız  onların 

mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra 

yol verilir.

xxiv[24]

 

117.2. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. 



117.3.  Ər  (arvad)  özünün  nikahdan  olmayan  uşağını  və  ya  arvadının  (ərinin)  uşağını 

övladlığa götürə bilər. 

117.4.  Uşağın  mənafeyinə  cavab  verən  hallar  istisna  olmaqla,  qardaş  və  bacıların  müxtəlif 

şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. 

117.5.  Əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  uşaqların  övladlığa 

götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan 

Respublikası  vətəndaşlarının  ailələrinə  tərbiyəyə  vermək  mümkün  olmadıqda  və  ya 

vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, 

babaları,  valideynlərinin  bacıları,  qardaşları,  onların  övladları)  övladlığa  götürmədikdə  icazə 

verilir.


xxv[25]

 

117.6.  Uşaqlar  Azərbaycan  Respublikasından  daimi  olaraq  kənarda  yaşayan  Azərbaycan 



Respublikası  vətəndaşlarına,  uşaqların  qohumu  olmayan  əcnəbilərə  və  vətəndaşlığı  olmayan 

şəxslərə bu Məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq ümumi uçota götürüldüyü gündən 6 

ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər.

xxvi[26]


 

117.7.  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaqların  əcnəbilər  və  ya  vətəndaşlığı 

olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı 

əsasında yol verilir.

xxvii[27]

 

Maddə 118. Övladlığa götürmə qaydası  



118.1. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə 

əsasında  məhkəmə  tərəfindən  həyata  keçirilir.  Məhkəmədə  övladlığa  götürmə  barədə  işə 

müvafiq  icra  hakimiyyəti  orqanının  iştirakı  ilə  mülki  prosessual  qanunvericilikdə  nəzərdə 

tutulmuş xüsusi icraat qaydasında baxılır. 

118.2.  Övladlığa  götürənlərin  və  övladlığa  götürülən  uşaqların  hüquq  və  vəzifələri 

məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni 

qüvvəyə mindiyi gündən yaranır. 

118.3. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 

3  gün  müddətində  bu  qətnamədən  çıxarışı  müvafiq  icra  hakimiyyəti  orqanına  göndərməyə 

borcludur. 

118.4. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün 

müəyyən olunmuş qaydada qeydiyyata alınır. 

118.5. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsilə övladlığa 

götürmək yolverilməzdir. 

118.6. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir. 

118.7. Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan 

şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənlərə hüquqi yardım akkreditə 

edilmiş orqan tərəfindən həyata keçirilir. 




 

38 


118.8.  Akkreditə  edilmiş  orqan  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir.


xxviii[28]

 

Maddə  119.  Övladlığa  götürülən  uşaqların  və  övladlığa  götürməyi  arzu  edən  şəxslərin 



uçotu  

119.1.  Övladlığa  götürülən  uşaqların  uçotu  bu  Məcəllənin  115.5-ci  məddəsində  müəyyən 

olunmuş qaydada həyata keçirilir. 

119.2.  Uşaqları  övladlığa  götürməyi  arzu  edən  şəxslərin  uçotu  müvafiq  icra  hakimiyyəti 

orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 

119.3.  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaqların  övladlığa  götürülməsini  arzu 

edən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  uçotu  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən aparılır. 

Maddə 120. Övladlığa götürmək hüququ olan şəxslər  

120.1.  Aşağıdakılar  istisna  olmaqla,  hər  iki  cinsdən  olan  yetkinlik  yaşına  çatmış  şəxslər 

övladlığa götürən ola bilərlər: 

120.1.1.  məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  məhdud  fəaliyyət 

qabiliyyətli hesab edilən şəxslər; 

120.1.2. məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik 

hüquqları məhdudlaşdırılmış şəxslər; 

120.1.3.  qanunla  üzərinə  qoyulan  vəzifəni  yerinə  yetirmədiyinə  görə  qəyyum  və  ya 

himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər; 

120.1.4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər; 

120.1.5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər. 

120.2.  Övladlığa  götürməyə,  qəyyumluğa  və  himayəyə  qəbul  etməyə  imkan  verməyən 

xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

120.3. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. 

Maddə 121. Övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi  

121.1. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 

16-dan  az  olmamalıdır.  Məhkəmə  tərəfindən  üzürlü  hesab  edilən  səbəb  olduqda,  yaş  fərqi 

qısaldıla bilər. 

121.2.  Ögey  ata  (ögey  ana)  uşağı  övladlığa  götürəndə  bu  Məcəllənin  121.1-ci  maddəsində 

nəzərdə tutulmuş yaş fərqinin olması tələb edilmir. 

Maddə 122. Uşağın övladlığa götürülməsinə valideynlərin razılığı  

122.1.  Valideynləri  olan  uşaq  bu  Məcəllənin  123-cü  maddəsində  göstərilənlər  istisna 

olmaqla,  yalnız  valideynlərinin razılığı  ilə  övladlığa  götürülə  bilər.  Yetkinlik  yaşına  çatmayan 

valideynlərin  uşaqlarının  övladlığa  götürülməsi  zamanı  həmin  valideynlərin  qəyyumlarının 

(himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda 

isə  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  tələb  olunur.  Uşaqlarının  övladlığa 

götürülməsinə  valideynlərin  yazılı  razılığı  notariat  qaydasında,  valideyn  himayəsindən 

məhrum olan uşağın yerləşdiyi müəssisənin rəhbəri və ya övladlığa götürmənin həyata keçdiyi 

yer,  yaxud  valideynlərin  yaşadığı  yer  üzrə  qəyyumluq  və  himayə  orqanı  tərəfindən  təsdiq 

olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə