Microsoft Word Aile Mecellesi doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix26.10.2017
ölçüsü0,63 Mb.
#6729
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 

39 


122.2.  Valideynlər  övladlığa  götürmə  barədə  məhkəmə  qətnaməsi  qəbul  edilənədək  öz 

uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. 

122.3.  Valideynlər  öz  uşaqlarını  konkret  şəxsə  və  ya  konkret  şəxsi  göstərmədən  övladlığa 

verməyə razılıq verə bilərlər. 

122.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaq 

Azərbaycan  Respublikasının  vətəndaşları  tərəfindən  övladlığa  götürüldüyü  zaman 

məhkəməyə,  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  övladlığa  götürüldüyü 

zaman  vətəndaşlığından  və  yaşayış  yerindən  asılı  olmayaraq  uşağın  öz  qohumları  tərəfindən 

övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənədlər əlavə edilməklə müvafiq 

icra  hakimiyyəti  orqanına  övladlığa  götürmənin  uşağın  mənafeyinə  uyğun  olması  barədə  rəy 

təqdim edir. Uşağın ögey ata (ögey ana) tərəfindən övladlığa götürüldüyü hallarda bu cür rəy 

tələb olunmur.

xxix[29]

 

Maddə 123. Valideynlərin razılığı olmadan övladlığa götürmə  



123.1. Valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə və bundan 1 il müddət 

keçmişsə  və  ya  qanunla  müəyyən  olunmuş  qaydada  fəaliyyət  qabiliyyəti  olmayan,  yaxud 

xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. 

123.2.  Valideynlər  6  aydan  artıq  müddətdə  uşaqla  birlikdə  yaşamırlarsa,  qəyyumluq  və 

himayə  orqanlarının  xəbərdarlığına  baxmayaraq,  onun  tərbiyəsində  və  ya  saxlanmasında 

iştirak  etməkdən  boyun  qaçırırlarsa,  uşağa  valideynlik  diqqəti  və  qayğısı  göstərmirlərsə, 

övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. 

Maddə  124.  Valideyn  himayəsindən  məhrum  olan  uşaqların  övladlığa  götürülməsinə 

qəyyumların  (himayəçilərin),  himayədar  ailənin,  uşaqların  yerləşdiyi  müəssisələrin 

rəhbərlərinin və uşaqların özlərinin razılığı  

124.1.  Qəyyumluqda  (himayədə)  olan  uşaqların  övladlığa  götürülməsi  üçün  qəyyumların 

(himayəçilərin) yazılı razılığı olmalıdır. 

124.2.  Himayədar  ailənin  öhdəsində  olan  uşaqların  övladlığa  götürülməsi  üçün  onların 

himayədar valideynlərinin yazılı razılığı lazımdır. 

124.3.  Tərbiyə,  müalicə,  ailənin  sosial  müdafiəsi  müəssisələrində  və  digər  analoji 

müəssisələrdə yerləşən uşaqların övladlığa götürülməsinə həmin müəssisələrin rəhbərləri yazılı 

razılıq verməlidirlər. 

124.4.  Məhkəmə  uşağın  mənafeyini  nəzərə  alaraq  bu  Məcəllənin  124.1—124.3-cü 

maddələrində  göstərilən  şəxslərin  razılığı  olmadan  da  onun  övladlığa  götürülməsi  barədə 

qətnamə qəbul edə bilər. 

124.5. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. 

124.6. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin 

ailəsində  yaşamışsa  və  onu  öz  valideyni  hesab  edirsə,  övladlığa  götürmə  övladlığa  götürülən 

uşağın razılığı olmadan da aparıla bilər. 

Maddə 125. Övladlığa götürülənin soyadının, adının və atasının adının dəyişdirilməsi  

125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı 

və  yeni  ad  verilir.  Övladlığa  götürən  kişidirsə,  uşağa  ata  adı  onun  adı  ilə,  övladlığa  götürən 

qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, 

ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın 



 

40 


soyadı,  adı  və  anasının  (atasının)  adı  doğum  haqqında  qeydiyyat  kitabında  həmin  şəxsin 

göstərişi ilə yazılır. 

125.2. Övladlığa götürən ər-arvadın soyadları müxtəlif olduqda, onların razılığı ilə övladlığa 

götürülən uşağa ərin və ya arvadın soyadı verilir. 

125.3.  Övladlığa  götürülən  10  yaşına  çatmış  uşağın  soyadı,  ata  adı,  habelə  öz  adı  bu 

Məcəllənin  124.6-cı  maddəsində  nəzərdə  tutulmuş  hallardan  başqa,  yalnız  onun  razılığı  ilə 

dəyişdirilə bilər. 

125.4. Övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi 

övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. 

Maddə  126. Övladlığa  götürənlərin  xahişi  ilə  övladlığa  götürülənin  doğulduğu  yerin  və 

tarixin dəyişdirilməsi  

126.1. Övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa 

götürülənin  doğulduğu  yer,  eləcə  də  onun  doğum  tarixi  3  aydan  çox  olmayaraq  dəyişdirilə 

bilər. 


126.2.  Övladlığa  götürülmüş  uşağın  doğum  tarixi  uşaq  1  yaşına  çatana  qədər  dəyişdirilə 

bilər. 


126.3. Övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi məhkəmə 

qətnaməsində göstərilir. 

Maddə 127. Övladlığa götürənlərin övladlığa götürülənin valideynləri kimi yazılması  

127.1.  Məhkəmə  övladlığa  götürənlərin  xahişi  ilə  onların  övladlığa  götürülənlərin 

valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. 

127.2.  Bu  Məcəllənin  124.6-cı  maddəsində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla, 

övladlığa götürülən 10 yaşına çatmış uşaq barəsində bu cür qeydin yazılması üçün onun razılığı 

lazımdır. 

127.3.  Övladlığa  götürənlərin valideyn  kimi  yazılması  zəruriliyi  barədə  övladlığa  götürmə 

haqında məhkəmə qətnaməsində göstərilir. 

Maddə 128. Tərbiyəçi öldükdə övladlığa götürmənin təsdiqi  

Tərbiyəçi  öldükdə  övladlığa  götürmə  faktı  məhkəmə  qaydasında  müəyyən  oluna  bilər, 

yalnız o şərtlə ki, yetkinlik yaşına çatmayanlar ailədə doğma uşaq kimi qəbul edilsin, eləcə də 

övladlığa götürən sağlığında bu barədə məhkəməyə ərizə təqdim etmiş olsun. 

Maddə 129. Valideynlərin ölümünə görə pensiya və ya müavinət hüququnun saxlanması  

Övladlığa  götürülmə  vaxtınadək  ailə  başçısını  itirməyə  görə  pensiya,  dövlət  müavinəti 

almaq hüququna malik olan yetkinlik yaşına çatmayanlar bu hüququ övladlığa götürüldükdən 

sonra da saxlayırlar. 

Maddə 130. Övladlığa götürmənin gizli saxlanması  

130.1. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur. 

130.2.  Övladlığa  götürənlərin  razılığı  olmadan,  onlar  öldükdə  isə  qəyyumluq  və  himayə 

orqanının  razılığı  olmadan  övladlığa  götürmə  haqqında  hər  hansı  məlumat  vermək,  habelə 

vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyat  kitablarından  övladlığa  götürənlərin  övladlığa 

götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə